» » Çox yatmağın və çox danışmağın pis təsirləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Çox yatmağın və çox danışmağın pis təsirləri
    +5
    Müəllif: Yusifi Zehra | 8-05-2015, 13:00 | Baxılıb: 1 586
     
     
    Çox yatmağın və çox danışmağın pis təsirləri
     
    Əxlaq alimləri çox yatmaqla çox danışmağı insanın təkamül yolunda ciddi maneələr hesab edirlər. Məsələn, çox yemək kimi digər manelər də vardır. Bu sadalananlar ləzzətli olduğu üçün insanın diqqətini cəlb edir. Əslində isə zəruri ehtiyacdan artıq yatmaq, danışmaq, yeməyin, hətta dünya həyatı üçün də heç bir faydası yoxdur. Bu işlər insanın qiymətli vaxtını əlindən alıb onun dünyəvi işlərinə ciddi zərbə vurur. İnsan çox yeməklə və yatmaqla vaxt itirir, çox danışmaqla enerji itkisinə məruz qalır. Vəzifəsinin tərkib hissəsi danışmaqdan ibarət olan müəllimlərin, natiqlərin fiziki cəhətdən zəifliyi deyilənlərə sübutdur. Bu insanlar danışıb qurtardıqdan sonra möhkəm yorğunluq hiss edirlər. Sözsüz ki, çox danışmaq məzəmmət olunarkən insanlara elm öyrədib doğru yolu təbliğ edənlər nəzərdə tutulmur. Söhbət boş yerə çox danışmaqdan gedir. Vacib olmayan yerdə danışmaq bəzən insanı cəhənnəmə də apara bilər. İnsan üçün böyük günah hesab olunan qeybət, böhtan söz gəzdirmə çox danışmağın nəticəsidir. Çox danışmağa adət etmiş insan üçün bu iş ləzzət verir.
    İmam Sadiq (ə) Əbdullah ibn Cündəbə buyurur ki, gecələr az yat, gündüzlər az danış. Həzrət sözünün davamında həzrət Süleymanın anasının ona dediklərini xatırladır: «Çox yatmaq səni kasıb edər». Əgər yatmaqda məqsəd yorğunluğu aradan qaldırıb yeni qüvvə əldə etmək deyilsə, belə yuxu faydasızdır. Ömür o qədər də uzun deyil ki, insan onu faydasız yuxularla puça çıxarsın. Ömürün qədrini bilən çox yatarmı?
    Çox danışmağa vərdiş edən insanlar özünə nəzarət etməkdə çətinlik çəkir. Belə adamlar üçün susmaq zindanda oturmaq kimidir. İmam Sadiq (ə) buyurur: «Bədən üzvləri arasında göz və dil qədər naşükrü yoxdur». Hər bir üzv insanın ona göstərdiyi xidmət müqabilində xidmət göstərir. Amma göz və dil belə deyil. Çox vaxt yuxuda olan göz, boş yerə enerji sərf edən dilin faydası nədir?! Amma nurunu təhsilə sərf edən gözün, ibadətə məşğul olan dilin xidmətini inkar etmək olmaz.
    İfrat və təfrit yuxudan pəhriz
    Ümumiyyətlə, insan ifrat və təfritdən çəkinməli, bütün işlərdə orta həddi gözləməlidir. Bəzən insan az yatmağın faydaları haqqında eşidib yuxu müddətini o qədər azaldır ki, öz sağlamlığını təhlükəyə atır. İnsan orqanizmi istirahətə möhtacdır. Qurani-Kərimdə ilahi nemət olan yuxu haqqında buyurulur: «Biz yuxunu sizin istirahətiniz üçün müəyyən etdik»(«Nəbə» surəsi, ayə 9.).
    Bəzi insanlar yuxusuzluqdan əziyyət çəkir. Onlar bunun qarşısını almaq üçün müxtəlif dərman perepartlarına aludə olurlar. Bu aludəçiliyin mənfi nəticələri gizli deyil. Ona görə də insan təbii yuxunun qədrini bilməlidir. Qədərindən artıq yatmaq normal həyat fəaliyyətini korlayır. Ayrı-ayrı insanların yuxuya olan ehtiyacı müxtəlifdir. Zəruri yuxu müddətinin təyinində insanın yaşı, peşəsi, sağlamlıq vəziyyəti mühüm şərtlərdəndir. Hər bir insan ya şəxsi təcrübəsi, ya da həkim göstərişi əsasında nə qədər yatmalı olduğunu daha yaxşı bilir. Normal yuxu rejimi qurmayanlar sonralar bunun əziyyətini çəkir. İslam dinində gecə yarı ibadət etmək tövsiyyə olunur. Amma gecəni bir müddət oyaq qalmaq əsas vermir ki, insan gündüz çox yatsın. Çünki gecə yatıb gündüz işləmək təbiidir. Yer kürəsinin bəzi nöqtələrindən bir neçə ay gecə, bir neçə ay gündüz olur. Uyğun məntəqələrdə yaşayanlar yuxu və iş rejiminə ciddi əməl edirlər. Əksər məntəqələrdə isə gecə və gündüz bu işdə insanlara köməkçidir. «Muzzəmmil» surəsinin 6-7-ci ayələrində buyurulur: «Şübhəsiz ki, gecə qalxmaq daha əlverişli və söz demək (dua) daha münasibdir. Çünki gündüz sənin uzun-uzadı davam edən işlərin vardır».
    Bəli, gecə yuxu üçündür. Bununla belə, insan yuxuya olan ehtiyacını müəyyənləşdirməlidir. Gün batandan gün doğana dək yatmaq zəruri hesab olunur. Allah-təala öz peyğəmbərinə buyurur: «Gecənin az bir hissəsi istisna olmaqla qalxıb namaz qıl»(«Muzzəmmil» surəsi, ayə 2.). Ayədən göründüyü kimi insan, orqanizm üçün az miqdar yuxu kifayət edir. «Zariyat» surəsinin 17-ci ayəsində oxuyuruq: «Onlar (müttəqilər) gecələr az yatırdılar». Əgər insan günün yarısını yatmalı olsaydı, Quran uyğun ayəni buyurmazdı.
    Yuxu rejimi
    Əgər rəvayətlərdəki göstərişlərə əməl etsək, az yatmaqla yuxuya olan ehtiyacımızı təmin edə bilərik. Yuxunun əsas hissəsini gecə yarıdan əvvələ salmaq çox faydalıdır. Təəssüf ki, bu günki həyat şəraiti yuxunun əsas hissəsini gecə yarıdan sonraya saxlamağa vadar edir. Peyğəmbər (s) və məsum imamlar dövründə əksəriyyət dini göstərişlərə əməl etdiyindən, gecənin proqramı belə idi: məğrib namazını cəmiyyətlə qılıb evə gedərdilər. Şam yeməyini yeyib işa namazını qılmaq üçün məscidə qayıdardılar. Məsciddən qayıdıb yatardılar. O dövrün həyat şəraiti belə bir proqramın gerçəkləşməsi üçün yardımçı idi. Məsələn, elektrik olmadığından gecənin qaranlığı tez yatmağa səbəb olurdu. Gecənin əvvəl vaxtında yatmaqla yuxuya olan ehtiyac ödənir, insan rahatcasına yuxudan oyanıb sübh namazını qılır. Təbii ki, gecə yarıyadək televizora baxan insan üçün sübh namazına durmaq problemə dönür. Bir zaman müsəlmanlar gecə yuxusuz qaldıqda gündüz günortadan qabaq yarım saat yatardılar. Bu yuxu «qəylulə» adlanardı. Bu yorğunluğu aparar, günorta namazı üçün xoş əhval-ruhiyyə yaradardı. Belə bir rejim az yatmaqla yuxuya olan ehtiyacı təmin etməyə imkan yaradır. Bu günki həyat şəraiti fərqli olsa da insan proqram tutmaqla vaxtdan səmərəli istifadə edə bilər. İnsan öz vaxtını çox vaxt səmərəsiz, bəzən isə günaha səbəb olan filmlərin tamaşasına sərf etməməlidir. Xüsusi ilə tələbələr nəzərə almalıdılar ki, gecənin əvvəl vaxtı mütaliədən gecənin sonundakı mütaliə daha faydalıdır. Gecə yarıdan gündoğanadək olan müddətdə insanın zehni aydın olduğundan həmin vaxtda mütaliə, eləcə də, gecə namazı və Quran qiraəti üçün münasib fürsət yaranır. Əsas məsələ az yatmaq yox, səmərəli işlər üçün daha çox vaxt əldə etməkdir. Əgər insan gecəni oyaq qalıb faydasız və günah işlərlə məşğul olacaqsa, şəksiz ki, oyaq qalmağa dəyməz. «Gecənin bir qismində Ona səcdə et, Ona həmd oxu»(«İnsan» surəsi, ayə 26.). «Gecənin bir vaxtı durub sənin üçün faydalı olan gecə namazı qıl»(«İsra» surəsi, 79.).
    Rəvayətə görə İslam Peyğəmbəri (s) gecələr bir neçə dəfə oyanarmış. Möminlər üçün müstəhəbdir ki, gecə yarıdan keçmiş oyanıb dörd rəkət nafilə namazı qılıb yatsınlar. Sonra yenidən durub daha dörd rəkət nafilə qılsınlar… Sözsüz ki, belə bir proqram hər möminin qüvvəsi daxilində deyil. Bəziləri gecə namazına durduğu üçün sübh namazını qəzaya verir. Belə olmaz. Ömrünü hədərə vermək istəməyənlər oyaq qaldıqları vaxtda hansı işi görəcəklərini dəqiqləşdirməlidirlər. Amma vaxtın necə keçməsindən xəbərsiz qalmağı xoşlayanlar şeytan tələsindən qorunmalıdırlar. Şeytan şadlanar ki, insan gecəni oyaq qalıb əxlaqsız filmlərdən, boş-boş söhbətlərdən feyziyab olsun. Fərdi ibadət üçün əlverişli olan gecədən fərqli olaraq gündüz ictimai işlər, təhsil, tədris və s. işlər üçün daha uyğundur. Cəmiyyətin ehtiyaclı olduğu hər hansı bir iş böyük ibadətdir. Həzrət Peyğəmbər (s) imam Əli (ə) və sair imamların gündəlik işlərindən biri insanlara yardım idi. Əgər gecə ibadətləri kimin üçün çətindirsə də heç olmasa gündüz ehtiyaclılara kömək əli uzadaq.
     
    Kitabın adı: Sadiq yol axtaranlar üçün İmam Sadiqin (ə) nəsihətləri
    Müəllif: Ustad Misbah Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: ya_Fatime | Status: İstifadəçi Offline | 8 Mayıs 2015 19:33 | Redaktor | Şərh yazdı
    ALLAH Razı olsun

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Zəhra kənizi | Status: İstifadəçi Offline | 8 Mayıs 2015 17:56 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun bac, çox gözəl dəyərli sözlərdir. Allah nə hacətin var versin amin.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Aşiqi Rüqəyya | Status: İstifadəçi Offline | 8 Mayıs 2015 15:24 | İstifadəçi | Şərh yazdı
    Allah sizdən razı olsun bu dəyərli sözləri yazan əllərin hər zaman var olsun bacı inşallah

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.