» » Qeybətin müalicəsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Qeybətin müalicəsi
    +5
    Müəllif: Allahıma aşiqəm | 30-04-2015, 19:00 | Baxılıb: 2 336
     
     
    Qeybətin müalicəsi

    Hər bir xəstəliyin müalicəsi üçün üç əsas ünsürün olması zəruridir:
    1.narahatçılıq və ağrını hiss etmək,
    2.xəstəliyin səbəb və amillərini bilmək,
    3.müalicə yolu axtarmaq.
    İndi isə qeybətin böyük günah və təhlükəli əxlaqi xəstəliklərdən olmasını etiraf etməklə əvvəlcə bu xəstəliyi əmələ gətirən səbəbi öyrənək, sonra bu qüsurla mübarizə aparıb nəticəni aradan qaldıraq. Aydındır ki, nəticəni aradan qaldırmaq üçün ən yaxşı yol əyər-əskiklə mübarizə aparmaqdır. Qeybətin yaranma səbəbləri çoxdur. Bu barədə əxlaq kitablarında elə faydalı və geniş mətləblər vardır ki, biz bəhsimizə uyğun onların bir hissəsini azca izah etməklə burada qeyd edəcəyik. Bəhsə başlamazdan qabaq gələcək bəhslərin icrası üçün əsas və zəmanət verən üç mühüm məsələyə işarə edirik: 
    a)Etiqad və iman: Pozucu amil, mənəvi və nəfsani xəstəliklərlə mübarizədə ən təsirli, əhəmiyyətli amil imandır: Allah və Qiyamət gününə inam. Əgər bir şəxs Allah-təala və Qiyamət gününə həqiqətən inanarsa, böyük günahlara, xüsusən töhmət və qeybət kimi günahlara az batar. Necə ola bilər ki, biri hesab-kitaba, qiyamət gününə inansın, amma günaha batmaqdan qorxmasın? Bu işə ancaq dillə iman gətirənlər və qəlbən mömin olmayanlar qol qoyarlar. Belə ki, Allah-təala buyurur: 
    "Bədəvi ərəblər: "Biz iman gətirdik!"-dedilər. De: "Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: "Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!"- deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır..." («Hucurat»-14) 
    Başqa bir yerdə isə buyurur: 
    "...Ürəklərində olmayan şeyi dilləri ilə deyirdilər..." («Ali-İmran»- 167) 
    b)Allahı unutmamaq: İmam Sadiq(ə) söyləmişdir ki, əgər öz salamatlığını istəyirsənsə, Allahı yada sal, məxluqu yox. Onu yada salmaq sənin üçün ibrət və qeybətdən çəkinməyə səbəb olub, günahın əvəzinə savab nəsibin olar. Əmirəlmöminin Əli(ə) buyurur: "Allahı yada salmaq qəlb xəstəliklərinin dəvasıdır". 
    v)Özünüdərk, tənqidiqəbuletmə və yaxud özünütənqid: Kim öz eybindən xəbərdar olsa, heç vaxt başqalarının eybini axtarmaz. İnsanı təkəbbürlü, başqalarının eybini axtarmağa vadar edən onun xudbinliyidir. Bəli, özünü başdan-ayağa eyibli görən şəxs başqalarını həmin eyiblərə görə danlamaqdan utanar. Peyğəmbər(s) buyurur: "Xoş o şəxsin halına ki, öz eybi onu başqasının eybini axtarmaqdan çəkindirir". 
    Ən böyük eyib 
    Həzrəti-Əli(ə) buyurur: "Ən böyük eyib odur ki, başqasını özündə olan eybə görə danlayasan". 
    Başqa bir hədisdə isə o, belə buyurmuşdur: "Ən böyük eyib odur ki, özündə ola-ola başqasına irad tutasan". 
    Ən pis adam
    Əmirəlmöminin Əli(ə) buyurur: "Adamların ən pisi odur ki, başqalarında eyib axtara, amma öz eyiblərini görməyə". 
    İnsanların bəzisi başqalarının zəif nöqtəsini axtarıb öz səhvlərini unudurlar. Peyğəmbər(s) buyurur: "Sizlərdən bəziniz başqasının gözündə çöp axtarırsınız, amma öz gözünüzdə tiri görmürsünüz". 
    Xülasə, ağıllı insan öz eyiblərinə qapılaraq heç vaxt başqasının eybini axtarmağa macal tapmaz. Əgər bəndə ağıllı və təqvalı olarsa, öz dərdi başqasının dərdini duymamağa vadar etdiyi kimi, ağıl və təqva onu başqalarının eybini axtarmağa qoymaz. Həzrəti-Əli(ə) buyurur: "Kim öz eybini görərsə, başqasının eybini axtarmaqdan çəkinər". 
    İmam Baqir(ə) buyurur: "Peyğəmbər(s) buyurmuşdur: "Hər kimdə üç xislət və ya onlardan biri olarsa, Allahın lütfü ilə başqa himayədə olmayan Qiyamət günü Tanrının ərşinin sayəsi altında olar: özünə rəva biləni başqalarına da rəva bilən, Allahın razılıq və ya qəzəbini bilmədən heç bir işə qol qoymayan və özündə olan eybi tərk etməmiş, başqalarında o eybi axtarmayan. Kim özündən bir eybi uzaqlaşdırarsa, şübhəsiz, özündə yenidən başqa bir eyib görəcəkdir. Hər kimin başı özünə qarışarsa, başqalarında eyib axtarmağa macal tapmaz". 
    Qeybəti pisləyən ayə və hədisləri oxuyub fikirləşərək bu günahın pis aqibətini düşünən və onun dünyəvi, eyni zamanda axirətə aid zərərlərini anlayan şəxs heç vaxt bu günaha aludə olmaz. Belə hədislərdən bəzisi əvvəldə qeyd olundu. İndi isə insanları qeybətdən çəkindirmək barədə həzrəti-Əli(ə)-nin buyurduğu xütbələrdən birini burada qeyd edirik: 
    "Eyiblərdən pak və hər bir çirkinlikdən uzaq olanlar yaxşı olardı ki, günahkarlara qarşı rəhimli davranıb, həmişə Tanrıya şükür etsinlər. Allaha etdikləri bu şükür başqalarının eybini axtarmaqda onlara mane olar. Özü eyib içində olan şəxs öz qardaşının arxasınca danışıb onu düçar olduğu bəlaya görə hansı üzlə danlayır? Niyə Tanrının onun günahları üstünə örtdüyü pərdəni unudur? Ən böyük günah olan başqalarına eyib tutmaq günahının üstünə Allahın örtük salmasını nə üçün anlamır? Başqalarını günaha batmaq üstündə necə məzəmmət edir? Halbuki özü həmin günaha aludə olmuşdur. Bəlkə də həmin günaha deyil, ondan da ağırına batmışdır. Allaha and olsun, böyük günahlara yox, hətta kiçik günaha belə batmış olarsa, başqalarına eyib tutmaq onun üçün böyük günahdır. 
    Ey Allahın bəndəsi! Heç kimi günahına görə tez-tələsik danlama. Nə bilirsən, bəlkə Allah onu bağışlamışdır? Həmçinin öz kiçik günahına belə arxayın olma. Bəlkə ona görə sənə əzab verildi? Bunun üçün də sizlərdən hər biriniz digər müsəlman qardaşlarınızın eybindən xəbərdar olarkən özünüzün eyibli olduğunuzu bildiyinizə görə başqalarının eybini tutmaqdan çəkinməlisiniz. Bu eyiblərin onda olmaması üçün etdiyi şükür isə onun başını qarışdırar". 
    İnsanı qeybət etməyə vadar edən amillər isə aşağıdakılardan ibarətdir:
    1. Dostlara uyğunlaşma 
    Qeybətin amillərindən biri yoldaşlıq etdiyi adamlarla uyğunlaşmaqdır. Bəziləri belə təsəvvür edir ki, yaxşı əxlaq və gözəl davranış öz yoldaşları ilə rəftar edərkən heç kimin ondan inciməməsidir. Halbuki bu cür davranış şəri hökmlərə qarşı soyuqluq və riyakarlıqdır. Müxtəlif tipli insanların ondan razı qalmasını istəyib, ömrü boyu bircə düşmən belə qazanmaq istəməyən şəxs həqiqətdə insani fəzilətlərdən məhrum olmuş, əxlaq və iman ləzzətini dadmamış ikiüzlü adamdır, necə deyərlər, hər çalınan havaya oynayıb, hər dərdə sinə vurandır. Belələri külək hansı tərəfə əsərsə, o tərəfə də əyilərlər. 
    Həzrəti-Əli(ə) insanları üç qismə bölür: Rəbbani (ilahi) alimlər, özlərini xilas etmək üçün təhsil dalınca gedən tələbələr və hər səsə səs verən, hər küləyə tərəf əyilən əlsiz-ayaqsız axmaqlar. Bunlar elm nurunu həyatın zülməti yollarında çıraq hesab etməmiş və möhkəm sütundan yapışmamışlar..." 
    Sözün qısası, insanların çoxu üçüncü dəstədəndir. Həmin insanlar öz dostlarının razılığı üçün onlara uyğunlaşır, hətta başqalarının eybini axtarırlar, halbuki onların rizaları Allahın qəzəbinə səbəbdir. 
    Feyz Kaşani (r.ə.) bu barədə buyurur: "Ey başqalarının razılığını əldə etmək və onlara uyğunlaşmaq üçün qeybət edən şəxs! Bil və agah ol ki, əgər digərlərinin qeybətini qılmaqla məxluqun razılığını qazanmaq istəsən, Allahın sənə qəzəbi gələr. Necə buna razı olursan ki, məxluqa ehtiram bəsləyib onun razılığını qazanırsan, lakin öz Allahını təhqir edib insanların xoşhallığı naminə Onun razılığını tərk edərək qanunlarını görməməzliyə vurursan? Öz qəzəbinin Allaha xatir olmasını iddia etsən də, yenə də bu, qəzəbləndiyin şəxsi pisləməyə bəhanə ola bilməz. Əksinə, yaxşı olardı ki, qeybət edənlərə qarşı qəzəblənəsən. Çünki onlar ən iyrənc və ən pis bir günahla-qeybət etməklə Allaha qarşı asi olub Tanrının qəzəbinə düçar olmuşlar". 
    Deməli, insan hara getsə, rəngini dəyişən heyvanlar kimi camaatın təsiri altına düşərək bu qədər də iradəsiz və ixtiyarsız olmamalı, öz din qardaşını müdafiə etmək əvəzinə başqaları ilə səs-səsə verib onun eyib və səhvlərini sadalamamalıdır. O, bunu bilməlidir ki, imkan daxilində günahın qarşısını alıb qeybət edənləri bu çirkin əməldən çəkindirməkdə məsuliyyət daşıyır. Əgər qeybətin qarşısını ala bilməsə, məclisi tərk edib bu vasitə ilə günaha qarşı öz nifrətini bildirib dostlarının narahat olmasına baxmayaraq, Allahın razılığını özünə cəlb etməlidir. Əks halda, o kəslərdən sayılacaq ki, "Qurani-Kərim”də onların barəsində belə buyurulmuşdur: 
    "Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar. Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər): "Sizi Səqərə (cəhənnəmə) salan nədir?" Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik; Yoxsulu da yedirtməzdik; Batilə dalanlarla birlikdə biz də dalardıq". («Müddəssir» 40-45) 
    Buna əsasən müxtəlif məclislərdə heç bir məsuliyyət hiss etmədən hər sözü danışmaqdan çəkinməyənlər cəhənnəm əzabına düçar olacaqlar. Allahın əzabından xilas olmaq istəyənlər isə nalayiq və möminlərin həmişə qeybətini qılan dalaşqan adamlardan uzaqlaşmalıdırlar, çünki "Qurani-Kərim”də deyilir: 
    "O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları zaman onlardan üz çevirib vüqarla keçər". («Furqan»-72)
    2. Özünü təmizə çıxartma 
    Qeybətin amillərindən biri də özünü təmizə çıxartmaqdır, yəni insan özünü təmizə çıxartmaq ərəfəsində ona aid edilən şeyləri başqasının boynuna yıxır. Həmin şəxs istər günahı birbaşa rəfiqinin boynuna atmaqla, istərsə də onu günah qazanmaqda özünə şərik etməklə özünü təmizə çıxardaraq qeybət edir. Hər bir halda özünü təmizə çıxartmaq üçün başqasını birbaşa günahkar və yaxud günahda iştirakçı kimi qələmə verir. Məsələn, bu günah filankəsin işidir — deyir. Və yaxud bu günah təkcə mənə aid deyil, filankəs də bu işi yerinə yetirmişdir. Bu cür davranış cəhalət və təqvasızlıqdan irəli gəlir, çünki özünü təmizə çıxartmaq üçün başqasını ittiham edib qeybətini qılmaq olmaz. Fərz edək ki, əsl icraçı başqasıdırsa, onun sirrini ifşa edib abrını tökmək nəyə lazımdır? Əgər şəxsin özü həqiqətən günahkar deyilsə və yaxud xəyanət etməyibsə, özünü təmizə çıxaran zaman başqasını bu ittihamda özünə şərik etmək əvəzinə ona qarşı irəli sürülən itthamları inkar etməlidir. Buna görə də Feyz Kaşani buyurur: "Hər kim bu üsulla qeybət edərsə, bilsin ki, Allahı qəzəbləndirmişdir. Allahı qəzəbləndirən şəxsin günahı, məxluqu qəzəbləndirən şəxsin günahından ağırdır. Qeybət edən şəxs şübhəsiz ki, Allahın qəzəbinə düçar olur. Bütün bunlarla yanaşı bilmir ki, camaat ondan razıdır ya yox. Nəticədə, insanların ondan razı qalması xəyalı ilə günahı öz boynundan götürüb başqasının boynuna yıxır. Zahirdə özünü bu dünyada xilas edərək axirətdə əbədi əzaba düçar edir. Bu cəhalət və nadanlığın ən axır dərəcəsidir. Bədbəxtdir o kəs ki, dostların razılığına görə axirətini xarab edə". Sonra Feyz yenə buyurur: "Belə üzr gətirməyin özü də (təkcə mən deyiləm, başqaları da bu günaha batmışlar) cəhalət və nadanlığa dəlalət edir, çünki həqiqətdə bu üzr və bəhanə ilə elə bir şəxsə təqlid edir ki, onun arxasınca getmək olmaz. Allah qanunlarını pozub günah edən şəxs nümunə olmağa layiq deyildir. Əgər insan başqasına baxıb özünü oda ataraq canını təhlükə qarşısında qoyarsa, axmaqcasına bu işə qol qoymuşdur. Buna əsasən "əgər mən haram mal yemişəmsə, başqası da yeyib, əgər zalım hökumət tərəfindən mənə hədiyyə verilibsə, başqasına da verilib." — sözlərini hansı ağılla üzr gətirir? Nümunə gətirdiyi şəxslər dəlil, sübut ola bilməz. Belələri biri özünü dağdan atarkən o biriləri də özünü onun dalınca dağdan ataraq həlak edən qoyunlara bənzəyirlər. Deməli, heç vaxt başqalarının haram işini üzr gətirməklə özünün çirkin əməlinə bəraət qazandıraraq: "Bu haram işi təkcə mən yerinə yetirməmişəm"- demək olmaz. Belə üzrlər Allah dərgahında məqbul deyildir. 
    3. İftixar 
    Bir qrup insanlar da iftixar etməklə qeybətə mübtəla olurla, yəni öz fəzilət və üstünlüklərini göstərmək üçün başqalarını kiçildərək onların qeybətini edirlər. Özlərini digərindən üstün tanıtdırmaq üçün: "Filankəs heç bir şey bilmir”-deməklə onun eyiblərini sadalamağa başlayır, daha bilmirlər ki, belə danışmaqla başqalarının nəzərini cəlb etməkdən artıq nifrət qazanırlar. Bu xəstəlik (iftixar, özünü tərifləmə) böyük günahlardan çoxunun yaranmasına səbəbdir. Onlardan biri də qeybətdir. Buna görə də "Qurani-Kərim”də və məsum imamlar(ə) tərəfindən bu ciddi tənqid edilmişdir. Biz burada qısaca olaraq onlardan bir neçəsini qeyd edirik:
    «Quran» baxımından özünütərif 
    Qurani-Kərim”də belə göstəriş verilir ki, insan heç vaxt özünü tərifləyib başqalarını pisləməməlidir, çünki heç kimin başqasının daxilindən xəbəri yoxdur: 
    "Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub, pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir". («Nəcm»-32)
    "Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr (elə deyil), Allah istədiyini təmizə çıxarar və onlara xurma çəyirdəyindəki nazik tel qədər zülm olmaz.” («Nisa»-49) 
    Buna görə də təqvalı insan özünü tərifələməkdən saqınıb tam surətdə bütün eyib və çatışmazlıqlardan uzaq olduğunu hesab etməməlidir. Belə rəftar şeytana, lovğa və ağılsız insanlara xas olan bir xislətdir. 
    Hədis baxımından özünütərif
    İslam hədislərində də özünütərif ciddi surətdə tənqid edilmişdir. Həzrət Əli(ə) buyurur: "...(Təqvalılar) öz əməllərindən az da olsa, razı deyillər. Öz əməllərini çox bilməzlər. Onlar özlərini ittiham edərək öz əməllərindən qorxarlar (bəlkə Allah dərgahında qəbul olunmadı). Onlardan biri təriflənən zaman qorxuya düşüb deyər: "Mən özümü başqalarından yaxşı tanıyıram, Allah əməllərimi məndən yaxşı bilir. İlahi! Məni onların güman etdiklərindən artıq təqvalı et. Bilmədikləri günahlarımı bağışla!..." Həzrəti-Əli(ə) Müaviyə ibn Əbu Süfyana yazdığı məktubunda buyurur: "...İnsanın özünü tərifləməsini Allah qadağan etməsəydi, möminlərin qabaqcadan xəbərdar olduğu və eşidənlərə tanış olan (özüm barədə) çoxlu fəzilətlər sadalayardım..." Başqa bir yerdə isə belə deyir: "İnsanın özünü tərifləməsi doğru sözün ən çirkinidir". 
    Mömin özünü başqalarından üstün tutmamalı, əksinə, başqalarını özündən üstün hesab etməlidir. Bu barədə həzrət Əli ibn Musa Riza(ə) belə buyurur: 
    -Heç bir müsəlmanın ağlı əgər onda on xislət olmasa, kamil olmaz. Bunlardan onuncu xislət bilirsinizmi nədir?
    Dedilər: 
    -Yox bilmirik.
    Buyurdu: 
    -Gördüyü adamı özündən təqvalı hesab etmək. İnsanlar iki dəstəyə bölünürlər: təqvalı və təqvasızlar. Əgər biri özündən aşağı səviyyədə bir şəxs görərsə, desin: "Bəlkə batini məndən yaxşıdır. Onun batininin yaxşı olması onun üçün yaxşıdır. Mənim yaxşılığım isə aşkardır. Bəlkə də bu yaxşılığın aşkar olması mənim zərərimədir.” Əgər özündən yaxşısı və təqvalısı ilə rastlaşarsa, onun qarşısında təvazökarlıq etsin ki, özü də həmçinin bu dərəcəyə yetişsin. Belə rəftar etsə, izzət və hörməti artar, adı yaxşılığa çəkilər. 
    Xülasə, mömin özünü tərifləməklə (özünütərif də islam nəzərindən tənqid edilmişdir) başqasını pisləməməlidir. Özünü tərifləməklə digərlərini təhqir edənlər bilsinlər ki, haqqında qeybət etdikləri şəxsi eşidənlərin gözündən salmış olurlar. Qeybət edən şəxs isə insanların razılığını qazanmaqdan ötrü Allah dərgahında öz fəzilət və dəyərini əldən verməkdən əlavə Qiyamət günündə də Allahın qəzəbindən qurtara bilməyəcəkdir.
    4. Həsəd
    Qeybəti yaradan səbəblərdən biri də həsəddir. Onu müalicə etmək üçün bu günahın böyüklüyü haqda çox düşünmək lazımdır, çünki bu minvalla qeybət edən şəxs əslində iki günaha bataraq iki əzabı birlikdə qazanır-biri həsəd və digəri qeybətin əzabı. Hər ikisi böyük günahdır.
    Həsəd aparan başqasına nemət verildiyinə görə paxıllıq və ruhi əzab çəkir. Bu əzab dünyada sona yetmir, əksinə, axirətdə onun əzabı bir az da artır. Nəticədə, dünya və axirətdə zərərçəkənlərdən olur, çünki həsəd aparan həsəd olunanın qeybətini etməklə onu məhv etmək istəyir, lakin özünü məhv etmiş olur, yerinə yetirmiş olduğu saleh əməlləri qeybət 
    etdiyindən hədiyyə olaraq qeybəti olunana bağışlayır. Buna əsasən həsəd aparan özünün düşməni, pislədiyi şəxsin isə dostudur, ona görə ki, qeybəti olunanın günahları qeybət edənin, onun saleh əməlləri isə qeybəti olunanın nameyi-əmalına yazılır. Xülasə, həsəd üzündən qeybət etmək axmaq və nadanlığa dəlildir. Həsəd və pisləmək həsəd olunanın və pislənənin xalq tərəfindən sevilməsinə səbəb ola bilər. Hər hansı bir şəxsin arxasınca danışmaq onun müvəffəqiyyətini əlindən almır, əksinə, xətakar və təqvasızların eyib tutmağı, məzəmməti həsəd olunanın sevilməsi və hörmətinin artmasına səbəb ola bilər. Qoy bədxahlar hər nə istəyirlər, desinlər. Təcrübə göstərir ki, belə hallarda insanlar həsəd aparanların sözünü qəbul etməyib məzlumcasına hədəfə alınanlara tərəf üz çevirir: "Allah-təala bir gizli fəziləti aşkar etmək istəyərkən həsəd aparan şəxsin dilini açır." 
    5. Rişxənd və istehza
    Bu barədə geniş bəhs edəcəyik. «Məhəccətül beyza» adlı kitabın müəllifi bu ruhi xəstəliyin müalicəsi barədə buyurur: "Başqasına istehza etməkdə məqsədin onu xalqın gözündə alçaltmaqdır, halbuki özünü Allah, mələklər, peyğəmbərlər yanında alçaltmış olursan. Əgər bir an olsun belə qiyamət günündə çəkiləcək həsrət, dünyada etdiyin cinayət və məhşər gününün başıaşağılığı, məsxərə etdiyin şəxsin günahını boynuna alıb, günahının ağırlığını öz üzərinə götürərək əzablarına dözüb cəhənnəmə daxil edilməyin və o günün bu kimi böyük rüsvayçılığı haqda düşünsən, şübhəsiz, bu fikir səni başqalarına rişxənd edib onları alçaltmaqdan çəkindirər.”
    Başqalarının yanında alçaltmaq və onları güldürmək üçün biri lağ edən zaman əgər diqqət etsən, bir qədər fikrləşdikdən sonra başa düşəcəksən ki, sən özün lağ olunmağa və gülünc vəziyyətə düşməyə daha layiqsən. Bil və agah ol ki, sən bu gün bir müsəlmanı bir neçə nəfərin yanında lağ edirsənsə, qiyamət günündə özün bütün insanların gözü qarşısında lağ olunacaqsan. İnsan əgər öz əməllərinin batininə diqqət yetirsə, günahların çoxunu tərk edib nalayiq və iyrənc əməllərdən əl çəkər. Çünki dünyanın həm zahiri var, həm də batini. Dünya iki üzü və səhifəsi olan kağız vərəqinə oxşayır. Onun bir üzünə baxarkən o biri üzü görünmür, lakin o biri üzün görünməməsi o demək deyildir ki, kağızın arxasında heç bir şey yoxdur. Buna əsasən yerinə yetirdiyimiz əməllər dünyanın batinində vardır. Dünyanın o biri səhifəsi olan qiyamətdə isə bu aşkar olacaqdır. Bundan əlavə Allah-təala, peyğəmbər və əziz övliyaları bizim əməllərimizi görürlər. "Qurani-Kərim”də bu barədə belə buyurulur: 
    "De! (Ey insanlar, ey tövbəkarlar! İstədiyinizi) edin. Allah, Onun peyğəmbərləri və möminlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!" («Tövbə»-105)

    Əməllərin (Peyğəmbərin(s) hüzuruna) ərz olunması
    Əməllərin Peyğəmbər(s) və məsum İmamlara(ə) ərz olunması haqda bu ayəni təfsir edən bir çox hədislər vardır. Yaxşı olardı ki, öz əməllərimiz, rəftarımız və danışığımızda daha diqqətli olmaq üçün onların məzmununu həmişə yadda saxlayaq. İmam Sadiq(ə) buyurur: "Hər gün sübh çağı müsəlmanların pis və yaxşı əməlləri Peyğəmbər(s)-ə təqdim olunar. Buna görə də öz əməllərinizdə, danışığınızda, davranışınızda ehtiyatlı olun. Bu, Allah-təalanın həmin "De: əməl edin. Allah, Onun peyğəmbərləri və möminlər sizin əməllərinizi görəcəklər" kəlamıdır". Başqa bir hədisdə Səmaə adlı bir şəxs nəql edir ki, İmam Sadiq(ə) buyurdu: "Sizə nə olubdur ki, Peyğəmbər(s)-i incidirsiniz? Bir nəfər soruşdu: "Biz o Həzrəti necə incidirik?" bu zaman İmam (ə) söylədi: "Məgər bilmirsinizmi, sizin pis əməlləriniz o Həzrətin hüzuruna aparılarkən əməllər kitabçanızdakı günahlarınızı görüb kədərlənir? Belə isə Peyğəmbər(s)-ə pislik etməyin. Onu (günahı tərk etməklə, öz ibadət və itaətlərinizi yerinə yetirməklə) sevindirin". İmam Baqir(ə) buyurur: "Hər cümə axşamı sizin bütün əməlləriniz Peyğəmbər(s)-ə təqdim olunur. Buna görə də siz Peyğəmbər(s)-ə pis əməllərinizin deyilməsindən utanın." 
    Başqa bir hədisdə nəql olunur ki, səkkizinci imam Əli ibn Musa Riza(ə)-nın xüsusi rəğbət bəslədiyi şəxslərdən olan Abdulla ibn Əban Zəyyat belə nəql edir:
    İmam Riza(ə)-ya dedim: 
    -Mənim və ailəm üçün dua et.
    Buyurdu: 
    -Məgər mən dua etmirəmmi? Allaha and olsun, sizin əməlləriniz hər gün mənə xəbər verilir. 
    Abdulla deyir ki, bu söz mənə ağır gəldi. Həzrət buyurdu: 
    -Məgər Allah-təalanın kitabını oxumamısanmı? Orada buyurur: "De (əməl) edin. Allah, Onun peyğəmbərləri və möminlər əməllərinizi görəcəklər". Allaha and olsun ki, burada mömin dedikdə Əli ibn Əbu Talib(ə) nəzərdə tutulur. 
    Deməli, əgər bir şəxs varlıq aləminin iki tərəfli olmasını, bütün əməllərin səhifənin o üzündə yazılmasını və Allah övliyalarının hüzuruna gətirilməsini anlayarsa, şübhəsiz, Tanrının bəndələrini lağa qoymaz. Çünki bir gün gələcək, insanın bütün əməllərini səhnəyə (üzə) çıxaracaqlar. O vaxt (insan) öz tutduğu əməllərindən peşman olacaq, lakin sonrakı peşmançılığın faydası yoxdur. Deməli, qeybət etməklə başqalarını lağa qoyan şəxs bilsin ki, qiyamət günü hamının gözü qarşısında adamlar tərəfindən lağa qoyulacaq, Peyğəmbər(s) və övliyalar yanında rüsvay olacaqdır.

    6.Özünü ürəyi yanan kimi göstərmə
    Bəzən insan kiminsə halına acıma ilə, ürəyi yanmaqla qeybətə düçar olur. Əlbəttə, günaha aludə olmuş şəxsin halına acımaq əgər Allaha xatir olarsa, bu, çox bəyənilən sifətdir. Çox vaxt bir sıra acımalar həsəd, bədxahlıq və təhqir üzündən olur, lakin ürəyiyananlıq və halına acıma kimi nümayiş etdirilir. Belə hallarda qeybət edən şəxs öz həsəd və intiqam hissini ürəyiyananlıq etməklə sakitləşdirir. Ola bilər ki, bu, onun heç özünə də aydın olmasın. Əgər diqqət olunsa, məlum olar ki, əsas məqsəd ürəyiyananlıq deyildir. Məsələn, biri "yazıq filankəs yaman günaha və dərdə mübtəla olub. Allah ona kömək olsun. İnşallah" deyir. Belə hallarda dua və mehribanlıq surətində qeybətə aludə olur. Bu həm də bir növ riya və nifaqdır (münafiqlikdir). Burada sözün deyilməsində əsas hərəkətverici qüvvə olan şeytan halınaacıma bəhanəsi ilə insanı qeybət etməyə vadar edərək, nəticədə, onun əcr və mükafatını aradan aparır. Qeybətin başqa amilləri də vardır ki, sözü uzatmamaq üçün onların üstündən keçirik.
     
    Kitabın adı: İslamda əxlaq
    Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kani

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Bi-Nefsi End Ya Huseyn | Status: | 30 Nisan 2015 19:57 | Qonaq | Şərh yazdı
    ALLAH RAZI OLSUN SIZDEN DEYERLI XEBERDIR
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.