» » Yersiz təəssüblər


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Yersiz təəssüblər
    +10
    Müəllif: Huseynci Medine | 23-04-2015, 09:00 | Baxılıb: 782
     
     
    Yersiz təəssüblər

    Peyğəmbərin evinin Qüreyş qatilləri tərəfindən mühasirə olunduğu gecədə Əli (ə)-ın göstərdiyi fədakarlıq inkar ediləsi, yaxud kiçik cilvələndiriləsi bir iş deyildir. Bu tarixi hadisənin əbədiləşdirilməsi üçün Qurani-Məcid "Bəqərə" surəsinin 207-ci ayəsində onu qeyd etmişdir. Böyük təfsirçilər də bu hadisə ilə əlaqədar nazil olan ayənin təfsirində onun Əli (ə)-ın şənində nazil olmasını qeyd etmişlər. Amma gözlərində cəhalət pərdəsi, ürəklərində Əli (ə)-a qarşı ədavət və kin olan şəxslər əl-ayağa düşərək, bu böyük və tarixi fəziləti tam başqa cür təfsir etmiş, onun əzəmət və fədakarlıq dərəcəsini azaltmaq istəmişlər. Sünnülərin tanınmış alimlərindən biri olan Cafiz belə deyir: "Əlinin Peyğəmbərin yerində yatmasını heç vaxt itaət və böyük fəzilət hesab etmək olmaz, çünki Peyğəmbər ona təminat vermişdi ki, əgər onun yerində yatarsa, ona heç bir ziyan dəyməyəcək."
    Cafizdən sonra ibni Teymiyyə Dəməşqi bu sözlərə əlavə edib deyir: "Əli başqa yolla da bilirdi ki, öldürülməyəcək, çünki Peyğəmbər ona demişdi ki, sabah Məkkədə müəyyən bir yerdə dayanıb elan etsin ki, hər kəsin Məhəmmədin yanında əmanəti varsa, gəlib götürsün. Əli Peyğəmbərin ona buyurduğu işdən yaxşıca başa düşmüşdü ki, əgər o həzrətin yerində yatarsa, ona heç bir zərər toxunmayacaq və sağ-salamat qalacaqdır."
    Cavab
    Mövzunu araşdırmazdan əvvəl mütləq bir incə məsələni qeyd etməliyik: Cafiz, ibni Teymiyyə və bu iki nəfərin yolunu gedənlər (bunların hamısının Peyğəmbər Əhli-beytinə qarşı kin bəsləməsi məşhurdur) bir fəziləti inkar etmək üçün özləri də bilmədən Əli (ə)-ın üstün bir fəzilətini isbat etmişlər. Çünki Əli (ə) Peyğəmbər (s) tərəfindən onun yerində yatmaq barədə tapşırıq aldıqda o, iman nöqteyi-nəzərindən iki haldan xaric deyildi: Ya onun Peyğəmbərin düzdanışan olmasına olan imanı adi səviyyədə idi, ya da Peyğəmbərin doğruçu olmasına fövqəl-adə tərzdə iman gətirmişdi. Birinci halda demək olmaz ki, Əli (ə) salamat qalacağını qəti şəkildə bilirdi. Çünki iman və etiqad nöqteyi-nəzərindən nisbətən aşağı səviyyədə olanlar üçün heç vaxt Peyğəmbər (s)-in danışığından onun sözlərinin doğru olmasına yəqin hasil olmaz və bu halda əgər onun yatağında yatardısa, çoxlu təşvişə, nigarançılığa və iztiraba düçar olacaqdı. Əgər Əli (ə) iman nöqteyi-nəzərindən yüksək bir dərəcədə olsa və Peyğəmbər (s)-in sözlərinin doğruluğu onun qəlbində gün kimi aydın olsa, onda Əli (ə) üçün daha yüksək bir fəziləti isbat etmiş olarıq. Çünki hər hansı bir insanın imanı özünün ən yüksək mərtəbəsinə çatsa və Peyğəmbərdən eşitdiklərinin düzgün və sadiq olduğu onun üçün gün kimi aydın olsa, həmçinin Peyğəmbər ona "əgər mənim yatağımda yatsan, sənə heç bir xətər toxunmayacaq", - desə və o da zərrə qədər belə, xətər ehtimalı vermədən onun yerində yatsa, onda heç bir şey belə bir fəzilətlə əsla müqayisə oluna bilməz.
    Indi isə tarix səhifələrini vərəqləyək. Indiyə kimi belə fərz olunurdu ki, Peyğəmbər (s) Əli (ə)-a öldürülməyəcəyini demişdi, amma əgər tarixə müraciət etsək, görəcəyik ki, bu məsələ Cafizin və ibni Teymiyyənin tərəfdarlarının güman etdikləri kimi deyil və heç də bütün tarixçilər bu hadisəni o iki nəfərin yazdığı kimi qeyd etməmişlər. "Təbəqati-kübra" kitabının müəllifi hicrət hadisəsini ətraflı şəkildə şərh edib yazmışdır, halbuki, Cafizin bəhanə olaraq dediyi cümlədən, Peyğəmbərin Əliyə dediyi: "Mənim yerimdə yat, sənə heç bir xətər toxunmayacaq" cümləsindən heç bir əsər-əlamət yoxdur. Yalnız o kitabın müəllifi deyil, doqquzuncu əsrin məşhur tarixçisi Məqrizi də özünün "Əmtaül-əsma" adlı kitabında bu hadisəni Vaqidi kimi nəql etmiş və Peyğəmbərin Əliyə "sənə heç bir xətər yetişməyəcək" - deyə buyurduğunu heç vaxt deməmişdir. Amma, bəziləri, məsələn, ibni Hişam özünün "Siyrə" kitabında (1-ci cild, səh. 483) və Təbəri öz tarixində (2-ci cild, səh. 99) belə bir şeyi qeyd etmişlər. Ibni Əsir özünün "Tarixi-kamil" kitabında (2-ci cild, səh. 372) və başqaları onu nəql etmiş, hamısı da "Sireyi ibni Hişam"dan, yaxud "Tarixi-Təbəri"dən nəql etmişlər. Bunlara əsasən, Peyğəmbər (s)-in belə bir şeyi deməsi heç də inandırıcı deyil və əgər demiş olsa da, hər iki məsələni (xətər dəyməməsi və camaatın əmanətlərinin qaytarılması) elə həmin ilk gecədə deməsi heç cür məlum deyil. Bu hadisənin şiə alimləri və tarixçiləri, habelə sünnü tarix (siyrə) yazanlarının bəzisi tərəfindən başqa cür nəql olunması müdəamıza şahiddir.
    Məşhur şiə alimi mərhum Şeyx Tusi özünün "Əmali" adlı kitabında Peyğəmbərin salamat qurtarması ilə nəticələnən hicrət hadisəsinin davamını belə yazır: "Hicrət gecəsi ötüb getdi. Əli (ə) Peyğəmbərin (s) gizləndiyi yerdən xəbərdar idi və Peyğəmbərin səfərinə lazım olan vasitələri tədarük görmək üçün gecə ikən onunla görüşməli idi. Peyğəmbəri-Əkrəm (s) üç kecə "Sovr" mağarasında qaldı. Gecələrin birində Əli (ə) və Xədicənin oğlu Hind ibni Əbu Halə mağaraya gedib Peyğəmbərlə görüşdülər. Peyğəmbər Əliyə aşağıdakı göstərişləri verdi:
    1) Mən və mənim səfər yoldaşım üçün iki dəvə hazırla. (Bu vaxt Əbu Bəkr dedi: "Mən əvvəldən bu iş üçün iki dəvə hazırlamışdım." Peyğəmbər buyurdu ki, bu iki dəvənin pulunu ödəyəcəyim halda səndən qəbul edərəm. Sonra Əliyə buyurdu ki, dəvələrin pulunu ödəsin.)
    2) Mən Qüreyşin əmanətdarıyam, elə indi də camaatın əmanətləri mənim evimdədir. Sabah Məkkədə müəyyən olunmuş bir yerdə dayanıb uca səslə elan et ki, hər kəsin Məhəmmədin yanında əmanəti varsa, gəlib aparsın.
    3) Əmanətləri qaytarandan sonra özün də hicrət etmək üçün hazırlaşmalısan. Mənim məktubum sənə çatan kimi qızım Fatiməni, öz anan Fatiməni və Zübeyr ibni Əbdül-Müttəlibin qızı Fatiməni özünlə gətir. Əgər Haşimdən də bir kəs hicrət etmək istəsə, onların da səfər etmələri üçün hazırlıq gör. (Sonra buyurdu:) "Bundan sonra səni təhdid edən hər bir xətər aradan qaldırılmışdır və sənə heç bir xətər toxunmayacaq."
    Axırıncı bu cümlə məhz ibni Hişamın "Siyrə"sində və Təbərinin öz tarixində qeyd etdikləri cümlədir. Buna əsasən, Peyğəmbərin Əliyə təminat verməsi hicrət gecəsi yox, sonrakı gecələrdə olmuşdur. Eləcə də Əliyə əmanətləri qaytarmaq haqqında verdiyi fərman "Leylətül-məbit"də yox, ikinci, yaxud üçüncü gecədə olmuşdur. Əgər sünnü tarixçilərinin bəzilərinin bu hadisəni nəql etməsindən Peyğəmbərin hicrət etdiyi gecədə Əliyə təminat verdiyi və həmçinin, həmin gecədə əmanətləri qaytarmaq haqqında göstəriş verdiyi anlaşılırsa, onda onların bu nəzərini başqa cür yozmaq olar. Mümkündür ki, onların məqsədləri hadisənin əslini və gerçəkləşməsini nəql etmək imiş və bu işin və Peyğəmbərin etdiyi vəsiyyətin zaman və məkanının qeyd olunması çox da əhəmiyyətli bir məsələ olmamışdır. Hələbi öz "Siyrə"sində yazır: "Peyğəmbərin mağarada olduğu gecələrdən birində Əli onun hüzuruna gəldi. O gecə Peyğəmbər Əliyə göstəriş verdi ki, camaatın əmanətlərini qaytarıb onun borclarını ödəsin."
    "Əd-Dürrül-Mənsur" kitabının müəllifi nəql edir ki, hicrət gecəsindən sonra Əli Peyğəmbərlə görüşmüşdü.
     
    Kitabın adı: Vilayət günəşi birinci cild
    Müəllif: Ayətullah Cəfər Sübhani

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.