» » Dini alətə çevirməklə dini cəhalət arasındakı əlaqə


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Dini alətə çevirməklə dini cəhalət arasındakı əlaqə
    +5
    Müəllif: Yusifi Zehra | 17-04-2015, 11:00 | Baxılıb: 982
     
    Dini alətə çevirməklə dini cəhalət arasındakı əlaqə


    İslam baxımından cəhalət

    İmam Sadiq (ə) buyurur: «Cəhl və nadanlığın bünövrəsi qədim dövrdən möhkəmlənmiş, bazarı rövnəq tapmış, dərin kök atmışdır». Cəhalət bazarının rövnəqlənməsinin səbəblərindən biri dinin oyuna çevrilməsidir. Hətta öz elmini Allaha yaxınlaşmaq üçün vasitə edənlərin də niyyəti ilahi olmamışdır. Həzrət (ə) bu insanları «ədalətsiz» adlandırır.
    Deyilənlərin aydınlaşması üçün bəzi nöqtələrə diqqət etməliyik. İmam (ə) «qədimdən cəhalətin bünövrəsi möhkəmlənmiş» buyurarkən nəyi nəzərdə tutur? Əgər cəhalət təbii hadisələrin məfhumunu bilməməkdirsə bunun dinlə nə əlaqəsi var? Hər bir millət ətraf aləmi öyrənmək üçün zəhmət çəkmiş, elm oxumuş, təcrübələr aparmış və bununla da öz cəhalətini müəyyən həddə aradan qaldırmışdır. Göründüyü kimi imam Sadiq (ə) dünyəvi elmlər sahəsindəki nadanlığı yox, insan xoşbəxtliyinin yeganə təminatçısı olan dini elmlərə münasibətdəki cəhaləti nəzərdə tutmuşdur. Bu elmlər peyğəmbərlərin gətirdiyi Allahıtanıma, insanın taleyi, axirət dünyası, düzgün yaşayış tərzi mövzularını əhatə edən biliklərdən ibarətdir. Bəşəriyyət üçün zəruri olan bu elmlərdir. Bu elmlərdən xəbərsiz insan dövrünün filosofu olsa belə, yenə də cahil hesab olunur. Quran baxımından əsl cəhalət budur!
    Cəmiyyətdə dini cəhalətin yayılma səbəbləri

    İnsanların cəhalət girdabına yuvarlanmasının, Allahın peyğəmbərlər vasitəsi ilə göndərdiyi elmlərdən lazımi dərəcədə istifadə olunmamasının müxtəlif səbəbləri vardır. Əsas səbəbkarlardan biri zalım sərmayədarlardır. Çünki cəmiyyət savadlı olduqda istismarçılar üçün çətinlik yaranır. Dini göstərişlərə əməl edən insan ictimai ədalətsizliyə qarşı səsini qaldırır. Bu səbəbdən də böyük sərmayə sahibləri cəmiyyətin dini agahlığına qarşı amansız mübarizə aparırlar. Dini cəhalətin digər bir səbəbi din adamlarının biganəliyidir. Bir çox dindarlar dinə əyləncə, çörək yeri kimi baxırlar. Özü dinə ciddi yanaşmayan təbliğatçının sözü təsirli ola bilərmi? İnsanlar dinə münasibəti din adamlarından öyrənirlər və din adamının dinə yüngül münasibəti xalqın dini biliklərindən məhrumiyyəti ilə nəticələnir. Tarixdən və dini mətnlərdən belə məlum olur ki, cəmiyyətin azğınlığının əsas səbəbi nadanlıq, cəhalətdir. İnsan fitrətən allahpərəst olduğundan özündən asılı olmayaraq dinə maraq göstərir. Tarixdə tamamilə dinsiz insanlara demək olar ki, təsadüf olunmur. İnsan fitrətindəki allahpərəstlik istəyinə cavab olaraq bütə, aya, günə, oda, bir sözlə, öz təsəvvürünə uyğun tanrıya pərəstiş edir. Qədim dünya tarixində aparılmış araşdırmalarda müxtəlif dinlər və etiqadlarla rastlaşırıq. Bu fakt bir daha insanların allahpərəst fitrətə malik olduğunu təsdiq edir. Amma fitri suallarına doğru cavab tapmayanlar təbii olaraq yanlış inanclar ardınca gedir. Onlar mələkləri Allahın qızları bilir, bütlərdən şəfaət umurlar. Doğru yola dəvət olunduqda isə deyirlər: «Biz bütlərə yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik»(«Zumər» surəsi, ayə 3.).
    Hələ məsihilikdən qabaq ikiallahlı müşriklər olmuşdur. Həzrət İsanı (ə) «Allahın oğlu» adlandıran məsihilər üçallahlıq ideyasını həmin müşriklərdən əxz etmişlər. Bu yanlış düşüncələrin səbəbi cəhalətdir. Bu sayaq xurafatlara sonradan yaranmış bütün məzhəblərdə istisnasız olaraq təsadüf olunur. Cəmiyyətin cəhalətindən şəxsi məqsədləri üçün istifadə edənlər də az olmayıb. Məsələn, insanlardan pul alaraq onların günahlarını bağışlatdıracaqlarını vəd ediblər. İndi də belə hallarla rastlaşırıq.
    Peyğəmbərlər cəhaləti aradan qaldırmaq, özlərindən əvvəlki kitabın məruz qaldığı təhrifləri islah etmək, cəmiyyəti vahid məqsədə yönəltmək üçün gəlmişlər. «Biz hər ümmətə Allaha ibadət edib, tağutdan çəkinsinlər deyə, peyğəmbər göndərmişik»(«Nəhl» surəsi, ayə 36.). Amma peyğəmbərlərin buyuruqlarına da min bir rəng verməklə cəhalətə sürüklənənlər az deyil. Əksər cəmiyyətlərdə insanları ardıcıl şəkildə doğru yola çağıranların olmasına baxmayaraq digər bir qrup daim cəhaləti dəstəkləmiş və onun aradan qaldırılmasına mane olmuşdur.
    Qeyd edildiyi kimi, cəmiyyətdə cəhalətin rəvac tapmasının digər bir səbəbi dindarların rəftarıdır. Dindarların dinə ciddi yanaşmadığını görən insanlar cəhalətə düçar olur.
    Latın Amerikasından olan bir keşiş deyir: «Bizim cəmiyyətdə insanlar keşişlərə inanmır. Nəinki onlar, hətta keşişlər özləri də öz dediklərinə əmin deyillər». Onlar elə düşünürlər ki, din yaşamaq üçün bir vasitədir. Ona görə də dediklərinə inansalar belə, ona ciddi yanaşmırlar. Onların nəzərincə din keçmiş nəsillərdən miras qalmış adət-ənənədir. Beləcə, din oyuncağa çevrilir və din təbliğatçıları dini bərbəzəkli süfrə xatirinə təbliğ edirlər. Onlar camaatın razılığını qazanmaq üçün dini onların xoşlayacağı bir şəkildə təfsir edirlər. Bəzən də öz işlərinə bəraət qazandıraraq iddia edirlər ki, belə etməsək insanlar dindən uzaqlaşar. Məsələn, ilkin məsihilikdən haram buyurulmuş bir çox şey kilsə tərəfindən halal edilmişdir. Kilsə öz cinayətini belə izah edir ki, yalnız bu yolla insanları dində saxlamaq mümkündür. Hətta son dövrlər Avropada oruc tutmayan məsihilərə heç olmasa bir gün «televiziya orucu» tutmaq təklif olunur. Allahın əmri olan oruc ayini bir gün televiziyaya baxmamaqla əvəz olunmağa çalışılır. Əlbəttə ki, cəmiyyətdə bu sözlər qulaqardına vurulur. Beləcə, məsihilikdə dini hökmlər bir-birinin ardınca ləğv olunur. Qurani-Kərimdə dini oyuncağa çevirənlər haqqında kifayət qədər danışılıb. Şənbə günləri balıq ovu haram edilmiş bir Bəni-İsrail tayfası həmin qazancı əldən verməmək üçün dənizin kənarında hovuzlar düzəltmişdi. Şənbə günləri bu hovuzların dənizə olan yolunu açardılar ki, balıqlar hovuza dolsun. Növbəti gün gəlib həmin balıqları tutardılar. Allah-təala bu tayfanı oyunbazlığına görə cəzalandırardı. «Əraf» surəsinin 116-cı ayəsində buyurulur: «Qadağan olunmuş işə saymazyana münasibət bəslədikləri vaxt onlara əmr olundu: «Zəlil meymunlara dönün».
    Maraqlıdır ki, dini məsələlərə qeyri-ciddi yanaşma dindarlarda da müşahidə edilir. Onlar elə güman edirlər ki, dini göstəriş adət-ənənə kimi dəyişə bilər. Məsələn, insan öz həmsöhbətinə «qurbanın olum» deyir, hansı ki, tükünü də verməyə hazır deyil. Uyğun münasibəti dinə göstərmək əbədi əzabla nəticələnir. Əgər insanlar görsələr ki, dinə doğrudan da ciddi yanaşılır və bunun cəmiyyətdə müsbət nəticələri var, onlar da dinə maraq göstərərlər. İmam Sadiq (ə) öz vəsiyyətində şiələrin diqqətini bu məsələyə yönəldir. Özünü Əhli-beyt tərəfdarı və aşiqi bilən hər bir müsəlman dinə ciddi yanaşmalıdır.

    Din qarşısında vəzifələrimiz

    İmam Sadiq (ə) yuxarıdakı buyuruğu bu gün bizə ünvanlamışdır. Dinə ciddi yanaşmalı, dini etiqadlarımız, əxlaqımız və əməllərimizə biganə yanaşmamalıyıq. Unutmaq olmaz ki, dini hökmlərin hər hansı yanlış izahatı başqalarını da doğru yoldan azdırır. Yəzd alimlərindən biri çox ağlayırmış. Səbəbini soruşduqda, belə cavab verdi: «Qorxuram qiyamətdə deyələr ki, sən öz vəzifələrinə düzgün əməl etsəydin Yəzd kafirləri müsəlman olardı!». Əməllərinə diqqətli olan insanlar bu sayaq narahatdır.
    İmam Sadiq (ə) xalqın cəhalətdə olmasına bəzi dindarların əməllərini səbəb göstərir: «Ey Cündəb oğlu, qədim dövrdən cəhalətin bünövrəsi möhkəm olub, çünki dini oyuncağa çeviriblər».
    İnsanın bütün rəftarları iki hissədən ibarətdir: insanın zəruri bildiyi ciddi işlər və əyləncə xarakterli qeyri-ciddi işlər. Allahın dinini oyuncaq hesab edənlər üçün dini vəzifələr adət-ənənə kimi qeyri-ciddi görünür. Onlar bu vəzifələri xalqı razı salacaq formada təfsir etməklə özlərinə müştəri yığırlar. Allahın dini qeyri-ilahi məqsədlər üçün istifadə edilir.
     
    Kitabın adı: Sadiq yol axtaranlar üçün İmam Sadiqin (ə) nəsihətləri
    Müəllif: Ustad Misbah Yəzdi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.