» » » İmam Rza (ə) və anası Zəhra (ə)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+0  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam Rza (ə) və anası Zəhra (ə)
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 22-03-2015, 16:00 | Baxılıb: 2 081
     
     
     İmam Rza (ə) və anası Zəhra (ə) 

    Səkkizinci rəhbər imam Rza (ə) da pakların pakı Zəhranın (ə) və Peyğəmbərin (s) pak nəslinin başqa övladları kimi, əziz anasının şəxsiyyətinə böyük hörmət bəsləyir, onun parlaq xatirəsini əziz tuturdu. Həmişə, hər dəfə fürsət düşdükcə behişt xanımlarının xanımını hörmətlə yad edir, onun adını böyük iftixarla dilinə gətirirdi. 
    Bu məhəbbət və əlaqə elə güclü idi ki, hətta müxaliflər və bədxahlar da bunu aydınca hiss edir və çalışırdılar ki, bu vasitə ilə imamla (ə) söhbətə, müzakirəyə girişsinlər və beləlikdə də, onun ürəyini yumşaltsınlar. 
    Bir gün imam Rza (ə) sevimli oğlu Cavadül-əimmə ilə oturmuşdu. Məmun Abbasi də bu iki alicənab şəxsin hüzurunda idi. Həmin gün imam (ə) anası Fatimənin (ə) tərifi haqqında bir hədis buyurdu. Məmun da hədisi eşidib dedi: "Atam Rəşid atası Mehdidən, o isə atası Mənsurdan, o da atasından, o isə ulu babası İbn Abbasdan belə bir rəvayət eşidibdir:
    "Bir gün İbn Abbas Müaviyəyə deyib: Bilirsənmi Fatiməyə (ə) bu adı nəyə görə qoyublar?”
    Müaviyə deyib: "Bilmirəm.”
    İbn Abbas deyib: "Fatiməyə (ə) bu adı ona görə veriblər ki, o və ardıcılları cəhənnəm odundan uzaqdırlar və ondan qorunurlar.”
    İbn Abbas sonra da əlavə edib ki, mən bu sözü Allahın Rəsulundan (s) eşitmişəm.”
    Bu məsələ ilə bağlı o həzrətdən başqa bir hədis də gəlib çatmışdır. O həzrət həmin hədisdə belə buyurur: "Onlar elə kəslərdir ki, iman, tovhid və paklıqları ilə öz Allahının görüşünə tələsir və şiə olmaqlarını, Fatimənin (ə) yolu ilə getdiklərini əməli surətdə sübut edirlər. Zahirən özlərini Fatimənin (ə) davamçıları kimi qələmə verənlər isə belə kəslərdən deyillər.”

    İmam Rzanın (ə) yaxın adamlarından birinin söylədiyi hekayət

    Qumdakı əllaməlik məktəbinin istedadlı və bilikli tələbələrindən biri - əziz dostumuz öz həyatına aid belə bir olmuş əhvalatı danışırdı: 
    "Uzun müddət idi ki, bir ağır ruhi xəstəliyə tutulmuşdum. Elə bir kəsə ürəkdən bağlanmışdım ki, mənə əsla əhəmiyyət vermirdi (əslində bizim aramızda heç bir uyğunluq da yox idi). Bu məsələ mənə bərk əzab verir və günümü qara əskiyə döndərirdi. Hansı qapını döyürdümsə, dərdimi kimə açıb deyirdimsə, bir çarə olmurdu ki, olmurdu. Dərd də beləcə davam etməkdə idi. Axırda bir gün qərara gəldim ki, səkkizinci imamın (ə) mübarək ziyarətgahına gedib o həzrət vasitəsilə dərdimə bir çarə qılım. 
    Bir neçə il bundan qabaq yay fəslində bu məqsədlə müqəddəs Məşhəd şəhərinə getmək şərəfinə nail oldum. Xoş bir təsadüf nəticəsində imam Rza (ə) ziyarətgahına gedən böyük yolda mərhum ustad Əllamə Təbatəbainin ("Əl-Mizan” adlı böyük və qiymətli təfsirin müəllifi) nurani və cazibəli simasını gördüm. Bu böyük alim də imamın (ə) ziyarətinə gedirdi. 
    Bu xoş təsadüfü xeyir kimi qarşılayıb o qoca arifin hüzuruna tələsdim. Salam verib ətəyindən yapışdım və ondan mənə kömək etməsini dilədim. Bərk həyəcan keçirdiyimdən o alicənab şəxsin dayanıb durdum və bu sözləri dedim: 
    "Böyük ustad, xahiş edirəm, mənə elə bir dua öyrədin ki, onun vasitəsilə bütün duaların qəbul olunduğu bu müqəddəs ziyarət yerindən əliboş qayıtmayım, istədiyimə Allah-təala vasitəsilə çatım. Yoxsa, sizin yanınızdan getməyəcəyəm.” 
    Arif ustad dərin və mənalı baxışları ilə halıma diqqətlə nəzər salıb pərişanlığımı duydu. Dərdimin nə olduğunu tam aydınlıqla bildirdi və onun əlacını söylədi. Mənə elə bir söz dedi ki, onu eşidərkən bütün vücudum əsməyə başladı. Mənə öyrətdiyi dua belə idi: "Övladım, ətirli hərəmə girib imam Rzanın (ə) ziyarəti şərəfinə nail olarkən ən təsirli və faydalı dualardan biri budur ki, o həzrəti anası Zəhraya (ə) and ver. Qoy o həzrət sənin istədiyini Allah-təaladan rica etsin. O həzrət anası Zəhranı (ə) çox sevdiyi üçün əziz anasına and vermək çox təsirli olacaqdır.”
    Sonra böyük ustad əlavə etdi: "Mən də sənə kömək edəcəyəm. Sənin üçün dua edəcəyəm. İnşaallah, hər ikimizin duası öz təsirini göstərəcək.”
    Ustad bu sözləri deyib hərəmə doğru yola düzəldi. Mən də ustaddan aldığım dərsi öyrənib ətirli hərəmə daxil oldum.”
    Əziz dostumuz sözünə davam edərək bildirdi ki, dediklərinə tam səmimiliklə inanır: "Həmin gün mahir ustadımın – müalicə həkimimin "nüsxəsinə” uyğun olaraq rəftar etdim... Həmin "nüsxəyə” əməl etməyimin nəticəsində neçə illik əzabverici dərdim müalicə olundu. Beləliklə, mən ana ilə oğlun – Zəhra (ə) ilə imam Rzanın (ə) məhəbbət və şəfqəti ilə şəfa tapdım və o zamandan bəri həmin anların ləzzətli xatirəsi daim qəlbimdə yaşayır.”
    İndiyə kimi minlərlə adam dərdli ürəklə imam Rzanın (ə) ətirli ziyarətgahına getmiş, dərdlərinə əlac üçün o həzrətə üz tutmuş və istədiklərinə nail olmuşlar. İndi cəsarətlə demək olar ki, bəlkə də həmin şəxslərdən çoxu əziz dostumuz kimi o həzrəti əziz anasına and vermişlər. 

    Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 2-ci cild
    Müəllif: Əqiqi Bəxşayişi

     
     
    Bölmə: Əhli Beyt / Fatimeyi Zəhra (s.ə)
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Ewqi_Kerbela | Status: İstifadəçi Offline | 22 Mart 2015 23:30 | Sayt nəzarətçisi | Şərh yazdı
    Ağa!Seni and verirem anan Zehraya (s.ə )  bizi de devet et gül etirli heremine....Üreymiz doludur Ağacan demeye sözümüz çoxdur çağır bizi de.........Allah  razı olsun bacım.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 22 Mart 2015 22:55 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 22 Mart 2015 20:08 | Redaktor | Şərh yazdı
    Allah İmam Rzaya anamız Fatimeye xatir bize kömek olsun hacetlerimizi qebul etsin Amin İnşAllah.Allah bizlere İmam Rzanın ziyareni nesib etsin Amin.Allah razı olsun gözel Gülüm Allah sene Kerbala ziyaretini nesib etsin Amin.Çox sağ ol ellerin var olsun.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.