» » » Fatimeyi-Zəhranın (ə) şeirlərindən bir nümunə


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Fatimeyi-Zəhranın (ə) şeirlərindən bir nümunə
0
Müəllif: Fatimə Nuri Xuda | 10-03-2015, 16:00 | Baxılıb: 1 203
 
 
Fatimeyi-Zəhranın (ə) şeirlərindən bir nümunə

Məlum olduğu kimi, həzrət Zəhra (ə) bütün hallarda güclü ruh sahibi idi. Hər bir ruhi vəziyyətdə dilindən güclü kəlam və zəngin bəyan qopardı. Hər hansı bir hal və vəziyyəti şərh etməkdə, müxtəlif mətləbləri açmaqda kamil bir bəlağət sahibi idi. 
Bəli, demək olar ki, Peyğəmbərin (s) qızı bu cür güclü bəyanı ilə söz mülkünün də başçısı idi. Elə fəsahət və bəlağətlə danışardı ki, müraciət etdiyi şəxsi öz alovlu və dərin kəlamı ilə həyəcana gətirər, yerindən oynadardı. 
Mühacir və ənsari qadınların hüzurunda dediyi sözlərin özü o həzrətin qüdrətli nitqinə, güclü kəlamına ən yaxşı bir nümunədir. Fatimə (ə) qabaqcadan hazırlaşmadan, bədahətən belə bir güclü kəlamı buyurmuşdur. 
Bundan əlavə, o həzrətə məxsus bir sıra şerlər də gəlib çatmışdır. Ərəb ədəbiyyatında xüsusi yeri olan bu şerlərin sayı olduqca çoxdur. Maraqlı burasıdır ki, Fatiməyə (ə) məxsus olan bu şerlərin hamısı aydın və sadə, anlaşıqlı və canlı bir dildə qələmə alınmışdır. 
Deyilənə görə, o həzrət alicənab atasının (s) vəfatından sonra bir gün Rəsulullahın (s) pak məqbərəsini ziyarət edərkən bir saat orada dayanmış, çox ağlamış və bu zaman dərdli ürəyinin dərinliyindən gələn bu beytləri söyləmişdir:
"Ey üzünü torpaq altında gizlədən kəs, de görüm, 
Mənim nalə və fəğanımı eşidirsənmi? Əgər eşidirsənsə, bil:
Canıma o qədər dərd-bəla çöküb ki, 
Əgər günlərin üstünə o bəlalar düşsə, qara gecələr kimi olar. 
Bəli, həyatımın gözəlliyi və əzəməti olan Məhəmmədin (s)  kölgəsində keçirdiyim o zamanlar keçdi. Zülmkar mənə məxsus yerə (hərəmimə) elə yaxınlaşıb ki, gərək onu əbamın ətəyi ilə qovam. Qumru quşları yalnız gecələr ağaclara qonaraq fəğan etdikləri halda, Mən gündüzlər də ağlayıram. Səndən sonra qəm-kədər canıma elə hopub ki, o, Artıq həyatımın mayasını, cövhərini təşkil edir. Sənin qəminlə tökdüyüm göz yaşları artıq bər-bəzəyim olubdur. Qorxuram ki, Məhəmmədin (s) məqbərəsinin ətri ilə vəfəs almağa layiq olan kəs bir daha bu müşk-ənbəri qoxulamaya və bütün bunlar haqqında düşünə bilməyə.”

Fatimeyi-Zəhra (ə) və Məkkənin fəthi

Fatimeyi-Zəhra (ə) İslamın ilk çağlarında dünyaya göz açmışdı. Onun mübarək miladı elə bir zamanda dünyanı öz müqəddəs nurları ilə işıqlandırdı ki, əziz atası peyğəmbərliyə seçilmiş, pak canına, vücuduna peyğəmbərlik məhəbbəti hopmuş, üzərinə vəhy mələyi qonmuş və Quranın səma ayələri mübarək qəlbinə nazil olmuşdu. Bəli, Fatimə (ə) belə bir xoşbəxt dövrdə doğuldu. Bu zaman əziz atası Allahın sonuncu elçisi (s) kimi dünyaya rəhbərlik məşəlini əlinə götürmüş və bəşəriyyəti doğruluğa, nicat və uğura doğru irəli aparırdı...
Başqa sözlə desək, pakların pakı Zəhranın (ə) təvəllüdü müqəddəs İslam ayininin zühuru ilə eyni vaxta düşür. Əgər sünnə əhli ilə şiə əhlinin o həzrətin təvəllüd tarixi haqqındakı fikirlərində olan cəmi bir neçə ilə bərabər fərqi nəzərə almasaq, deyə bilərik ki, Fatimə (ə) və İslam təxminən eyni vaxtda doğulmuş, zühur etmiş və yanaşı, çiyin-çiyinə böyümüş, irəli getmişlər. 
Beləliklə İslamla eyni vaxtda, onun qəlbində, İslam peyğəmbərinin (s) ətəyində, İslamın çiçəklənməsinin başlanğıcında dünyaya göz açan Fatimə (ə) qəlbi İslamın inkişafı ilə qoşa döyünür, nigaran gözləri atasının həyatında baş verən hadisələri görərək get-gedə bəsirət kəsb edir və gündən-günə biliyi, elmi artırdı. O, lap körpəlik çağından – dünyaya göz açan vaxtdan, xüsusilə də Şibi-Əbi Talibdə müşriklərin iqtisadi və siyasi mühasirəsində yaşayarkən Allah yolunda təlaşlarla bağlı üzləşdikləri müsibət və zülmləri görən zamandan başlayaraq dərk etdi ki, İlahi ayininin inkişafı fədakarlıq və cəsurluq, igidlik və qəhrəmanlıq tələb edir və bu yola qədəm qoyan kəs bir daha geri dönə bilməz. 
Bəli, Fatimə (ə) belə öyrənmişdi və buna görə də həmişə və hər hansı bir halda İslam qanun- qaydası, həyati mənafeyi hesab edir, İslam sıxıntılarını, müsəlmanların çətinliklərini öz sıxıntısı sayır və İslamın tərəqqisi, inkişafı ilə sevinir, fərəhlənirdi.
İslam və müsəlmanlar üçün bir çətinlik, sıxıntı ortaya çıxdıqda və ya İlahi ayinlərinin həyata keçməsi yolunda bir əngəl olduqda ürəyi ağrıyırdı. İslamın öz inkişafı yolunda uğur qazandığı anlarda bütün vücudu, qəlbi sevinclə dolurdu. Hicaz məntəqəsinin əksər yerlərinin İslam hökumətinin tabeliyinə keçdiyini, İslam qüdrətinin Ərəbistan yarımadasında getdikcə nüfuz qazandığını, uğurla yeni-yeni yerləri fəth etdiyini və düşmənlərin də bu böyük qüvvə qarşısında baş əydiyini görüncə qəlbi köksünə sığmırdı. Fatimə (ə) aydınca görürdü ki, bir zaman lovğalıq və təkəbbürləri yerə-göyə sığmayan, zülm və haqsızlıqları baş alıb gedən qüreyşilər indi necə yumşalıb muma dönmüş və hər vəchlə İslam qüdrəti ilə barışmağa can atırlar. Qüreyşilərin müsəlmanların qəlbini ələ almaq cəhdlərini və bu məqsədlə öz böyüklərindən birini Mədinəyə göndərməsini də görürdü. Onu da bilirdi ki, qüreyşilərin bu elçisi peyğəmbərliyin altıncı ilində bağlanmış Hüdeybiyyə müqaviləsini uzatmaq və beləliklə də qısa bir müddət də olsa, asudə olmaq, bu qazanılmış vaxtdan öz məram və məqsədlərini yerinə yetirmək üçün öz başçılarından birini – Əbu Süfyanı Mədinəyə göndərir. Görürdü ki, Əbu Süfyan qüreyşilərin özünü Məkkədə müsəlmanların müttəfiqi xüzamlərə görə pozduqları bu müqaviləni uzatmağa gedir. Bilirdi ki, onlar artıq İslamın bu məntəqədə böyük bir qüdrətə çevrildiyini və onunla hesablaşmamağın mümkün olmadığını hiss edirdilər...
Bəli, Fatimə (ə) İslamla qoşa addımlayır, böyüyür və İslamla bağlı hadisələri, dəyişiklikləri görür, dərk edirdi. 
Qüreyşilər bu tədbirə əl atıb öz nümayəndələrini müqavilənin uzadılması üçün Mədinəyə göndərərkən alicənab İslam peyğəmbəri (s) onların sui-qəsdlərindən, cızdıqları plandan yaxşıca xəbərdar idi. Məkkədə olan müttəfiqlərinə - müsəlmanlara qarşı onların törətdikləri cinayətləri də bilirdi. Onu da bilirdi ki, indi Əbu Süfyan Mədinəyə keçmiş barışığı uzatmaq üçün gəlir və bundan da məqsədi qüreyşilərin mənəviyyat və sədaqətdən uzaq olan maddi həyatlarını daha bir neçə gün artıq davam etdirməkdədir. 
İndi isə İbn Hişamın (218/833-cü ildə vəfat etmişdir) "Sirətu-Nəbəviyyə” kitabında təfsilatı ilə verilmiş Əbu Süfyanın Mədinəyə səfəri haqqındakı rəvayətə nəzər salaq. Bu səfərdə diqqəti cəlb edən və düşündürücü məsələlər vardır. İbn Hişam həmin kitabında yazır: 
"Əbu Süfyan Hüdeybiyyə müqaviləsinin müddətini uzatmaq adı altında İslam peyğəmbəri (s) ilə görüşmək niyyətilə Mədinəyə daxil oldu. Əvvəlcə öz qızı Ümm Həbibənin mənzilinə gəldi və İslam peyğəmbərinin oturduğu fərşin üstündə oturmaq istərkən qızı cəld fərşi onun altından çəkdi və qoymadı ki, atası orada otursun. 
Əbu Süfyan heyrətlə dedi: "Qızım, məgər bu fərş mənə layiq deyil, yoxsa onun üzərində oturmağa mənim ləyaqətim yoxdur?”
Qızı cavabında dedi: "Bu fərş Allahın peyğəmbərinə (s) məxsusdur. Sən isə dinsiz və murdar bir kişisən. Mən də istəmirəm ki, sənin kimi imansız şəxs onun üstündə otursun.”
Əbu Süfyan dedi: "Qızım, fikrimcə, mənim evimdən çıxdıqdan sonra sənə bir narahatlıq üz verməmişdir ki, belə rəftar edir, bu cür sözlər söyləyirsən?”
Əbu Süfyan bu sözləri dedikdən sonra ayağa qalxıb qızının evindən çıxdı və İslam peyğəmbərinin (s) hüzuruna tələsdi. Amma Peyğəmbərlə (s) söhbətə başlarkən o həzrət ona heç bir cavab vermədi. 
Əbu Süfyan oradan Əbubəkrin ardınca gedib ondan xahiş etdi ki, köhnə tanışlıqlarının xatirinə ona kömək etsin, İslam peyğəmbərini (s) onunla danışmağa vadar etsin. 
Əbubəkr də dedi: "Mən bu barədə heç bir iş görə bilmərəm.”
Əbu Süfyan Əbubəkrdən ümidsiz olduqdan sonra ondan ayrıldı və bu dəfə Ömər bin Xəttabın yanına getdi. Onu tapıb öz xahişini bildirdi. 
Ömər də belə cavab verdi: "İstəyirsən ki, sənin əleyhinə olan bir iş haqqında Allahın Rəsulunun (s) yanında vasitəçilik edəm? Əsla!”
Hər yerdən ümidsiz, peşman qayıdan Əbu Süfyan bu dəfə Əli bin Əbu Talibi axtarmağa getdi. O həzrətin evinə daxil olanda Fatimə (ə) də orada idi. Uşaqlıq çağından yeniyetməlik dövrünə qədəm qoymağa hazırlaşan Həsən bin Əli (ə) də bu zaman ata-anasının yanında oynamaqla məşğul idi. 
Əbu Süfyan dedi: "Ya Əli, bilirsənmi ki, sən mənim ən yaxın qohumumsan? Mən bir iş üçün sənin yanına gəlmişəm. Ümidvaram ki, məni məyus və ümidsiz qaytarmayacaqsan. Xahişim də budur ki, İslam peyğəmbərinin (s) yanında mənə vasitəçilik edəsən.” 
Əli (ə) buyurdu: "Əbu Süfyan, vay sənin halına! Məgər bilmirsən ki, İslam peyğəmbərinin (s) bu barədə qərarı var? Mən əsla onun qərarları haqqında bir söz deyə bilmərəm.” 
Əbu Süfyan üzünü Fatiməyə (ə) sarı çevirib dedi: "Ey Peyğəmbərin (s) qızı, bu kiçik oğluna (həzrət Həsən bin Əli (ə) nəzərdə tutulur – Ə. B.) de ki, Mədinə camaatına belə bir sözü elan etsin: "Mən Əbu Süfyana sığınacaq vermişəm.” Əgər o, belə bir iş görərsə, ömrünün sonuna kimi ərəb dünyasının başçısı olacaq.”
Peyğəmbərlik məktəbində tərbiyə almış Fatimə (ə) Əbu Süfyanın bu sözlərinin cavabında buyurdu: " Mənim kiçikyaşlı oğlum hələ yaşının o həddinə çatmamışdır ki, kiməsə sığınacaq verə bilsin. O da ki, ola Allahın düşməni və Tanrının Elçisinin (s) düşməni.
Burada yalnız bir hissəsini verdiyimiz bu tarixi rəvayət – olduqca mənalı və düşündürücü olan bu hadisə Fatimənin (ə) İslamın ali məqsəd və prinsiplərinə necə vəfalı olduğunu açıq-aşkar göstərir. Bəli, bu hadisə sübut edir ki, İslam peyğəmbərinin (s) qızı o dövrün ictimai-siyasi hadisələrində tam diqqət mərkəzində olmuş və Allahın Rəsulunun (s) nəzərində İslam dünyasının əsas dayaqlarından biri sayılmışdır. Məhz buna görə də İslamın qatı düşmənləri öz məsələlərinin həlli üçün ona pənah gətirmiş və vasitəçiliyini xahiş etmişlər. 
Bu rəvayətdən həmçinin aydın olur ki, Zəhranın (ə) sevimli oğlu Həsən bin Əli (ə) o zaman yeniyetməlik yaşında imiş (uşaqlıqla cavanlıq arasındakı yaş dövründə). Təbir (yozma) tarixinin dili ilə desək, bu vaxt o, "qulam” mərhələsinə qədəm qoymuş imiş. Ərəb tərbiyə ("ədəb”) tarixində bu yaş mərhələsi uşaqlıq dövründən yuxarıdır, yəni on iki, on üç, on dörd yaşları bildirir. İzahlı lüğətlərdə də "qulam” sözünün "növcavan” (yeniyetmə), "üzünə təzəcə tük gələn” mənaları göstərilir. Bu tarixi rəvayət Zəhranın (ə) ərə getmə, ailə qurma məsələsinə də aydınlıq gətirir və bu mövzu ilə bağlı bütün şübhələri aradan götürür. Beləliklə, aydın olur ki, o həzrətin ərə getməsi Mədinəyə köçməmişdən qabaq olmuşdur. Çünki Əbu Süfyan Fatimənin (ə) evinə hicrətin 7-ci ilinin günlərindən birində vasitəçilik xahişi ilə gəlmişdi və o zaman həzrətin on iki-on dörd yaşlarında yeniyetmə oğlu var idi. Yəni bu vaxt o həzrətin oğlu ömrünün elə bir çağını yaşayırdı ki, həmin dövrün ictimai həyatında da Əbu Süfyana sığınacaq verən bir şəxs kimi iştirak edə bilərdi. O fitnəkar kişi də məhz bunu nəzərə alaraq Fatimənin (ə) oğlundan siyasi sığınacaq istəyirdi. Lakin ağıllı və bilikli, gözüaçıq və uzaqgörən anası Fatimə (ə) bu işə razı olmadı. O həzrətin Əbu Süfyanın və havadarlarının gizli sui-qəsdlərindən, çirkin niyyətlərindən xəbəri var idi. Buna görə də həmin fitnə baş tutmadı və Əbu Süfyan öz hiyləgər məqsədinə - Həsən bin Əlidən (ə) sığınacaq almaq niyyətinə nail ola bilmədi. 
Bu rəvayət Fatimənin (ə) ictimai-siyasi məsələlərdə mövqeyini bir daha açıq-aşkar göstərir və sübut edir ki, o həzrət necə ayıqlıq və uzaqgörənliklə düşmənlərin fitnə-fəsadlarını duyur, onların qarşısında böyük iradə və mətanətlə dayanırdı. 

Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 2-ci cild
Müəllif: Əqiqi Bəxşayişi

 
 
Bölmə: Əhli Beyt / Fatimeyi Zəhra (s.ə)
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 10 Mart 2015 18:51 | Redaktor | Şərh yazdı
Allah səni bizə cox görməsin Gülüm. Məhşərdə Anamız Zəhra (ə_s) məhşur olasan. Sağ ol var ol Kərbəla səfərin olsun  amin ya Rəbbəl amin..

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.