» » Quranın uyğunluq ecazı


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6728

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6712

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 4
Ay ərzində: 5

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Quranın uyğunluq ecazı
    0
    Müəllif: Yusifi Zehra | 15-03-2015, 11:00 | Baxılıb: 1 019
     
     
    Quranın uyğunluq ecazı
     
    Quranın bir neçə möcüzəvi xüsusiyyətləri haqda söhbət açdıq və bir qədər əvvəl, əql və fəlsəfi ecazına da müxtəsər işarə etdik. Haqqında söhbət açmaq istədiyimiz mövzu, Quranın həmahəng və uyğunluq ecazıdır. Yəni, Quran ayələrində azacıq da olsun ixtilaf və tərtib baxımından nöqsan nəzərə çarpmayır. Hər bir normal insan əldə etdiyi həyati təcrübələrdən belə bir qənaətə gəlməlidir ki, yalan və iftira əsasında qurulan qanun və nizamnamələr çox keçmədən öz etibarını itirib aradan getməlidir. O ki qaldı etiqadi və əxlaqi məsələlərə, burada bu məsələ daha qabarıq nəzərə çarpır. Yalançı şəxslər nə qədər səy etsələr də, öz ifadələrində ziddiyyət və nöqsanlara yol verməlidir. Necə deyərlər, «yalançının yaddaşı az olar».
    Amma Qurani-kərim, insanların həyatına daxil olmaqla onların ictimai, siyasi, dini və s. məsələlərinə toxunmuş, azacıq da olsun nöqsan və çatışmamazlıqlara yol verməmişdir. Allah-taala peyğəmbərlik, siyasət, ictimaiyyət, şəhər və ölkələrin idarəetmə üsulları, əxlaq və s. qanunlar haqda ətraflı mülahizələr aparmışdır. Burada astronomiya, tarix, müharibə və sülh qanun-qaydalarına ümumi şəkildə olsa da, toxunulur. Mələk və insanlar, heyvanlar, yağış, külək, bitkilər aləmi və bu kimi yer və səmavi varlıqlar haqda da maraqlı məlumatlar verilir. Bütün bunlarla yanaşı, Quranda, qiyamətin qorxunc səhnəsi, insanların məhşərdəki sorğu-sualı da öz əksini tapmış və qeyd etdiyimiz kimi, mövzu və qanunların heç birində ziddiyyət, nöqsan və çatışmamazlıqlara yol verilməmişdir. Quran bəzən bir mövzu ətrafında iki dəfə və ya daha artıq söhbət açır, amma buna baxmayaraq onların heç birində çatışmamazlıq nəzərə çarpmayır. Məsələn, götürək Musa (ə)-ın əhvalatını. Biz Quranda bu əhvalatla dəfələrlə qarşılaşsaq da, onların heç birində nöqsan və ziddiyyətlərlə qarşılaşmırıq. Növbəti ayə özündən əvvəlki ayələri təsdiqləyir və onu daha da təkmilləşdirir.
    Quranın 23 il ərzində müxtəlif hadisə və münasibətlər əsasında nazil olduğunu nəzərə aldıqda, onun həqiqətən ilahi vəhy olduğunun, insanın elm və qüdrətindən xaric olduğunun bir daha şahidi oluruq. Quranın 23 il ərzində nazil olmasını yaranmış ictimai, siyasi, dini şərait tələb edirdi. Bu müqəddəs kitab ayə-ayə nazil olmasına baxmayaraq, öz həmahəngliyini qoruyub saxlaya bilmişdir. Bu da Quranın möcüzəvi xüsusiyyətlərindən biridir.
    «Onlar Quran barəsində (onun Allah kəlamı olması haqda) düşünməzlərmi?
    Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə onda çoxlu ziddiyyət (ixtilaf, uğursuzluq) tapardılar.»
    Bu mübarək ayə insanı daxili və fitri mətləblərə dəvət edir. O da bundan ibarətdir ki, insan irəli sürdüyü iddia və söylədiyi ifadələrdə yalan və iftiraya əsaslanarsa, gec-tez söylədiyi ifadələrdə ziddiyyət və nöqsan yaranacaqdır. Lakin biz, Quranda bu kimi çatışmamazlıqlarla qarşılaşmırıq. Quranın nöqsan və çatışmamazlığını sübuta yetirmək üçün heç bir təsdiq və dəlilə ehtiyac duyulmayır. Bu həqiqəti hətta, o dövrün cahil ərəbləri də dərk edirdi. Fəsahət və bəlağət alimləri, görkəmli şer ustaları, ədəbiyyatşünaslar dəfələrlə bu mətləbə toxunmuş, Quranın əbədi və ilahi möcüzə olduğunu etiraf etmişlər.
    Bir anlıq Vəlid ibni Müğeyrənin söylədiklərinə diqqət yetirin. Əbu Cəhl ondan Quran barəsində öz nəzərini bildirməsini istədikdə, bu sözləri demişdir:
    «Mən Quran barəsində nə deyə bilərəm? And olsun Allaha! Sizlərdən, məndən çox ərəb şer və qəsidələrini bilən yoxdur. Şerin sirlərində, fəsahət və bəlağət elminin dərinliklərində, rəcəz şerlərində məndən bilikliniz yoxdur. Mən şerin bütün növlərinə, hətta cinlərin şerlərindən belə agaham. Amma and olsun Allaha! Məhəmmədin söylədikləri bunların heç birinə bənzəməyir. Bəli! Məhəmmədin söylədiklərində özünəməxsus şirinlik vardır. Onun söylədiklərindən daha şirin və daha mənalı bir şey söyləmək mümkün deyildir. Məhəmmədin hər bir sözü, hər sözdən daha üstün və təsəvvür olunmazdır.
    Əbu Cəhl dedi: And olsun Allaha! Əgər onun əleyhinə bir söz deməsən, qəbilə üzvləri səndən razı qalmayacaqdır.
    Vəlid dedi: Elə isə bir qədər səbr edin, bir şey fikirləşim. Bir qədər fikirləşdikdən sonra dedi: Quran, Məhəmmədin sehrkarlardan öyrəndiyi sehrdir.» (Təfsir Təbəri, 29/98).
    Başqa bir yerdə Vəlidin verdiyi cavab bir qədər fərqli olaraq nəql olunur: «And olsun Allaha! Məhəmmədin söylədikləri nə insan sözüdür, nə də cin. Dediyi sözlərin özünəməxsus şirinliyi vardır. Kimsə bu vaxta qədər bu sözləri deməmiş və deməyə də qadir deyildir. İstifadə etdiyi hər bir ifadə də yenilik və cazibəlik hiss olunur.»
    Əgər səmavi kitab adlanan tövrat və incili diqqətlə araşdırsanız, haqq və batili olduğu kimi dərk edib həqiqətə nail olacaqsınız.
    İndi isə incildəki bir neçə ziddiyyətli ayələrə diqqət yetirin:
    1. Lukanın incilində deyilir:
    Məsih (ə) dedi:
    «Mənimlə olmayanlar mənə müxalif olanlardır.» (Mətta. 12-ci fəsil. Luka 11-ci fəsil).
    Amma başqa bir yerdə yenə də incildə oxuyuruq: «Bizimlə müxalif olmayanlar bizimlədirlər.» (Markos və Luka. 9-cu fəsil).
    2. İncildə deyilir: «Məsih (ə)-ı saleh müəllim adlandırdıqda etiraz edərək dedi: Saleh?! Allahdan başqa kimsə saleh deyildir.» (Mətta. 19-cu fəsil. Markos 10-cu fəsil).
    Amma başqa bir yerdə bunun tam əksilə rastlaşırıq. «Mənəm saleh gözətçi. Sonra dedi: Saleh gözətçi mən özüməm.» (Yuhənna 10-cu fəsil).
    3. Məttanın İncilində deyilir:
    «Həzrət Məsih ilə dar ağacına asılan oğruların hər ikisi onu danlayır, təhqiramiz sözlər deyirdilər.» (Mətta. 27-ci fəsil).
    Başqa bir incildə isə bunun tam əksi deyilir: «Oğrulardan biri Məsihə dedi: Əgər həqiqətən Məsihsənsə (Allah peyğəmbərisənsə) həm özünü, həm də bizi bu bəladan qurtar. Başqa birisi dedi: Məsihi danlamaqla Allahın əzabından qorxmursanmı.» (Luka 5-ci fəsil).
    4. Yuhənnanın İncilində deyilir:
    «Əgər mən öz xeyrimə şəhadət verirəmsə, şəhadətim heç də düzgün olmayacaqdır.» (Yuhənna 5-ci fəsil).
    Amma həmən incildə başqa bir fəsildə deyilir:
    «İsa dedi: Əgər mən şəhadət verərəmsə, şəhadətim tamamilə düzgün olacaqdır.» (Yuhənna 8-ci fəsil).
    Bunlar həcm baxımından bir o qədər də böyük olmayan incildən, bir-biri ilə fərqli və ziddiyyətli nümunələr idi. Amma nə qədər az olsa da, həqiqətsevər insanlara həqiqəti bilmək üçün kifayət qədər dəlil və sübut ola bilər.
     
    Kitabın adı: Əl-bəyan 1-ci cild
    Müəllif: Ayətullah hacı Seyyid Əbülqasim Xoyi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.