Gülsümün dilindən
Xeyməgahın məkan oldu
Dur ayağa, yatan qardaş
Məgər həşirin yalan oldu
Bu gün qəmə yetən qardaş
Kəsilsin əllərin zalim
Pərişan eylədin halim
Hansı birisin yada salım
Cavanları itən qardaş,
Analar oğlunu bəslər
Bacılar qardaşın səslər
Mənim könlüm səni istər
Bizimi Şamə atan qardaş
Qardaş atam yalnız qalıb
Ətrafimi düşmən alıb
Susuzdan dil kabab olub.
Yoxdur sözüm tutan qardaş.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.