Fatimə Əyyamı üçün
Bu üç həftə bizə matəm, içimiz dop-dolu qəm,
Qəm edir ümməti-Peyğəmbəri –Xatəm gözü nəm,
Cəm olub göydə mələklər keçirir matəmini,
Əlinin qəddini bir halda ki, əymiş bu sitəm,
Beli sınmış Əlidir Fatimə əyyamı üçün.
Dilimiz nöhəlidir Fatimə əyyamı üçün.
Bu qəmi mən necə ifadə edim ki, söz ilə,
Bu qəmi körpə ikən gördü o Zeynəb göz ilə,
Ey edən cisminə işgəncə Peyəmbər qızının,
Baxacaqsan Üzünə həşrdə hansı üz ilə?
O gözün kölgəlidir, Fatimə əyyamı üçün.
Dilimiz nohəlidir Fatimə əyyamı üçün.
Əli- Zəhra bədənin gizlicə qoymuş məzara,
Bir adam bilməmiş əsla, gecə qoymuş məzara,
O deməkdir bu ki, bir zalıma yox beyətimiz,
Sinəsin dağlayıb Allah, necə qoymuş məzara?
Ürəyi yarəlidir Fatimə əyyamı üçün.
Dilimiz nöhəlidir Fatimə əyyamı üçün.
O Rəsulun qızı yox, göz-bəbəyi, canı idi,
O vəhy xanəsinin bir bəzəyi, canı idi,
Ona işgəncə Rəsulullaha işgəncə demək,
Bu səbəbdən ki, Rəsulun ürəyi, canı idi,
O ürək naləlidir Fatimə əyyamı üçün.
Dilimiz nöhəlidir Fatimə əyyamı üçün.
Atası etdi vəfat, naləsi dinmir Xanımın,
Əli əxz etdi ki, göz yaşı silinmir Xanımın,
Bu ürək dağı ilə etdi himayət Əlini,
Hələ də, indiyədək qəbri bilinmir Xanımın,
Balası qüssəlidir Fatimə əyyamı üçün.
Dilimiz nöhəlidir Fatimə əyyamı üçün.