Xanım Hində
Söylə Xanım bu necə haldır?
Sənin ürəyin, görürəm qandır
Zeynəb ərz etdi ki, bu dilim laldır
Hüseyn bacısı Zeynəbəm Hində
Xanım Zeynəb
Soruşma mən kiməm, kimdir bu gündə
Hüseynin bacısı Zeynəbəm Hində
Yeddi qardaşım öldü bir gündə
Mən Əli qızıyam Zeynəbəm Hində
Xanım Hində
Hində dedi bəs hanı Heydəri-Kərrar
Bəs xanım Leyla, bəs xanım Zəhra
Bəs hanı xanım Xədiceyi-Kübra
Sənin ürəyin görürəm qandır
Xanım Zeynəb
Xanım Zeynəb dedi bax bu davada
Doğrandı Qasimim O Kərbəlada
Qasim nakam öldü bu dünyada
Onun üçün ağlayır Zeynəb bu gündə
Xanım Hində
Hanı uzun qollu Həzrəti Abbas?
De nədən Sizdən bu qisas?
De kimlər saxlayır şəhidlərə yas
Sənin ürəyin görürəm qandır
Xanım Zeynəb
Qardaşım Abbas verdi qolların
Hüseyn yolunda soldu güllərim.
Əkbərə kəfən biçdi əllərim
Mən Əli qızıyam, Zeynəbəm, Hində.
Sonra söylədi ki, Xeymələr yandı,
Odların içində bimarım qaldı,
Dövrəmi əhli şaumyan aldı,
Hüseyn bacısı Zeynəbəm, Hində.
Olubdur əzadar əhli Mədinə,
Ağlayır Fatimə, yetim Səkinə,
Xaif nöhə yazar bu gündə,
Mən Əli qızıyam Zeynəbəm, Hində.