Musibətlər anasıyam
Yeddi qurban bacısıyam
Mən Fatimə (a.s) balasıyam
Mən Zeynəbəm, mən Zeynəbəm
Mən peyğəmbər torunuyam
Əli Mürtaza (a.s) qızıyam
Mən Həsən Hüseyn (a.s) yavəri
Mən Zeynəbəm, mən Zeynəbəm
Ömrü az anam Zəhra (a.s)’nın
Bir ömür ağlar qızıyam
Mən babamın zinətiyəm
Mən Zeynəbəm, mən Zeynəbəm
Mihrap şəhidi babamın
Zehir solduran imamın
Baş ucunda ağlıyanam
Mən Zeynəbəm, mən Zeynəbəm
Mən Kərbəla gonağıyam
Yeddi şəhid qardaşıma
Kərbəla’da ağlıyanam
Mən Zeynəbəm, mən Zeynəbəm
Mənim göz yaşım dinmədi
Üzüm heç xoş gün görmədi
Qəmlər məndən əlçəkmədi
Mən Zeynəbəm, mən Zeynəbəm