» » Qadının iffət və hicabı


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Qadının iffət və hicabı
Müəllif: Admin | 16-11-2013, 01:20 | Baxılıb: 0

QADININ İFFƏTİ VƏ HİCABI

QADININ İFFƏTİ VƏ HİCABI

HİCABIN MƏNFƏƏTLƏRİ

Qadının gözəlliyini örtən, onu tərbiyəsiz və aludə insanların baxışlarından qoruyan örtük və ya hicab Qurandan qaynaqlanan ilahi bir göstərişdir.

Hicabın ən gözəl nümunəsi Zəhra (s.ə) yadigarı olan çadra elm və tərəqqi üçün heç bir maneə törətmir. Əksinə, bir çox təhlükələrdən qoruyur.

Çox qiymətli daş-qaş olan qadın ilahi hicab sandıqçasında olduğu müddətdə ərzində oğruların, qarətçilərin şərindən amanda qalır.

Əgər gənc, gözəl simalar görünməzsə, həva-həvəs alovları, cinsi tələblər atəşi bir millətin paklığını, bir məmləkətin mənəviyyatını yıxmağa qalxmaz.

Əgər gənc oğlanlar küçədə, bazarda, elm mərkəzlərində, idarələrdə və s. kimi ümumi obyektlərdə qız və qadınların gözəlliklərini müşahidə etməzlərsə, bu zaman pozğunluqlar, digərlərinin namusuna təcavüz, zina, homoseksualizm, ruhi xəstəliklər, tüfeylilik və digər bu kimi problemlərlə qarşılaşmaz, minlərlə istedad heyvani həyat qəbiristanlığına gömülməz.

Bütün bunlara əsasən deməliyik ki, hicab və örtük qadın üçün vacibdir. Bunu inkar edən isə İslamın zəruri bir göstərişini, Quranda buyurulan bir əmri inkar etdiyi üçün kafir sayılır.

Hicabı danan hər hansı bir gənc oğlan müsəlman qızla ailə qura bilməz. Çünki bu evlilik qanunsuz, onların arasında bağlanılan nikah batil, aralarındakı münasibət zina, evladları isə zinazadədir. Həmçinin, hicabı danan hər hansı bir qız gənc müsəlman oğlana ərə gedə bilməz. Çünki yuxarıda qeyd olunanlar ona da şamil edilir.

Hicab qadının əzəmətini, şəxsiyyətini və gözəlliyini öz əri üçün qoruyur.

Qadın hicab zinəti ilə zinətləndiyi bir halda təhsil, tərəqqi mərhələlərini asanlıqla keçə bilər. «Hicab tərəqqi yolunun maneəsidir» prinsipi şeytani bir vəsvəsə olaraq qarətçi müstəmləkəçilərin, namus oğrularının dünya xalqlarına aşılamaq istədikləri yanlış bir fikir, qərb və şərq dövlətlərinin sayaqlamalarıdır.

Ailələrin səmimiyyəti, kişilərin qəlblərinin təskinliyi, ər və arvad münasibətlərinin möhkəmliyi, kişinin öz nikahlı qadınına məhəbbəti, etibarı - bütün bunların hamısı qadınların hicab və örpəyinə borcludur.

Əgər kişilər asanlıqla, istədikləri şəkildə (qeyri-qanuni yolla) qadınlara sahib ola bilsələr, bu zaman onların öz nikahlı qadınlarına qarşı eşq və məhəbbətlərinin heç bir zəmanəti olmayacaq, yuvalar asanlıqla dağılacaqdır.

Hicabsızlıq, qərbin təlqin etdiyi şəkildə qadının özbaşınalığı onun azadlığı demək deyil. Bu növ azadlığın ziyan və təhlükəsini saymaqla qurtarmaq olmaz: Hicabsızlıq indiyə qədər minlərlə kişini azğınlığa, tüfeyliliyə, ailəli qadınlarla qanunsuz münasibətlərə sürükləyib; təlağın sayını artırıb; yəhudilik və məsihiliyin arzu etdiyi kimi, bir çox kişi və qadınların İslamdan, dindən çıxmasına səbəb olub və s.

Hicabsızlığın təməlini qoyanlar, dilə gəlib, onun acı nəticələrini son dövrlərin ən qorxulu təhlükəsi adlandırırlar.

İranda mövcud olan ailə quruluşu həya, iman, təqva əsasında qurulan, olduqca güclü, möhkəm bir ailə quruluşudur. Bu səbəbdən, təlaq da digər ölkələrə nisbətən olduqca azdır.

Qərb müstəmləkəçiləri Rza xan adlı vətənini satan, xain birinin əli ilə tüfeyliliyin, savadsızlığın əsasını qoyduqdan, Qurandan gələn hicab və örtüyü qarət etdikdən sonra ailələrin vəziyyəti tamamilə dəyişdi. Təlaq inanılmaz şəkildə artdı. Belə ki, onun hakimiyyətinin sonlarında hər ay altı-yeddi min ailə boşanmaq məqsədi ilə məhkəmələrə müraciət edirdi. Qadınlar ərlərindən, kişilər isə arvadlarından imtina edirdilər. Ailə məsuliyyətini çiyinlərindən atmış bu iki zümrə sürətlə cəmiyyətə qoşulur, nəticədə isə pozğunluq, fəsad baş alıb gedirdi.

Hicabın aradan qaldırılması məsələsindən sonra, böyük mərcəyi-təqlid, dahi alim mərhum Ayətullah Şahabadi şah rejimindən qorxmayaraq minbərlər üzərində, ümumi və xüsusi məclislərdə fəryad edirdi: «Rza xan Quranın hicabını qarət etməklə, Gövhərşad məscidinin və imam Rzanın (ə) məqbərəsinin ətrafında hicabsızlıq əleyhinə qiyam edən əhalini qırmaqla yüz iyirmi dörd min peyğəmbərin belini sındırdı».

Bəli, o arif, İslam hökmlərində, fəlsəfədə məharətli müctehid, misilsiz alim olan o haqq aşiqi hicabsızlığı Allah elçilərinin belini qıran bir amil hesab edir.

Qütb çox faydalı «Biz müsəlmanıqmı?» kitabında yazır: «Əlimə keçən sənədlərdən məlum oldu ki, papalardan biri bütün keşiş və kardinalları Vatikana dəvət edir. Onlardan İslamı məhv etmək, din işığını söndürmək üçün Vatikan və məsihiyyətə az xərcə başa gələn bir yol tapmalarını tələb edir. Bu məqsəd üçün komissiyalar təşkil olunur. Mütəxəssislər müxtəlif fikirlər irəli sürürlər. Bütün rəy və fikirlər arasında yalnız bir rəy keşişlər, kardinallar və papanın özü tərəfindən qəbul olunaraq bəyənilir. Həmin rəy bundan ibarət idi: İslamı məhv etmək üçün ən güclü silah, ən az xərc tələb edən proqram müsəlman qadınlarının hicabını əllərindən almaqdır. Bu yolla onları bütün məkanlarda gənclərin ixtiyarına verər və qeyri-qanuni münasibətlərə sürükləyərik».

Bu layihə xainlərin əli ilə həyata keçirildi, qadınların həva-həvəsini, imansız qızların qeyri-normal tələblərini alovlandırdılar. Bununla da İslam ölkələri, İran acınacaqlı vəziyyətə düşdü. Belə ki, dinin məhv olması təhlükəsi gözlənilirdi. Belə bir şəraitdə peyğəmbərlər sülaləsindən, imamlar nəslindən olan şücaət simvolu Xomeyni (r.ə) İranda bir şimşək kimi çaxdı. Öz möhkəm yumruğu ilə biganələrin, yadların sinəsinə vuraraq dini əsarətdən qurtarıb, Quran hicabını müsəlmanlara qaytardı.

Bu ilahi inqilabı qorumaq, bu əzəmət dolu ilahi hərəkatdan doğan dəyərlərin keşiyini çəkmək İslam ümməti üçün vacib bir vəzifədir. Heç bir vəchlə düşmənə bu nuru söndürmək, İran xalqını inqilabdan öncəki vəziyyətinə qaytarmaq icazəsi vermək olmaz. Yalnız bu yolla bu ilahi mədəniyyətin öz ayaqları üzərində möhkəm dayanaraq, onu digər xalqlara sadir etməsi mümkündür.

Bütün qeyd olunanlara nəzər saldıqda, o mütəfəkkir şəhid (Seyyid Qütb) dəfələrlə öz çıxışlarında vurğuladığı «Hicab məhdudiyyət deyil, İslamın keşikçisidir» nəticəsini əldə edirik.

Bəli, hicab minlərlə qadını, kişini, ailəni, cəmiyyəti, xüsusilə də gəncləri minlərlə təhlükədən qoruyur və ailələrin isti ocaqlarının dağılmamasına yardım edir.

Tədqiqatçılar Quranın on dörd ayəsinin hicaba dəlalət etdiyi qənaətindədirlər. Bəzi tədqiqatçılar isə bu ayələrin iyirmi beşə çatdığını söyləyirlər.

Həzrət Əli (ə) oğlu imam Həsənə (ə), onun simasında isə bütün dünya xalqlarına xitab edərək buyurur: «Məhrəm-naməhrəmliyə ciddi şəkildə riayət et. Çünki bu səni və bütün naməhrəm qadınları günaha və günah fikrə düşməkdən qoruyur. Əgər sənin ailənin qadınlarının səndən qeyri bir kişi tanımamalarını istəyirsənsə, bu məsələyə diqqət yetir».

Bir şəxs deyir: «Yağışlı bir gündə həzrət Peyğəmbərlə (s) birgə Bəqi qəbristanlığında əyləşmişdim. Ulağa minmiş bir qadın bizim yanımızdan keçdi. Ulağın ayağı çuxura düşərək qadını yerə atdı. Həzrət Peyğəmbər (s) üzünü çevirdi. Mən dedim: «O özünü şalvarla örtmüşdür». Rəsulullah (s) üç dəfə belə qadınlar üçün Allahdan bağışlanmaq dilədi və buyurdu: «Ey camaat! Bədəninizi daha yaxşı örtün və bu növ geyimlərdən istifadə edin. Öz qadınlarınızı evdən çıxardıqda, bu növ libas geyindirin».

Məqnə, uzun köynək, əba ayə və rəvayətlərdə qadın geyimləri kimi göstərilmişdir.

Qadın özünü Haqqın bəndəsi bilərək, özünü bəndə kimi aparmalıdır. O, həqiqi nemət sahibinin nemətləri üçün Ona şükür etməlidir. Bu şükrün başlıca yolu nemət sahibinin əzəmətini hiss edib, qiyamət gününə inanmaq, Onun bütün göstərişlərinə əməl etməkdir. Yalnız bu yolla özünü, ailəsini, cəmiyyəti hicabsızlığın acı nəticələrindən qoruya bilər.

«Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini, şəhvəti qadağan etmişsə, həqiqətən, onun yurdu cənnətdir»

Çox təəssüflər olsun ki, bu gün dünyanın dörd bir yanında, bəzi qadınlar öz şəhvani istəklərini tam azad buraxaraq, keçmiş tariximizdə baş verməmiş azğınlıqlar törədirlər. Çox təəssüf hissi ilə deməliyəm ki, bu gün müsəlman ölkələrində yaşayan qadınlar da onları özlərinə örnək hesab edirlər.

Əli (ə) belə qadınlar haqqında buyurur: «Gələcəkdə, qiyamətə yaxın ən pis dövrdə ən pis qadınlar peyda olacaq. Onların xüsusiyyətləri aşağıdakılardan ibarətdir: Hicabsız, lazımi örpəkdən uzaq, öz zinətlərini gözə soxan, dindən çıxmış, fitnəkar, sürətlə (şəhvani) ləzzətlərə tərəf can atan və Allahın haram buyurduqlarını halal hesab edən. Bu xüsusiyyətlərə malik olan qadınlar əbədi olaraq cəhənnəmdə qalacaqlar».

 
 
Bölmə: Xanımlar üçün
Şərhlər: 5
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: gulum_gulumm | Status: İstifadəçi Offline | 26 Mayıs 2016 01:31 | İstifadəçi | Şərh yazdı
mende bu yaxinlarda kececemm in she Allah texminen 1hefteyee eger qismet olsa...Allah haminzdan razi olsun...
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Elya | Status: İstifadəçi Offline | 7 Temmuz 2014 23:03 | Redaktor | Şərh yazdı
Allah razi olsun Amin InsAllah.
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: ZEHRA ASHİQİ | Status: İstifadəçi Offline | 10 Haziran 2014 23:52 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun. Allah her bir qadina hicabi buyurmusdur,amma biz nefsimize meglub olub kole olmagi secirik. Bilmirik ki,esl azadliq mehz hicabdadir. Rebbim nefsimize qalib gelmeyi,azadliga qovusmagi nesib etsin biz qadinlara! AMİN!

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 4 Nisan 2014 14:50 | Sayt nəzarətçisi | Şərh yazdı
PEYGEMBER (S) DAN BELE BIR HEDIS VAR
QADIN BIR INCIDIR,
BAGLI SEBETDE GEREK
sagol ellerine sagliq Allah cemi qiz gelinlerimizi hicab ehlinden etsin menim ureyimdem kecenlerde icinde AMIN

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: dinimiz islam | Status: İstifadəçi Offline | 4 Nisan 2014 14:11 | İstifadəçi | Şərh yazdı
zemanemizde bas veren bu pozgunluqlar bu meneviyyatsizliq haqsizliq hamisi hicabsizliqdandir demirem hicab taxmayanlarin hamisi pisdir o demek deyilki hicab taxanlarin hamisi yaxsidir oz cirkin emellerini hicabla ortmek isteyenler var ama teessuf olsunki indiki qizlarimiz oz namuslarini iffetlerini qorumurlar deyildiyi kimi haram seyler halal olub 
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.