Əli zikri
Saxlar səni aləmdə səlamət Əli zikri,
Çoxların edib çünki hidayət Əli zikri.
Fəxrindi bu dünyadə Əli tək imamın var,
Quran oxu ya eylə qiraət Əli zikri.
Zikr etsən Əli adını hər sübhü məsadə,
Eylərsəni asudə və rahət Əli zikri.
Hər kəs bu adı dildə deyib həm əməl etsə,
Bəxş eylər ona rahi-səadət ƏIi zikri
Zikri bir ibadətdi onun vardı xəbərdə,
Bundandı olub möminə adət Əli zikri.
Rəhmət götürər zikr eləsən dari-fənadə,
Söhrət götürər ruzi-qiyamət Əli zikri.
Soltan, Əlidir cismidə canım ümüdim var,
Hər vəqt edəcək xəlqə şəfaət Əli zikri.