» » » Qədr gecəsinin əməlləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Qədr gecəsinin əməlləri
+179
Müəllif: Admin | 1-05-2021, 18:49 | Baxılıb: 118 823

 
Qədr gecəsinin əməlləri
Qədr gecəsinin özünə məxsus əməl və ibadətləri vardır ki, onları əziz möminlərin nəzərinə çatdırıram. Əhya saxlayan şəxsə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir:  
1) Qüsl etmək.
2) Əhya saxlamaq.
3) Məscidə getmək.
4) Tövbə etmək.
5) Quranı qarşılamaq.
6) Təvəssül etmək.
7) Qədr gecəsinin namazı.
8) Yüz rəkət namaz.
9) Quran oxumaq.
10) Imam Əli (ə) və Imam Hüseynin (ə) ziyarəti.
11) Həzrət Əlinin (ə) qatillərinə lənət oxumaq.
12) Salavat zikr etmək.
13) Cövşən-kəbir duasını oxumaq.
14) Ixlas  surəsini oxumaq.
1) Qüsl etmək
Qüsul edərkən belə niyyət edilir: "Qədr gecəsinin qüslunu edirəm: qürbətən iləllah.” (Qürbətən iləllah yəni, Allaha yaxın olmaq üçün onun əmrini yerinə yetirmək deməkdir). Bu qüslun böyük savabı vardır. Bu müstəhəb əməli, sübh azanına qədər etmək olar. Amma daha yaxşı olar ki, bu qüsul məğrib azanına yaxın verilsin.
2) Əhya saxlamaq
Yəni, səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq.  Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: "Ilahi, Sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram.” Qədr gecəsi çox yaxşı olar ki, insan əhya saxlayıb həmin gecəni səhərə qədər oyaq qalıb ibadətlə məşğul olsun. Çünki belə bir gecə il ərzində cəmi bir gecədir. Yəni ayə və hədislərə əsasən Qədr gecəsi Ramazan ayının gecələrindən birinə təsadüf edir. Həmçinin çox ehtimal vardır ki, bu üç gecənin biri Qədr gecəsi olsun. Bu üç gecənin hansı olduğu dəqiq bilinmir. Bəzi hədislərə əsasən daha çox ehtimal 2123-cü gecənin Qədr gecəsi olmasına ehtimal verilir.
Bir nəfər Imam Sadiq (ə)-ın məhzərinə gəlib dedi: Ey Allahın höccəti, çox yaxşı olardı ki, qədr gecəsinin hansı gecə olduğunu mənə deyəsiniz. Həzrət buyurdu: Nə üçün istəmirsən ki, bu üç gecənin hər üçünü səhərə qədər əhya saxlayıb Allaha ibadət edəsən? Sən bu ibadəti hər üç gecə yerinə yetir.
Digər bir hədisdə nəql olunur ki, Imam Sadiq (ə)-dan soruşdular: Ey Allahın höccəti, Qədr gecəsinin bu üç gecədən hansı olduğunu bilirsinizmi? Həzrət buyurdu: Necə bilməyim ki, həmin gecə mələklər gəlib mənə salam verərək ziyarət edirlər. Mən onun hansı gecə olduğunu bilirəm. Amma məsləhət budur ki, siz bunu bilməyəsiz və bu üç gecənin üçünü də əhya saxlayıb Allaha ibadət edəsiniz. Buna əsasən də biz hər üç gecəni oyaq qalmaqla əhya saxlayıb səhərə qədər ibadət edirik.
3) Məscidə getmək
Məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir. Yəni: "Ey Allahım, bu gecə mən fəsad və pozğunluq olan yerlərə gedə bilərdim, lakin mən Sənin razılığını qazanmaq üçün Sənin evinə gəlmişəm və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm. ”Qədr gecəsində möminlərə çox yaxşı olar Allah evlərində (məscidlərdə) cəmləşib dua və ibadət edərək Quranı qarşılasınlar.
4) Tövbə etmək
Bu gecənin xüsusi əməllərindən biri budur ki, yüz dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh (Ey mənim Allahım, Səndən günahlarımın bağışlanmağını diləyir və tövbə edərək Sənə tərəf qayıdıram) demək və tövbə etməkdən ibarətdir. Bu əməlin mənası belədir: insan keçmişdə etdiyi günahlardan peşman olub gələcəyini abadlaşdırmaq üçün Allaha söz verir. Yəni: "Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam, lakin bu gündən Sənin bütün əmrlərinə tabe olacaq və bir daha günah etməyəcəyəm.
Insan Allahla belə münacat edib desin: Ilahi, bu günə qədər bilməyərəkdən günahlar etmişəm, unutqanlıq üzündən Sənin sözündən çıxmışam, mənim dağ boyda olan günahlarımı bağışla. Ilahi, Sənin rəhmətin mənim günahlarımdan daha böyükdür. Öz rəhmətinlə mənim günahlarımın üstündən əfv qələmi çək. Ey rəhməti hər şeydən böyük olan Allah, mənim keçmişdə etdiyim günahlarımı bağışla. Bu gündən sonra mən Sənin bütün buyurduqlarına əməl edəcəyimə söz verirəm." Burada bir incəliyi qeyd etməyi lazım bilirəm. Qədr gecəsi insan təmiz ürəklə Allahdan günahlarının bağışlanmasını istəsə, Allah onu bağışlayar və tövbəsini qəbul edər. Tövbəsi qəbul olan şəxsin də duaları və ya dualara amin deməsi tez qəbul olar.
Imam Səccad (ə)-dan belə bir rəvayət nəql olunmuşdur: "Dəryada üzən bir gəmi batır və gəmidə olanların hamısı qərq olur. Lakin cavan bir qadın nicat taparaq sahilə çıxır. Sahildə bir cavan oğlan həmin qadını görür və ona qarşı pis fikrə düşür. Qadına yaxınlaşmaq istəyəndə görür ki, qadının bədəni qorxudan tir-tir əsir. Oğlan ondan soruşur: "Niyə əsirsən və nədən qorxursan? Burada bizi heç kəs görmür.” Qadın deyir: "Düzdür, burada heç kim yoxdur, lakin bizim bu hərəkətimizi Allah görür. Sən Allahın bəndələrindən qorxub həya etdiyin halda, mən Allahın özündən necə qorxub həya etməyim?” Qadının bu sözləri oğlanın qəlbində dərin təsir qoyur və qadına əl vurmayıb elə oradaca tövbə edir. Sonra qadından ayrılıb öz yolu ilə gedir. Yolda qoca bir abidlə rastlaşır. Onunla abidin gedəcəkləri yer eyni olduğundan yol yoldaşı oldular. Günəşin qızmar şüaları altında əziyyət çəkə-çəkə yol gedirdilər. Abid deyir: "Sən dua et, mən də amin deyim ki, Allah bizim başımızın üstünə bir bulud göndərsin, o, günəşin qızmar şüalarındani bizi qorusun.” Oğlan deyir: "Mən günahkar bir insanam. Mən dua etsəm, Allah mənim dualarımı qəbul etməz. Gəl, sən dua et, mən də sənin dualarına amin deyərəm. Çünki sən neçə illər Allaha ibadət etmisən və Allah yanında sənin hörmətin vardır. ”Abid onunla razılaşıb dua edir, təzəcə tövbə etmiş oğlan da onun dualarına amin deyir. Bir neçə dəqiqə keçməmiş Allah-təala onların başı üzərinə bir bulud göndərir. Onlar yol getdikcə bulud onları müşaiyət edərək günün qızmar şüalarının istisindən qoruyurdu. Onlar gəlib iki yol ayrıcına çatırlar və ayrılmalı olurlar. Bir-biri ilə xudahafizləşib ayrıldıqdan sonra, bulud təzə tövbə etmiş oğlanı günəş şüalarından qorumaq üçün onun ardınca gedir.” Sonra Imam Səccad (ə) əlavə edərək buyurdu: "Allah-təala abidin dualarına görə yox, təzəcə tövbə etmiş cavan oğlanın dualara amin deməsinə görə o buludu göndərdi.” Buna görə də xüsusən Qədr gecəsində tövbə etdikdən sonra Allahdan hər dilək istənilsə, Allah o duaları qəbul edər.
Həzrət Əli (ə) buyurur: "Dua edərkən duaların əvvəlində və axırında Peyğəmbər (s) və onun Əhli-beytinə salavat göndərdikdə Allah-təala o duaları mütləq qəbul edər. Çünki hər kim Peyğəmbər (s) və onun Əhli-beytinə salavat göndərsə, mümkün deyil ki, Allah-təala o salavatı və duaları qəbul etməsin. Buna görə də, Allahın duaların əvvəlini və axırını qəbul edib ortalarını qəbul etməməsi mümkün deyil. ”Yaxşı olar ki, insan dua edərkən müsəlmanları, öz ata-anası, qonşuları, qohum-əqrəbası və s. üçün də dua etsin. Çünki ola bilsin, insanın özü üçün etdiyi dualar qəbul olmasın, lakin başqaları barədə etdiyi dualar qəbul olsun. Insanın ona pislik edənlər üçün də dua etməsindən Allahın xoşu gəlir. Çox yaxşı olar ki, insana pislik edənlərin hidayət olması üçün də dua olunsun.
Malik Əştər bir gün bazardan keçərkən, bir nəfər xurmanı yeyib tumunu ona atdı. Malik ona baxıb bir söz demədi və öz yoluna davam etdi. Malikə xurma tumu atan şəxsə dedilər: "Sən bilirsən o kimdir?” Dedi: "Yox.” Dedilər: "O, Malik Əştərdir.” Həmin şəxs Malik Əştərin güclü bir pəhlivan, sözü keçən və vəzifəli bir şəxs olduğunu bilirdi. Elə ona görə də qorxudan üzr istəmək üçün onun ardınca qaçdı. Gördü ki, Malik məscidə daxil oldu. Onun dalınca məscidə girəndə gördü ki, Malik namaza başladı. Oradaca əyləşib Malikin namazı qurtarmasını gözlədi. Malik namazı qurtaran kimi yanına gedib üzr istədi. Malik ona dedi: "Mənim məscidə gəlmək məqsədim yox idi. Sənin o hərəkətinə görə bu məscidə gəlib, iki rükət namaz qılıb, Allahdan sənin hidayət olmağını və günahlarının bağışlanmasını istədim.” Odur ki, insan ona pislik edənlər üçün də dua etsə, çox yaxşı olar və bu əmələ görə də Allah onu da bağışlayıb hidayət edər.
5) Quranı qarşılamaq
Qədr gecəsində bizim öhdəmizə düşən əməllərdən biri budur ki, Quranın nazil olduğu bu mübarək gecədə Onu qarşılayaq. Insan uzaq səfərdən gəlmiş qonağını qarşalımıq üçün hətta gecənin yarısı olsa da belə onun qarşısına çıxaraq hörmətlə qarşılayır. Bəzən qonağın qarşısına çıxmaq üçün insan hava limanına gedib saatlarla onun gəlişini gözləyir. Bir qonağı qarşılamağın ədəb ərkanı olduğu kimi, Quranı qarşılamağın da ədəb ərkanı vardır. Yuxarıda geyd etdiyimiz kimi Quranın nazil olduğu bir gecədə ibadət etməli və göz yaşı ilə onu qarşılamalıyıq. Qədr gecəsinin Quranın nazil olduğu bir gecə olduğu üçün Onu qarşılamağın da özünəməxsus ədəb-ərkanı və əməlləri vardır. Qədr gecəsi Quranı başımızın üzərinə qoyub Allahla münacat edirik. Bu əməlin mənası budur ki, Allah bizə hörmət edib Quran nazil edir və biz də hörmət əlaməti olaraq Quranı başımızın üstündə saxlayırıq, yəni, bütün məxluqatın içində Allah-təala öz sözlərini məktub şəkilində yalnız insan üçün göndərmişdir. Biz də minnətdarlıq edərək o kitabı qəbul edib başımızın üzərinə qoymaqla Onun hər bir ayəsinə əməl edəcəyimizə söz veririk. Bu əməlimizlə bildiririk ki, Ilahi, Sən bizə hörmət edib Quran nazil etdiyinə görə biz də Onu hörmətlə qarşılayıb Onun hər bir ayəsinə əməl edəcəyik. Həzrət Peyğəmbər (s) Quran barədə bizə belə buyurur: Quran oxuyun, Onun ayələrinə əməl edin və Ondan uzaqlaşmayın. Quranın ayələrini öz fikirlərinizlə düşünməyin.
1. Quranı özünüz üçün çörəkağacı etməyin.
2. Quranın adından istifadə edib özünüzə məqam qazanmayın.
Digər bir hədisdə Həzrət belə buyurur: Hər kəs Allahın kitabına tabe olsa (Qurana əməl etsə), bu kitab həmin şəxsi azğınlıqlardan qutarar və Qiyamət günü hesab-kitab zamanı həmin şəxsi oddan qoruyar. Əlbəttə bir daha qeyd etmək lazımdır ki, ayələrini oxuyub əməl edən insanı Quran hidayət edər və Cəhənnəm odundan qoruyar. Quranı alıb evdə saxlamağın insana faydası olmaz. Quranı açıb oxumaq, ayələri barədə düşünmək və hər bir ayəsinə Allahın istədiyi kimi də əməl etmək lazımdır, məsələn: Allah-təala Quranda təqribən 67 dəfə bizi namaza çağırır. Hər kim namaz qılırsa deməli Qurana hörmət edir. Allah- təala ildə bir ay oruc tutmağı vacib edir. Əgər bir müsəlman Ramazan ayında oruc tutursa deməli Islama inanır və Allahı tanıyır. Əgər bir müsəlman Ramazan ayında üzürsüz yerə oruc tutmursa həmin şəxs Allaha və Qurana necə inanır? Allah-təala bu əməlləri vacib etməklə insanı təmizləyib hidayət edərək izzət bəxş etmək istəyir. Allah insana oruc, namaz və s. əməlləri verməklə bəndəsinin Ona yaxınlaşmasını istəyir. Quranı başa qoyub Allaha və 14 məsuma and verməyin mənası budur ki: "Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və Səndən öz istək və ehtiyaclarımı diləyirəm.”
Quranı baş üzərinə qoyub dua etməyin qaydası belədir:
1. Bikə ya Allah (10 dəfə)
2. Bi Muhəmmədin (s) (10 dəfə)
3. Bi Əliyyin (ə) (10 dəfə)
4. Bi Fatimətə (ə) (10 dəfə)
5. Bil Həsəni (ə) (10 dəfə)
6. Bil Huseyni (ə) (10 dəfə)
7. Bi Əliyyibn Huseyn (ə) (10 dəfə)
8. Bi Məhəmməd ibn Əli (ə) (10 dəfə)
9. Bi Cəfər ibn Muhəmməd (ə) (10 dəfə)
10. Bi Musa ibn Cəfər (ə) (10 dəfə)
11. Bi Əliyyibn Musa (ə) (10 dəfə)
12. Bi Məhəmməd ibn Əli (10 dəfə)
13. Bi Əliyyibni Muhəmməd (ə) (10 dəfə)
14. Bi Həsən ibn Əli (ə) (10 dəfə)
15. Bil Höccəti (ə) (10 dəfə)
Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar qurtardıqdan sonra Allahdan günahların bağışlanması və diləklər istənilir. Çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur. Ümumiyyətlə hər kəs Allahı sidq ürəkdən çağırırsa, Allah həmin şəxsə cavab verir. Bu barədə hədis və rəvayətlər çoxdur. Nümunə üçün birini nəzərinizə ərz edirəm: Həzrət Ibrahim (ə) peyğəmbəri tonqalın içinə atdıqdan sonra Nəmrudun mühasibini xəzinənin hesabı əskik gəldiyinə görə tutdular. Mühasib təqsirkar olmadığını nə qədər dedisə bütlərə nə qədər and içdisə, xeyri olmadı. Öz canına, balalarının canına və Nəmrudun canına and içdi, yenə xeyri olmadı. Nəmrud ona inanmadı əmr etdi ki, onu da Ibrahimin (ə) yanına tonqala atsınlar. Mühasib gördü ki, əli hər yerdən üzülüb çarəsiz qalmışdır. Odur ki tonqala atılarkən fikrini cəmləyib Allahı bir dəfə ürəkdən səslədi. Allah-təala mələklərə ona nicat verməyi əmr etdi. Mələklər dedilər: "Ilahi! O, kafirdir və səni inkar edir. Niyə ona nicat verirsən?” Allah-təala buyurdu: "O, kafir də olsa, mənim adımı bir dəfə dilinə gətirdi. Elə buna görə də onun harayına yetişin!” Görürsünüzmü mehriban və mərhəmətli Allah öz bəndəsinə kafir olsa belə, bir dəfə səsləməklə necə oddan nicat verir? Bəs bizlərə necə mərhəmət göstərməzmi? Ona iman gətirib müsəlman olduğumuz hamının bu gecə evində yatarkən məscidə toplaşıb oyaq qaldığımız halda göndərdiyi müqəddəs Quranı başımız üzərinə tutaraq hər şeydən pak olan məsum peyğəmbərinə və imamlara ağlar gözlə əl açıb and verdiyimiz halda, bizim dualarımızı qəbul etməzmi? Əlbəttə, qəbul edər. O böyük və mehriban Allah Qədr gecəsini elə ona görə təyin etmişdir ki, bəndələri bu gecəni oyaq qalıb ibadət etsinlər, Ondan öz dünya və Axirət umacaqlarını dilə gətirsinlər, Onun özünə peyğəmbərinə və məsum imamlara and versinlər. Beləliklə, Allah-təala inşəllah hamının duasını qəbul edər.
6) Təvəssül etmək
Bu gecənin əməllərindən biri budur ki, Əhli-beyti Allahla öz aramızda vasitəçi qərar verək. Allah-təala Quranda buyurur: "Ey iman gətirənlər! Təqvalı olun. Ona (Onun rəhminə və lütfünə qovuşmaq üçün) vəsilə seçib yol axtarın." Bu ayə bizə bildirir ki, Allahla öz aramızda bir vasitə tapmalıyıq. Insanın həyatında çox işlər vardır ki, yalnız vəsilə ilə qaydasına düşür. Sadəcə bir misalı nəzərinizə yetirirəm, məsələn: ata öz uşağını hansısa nalayiq hərəkətinə görə evdən qovur. Həmin uşaq bir müddətdən sonra evə qayıtmaq istəyir, lakin atası onun evə gəlməsi ilə razılaşmır. Həmin uşaq atasının ən yaxın dostunu və ya adamını tapıb ondan xahiş edir ki, əlindən tutub atasının yanına aparsın. Bilir ki, həmin şəxsin vasitəsi ilə və onun hörmətinə görə atası onu bağışlayar.
Həzrət Peyğəmbər(s)-dan soruşdular: "Ya Rəsulallah, Allahla insanlar arasında ən gözəl vasitələr kimləridir?” Həzrət Peyğəmbər (s) buyurdu: "Əli, Həsən, Hüseyn və Hüseynin nəslindən olan imamlar. Onlar qırılmayan möhkəm dəstəkdirlər (Ürvətül-vüsqadırlar). Onlar sizinlə Allah arasında vasitədirlər.” Başqa bir hədisdə belə buyurur: Hər kim nicat gəmisinə minmək istəyirsə və hər kəs Allahın möhkəm olan dəstəyindən və ipindən yapışmaq istəyirsə, məndən sonra Əli (ə)-ın ətəyindən möhkəm tutsun. Onun düşmənini özünə düşmən bilsin,həmçinin imamları özünə vasitəçi bilib onlara itaət etsin. Beləliklə qədr gecəsi Quranı başımızın üzərinə qoyub Peyğəmbərin, Xanım Fatimeyi Zəhra (s.ə)-nın və on iki imamın adını on dəfə çəkərək Allaha and verməklə günahlarımızın bağışlanmasını və istəklərimizi diləyirik. Bu əməlin rəmzi də budur ki, biz Peyğəmbər (s) və Əhli-beyt (ə)-ı  Allahla öz aramızda vasitəçi qərar veririk.
7) Qədr gecəsinin namazı
Qədr gecəsində qılınan bu namazın böyük şərafəti vardır. Bu namazı məğrib namazı ilə sübh namazı arasındakı vaxtda qılınır. Bu namazın qaydası belədir:
Niyyət: "Qədr gecəsinin namazını qılıram: qürbətən iləllah.”Sübh namazı kimi iki rəkətlidir. Lakin hər həmd surəsindən sonra yeddi dəfə Ixlas (Qul huvəllahu) surəsi oxunulmalıdır. Namazı qurtaran kimi fasiləsiz alını səcdəyə qoyaraq (səcdə halında) yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh deyilir. Imam Sadiq (ə) buyurur: "Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh” deyərsə səcdədən qalxmamış Allah həm onun özünün, həm də ata-anasının günahlarını bağışlayar.” Bu namazı qılandan sonra çox yaxşı olar ki, insan bacardığı qədər çox dua etsin. Həm özünü, həm də başqalarını pak niyyətlə dua etməyin böyük savabı vardır.
8) Yüz rəkət namaz
Qədr gecəsinin məxsus 100 rükət müstəhəb namazı var. Bu namaz sübh namazı kimi iki rəkət-iki rəkət qılmaq lazımdır. (Qeyd etmək lazımdır ki, boynunda qəza namazı olan şəxs 6 günlük qəza namazlarını da qıla bilər. Bunun savabı həm 100 rükətli müstəhəb namazın savabını ödəyər, həm də 6 günlük qəza namazını qılmış olar).
9) Quran oxumaq
Qədr gecəsində ən çox savabı olan əməllərdən biri Quran oxumaqdır. Hər kəs Quran oxuya bilirsə hədis və rəvayətlərə əsasən bu gecə Ənkəbut, Rum və Duxan surələrini oxusa böyük əcr və savaba nail olar.
10) İmam Əli (ə) və İmam Hüseynin (ə) ziyarəti
Qədr gecəsinin müstəhəbb əməllərindən biri də Imam Əli (ə) və Imam Hüseyin (ə)-ın ziyarətidir.
11) Həzrət Əlinin(ə) qatillərinə lənət oxumaq
Bu gecənin ibadət və əməllərindən biri də Həzrət Əli (ə)-ın qatilinə lənət oxumaqdan ibarətdir. Yüz dəfə "Allahumməl‟ən qətələtə əmirilmöminin. demək (Yə‟ni: "Ilahi Əmirəl-mö‟minin Əlinin(ə) qatillərinə lənət et.”).
12) Salavat zikr etmək
Peyğəmbər və onun Əhli-beytinə salavat göndərməyin xüsusilə qədr gecəsində böyük savabı vardır. "Allahummə səlli əla Məhəmmədin və ali Məhəmməd."
13) Cövşən-kəbir duasını oxumaq
Bu duada Allahın mübarək adları yazılmışdır. Hər kəs Allahın adlarını zikr edib çağırırsa Allah da həmin şəxsə cavab verir. Bu duanı oxumağın çox böyük savabı vardır.
14) İxlas surəsini oxumaq
Qədr gecəsində müstəhəb əməllərdən biri də 1000 dəfə "Ixlas" surəsini oxumaqdır. Hər kəs bu gecə "İxlas" surəsini oxusa Allah-təala həmin şəxsə böyük əcr inayət edər.
 


Xəbər redaktə etdi: Admin - 11-05-2021, 17:35

 
 
Bölmə: Hicri-Qəməri təqvimi / Ramazan
Şərhlər: 66
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Admin | Status: İstifadəçi Offline | 18 Temmuz 2014 17:18 | Administrator | Şərh yazdı
Allah hər birinizin orucunuzu və əhyanızı qəbul etsin inşəllah.İnşəllah bu gecədə 1 illik taleyinizə sevincdən başqa heç nə yazılmasın.Məşhəd,Kərbəla,Həcc ziyarətləri qismət olsun.Şəvval ayına günahlardan pak və pakizə daxil olasız.Amin-Amin-Amin
Aminlərin qəbul olması üçün Peyğəmbər və Onun pak Əhlibeytinə salavat zikr edək.
Əllahummə salli əla Muhammədin və ali Muhamməd
Xahiş edirəm bu gecə məmin üçün də dua edin
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 18 Temmuz 2014 17:08 | İstifadəçi | Şərh yazdı
ALLAH SIZDEN RAZI OLSUN.ALLAH ZEHMETINIZI ITIRMESIN.
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: vusal313 | Status: İstifadəçi Offline | 18 Temmuz 2014 16:36 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Ya Rebbim sene geldim | Status: İstifadəçi Offline | 18 Temmuz 2014 16:07 | İstifadəçi | Şərh yazdı
  1. Allah razi olsun qardaw... Rebbim qebul etsin inwAllah

--------------------
Не нравится +2 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Ismayilov762 | Status: İstifadəçi Offline | 18 Temmuz 2014 16:01 | İstifadəçi | Şərh yazdı
..................................
Не нравится +1 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Hezreti Huseyn Awiqiyem | Status: İstifadəçi Offline | 18 Temmuz 2014 14:50 | İstifadəçi | Şərh yazdı
ALlah razi olsun! podzatylnik




Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: seymur140 | Status: İstifadəçi Offline | 18 Temmuz 2014 13:10 | İstifadəçi | Şərh yazdı
ALLAH ORUC IBADETLERINIZI QEBUL ETSIN.ALLAH TALA MUBAREK RAMAZAN AYINA XATIR VE QEDR GECELERINE XATIR GUNAHLARMIZI BAGISLASIN.AMIN
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Yusifi Zehra | Status: İstifadəçi Offline | 18 Temmuz 2014 12:53 | Administrator | Şərh yazdı
Allah təala bu mübarək ayda,günlərdə dualarımızı qəbul etsin.Amin!

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Musulmanka313 | Status: İstifadəçi Offline | 18 Temmuz 2014 11:58 | İstifadəçi | Şərh yazdı
Allah cemi Muselmanlarin Pruc Namzini, ibadetlerini qebul etsin In shaa Allah...Allah hacetlerimizi, versin In shaa Allah,gunahlarimizi bagishlasin!)))

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: gulsum | Status: İstifadəçi Offline | 17 Temmuz 2014 04:26 | İstifadəçi | Şərh yazdı
edilen bwtwn ibadetleri Teki Allah qebul etsin!

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Qelbimde tek Allah sevgisi var | Status: İstifadəçi Offline | 17 Temmuz 2014 03:16 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Nezrin_Raul | Status: İstifadəçi Offline | 17 Temmuz 2014 01:27 | İstifadəçi | Şərh yazdı
Allah qebule etsin orucmuzu qedir gecemizi amin
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 17 Temmuz 2014 00:32 | Sayt nəzarətçisi | Şərh yazdı
ALLAH RAZI OLSUN INSALLAH KI ALLAH NESIB ETSIN HER BIRINE EMEL EDE BILEK AMIN

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Rehime | Status: İstifadəçi Offline | 17 Temmuz 2014 00:19 | İstifadəçi | Şərh yazdı
ALLAH RAZI OLSUN AMIN COX-COX TESEKKUR EDIREM REHIMLI ALLAHIM QARWINIZA HEMISE XEYIR CIXARSIN AMIN.

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Gulu ehli-beyt | Status: İstifadəçi Offline | 16 Temmuz 2014 23:39 | İstifadəçi | Şərh yazdı
Sitat: Çinarə Şirinli
Mən bilmək istiyirəm ki qədir gecəsi bu gündür yoxsa 18-i hərə bir söz diyi
salam baci bu gundur oruclugun 21 ci gunu

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: ZEYNEBI_KUBRA | Status: İstifadəçi Offline | 16 Temmuz 2014 23:27 | İstifadəçi | Şərh yazdı
Salamun Aleykum men bu gecenin quslunu aliram bu cur niyyet etdin batildir quslum ?
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Babel Hevaic | Status: İstifadəçi Offline | 16 Temmuz 2014 23:08 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun qardaw bu gozel emmelere gore tewekkurler.
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: semsiyye | Status: İstifadəçi Offline | 16 Temmuz 2014 22:22 | İstifadəçi | Şərh yazdı
Allah butun oruc namazimizi qebul elesin Allah hamini bu gun ki qerid gecesi butun gunahlarimiz bagislasin.Aminnnnnnnnnnn
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Çinarə Şirinli | Status: İstifadəçi Offline | 16 Temmuz 2014 21:44 | İstifadəçi | Şərh yazdı
Mən bilmək istiyirəm ki qədir gecəsi bu gündür yoxsa 18-i hərə bir söz diyir

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: ♥kerbubela♥ | Status: İstifadəçi Offline | 16 Temmuz 2014 21:25 | İstifadəçi | Şərh yazdı
Allah Cumleten Razi Olsun inwallah 

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 16 Temmuz 2014 20:42 | İstifadəçi | Şərh yazdı
ALLAH RAZI OLSUN QARDAS ALLAH BUTUN DUALARI ORUC NAMAZLARI QEBUL ETSIN BIZIMKILERDE ONUN ICINDE INSEALLAH AMIN ALLAH AMIN.

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Gulu ehli-beyt | Status: İstifadəçi Offline | 16 Temmuz 2014 20:19 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Çinarə Şirinli | Status: İstifadəçi Offline | 16 Temmuz 2014 19:41 | İstifadəçi | Şərh yazdı
Allah razı olsun.Rəbbim bu gecənin üzüsuyu hürmətinə hər bir müsəlman bacı və qardaşımın ibadətini duasını qəbul etsin inşAllah

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Elya | Status: İstifadəçi Offline | 16 Temmuz 2014 19:01 | Redaktor | Şərh yazdı
Allah razi olsun qardas Amin InsAllah
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Bicare Zeyneb | Status: İstifadəçi Offline | 16 Temmuz 2014 16:49 | İstifadəçi | Şərh yazdı
ALLAH RAZI OLSUN QARADS.ALLAH BUTUN IBADETLERIMIZI,DUALARIMIZI QEBUL ETSIN.AMIN.
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: ZEYNEBI_KUBRA | Status: İstifadəçi Offline | 16 Temmuz 2014 16:10 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun , cumlemizin ibadet ve dualarimizi Rebbim qebul etsin insAllah ...Amin...
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Şahin | Status: İstifadəçi Offline | 16 Temmuz 2014 16:07 | İstifadəçi | Şərh yazdı
ALLAH razi olsun 

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 16 Temmuz 2014 15:37 | İstifadəçi | Şərh yazdı
ALLAH  BU GECEDE BUTUN  HACET VE İSTEKLERİMİZİ QEBUL ETSİN.....
ALLAH SİZDEN RAZİ OLSUN....
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Qədir | Status: İstifadəçi Offline | 16 Temmuz 2014 15:33 | İstifadəçi | Şərh yazdı
ALLAH gəbul eləsin İn şa Allah
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Zəhra Huseynçi | Status: İstifadəçi Offline | 16 Temmuz 2014 15:26 | İstifadəçi | Şərh yazdı
ALLAHU TALA SONSUZ RAZI OLSUN QARDAW 

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.