Əllahummə inni əs`əlukə bi-kitabikəl munzəli və ma fih, və fihismukəl əkbəru və əsmaukəl husna, və ma yuxafu və yurca ən təc`ələni min utəqaikə mi-nən nar. Əllahummə bihəqqi hazəl Qur`an, və bihəqqi mə ərsəl-təhu bih, və bihəqqi kulli mu`-minin mədəhtəhu fih, və bihəq-qikə ələyhim fəla əhədə ə`rəfu bihəqqikə mink. Bikə ya Əllahu Bi Muhəmmədin Bi Əliyyin Bi Fatimətə Bil Həsəni Bil Husəyni Bi Əliyyibnil Husəyni Bi Muhəmmədibni Əliyyin Bi Cə`fəribni Muhəmmədin Bi Musəbni Cə`fərin Bi Əliyyibni Musa Bi Muhəmmədibni Əliyyin Bi Əliyyibni Muhəmmədin Bil Həsənibni Əliyyin Bil Huccəti.
Əllahummə inni əmsəytu ləkə əbdən daxirən la əmliku linəfsi nəf`ən və la zərra, və la əsrifu ənha sua, əşhədu bizalikə əla nəfsi və ə`tərifu ləkə bizə`fi quvvəti və qilləti hiləti, fəsəlli əla Muhəmmədin və ali Muhəmməd, və ənciz li ma vəədtəni, və cəmiəl mu`mininə vəl mu`minat, minəl məğfirəti fi hazihil ləyləh, və ətmim ələyyə ma atəytəni, fəinni əb-dukəl miskinul mustəkinuz zəiful fəqirul məhin, Əllahum-mə la təc`əlni nasiyən lizikrikə fima əvləytəni, və la (ğafilən) liihsanikə fima ə`təytəni, və la ayisən min icabətik, və in əbtəət ənni fi sərraə (kuntu) əv zərraə əv şiddətin əv rəxa, əv afiyətin əv bəlain əv bu`sin əv nə`ma, innəkə səmiud dua. Tərcüməsi Bu əməllər bir necə hissədən ibarətdir:
1. Qüsül almaq.
Əllamə Məclisi buyurmuşdur: "Bu gecənin qüsüllərini günbatan vaxtı almaq daha yaxşıdır ki, şam namazını qüsüllə yerinə yetirsin.
2. İki rükət namazdır. Hər rükətdə "Həmd” surəsindən sonra yeddi dəfə "İxlas” surəsini oxusun və qurtardıqdan sonra yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh” -desin. Peyğəmbər (ə)-in hədisində deyilir ki, yerindən ayağa qalxmamış (bu insanın) özü və ata-anası Allah taala tərəfindən bağışlanar...
3. Quranı açıb qarşınızda tutub deyin: İlahi, nazil etdiyin kitaba (Qurana), onun içindəkilərə, içindəki ən böyük adına, ən gözəl adlarına, qorxulu və ümid etməli hər xəbərə xatir Səndən istəyirəm ki, məni cəhənnəm əzabından xilas etdiyin kəslərdən edəsən. Sonra öz hacətlərini istə.
4. Quranı götürüb başınıza qoyub deyin: İlahi, Sənə and verirəm bu Quranın haqqını, onu göndərdiyin kəsin (Peyğəmbərin) haqqını, Quranda təriflədiyin bütün möminlərin haqqını və Sənin onların üzərindəki Səndən daha yaxşı heç kimin tanımadığı haqqını! Sonra on dəfə de: Ey Allah, Öz zatına xatir;
On dəfə de: Həzrət Məhəmmədə (s) xatir;
On dəfə de: Həzrət Əliyə (ə) xatir;
On dəfə de: Həzrət Fatiməyə (ə.s.) xatir;
On dəfə de: Həzrət Həsənə (ə) xatir;
On dəfə de: Həzrət Hüseynə (ə) xatir;
On dəfə de: Həzrət Əli ibn Hüseynə (ə) xatir; On dəfə de: Həzrət Məhəmməd ibn Əliyə (ə) xatir; On dəfə de: Həzrət Cəfər ibn Məhəmmədə (ə) xatir;
On dəfə de: Həzrət Musa ibn Cəfərə (ə) xatir;
On dəfə de: Həzrət Əli ibn Musaya (ə) xatir;
On dəfə de:Həzrət Məhəmməd ibn Əliyə (ə) xatir;
On dəfə de: Həzrət Əli ibn Məhəmmədə (ə) xatir; On dəfə de: Həzrət Həsən ibn Əliyə (ə) xatir; On dəfə de: Həzrət Höccətə (ə) xatir; Sonra öz hacətlərini istəyirsən
5. İmam Hüseyni (ə) ziyarət etmək. Hədisdə belə deyilir; Qədr gecəsi yetişdikdə yeddinci səmadan carçı qışqırır ki, Allah taala hər kim İmam Hüseyni (ə) ziyarətinə gəlib onların günahlarını bağışlayar.
6. Bu gecələri ehya saxlamaq (oyaq qalmaq). Nəql olunur ki, hər kim Qədr gecələrini ehya saxlasa, günahları göydəki ulduzların, dağların ağırlığı və dənizlərin tutumu qədər olsa belə bağışlanar.
7. Yüz rükət namaz qılmağın böyük savabı vardır. Daha fəzilətlisi isə hər rükətdə "Həmd” surəsindən sonra on dəfə "İxlas” surəsini oxumaqdır.
8. Oxusun: İlahi, özünə heç bir xeyir və zərər verə bilməyən və özündən heç bir acı hadisəni uzaqlaşdıra bilməyən xar və zəlil bir bəndə olaraq bu gecəyə daxil oldum. Bunların özümə qarşı olduğuna şəhadət verirəm. Sənin dərgahında gücümün zəifliyi və çarəmin azlığını etiraf edirəm! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir. Bu gecədə mənə və bütün mömin kişi və qadınlara vəd etdiyin məğfirətə əməl et və mənə verdiklərini (nemətlərini) tamamla! Həqiqətən, mən Sənin miskin, əlacsız, zəif, yoxsul və xar bəndənəm. İlahi, məni Sənin mənə verdiyin nemətlər qarşısında zikrini və mənə əta etdiyin ehsanı unudanlardan, dərgahında qəbul etməyindən naümid olanlardan təyin etmə, istər uzun vaxt keçsin, istər xoş olum, istərsə də narahat, istər çətinlikdə olum, istərsə də asanlıqda, istər sağlamlıqda olum, istərsə bəlada, istər möhtac olum, istərsə də nemət içində! Həqiqətən, Sən dualarım eşidənsən! Bu duanı Kəfəmi İmam Zeynulabidin (ə)-dan rəvayət etmişdir ki, (o həzrət bu duanı) gecələr ayaq üstə və oturan halda, habelə ruku və səcdə vaxtı oxuyurmuş. Əllamə Məclisi buyurmuşdur: "Bu gecələrdə ən yaxşı əməl, özünün, ata-ananın, sağ və ya dünyasını dəyişmiş mömin qardaşlarının, dünya və axirət istəklərini istəməklə yanaşı bağışlanmaq diləməkdir.” Habelə mümkün qədər Məhəmməd və onun Əhli-beytinə salavat göndərməkdir. Bəzi hədislərdə oxuyuruq ki, bu üç gecədə Cövşən Kəbir duasını oxusunlar. Fəqir (müəllif) deyir: "Cövşən Kəbir duası öncə qeyd olundu. Rəvayət olunmuşdur ki, İslam peyğəmbərinə deyildi: "Əgər mən Qədr gecəsini dərk edərəmsə, Allahdan nə istəyim?” O həzrət buyurdu: "Sağlamlıq istə.”