» » » Peyğəmbərlik (2)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Peyğəmbərlik (2)
    0
    Müəllif: Elya | 18-02-2015, 12:00 | Baxılıb: 1 142
     
    Xüsusi peyğəmbərlik

    1678. Adəm
    Qur‘an:
    «Ey camaat! Sizi tək bir şəxsdən xəlq edən, ondan da zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. Qorxun o Allahdan ki, bir-birinizdən hər ehtiyacınızı onun adı ilə istəyirsiniz, həmçinin qohumluq əlaqələrini kəsməkdən çəkinin. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir.»
    Hədis:
    5947. İmam Əli (ə) (Adəmin yaradılışı haqda buyurduqlarından): «Sonra Allah-taala yerin yumşaq və bərk yerlərindən, şirin və şoran hissələrindən torpaq götürdü və ona su tökdü. Pak və saf olanda onu yapışqan olana kimi rütubətlə qarışdırdı. Bu vaxt ondan üzvləri, bağları və çıxıntıları olan bədən düzəltdi. Bəlli müddət və məlum zaman ərzində onu saxladı o vaxta qədər ki, o qurudu, bir-birinə birləşdi və möhkəm gilə döndü. Bu vaxt öz ruhundan ona üfürdü və insan surətinə düşdü. Onları hərəkətə gətirən zehinlərə, onunla (işlərdə) müdaxilə edən düşüncəyə sahib etdi...
    Müxtəlif rəngli təbiətlərlə və bir-birinə bənzər şeylərlə, istilik və soyuqluq, rütubət və quruluq kimi bir-birinə uyğun gəlməyən təzadlı halətlərlə qarışdırdı.»
    5948. İmam Əli (ə): «(Allah) torpağını hazırlayıb əmrini verəndə Adəmi (ə) özünün üstün məxluqu kimi seçdi və onu Özünün (insan növündən olan) ilk məxluquna çevirdi.»
    5949. İmam Sadiq (ə): «Adəmi Adəm adlandırırdılar. Çünki torpağın ədimindən (üzündən) yaradılmışdır.»
    5950. «Əbu Miqdəm»: «Həzrəti Baqirdən (ə) soruşdum: Allah Həvvanı nədən yaratdı? Buyurdu: Bu camaat nə deyir? Ərz etdim: Deyirlər ki, Allah onu Adəmin qabırğalarının birindən yaratdı. Buyurdu: Səhv edirlər. Məgər onu Adəmin qabırğasından başqa bir şeydən yaratmaqda aciz idi? Ərz etdim: Sənə fəda olum, yabnə Rəsulallah! Onu nədən yaratdı? Buyurdu: Atam atasından (ə) mənə nəql etmişdi ki, Allahın Rəsulu (s) belə buyurmuşdur: Allah-taala bir ovuc gil götürüb onu sağ əli (Allahın hər iki əli sağdır) ilə bir-birinə qarışdırdı və ondan Adəmi yaratdı. Ondan bir qədər gil artıq qaldı ki, ondan da Həvvanı yaratdı.»
    5951. Bureyd ibn Muaviyyə İcli: «İmam Baqir buyurdu: «Allah cənnətdən Adəmə tərəf bir huri göndərdi. O, həmin hurini iki oğlundan biri ilə evləndirdi və başqa oğlu üçün cinlərdən bir arvad seçdi. Onların hər ikisi dünyaya övladlar gətirdilər. Deməli, insanlarda olan bütün xoş əxlaqlar və gözəlliklər həmin cənnət hurisindəndir. Bütün bu (çirkinliklər) pis xasiyyətlər də həmin cindəndir. İmam Baqir (ə) Adəmin öz qızlarını oğlanları ilə evləndirmə (nəzəriyyəsini) inkar edirdi.»
    1679. İdris
    Qur‘an
    «Ey Məhəmməd! (Bu) kitabda İdrisi də yad et. O həqiqətən, doğru danışan bir peyğəmbər idi. Biz onu yüksək bir məqama çatdırdıq.»
    Hədis:
    5952. Allahın Peyğəmbəri (s): «Allah İdrisə otuz səhifə nazil etdi.»
    5953. Allahın Peyğəmbəri (s): «Ey Əbuzər! Peyğəmbərlərin dördü Sur-yanidir: Adəm, Şis, Uxnux-yəni İdris (ə) o, qələmlə yazan ilk insanlar idi və bir də Nuh.»
    5954. İmam Sadiq (ə): «Səhlə məscili İdris peyğəmbərin onda dərzilik etdiyi evidir.»
    1680. Nuh
    Qur‘an:
    «Həqiqətən Nuhu öz tayfasına göndərdik. O dedi: Ey mənim qövmüm! Allaha ibadət edin! Sizin ondan başqa heç bir tanrınız yoxdur. Mən böyük günün sizə üz verəcək əzabından qorxuram.»
    «Onlara Nuhun xəbərini söylə. Bir zaman o öz qövmünə belə demişdi: Ey mənim qövmüm! Əgər aranızda qalmağım və Allahın ayələri ilə öyüd-nəsihət verməyim sizə ağır gəlirsə (bilin ki, mən) Allaha təvəkkül etmişəm.»
    Hədis:
    5955. Allahın Peyğəmbəri (s): «Risaləti ilk öhdəsinə alan peyğəmbər Nuh olmuşdur.»
    5956. Allahın Peyğəmbəri (s): «Allah Nuha 40 yaşında peyğəmbərlik verdi. O, 950 il öz qövmünü də‘vət etdi və tufandan sonra altmış il, camaatın sayı artıb çoxalana qədər yaşadı.»
    5957. İmam Baqir (ə) («Ona az bir qismindən savayı iman gətirən olmadı» ayəsi haqda): «Onlar səkkiz nəfər idilər.»
    5958. İmam Baqir (ə): «Nuh (ə) (xurma) toxumu əkəndə qövmü onun yanından keçirdi. Onlar ona gülməyə və ələ salmağa başlayıb dedilər: İşi ağac əkməyə qalıb. Ağac böyüyüb böyük və uca ağaca çevrilənə qədər Nuh onu budayıb yondu. Qövmü dedi: İşi daha nəccarlığa qalıb!
    Nuh xurma liflərini bir-birinin üstünə yığıb bir gəmi düzəltdi. Yenə də qövmü onun yanından ötəndə onu ələ salıb gülməyə başladılar və dedilər: İşi çölün düzündə gəmiçiliyə qalıb! Nəhayət Nuh gəmini düzəldib başa çatdırdı.»
    5959. İmam Sadiq (ə): «Adəmlə Nuhun (ə) arasında on ata fasilə olmuş və onların hamısı peyğəmbərlər olmuşlar.»
    Qur‘anda Nuhun dastanı
    Onun peyğəmbərliyə seçilməsi və göndərilməsi
    Həzrəti Adəmdən (ə) sonra insanlar öz aralarında təkəbbür ruhiyyəsi yayılana qədər bir ümmət şəklində insanı fitrətə əsaslanan sadə həyatlarını yaşayırdılar. Yavaş-yavaş iş o yerə çatdı ki, bir dəstə başqa bir dəstəyə hakim kəsildi.
    Buna görə də Nuhun (ə) vaxtında yer üzündə pozgunluq və günah işlər yayılmışdı. Camaat təkallahlıqdan və ictimai ədalət qanunundan üz döndərib bütlərə sitayiş etməyə başladılar. Allah-taala bu bütlərdən Vədd, Suva, Yəğus, Yəuq və Nəsrin adlarını («Nuh» surəsi) çəkmişdir.
    Cəmiyyətdəki siniflər bir-birindən uzaqlaşdı, sərvətləri və övladları qüdrət amillərinə çevrilmiş güc sahibləri zəiflərin hüquqlarını tapdaladılar, qolu zorlular əllərinin altında olanları daha da zəiflətdilər və ürəkləri istədikləri kimi onlara hökmranlıq etdilər («Ə‘raf», «Hud», «Nuh» surələri).
    Belə bir şəraitdə Allah Nuhu (ə) peyğəmbərliyə seçdi və onu kitabla, şərtlərlə camaata göndərdi ki, müjdə və qorxu vasitəsilə onları Pak olan Allahın tövhidinə, Ona şərirklər qoşmaqdan əl çəkməyə və özləri arasında bərabərliyə çağırsın («Bəqərə» surəsi, 213-cü ayə).
    Nuhun də‘vət üçün çəkdiyi böyük zəhmətlər
    Nuh (ə) öz qövmünü Allaha və onun ayələrinə iman gətirməyə də‘vət edir və bu yolda bütün gücündən istifadə edirdi. Gecə-gündüz, aşkarda və gizlində onları haqqa də‘vət edirdi. Ancaq camaatın ona cavabı inad və itaətsizlikdən başqa bir şey olmurdu.
    Nuhun də‘vət müddəti
    Nuh (ə) 950 il öz qövmünü Pak Allahın yoluna də‘vət etdi. Onlar Nuhu ələ salıb rişxənd etmək, dəlilkdə və üstünlük axtarmaqda ittiham etməkdən başqa bir şeylə cavab vermədilər. Nəhayət, o, Allahdan kömək dilədi («Ənkəbut», surəsi).
    Gəmi hazırlamaq
    Allah-taala Nuha vəhy buyurdu ki, Onun köməkliyi ilə gəmi düzəltsin. Nuh da gəmi düzəltməyə başladı.
    Əzabın gəlməsi və tufanın qopması
    Gəmi hazırlanıb başa çatdıqda, Allahdan əmr gəldikdə və təndir (Kufə) qı­zışdıqda Allah-taala Nuha hər heyvandan bir cütünü (erkək və dişi), eləcə də ailəsini – onların qərq olması barədə Allahın əvvəlcədən fərman verdiyi – yə­ni xain arvadı və gəmiyə minməkdən imtina edən övladından başqa – elə­cə də iman gətirənləri gəmiyə mindirməyi vəhy etdi. («Hud» və «Möminin» surələri) Nuh onları yüklədikdə və hamı gəmiyə mindikdə Allah göylərin qa­pısını açdı və sular axmağa başladı. Yerdəki çeşmələri də qaynatdı və su tə­yin olunmuş əmrə uyğun olaraq axıb qarışdı. («Qəmər» surəsi) Su yük­səl­di və gəmi suyun üzərinə qalxdı, dağ kimi dalğaların arasında yola düşdü. («Hud» surəsi).
    Allahın əmrinin yerinə yetirilməsi, gəmidən Nuhun və yoldaşlarının gəmidən düşməsi
    Tufan hər yanı bürüdükdə və (kafir) camaat qərq olduqda («Şaffat» surəsinin 77-ci ayəsində buyurulduğu kimi) Allah yerə öz suyunu geri çəkməyi, göylərə isə yağışı dayandırmağı əmr etdi. Su dayandı və gəmi Cud dağında qaldı.»
    1687. Hud
    Qur‘an:
    «Ad tayfasına da qardaşları Hudu göndərdik. (O) Dedi: Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Məgər qorxmursunuz?»
    Hədis:
    5960. İmam Baqir (ə): «Nuhun peyğəmbərliyi və ömrü başa çatdıqda Al­lah ona vəhy buyurdu: Ey Nuh! Sənin peyğəmbərliyin bitib və ömür müd­də­tin də başa çatıb. Səndə olan elmi, imanı, böyük adı, elmin mirasını və pey­ğəmbərlik elminin nişanələri öz nəslindən olan yaxınların arasında qoy…
    Nuh Sama Hudun (ə) gəlməsini müjdə verdi. Nuhla Hudun arasında da peyğəmbərlər olmuşdur.
    Nuh dedi: Allah Hud adında bir peyğəmbər seçəcək və öz qövmünü Allaha tərəf çağıracaq. Ancaq camaatı onu yalanlayacaq və Allah onları küləyin vasitəsilə məhv edəcək. Sizlərdən hər biri onu görsə, ona iman gətirsin və tabe olsun ki, Allah onu küləyin əzabından xilas etsin.»
    5961. İmam Sadiq (ə): «Allah Hudu (ə) seçəndə Sam övladları arasında olan qohumları onu qəbul etdi. Ancaq başqaları dedilər: Bizdən güclü kim ola bilər? Sonra şiddətli (əzab gətirən) külək vasitəsi ilə məhv oldular. Hud (ə) da öz ardıcıllarına tövsiyələr edib Salehin (ə) gələcəyini müjdə vermişdir.»
    Hud və Ad qövmünün əhvalatları haqda
    Qur’anda Hud və Ad qövmünün əhvalatları haqda xatırlananlar bundan ibarətdir ki, Ad – bə‘zən də o birinci Ad kimi adlandırılır. («Nəcm» surəsi, 50-ci ayə) Bunun özü də Ad adı ilə ikinci qövmün olduğunu göstərir– Bunlar Nuhun qövmündən sonra (Ə‘raf surəsi,69) Ərəbistan yarımadasında yerləşən Əhqafda yaşamışlar («Əhqaf» surəsi, 21-ci ayə).
    Ad qövmü də əxlaq və rəftarları dəyişənə, aralarında bütpərəstik kök salana və hər bir hündür yerdə boş yerə saray tikənə qədər Allahın nemətlərindən bəhrələnmişlər.
    Sonra haqq yola çağırmaları üçün Allah Hudu onlara göndərdi. Hud onları Allaha ibadətə, bütpərəstlikdən əl çəkməyə, ədalətə və böyüklərə qarşı mehribanlığa də‘vət etdi. («Şüəra» surəsi, 130.cu ayə) Hud bütün gücü ilə onlara öyüd-nəsihət verməyə çalışdı, bu yolu onlar üçün açdı, üzr və bəhanə yolunu bağladı. Amma ondan boyun qaçırdılar və imtina etdilər.
    Bu vaxt Allah onlara əzab nazil etdi, quru və əsdiyi hər şeyi ölü sümüyünə çevirən sərt külək göndərdi. («Zariyat» surəsi, 42-ci ayə)
    1682. Saleh
    Qur‘an:
    «Səmud tayfasına qardaşları Salehi göndərdik. O dedi: Ey camaatım! Allaha ibadət edin. Sizin ondan başqa heç bir tanrınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi dəvəsi sizin üçün bir nişanədir.»
    Hədis:
    5962. İmam Əli (ə): «Ey camaat! (Bir əmələ) Razı olmaq və ya razı­laş­ma­maqdan başqa bir şey insanları bir araya gətirməz. Səmudun dəvəsini yal­nız bir kişi öldürsə də, Allah onların hamısına əzab verdi. Çünki onların ha­mısı bu işə razı idilər. Pak olan Allah buyurdu: Onu kəsdilər. Sonra da peşman oldular. Onların başlarına gələn əzab bu idi ki, yurd­ları yumşaq hamar torpaqda batıb çıxan közərmiş kotan səsi kimi enib qalxırdı.»
    5963. Əbu Mətər: Məlun ibn Mülcəm Əmirəl-mömininə (ə) qılıncla zərbə vurduqdan sonra İmam Həsən (ə) Həzrətə ərz etdi: «Onu öldürüm?» Buyurdu: «Yox. Həbs et. Əgər ölsəm, onu öldürün. Ölsəm, məni bu arxada qardaşlarım Hud və Salehin qəbirlərinin yerində basdırın.»
    Saleh və onun qövmü haqda bir neçə söz
    Səmud qövmü tayfa və qəbilə adət-ən‘ənələrinə uyğun yaşayırdılar. Yəni, böyükləri və qocaları onlara hökmranlıq edirdi. Salehə peyğəmbərlik ve­rilən şəhərdə yer üzündə günah işlər törədən və düz əməllə işləri olmayan doq­quz dəstə var idi. («Nəml» surəsi, 48-ci ayə). Bu qövm yer üzündə Alla­ha qarşı üsyana qalxıb bütpərəstliklə məşğul olur, dikbaşlıq və zülmkarlıqda həddi aşmışdılar.
    Səmud qövmü Allahı yaddan çıxarıb azğınlıq və zülmdə həddi aşdıqlarına görə Allah Saleh peyğəmbəri onlara göndərdi. O, şərafətli və fəxr olunası bir ailədən olmaqla ağıllı və iş bilən insan kimi məşhurlaşmışdı («Hud» surəsi, 62-ci və «Nəməl» surəsi 49-cu ayə) Saleh öz qövmünü tək olan Allaha ibadətə və bütpərəstlikdən əl çəkməyə də‘vət edib onlardan öz cəmiyyətlərində ədalətlə və yaxşılıqla rəftar etmələrini istədi.
    Onları, üstünlük axtarmağı kənara qoymağa, ifrata varmamağa və dikbaşlıq etməməyə çağırmış və onları əzabdan çəkindirərək təhlükə barədə xəbərdarlıq etmişlər. («Hud», «Şüəra», «Şəms» və başqa surələr).
    Sonra Salehin qövmü üsyankarlıq və məkrə əl atdı. Özlərinin ən alçaq adamlarına dəvəni öldürməyi tapşırdılar. O dəvəni kəsdi və onlar Salehə dedilər: Əgər doğru deyirsənsə, bizə və’d etdiklərini həyata keçir. Saleh buyurdu: Üç gün evlərinizdə qalın və ləzzət alın. Bu və’dlərə yalan yoxdur («Hud» surəsi, 65-ci ayə).
    Sonra, şəhərin qəbilə və tayfaları Salehə qarşı təxribat hazırladılar. Onlar öz aralarında and içdilər ki, Salehə və tərəfdarlarına qarşı gecəikən göz­lə­nilməz hücum etsinlər, sonra isə onun vəlisinə qətl vaxtı hadisə yerində ol­ma­dıqlarını və bu sözlərinin doğru olduğunu söyləsinlər. Onlar hiyləyə əl at­dı­lar. Allah da hiylə işlətdi və onların xəbərləri olmadı. («Nəməl» surəsi, 50-ci ayə) Baxdıqları halda onları şimşək, zəlzələ və əzab bürüdü 
    («əz-Zariyat», 44-cü ayə) və öz evlərində öldülər. Sonra, Saleh onlardan üz döndərib dedi: Ey mənim qövmüm. Mən Allahımın sözünü sizə çatdırdım və sizin xeyrinizi is­tədim. Ancaq siz nəsihətverən və xeyirxah insanları sevmirsiniz («Ə‘raf» 79-cu ayə, «Hud» 67-ci ayə). Allah iman gətirənlərə və təqvalı olanlara nicat ver­di. («Fussilat» 18-ci ayə) Səmud qövmünün məhvindən sonra ilahi car­çı­nın nidası gəldi: Səmudlular öz Allahlarına kafir oldular. Məhv olsun Səmud.»
    1683. İbrahim
    Qur‘an:
    «Rəbbin İbrahimi bir neçə sözlə sınağa çəkdi və o bu imtahanların öhdəsindən yaxşı gəldikdə (Allah ona) buyurdu: Mən səni insanlara imam etdim. (İbrahim) soruşdu: «Bəs mənim nəslim (necə?)» Buyurdu: Mənim əhdim zalımlara şamil olmaz.»
    Hədis:
    5964. «Allahın Peyğəmbəri (s): «İbrahimi tonqala atmaq istədikləri gün onu tonqala tərəf apardılar. Gözü tonqala sataşdıqda buyurdu: Allah bizə bəsdir və O necə də gözəl himayət edəndir.»
    5965. Allahın Peyğəmbəri (s): «Allah İbrahimi başqa bir şeyə görə deyil, yalnız verdiyi təamlar və gecələr camaat yuxuda olarkən qıldığı namazlara görə öz dostluğuna götürmüşdü.»
    5966. Həssan ibn Ətiyyə: «Döyüşdə ilk dəfə olaraq qoşunu sol, sağ və mərkəz cinaha düzən İbrahim (ə) olmuşdur. Bunu Lutu (ə) əsir götürənlərlə döyüşə gedərkən etmişdir.»
    5967. İmam Baqir (ə): «Allah-taala İbrahimi (öz) xəlili (dostu) etmişdir ki, o heç kəsin əlini qaytarmamış və Allahdan başqa heç kəsdən heç nə istəməmişdir.»
    5968. İmam Sadiq (ə): «Allah-taala İbrahimi (ə) peyğəmbər seçməmiş (öz) bəndəliyinə götürmüşdür. Risalətə seçməmiş peyğəmbərliyə seçdi və dostluğa götürməmiş onu risalətə seçdi. Onu imam etməmişdən əvvəl (öz) dostluğuna götürdü. Bütün bu məqamları onun üçün hazırladıqda buyurdu: Mən səni camaatın imamı təyin etdim.»
    Qur‘ani Kərimdə İbrahimin (ə) əhvalatı
    İbrahim (ə) öz uşaqlıq dövründən yetkinlik yaşına çatana qədər təcrid olunmuş və öz qövmünün mühitindən uzaq həyat sürmüşdür. Sonra onların əmisinin yanına, onların arasına gəldi, ancaq onun və qövmünün bütpərəst olduğunu nəzərə alırdı.
    Buna görə də camaatla bütlər barədə mübahisə edirdi. ("Ənbiya", 51-56, "Şüəra", 69-77 və "Saffat", 83-87) Günəşə, aya və ulduzlara sitayiş edən digər dəstə ilə də mübahisələri edirdi. Beləliklə onların əqidələrinin səhvliyini sübuta yetirdi və onun bütlərin, mə‘budların yolundan azmağı haqda sözlər yayıldı. ("Ə‘nam" surəsi, 74-82)
    Bir gün camaat ibadət mərasimini yerinə yetirmək üçün hamılıqla şəhərdən çıxdıqda İbrahim xəstəliyini bəhanə gətirərək onlarla getmədi və şəhərdə qaldı. O, bütxanaya gedib bütün bütləri sındırdı. Yalnız böyük bütü saxladı ki, ola bilsin ki, onu axtarsınlar. Camaat qayıtdıqda və mə‘budlarının başına gələn bəladan xəbər tutandan sonra bu işi törədəni axtarmağa başladılar. Onlar dedilər: Eşitmişik ki, İbrahim adlı bir gənc bütlər haqda çox pis şeylər danışır.
    Buna görə də İbrahimi öz yığıncaqlarına çağırıb camaatın qarşısına çıxardılar ki, camaat şəhadət versin. O Həzrəti sorğu-suala tutub dedilər: Ey İbrahim! Bizim tanrılarımıza qarşı bu işi sən görmüsən? Həzrət buyurdu: Böyük büt bu işi görüb. Əgər danışırsa, ondan soruşun. İbrahim ən böyük bütü sındırmamış və baltanı onun çiyninə ya da çiyninə yaxın yerə qoymuşdu ki, bu böyük bütün digər bütləri sındırdığı güman olunsun.
    Camaat dedi: Onu yandırın və tanrılarınıza kömək edin. Sonra tonqal qalayıb oddan bir cəhənnəm düzəltdilər. Bu işdə hamı iştirak etdi. Sonra İbrahimi oda atdılar. Ancaq Allahı odu onunçün sərin və əziyyətsiz etdi və onların planlarını pozdu. («Ənbiyya», surəsi 57-70, «Saffat» surəsi, 88-98)
    Allah İbrahimi oddan xidas etdikdən sonra, o Həzrət haqq olan hənif və tovhid dininə də‘vətə başladı və az sayda insanlar ona iman gətirdilər.
    İbrahim, sonra Allahının əmri ilə susuz və otsuz bir vadi olan Məkkəyə yola düşdü. Azyaşlı uşaq olan oğlu İsmayılı orada qoyub özü müqəddəs torpağa qayıtdı. İsmayıl Məkkə torpağında böyüyüb başa çatdı. Orada yaşayan ərəblərin bir dəstəsi ətrafına toplaşdı. Beləliklə də Məkkə şəhəri salındı. İbrahim (ə) Məkkəni və Kə’bəni tikməmişdən hərdənbir oğlu İsmayılı görmək üçün Məkkə torpağına gedirdi. («Bəqərə», 126 və «İbrahim» 35-41) O sonradan İsmayılın köməyi ilə Beytullahul Haramı (Kə‘bəni) tikdi və bu Allah tərəfindən camaat üçün tikilən ilk evdir. Bu ev dünya əhalisi üçün bərəkət və onları doğru yola yönəldən evdir. Orda aydın-aşkar nişanələr və məqami-İbrahim var. Oraya daxil olan hər kəs amandadır. («Bəqərə» 127-129, «Ali-İmran» 96 və 97). İbrahim Kə‘bəni tikdikdən sonra Həcc barədə əmr verdi və ona aid ayinləri, mərasimləri dini qaydada («Həcc» 26-30) müəyyənləşdirdi.
    Bu zaman Allah İbrahimə oğlu İsmayılı kəsməyi əmr etdi. Sonra İbrahim həcc mərasimini yerinə yetirmək üçün oğlu İsmayılla bayıra çıxdı. «Səy» yerinə çatdıqda buyurdu: Oğulcuğazım! Yuxuda gördüm ki, sənin başını kəsirəm. İsmayıl dedi: Ey ata! Nəyə məmur edilmisənsə onu yerinə yetir və Allahın istəyi ilə mənim dözümlülərdən olduğumu görəcəksən. Hər ikisi ilahi əmr ilə razılaşdıqdan sonra və İbrahim oğlunun alnını torpağa qoydu. Nida gəldi ki, «Ey İbrahim! Sən öz yuxunu yerinə yetirdin və Allah böyük bir qurbanı İsmayılın canına fəda etmişdir («Saffat» 101-107).»
    1684. Lut
    Qur‘an:
    «Lutu (göndərdik) o zaman o öz qövmünə dedi: Sizdən əvvəlkilərdən heç kimin görmədiyi murdar bir işi görürsünüz.»
    Hədis:
    5969. İmam Baqir (ə): «Başına «Sədum», əzab yağışının töküldüyü yer Lutun qövmünün yeri idi. Allah «siccil»dən, yəni gilin bir növü olan daşları onların başlarına yağdırdı.»
    5970. İmam Sadiq (ə): «Allah Lutdan sonra elə bir peyğəmbər göndərmədi ki, onun öz qövmü arasında izzəti olmasın.»
    Lutun və onun qövmünün əhvalatı barədə bir neçə söz
    Lut (ə) Babil torpağının kəldanilərindən və İbrahimə (ə) iman gətirən ilk insanlardan biridir. O, Həzrəti İbrahimə (ə) iman gətirib dedi: «Mən öz tanrımın yanına hicrət edirəm.» Allah onu İbrahimlə birgə xilas etdi və onlar müqəddəs yurd olan Fələstin torpağına getdilər («Ənbiya», 71). Lut bu torpağın şəhərlərindən birində məskunlaşdı. Tarixi mənbələrə, Tövrata və bəzi rəvayətlərə görə bu Sədum şəhəri idi.
    Bu şəhərin və Qur‘anda «mutəfikat» adlanan ona tabe digər şəhər­lərin əhalisi («Tövbə»,70) bütə inanır və murdar ləvat (homo­seksualizm) əməli ilə məşğul olurdular. Onlar, aralarında belə murdar əməl yayılmış ilk tayfa idilər. («Ə‘raf», 80). Hətta öz yığıncaq və toplantılarında da onu pis bir iş bilmədən onunla məşğul olurdular («Ənkəbut», 29). Bu murdar əməl camaat arasında o qədər yayılmışdı ki, sonunda bir adət-ən‘ənə halını almış, bütün camaat ona mübtəla olmuşdu. Qadınları kənara qoymuş və doğumun, nəsilar­tırmanın yolu bağlamışdılar («Ənkəbut», 29).
    Belə bir şəraitdə Allah Lutu onlara göndərdi («Şüəra», 162). O, camaatı Allahdan çəkinməyə və pozğunluqdan əl çəkərək öz fitrətlərinə qayıtmağa çağırmışdır. Onlara təhlükə barədə xəbərdarlıq etsə də, (bu əməlin ağır nəticəsini və ilahi əzab ilə) qorxutsa da, nəticə üsyan və dikbaşlıqlarının artmasından başqa bir şey olmadı. Onların verdikləri yeganə cavab bu idi: «Əgər doğru danışırsansa Allahın əzabını bizim başımıza endir.» Eyni zamanda, o Həzrətə şəhərdən çıxarmaqla təhdid edib dedilər: «Ey Lut! Əl çəkməsən səni şəhərdən çıxaracağıq.» Onlar dedilər: «Lutun ailəsini şəhərdən çıxarın. Çünki onlar paklıq axtaran camaatdır.»
    İtaətsizlik və asilik o qədər canlarına oturmuşdu ki, nəhayət əzaba layiq oldular. Bu vaxt Allah öz sevimli mələklərindən olan məmurlarını onları məhv etmək üçün göndərdi…
    Mələklər sonra yeniyetmə oğlan qiyafəsində Lutun yanına gedib qonaq ola­raq orada qaldılar. Bu iş Luta baha başa gəldi, onların işlərindən çarəsiz qal­dı. Çünki öz tayfasının tezliklə onlara təcavüz edəcəyini, heç vaxt onlar­dan əl çəkməyəcəklərini bilirdi. Çox keçmədi ki, camaat məsələdən hali oldu və tələsə-tələsə, sevinəcək Lutun evinə tərəf gəldilər və evə hücum çəkdilər. Lut (ə) evindən bayıra çıxıb bacardığı qədər onlara nəsihət verdi, onlarda qey­rət və mərdlik hisslərini oyatmağa çalışdı. Hətta onlara evlənmək üçün öz qızlarını təklif etdi. O, buyurdu: «Ey mənim qövmüm. Bunlar mənim qız­la­rımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və məni qo­naq­larımın yanında rüsvay etməyin. Sorna fəryadla köməyə çağırıb bu­yur­du: «Sizin aranızda rəşadətli və qavrayışlı bir adam tapılmazmı?» Ancaq ca­ma­at cavab verdi ki, sənin qızlarına ehtiyacımız yoxdur və heç vəchlə qo­naqlarından əl çəkməyəcəyik. Axırda Lut ümidini itirib dedi: «Kaş sizin mü­qabilinizdə gücüm olaydı və ya mökəm bir dayağa pənah aparaydım.»
    Bu zaman mələklər dedilər: «Ey Lut! Biz sənin Allahının göndərdik­lə­ri­yik. Xatircəm ol ki, bu qövm heç vaxt səni əlinə keçirə bilməz. Sonra cama­atın gözünün nurunu aldılar və camaat kor-korənə dağıldılar («Qəmər», 37)
    Cünəş doğan vaxtı Lutun qövmünü əzab bürüdü. Allah nişanəli olan gil daşları onların üzərinə yağdırdı və şəhərlərini başlarına uçurdu. Onları alt-üst etdi və şəhərdə olan bütün möminlərə nicat verdi. Orada Lutun evinindən başqa bir müsəlman evi yox idi. Bu torpaqda, ağrılı əzabdan qorxan insanlar üçün bir nişanə qoydu. («Zariyat», 37 və digər ayələr)»
    1658. Yaqub və Yusif
    Qur‘an:
    «İbrahim və Yaqub öz oğullarını həmin (dini) tapşırdılar. (Hər ikisi öz vəsiyyətlərində belə dedilər). Ey mənim oğullarım! Allah bu dini sizin üçün seçmişdir. Əlbəttə, siz yalnız müsəlman kimi dünyadan gətməlisiniz.
    Yaqubun ölümü yetişən zaman siz onun yanında idinizmi? «Məndən sonra nəyə ibadət edəcəksiniz?» deyə oğullarından soruşduqda dedilər: Sənin Allahın və ataların – İbrahim, İsmayıl və İshaqın – Allahı olan tək Allaha ibadət edəcəyik və biz ona təslimik.»
    Hədis:
    5971. Musa ibn Səid Rasibi: «Yaqub Yusifi görməyə gedəndə Yusif öz atları ilə onun pişvazına çıxdı. Yolda, öz köşəsində ibadətlə məşğul olan Misir Padşahının həyat yoldaşını gördü. O da Yusifi görəndə onu tanıdı və kədərli bir səslə onu səslədı: Ey süvari, bil ki, məni uzunmüddətli bir kədərə saldın. Təqva və günahlardan çəkinmək necə də gözəldir. (Baxın) Necə də
    qul­ları azad etdi! Necə də çirkindir, azad insanları qula çevirən günah!.»
    5972. Allahın Peyğəmbəri (s): «Gözəlliyin yarısı Yusifə verildi.»
    5973. Allahın Peyğəmbəri (s): «O kərəm sahibinin oğlu, o da kərəm sahibinin oğlu, o da kərəm sahibinin oğlu kərəm sahibi – (yəni) İbrahimin oğlu İshaqın oğlu Yaqubun oğlu Yusif idi.»
    5974. İmam Sadiq (ə): «Yusifin də onlarla birgə (şəhərdən) getmələri üçün Yaqubun oğulları atalarından icazə istədikdə Yaqub onlara dedi: «Mən sizin Yusifdən xəbərsiz qalacağınızdan və canavarın onu yeyəcəyin­dən qorxuram.»
    Yaqub bu sözləri ilə onların əlinə bəhanə verdi və onlar da həmin bəhanədən Yusifin işində hiylə üçün istifadə etdilər.»
    1686. Əyyub
    Qur‘an:
    «Əyyubu da (yada sal) bir zaman o, Rəbbini çağırdı ki: «Mənə zərər toxunmuşdur. Sənsən mehribaqların ən mehribanı». Biz də onun duasını qəbul etdik, ona dəyən ziyanı uzaqlaşdırdıq. Həm ailəsini, həm də onlarla birlikdə bir o qədərini də (yenidən) ona əta etdik (ki) Bizim tərəfimizdən bir rəhmət və ibadət edənlər üçün bir ibrət olsun.»
    (Bax: «Sad» surəsi, 41və 42-ci ayələr).
    Hədis:
    5975. Allahın Peyğəmbəri (s): «Əyyub insanların ən səbrlisi və camaatın ən dözümlüsü idi. O, hamıdan daha çox qəzəbini udardı.»
    5976. Allahın Peyğəmbəri (s): «Allah Əyyuba (ə) vəhy buyurdu: Bilir­sən­mi, Mənim yanımda günahın nə idi ki, sənə bəla çatdı? Ərz etdi: Yox. Bu­yur­du: Sən Fironun yanına gəlib onunla iki kəlmə yumşaq daşın­mısan.»
    5977. İbn Abbas: «Bir gün Əyyubun arvadı: «Kaş dua edərdin, Allah sənə şəfa verərdi.» dedi. Əyyub buyurdu: «Vay olsun, sənin halına! Biz yetmiş il nemət içində idik. İndi isə gəl həmin qədər çətinliyə dözək!» İbn Abbas deyir: «Ondan az sonra Əyyub sağaldı.»
    5978. İmam Sadiq (ə): «Əyyub heç bir günahsız, yeddi il mübtəla oldu.»
    5979. İmam Sadiq (ə): «Allah-taala heç bir günahı olmadan Əyyubu bəlaya giriftar etdi və o, hətta isteza olunana qədər dözdü. Peyğəmbərlər istezaya dözmürlər.»
    5980. İmam Sadiq (ə): «Əyyub bəlalarının heç birində sağalmağı diləmədi.»
    1687. Şüeyb
    Qur‘an:
    «Mədyən (əhlinə də) qardaşları Şüeybi göndərdik. O dedi: «Ey mənim qövmüm! Allaha ibadət edin və sizin Ondan başqa tanrınız yoxdur. Həqiqətən, Rəbbiniz tərəfindən sizə açıq-aydın bir sübut gəlmişdir. Belə isə, çəkini və ölçünü düz edin! Camaatın malını əskiltməyin. Yer üzü islah oluduqdan sonra orada fəsad törətməyin! Bu (tövsiyələr) əgər möminsinizsə sizin üçün daha yaxşıdır.» * Şüeybi yalançı hesab edənlər sanki özləri orada (diyarda) heç yox imişlər.Şüeybi təkzib edənlərin özləri ziyankarlardan idi.
    (Bax: «Hud» 84-95-ci ayələr, «Şüəra» 176-190-cı ayələr. «Qəsəs» 45-ci ayə, «Ənkəbut» 36 və 37-ci ayələr, «Qaf» 14-cü ayə.)
    Hədis:
    5981. İmam Sadiq (ə): «Allah ərəblərdən yalnız beş nəfərə peyğəmbərlik vermişdir. Hud, Saleh, İsmayıl, Şüeyb və Məhəmməd xatəmül ənbiya (salavatullahi əleyhim), Şüeyb (Allaha məhəbbətindən) çox ağlayırdı.»
    Qur‘ani Kərimdə Şüeyb və onun qövmü barədə olan əhvalatlar
    Şüeyb (ə) Qur‘anda adı çəkilən üçüncü ərəb peyğəmbəridir. O, peyğəmbərlər bunlardır: Hud, Saleh, Şüeyb və Məhəmməd (s). Allah-taala onun əhvalatının bəzi hissələrini «Ə‘raf», «Hud», «Şüəra», «Qəsəs» və «Ənkəbut» surələrində buyurmuşdur.
    O Həzrət Şamla Ərəbistan yarımadasının arasında yerləşən Mədyən şəhərinin sakini və Musanın (ə) müasirlərindən olmuşdur. İki qızından birini Musa (ə) ilə evləndirmişdir. Bu şərtlə ki, səkkiz il onunçün işləsin və on il işlətmək istəsə bu onun öz ixtiyarındadır. («Qəsəs», 27) Musa on il Şüeybə xidmət etdi, sonra onunla sağollaşıb ailəsi ilə birgə Misirə getdi.
    Şüeybin Mədyəndə yaşayan qövmü bütpərəst idi. Bu qövm əmin-amanlıq, rifah, firavanlıq və ucuzluq kimi nemətlərdən bəhrələnirdi.
    Ancaq onların arasında fəsad, pozğunluq, tərəzidə və ölçüdə aldatmaq geniş yayılmışdı. («Hud», 84 və başqa surələr). Buna görə də, Allah Şüeybi onlara göndərdi və ona, camaatı bütpərəstlikdən, cəmiyyətdə fəsad yaymaqdan, tərəzidə aldatmaqdan çəkindirməyi əmr etdi. Həzrəti Şüeyb öz qövmünü göndərildiyi işlərə də‘vət etdi. Qorxutmaq və öyüd verməklə moizə etdi. Nuh, Hud, Saleh və Lutun tayfalarının başına gələn əzab və bəlaları bir daha onlara xatırlatdı.
    O, qövmünü islah edib doğru yola yönəltmək üçün böyük sə‘ylər göstərsə də onların yalnız asilik, küfr və itaətsizlikləri artdı. («Ə‘raf», «Hud» və digər surələr) və yalnız çox az insan ona iman gətirdi. Ancaq camaat onları incitməyə, ələ salmağa və Şüeybin ardınca getməmək üçün hədə-qorxu gəlməyə başladılar. Onlar Allaha iman gətirən hər kimsəni qorxutmaq üçün hər keçidin başında dayanaraq onları Allahın yolundan çəkindirməyə və azdırmağa çalışırdılar («Ə‘raf», 89).
    Onlar Şüeybi (ə) sehr, ovsunlanmaq və yalançılıqda ittiham edir («Şüəra» 185 və 186), daş-qalaq etməklə qorxudur və onu, eləcə də iman gətirənləri öz dinlərinə qayıtmayacaqları halda şəhərdən çıxaracaqları ilə təhdid edirdilər («Ə‘raf» /88).
    Onlar Şüeybin əleyhinə çıxmaqda davam edirdilər. Belə ki, o Həzrət onların iman gətirməsinə ümidini itirdi və onları öz başlarına buraxdı («Hud», 193). Şüeyb Allahdan qələbə və işlərində irəliləyiş dilədi: «İlahi, bizlə qövmümüz arasında haqla qəzavət et. Sən hakimlərin ən yaxşısısan.»
    Bu vaxt Allah buludlu günün əzabını onlara göndərdi («Şüəra»,189). Onlarsa Şüeybi ələ salırdılar ki, doğru deyirsənsə göydən bizə bir parça bulud endir. Əzab («Hud»,94) və zəlzələ («Ə‘raf»,91 «Ənkəbut»,37) onları bürüdü və öz evlərində öldürürdü. Şüeybə və iman gətirənlərə isə nicat verdi («Hud»,94). Həzrət onlardan üz döndərib dedi: «Ey mənim qövmüm! Mən Rəbbimin risalətini sizlərə çatdırıb sizə nəsihət verirdim. Belə isə, kafir insanın nəyinə görə təəssüflənim?» («Ə‘raf»,93).
     
    Kitabın adı: Mizanul-hikmət 2-ci cild (xülasəsi)
     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 18 Şubat 2015 23:15 | Administrator | Şərh yazdı
    Allah razı olsun.Ecriniz daimi olsun İnşAllah
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 18 Şubat 2015 15:15 | Redaktor | Şərh yazdı
    Allah razı olsun mələyim. MaşaAllah artıq 2 cildə kecmisən Allah əcrin versin. Bu işinin savabında Kərbəla nəsibin olsun. İnşaAllah burda sənə edilən dualarda səndə öz duana catasan. buda dəcəldən mələyə

    Allahummə Səlli Əla Muhammədin Və Ali Muhmməd
    Allahummə Səlli Əla Muhammədin Və Ali Muhmməd
    Allahummə Səlli Əla Muhammədin Və Ali Muhmməd
    Allahummə Səlli Əla Muhammədin Və Ali Muhmməd
    Allahummə Səlli Əla Muhammədin Və Ali Muhmməd
    Allahummə Səlli Əla Muhammədin Və Ali Muhmməd
    Allahummə Səlli Əla Muhammədin Və Ali Muhmməd
    Allahummə Səlli Əla Muhammədin Və Ali Muhmməd
    Allahummə Səlli Əla Muhammədin Və Ali Muhmməd
     




    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.