» » » Sadə və kiçik cehiz


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Sadə və kiçik cehiz
+5
Müəllif: Fatimə Nuri Xuda | 1-02-2015, 16:00 | Baxılıb: 775
 
 
 Sadə və kiçik cehiz

İnsan yaranışının ilkin mərhələsindən başlayaraq onun ən zəruri və təbii ehtiyaclarından biri ailə qurmaq və evlənmək olmuşdur. Bəşərin davamı, nəsillərin artması sözsüz ki, bu məsələ ilə sıx bağlıdır. Buna görə də evlənmə məsələsi bəşər cəmiyyətində ibtidai insan dövründən tutmuş onun ən inkişaf etmiş zamanına kimi diqqət mərkəzində olmuşdur. Bütün din və məzhəblərdə də evlənmə üçün xüsusi qanun-qaydalar nəzərdə tutulmuşdur. Bu qanun-qaydalar olmadan nəinki ailələrin əsası və cəmiyyətlərin bünövrəsi dağılır, eyni zamanda insan nəslinin həlatı da heyvanlara məxsus bir hal alır, yəni insanlıq mənəviyyatı və dəyəri məhv olur, bəşər şəxsiyyəti, bəşər siması tamamilə pozulur. 
Buna görə də, İslamın İlahi ayini bu mühüm və həyati məsələ üçün də elə müqəddəs qanun-qaydalar qoymuşdur ki, onlar həm bəşərin davamı üçün zəmindir, həm də hər bir fərdin, ailə və cəmiyyətin mənəviyyatının, bəşəri dəyərlərinin qorunması üçün vacib şərtlərdir. Burada bir mühüm cəhəti xüsusi qeyd etmək lazımdır: İslam bu zəruri və təbii məsələyə ən təbii və sadə şəkildə yanaşmış və onun hər cür dəbdəbədən kənar, ağır və əl-ayağı bağlayan şərtlərdən uzaq bir şəkildə həllini nəzərdə tutmuşdur. İslamda evlənmənin əsas şərtlərinə, o cümlədən evlənmə yolundakı maneələrə, qadağanlara ötəri bir nəzər də kifayətdir ki, bu müqəddəs, İlahi ayinin evlənmə və ailə qurmaq məsələsində də insanın öz təbii ehtiyaclarını əsas götürdüyünü təsdiqləyək. İslam bu məsələdə qadın və kişinin sadə və təbii bir şəkildə bir-birinə qovuşmasını, evlənməsini əsas götürmüş və qadınla kişinin qanuni və təbii şəkildə evlənməsi yolundakı bütün əngəlləri, o cümlədən cahiliyyə dövründə və ya başqa din və cəmiyyətlərdə mövcud olan maneələri aradan qaldırmışdır. Elə buna görə də İslamda qadınla kişinin ən sadə və dəbdəbəsiz bir şəkildə evlənməsinə üstünlük verildiyinin şahidi oluruq. İslam evlənmə məsələsindəki ağır öhdəlikləri, müxtəlif çətin şərtləri ailə qurma yolunda maneə hesab edərək bunun son nəticədə bəşər cəmiyyətində fitnə-fəsada, pozğunluğa bais olacağını, qeyri-qanuni əməllərə gətirib çıxaracağını göstərmişdir. İslamda evlənmənin sadəliyi və dəbdəbədən uzaq olması hər şeydən əvvəl bu baxımdan diqqəti cəlb edir ki, ümumiyyətlə, İslamda həyati məsələlərin bünövrəsi maddi əsaslar üzərində qurulmadığı kimi, ayrı-ayrı şəxslərin nüfuz və hörmətindən, ad-sanı və nəslinin əsl-köklü olmasından da asılı deyil. Əksinə, həmin bünövrə yalnız və yalnız mənəviyyat və dindarlıq, iman və paklıq, nəciblik və bəşəri kamillik üzərindədir. Müsəlman qadın və kişilərin birgə həyatının əsasını, bütövlükdə İslam cəmiyyətinin bünövrəsini bu keyfiyyətlər təşkil edir. Buna görə də evlənmə məsələsində dəbdəbə və ağır öhdəliklər nəinki İslamda nəzərdə tutulan sadə və təbii evlənmə mərasiminə aiddir, həm də bir çox ailə-məişət pozğunluqlarının, fitnə-fəsadın mənbəyi, köküdür. Çünki ağır evlənmə şərtləri, dəbdəbəli evlənmə xərci təbii ki, hamı üçün yerinə yetiriləsi deyil. Ona görə də belə şəxslər qanuni evlənmə şərtlərini yerinə yetirməyə, müqəddəs ailə həyatını qurmağa qadir olmadıqlarını bilərək məyus olur, ruhdan düşürlər və bu mübarək, hörmətə layiq işdən boyun qaçırırlar. Bu isə son nəticədə həm onların pozğunluğa yuvarlanmasına gətirib çıxarır, həm də cəmiyyətdə fitnə-fəsadın yayılmasına səbəb olur. 
İlkin İslam cəmiyyətlərində müsəlmanların evlənmə məsələsinə qısa bir baxış göstərir ki, ailə qurmaq bu cəmiyyətlərdə nə dərəcədə müqəddəs və pak bir əməl sayılmış və necə bir sadəlik və təbiiliklə icra olunmuşdur. Xüsusilə də, İslam peyğəmbərinin (s) alicənab qızının necə və nə tərzdə ərə getməsinə, Əli (ə) ilə necə müqəddəs ailə qurmasına diqqət yetirdikdə bu həqiqət açıq-aşkar üzə çıxır. Həmin evlənmə bu pak və təmiz, namuslu və fəzilətli ailənin ardıcılları olmaq istəyənlər üçün ən ali və ən gözəl nümunədir. 
İslam tarixçilərinin hamısı qeyd edir ki, Peyğəmbərin (s) gözünün işığı Fatimeyi-Zəhranın (ə) İslamın şahsuvarı Əli (ə) ilə mübarək evlənmə mərasimi olduqca sadə və təbii bir şəkildə oldu. Düzdür, o vaxtlar evlənmə mərasimləri ümumiyyətlə sadə və təbii olurdu, lakin o müqəddəs vücudun evlənmə mərasimi həddindən artıq sadəliyi və bər-bəzəkdən uzaqlığı ilə seçilirdi. Bu nümunəvi evlənmə o dərəcədə sadə və təmtəraqdan uzaq idi ki, Fatimənin (ə) kəbin haqqı və nigahla evlənmə xərcinin hamısı cəmi dörd yüz səksən dirhəmə başa gəldi. Həmin məbləği də alicənab kürəkən öz zirehini satmaq yolu ilə əldə etmişdi.
Bəli, elçilik mərasimi qurtardıqdan sonra toy mərasiminin xərcindən söhbət düşdükdə məlum oldu ki, Əlinin (ə) nə nağd pulu var, nə dar gün üçün saxladığı əmanəti, nə də satlıq bir ev əşyası. O həzrət axırda öz döyüş zirehini satmağa məcbur oldu (onsuz da o qoçaq və qəhrəman cəngavərin – düşmənin canına od salan  şücaətli döyüşçünün döyüş zirehinə ehtiyacı yox idi). Mərhəmətli Peyğəmbər (s) də həmin zirehin puluna Zəhranın (ə) ehtiyacı üçün ən zəruri olan ev əşyalarını aldı. İndi "cehiz” adlanan həmin əşyalara ən azı birgə həyata təzə qədəm qoyan hər bir cavan ər-arvadın ehtiyacı var. Beləliklə, Allahın Rəsulunun (s) qızının cehizi aşağıdakı geyim və ev əşyalarından ibarət idi: 
1. Qiyməti 7 min dirhəm olan bir dəst qadın köynəyi;
2. Qiyməti 4 min dirhəm olan bir böyük baş yaylığı;
3. Qara Xeybər qətifəsi (hamam dəsmalı);
4. Xurma lifindən düzəlmiş bir taxt;
5 Üzü Misirdə toxunmuşqaba kətan parçadan olan iki dəst yorğan-döşək: birinin içi xurma lifindən, o birinin içi qoyun yunundan idi;
6. Taifin gön dərisindən hazırlanmış dörd ədəd mütəkkə (yastıq);
7. Nazik yun parça;
8. Otağa döşəmək üçün bir ədəd həsir;
9. Bir əldəyirmanı. Fatimeyi-Zəhra (ə) ev üçün lazım olan unu mübarək əli ilə həmin əldəyirmanında çəkirdi;
10. Bir mis teşt;
11. Bir kiçik su tuluğu;
12. Bir taxta kasa;
13. Bir aftafa;
14. Bir yaşıl bardaq;
15. Bir neçə saxsı kuzə;
16. Dəridən düzəldilmiş bir süfrə;
17. Pambıqdan toxunmuş bir əba. 
Tarix kitablarında yazıldığı kimi, kəramət sahibi Peyğəmbər (s) öz mübarək alilə bu cehizləri qızına bağışladı və öz mübarək kəlamı ilə ona xeyir-dua verdi. Buna görə də həmin sadə və kiçik cehizi bütün dünyanın ən qiymətli və misli-bərabəri olmayan bir cehizi hesab etmək lazımdır. Bəli, bu kiçik ev əşyaları gəlinin cehizi kimi hazır olanda onları Peyğəmbərin (s) hüzuruna gətirdilər. Kəramətli Peyğəmbər (s) o əşyaları mübarək əli ilə o tərəf bu tərəfə çevirib hamısına baxdıqdan sonra əzəmətli və müqəddəs səsi ilə buyurdu: "İlahi, ev əşyalarının çoxu gil və saxsı qablardan olan bu ailəni xoşbəxt et...”
Beləliklə, dünyanın ən böyük və ən müqəddəs şəxsiyyətinin – paklarının pakı olan Fatimənin (ə) cehizi təfərrüatı ilə yuxarıdakı əşyalardır. Bu cehiz tarixi baxımdan əvəzsiz və bənzərsiz olmaqla bərabər, müqəddəs bir ailə qurmağın yaddaşlardan silinməyən, parlaq dərslərini bizə öyrədir. Pakların pakı Zəhranın (ə) cehizinə diqqət yetirdikdə onda minlərcə elə gizli mətləblər, rəmzi dərslər aşkar etmək olar ki, onlar bütövlükdə cehizin çoxluğunun, cehizə göz dikməyin, gündən-günə onun sayını və qiymətini artırmağın, bir sözlə, əslində evlənmə mərasiminin dəbdəbəli və təntənəli olması xatirinə onu bir növ "yarışa” çevirməyin yeni ailə quran cavanların xoşbəxtliyi çün heç bir zəmanət vermədiyini sübut edir. Belə bir "yarış” nəticəsində cavanların çoxu evlənə bilmir, bu isə öz-özlüyündə ruhi və əsəbi xəstəliklərin yaranmasına, fitnə-fəsadın, pozğunluğun, əxlaqsızlığın yayılmasına, müxtəlif xəstəliklərin artmasına, bir sözlə sağlam İslam cəmiyyətinin süqutuna gətirib çıxarır. Peyğəmbərin (s) qızı və şiələrin birinci imamının evlənmə qaydası, ailə qurma tərzi həqiqətən böyük bir elmi dərsdir, keçmişin və bugünün zərərli adət-ənənələri ilə barışmaz bir mübarizədir. Elə bir adət-ənənə ilə mübarizədir ki, əxlaq və mənəviyyata, fəzilət və daxili gözəlliyə, daxili dəyərlərə deyil, mal və sərvətə, gözqamaşdıran dəbdəbə və təntənəyə fikir verir. Belə bir adət-ənənənin daşıyıcıları bilmirlər ki, mənəviyyat, gözəl əxlaq olmadan heç bir sərvət, hətta bir günlük, bir anlıq xoşbəxtliyi belə təmin edə bilməz.

Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 1-ci cild
Müəllif: Əqiqi Bəxşayişi

 
 
Bölmə: Əhli Beyt / Fatimeyi Zəhra (s.ə)
Şərhlər: 3
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 2 Şubat 2015 09:08 | İstifadəçi | Şərh yazdı
Çox maraqlı mövzuya toxunmusan bacı Allah senden razı olsun

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 2 Şubat 2015 01:21 | İstifadəçi | Şərh yazdı
Ellerin derd görmesin bacım çox maraqlıdır

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Elya | Status: İstifadəçi Offline | 1 Şubat 2015 19:09 | Redaktor | Şərh yazdı
ALLAH RAZI OLSUN BACIM ÇOX MARAQLIDI ELLERİN DERD GÖRMESİN İNŞALLAH..
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.