358. Ləvat
1624. Ləvat.
Qur‘an:
«(Göndərdiyimiz) Lut da öz tayfasına danışdı: «Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi murdar işləri görürsünüz? Siz şəhvətə görə qadınların yerinə kişilərlə əlaqədə olursunuz. Siz doğrudan da həddini aşmış bir tayfasınız!»
Hədis:
5714. Allahın Peyğəmbəri (s): «Ümmətim üçün ən qorxduğum şey, Lutun tayfasının əməlidir.»
5715. Allahın Peyğəmbəri (s): «Mənim ümmətimdən kimsə Lutun tayfasının işini görsə və bu halda ölsə, ona ləhədə qoyulmağa qədər möhlət veriləcək. Ləhədə qoyulduqdan sonra heç bir gün də çəkməyəcək ki, torpaq onu Lutun məhv olmuş tayfasının arasına atacaq və qiyamət günündə onlarla birgə diriləcək.»
5716. İmam Əli (ə): «Allah imanı, şirkin həyasızlığını silmək üçün, …Ləvatı tərk etməyi isə nəsli artırmaq üçün vacib buyurmuşdur.»
5717. İmam Sadiq (ə): «Allah nigah bağlamış arxalara, cənnətin zər ipəkli parçasında oturmağı haram etmişdir.»
5718. İmam Rza (ə): «Kişilərin kişilərə, qadınların isə qadınlara üz tutmasının qadağan edilməsinin səbəblərindən biri, qadınların bədən quruluşu və kişilərin bədənlərinin təbiəti (hər biri əks cins üçün yaradılmışdır), başqa səbəbi isə budur ki, qadınların qadınlara, kişilərin isə kişilərə üz tutması (insan) nəslin aradan getməsinə, (cəmiyyətdəki) nizamın pozulmasına və dünyanın məhvinə səbəb olar.»
Kitabın adı: Mizanul-Hikmət 2-cild (xülasəsi)