» » Başçı kim olmalıdı?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6737

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6721

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Haziran 2025    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Başçı kim olmalıdı?
    +5
    Müəllif: Yusifi Zehra | 26-01-2015, 11:00 | Baxılıb: 1 296
     
     
    Başçı kim olmalıdı?

    Bildiyimiz kimi, ər və arvad hər ikisi eyni zamanda ailə başçılığını öhdəsinə ala bilməzlər. Bu cür müdiriyyətlərin nəticəsi hərc-mərclikdə, geridə qalmağa səbəb olur. Fərz edilən halda onların iki müxtəlif səliqələri və təfəkkür tərzləri ailəyə hakim olacaqdır. İkincisi, ailəni idarə etməkdə şərikli olsalar, onlardan heç biri lazımi qədər məsuliyyət hiss etməyəcək, evin işlərini bir-birinə tapşıracaq, nəticədə ailədə müvəffəqiyyət əldə edilməyəcəkdir. İkinci fərz budur ki, qadın ailənin idarə olunmasını şəxsən öz öhdəsinə alsın. Bu halda da qadının təbiətindəki xüsusiyyətlərini araşdırıb mülahizə etməliyik ki, görəsən qadın ailəyə başçı olmağa münasibdirmi? Cavabda deməliyik ki, qadınlar müxtəlif məsələlərdə xüsusi imtiyazlara malik olmaqlarına baxmayaraq, onların cismi və əxlaqi xüsusiyyətlərinin araşdırılması göstərir ki, onlar müəyyən cəhətlərdən başçı olmaq səlahiyyətinə malik deyillər və kişilərlə birlikdə, çiyin-çiyinə gələ bilməzlər. Özləri təbii olaraq istəyirlər ki, bir layiqli şəxsin başçılığı altında olsunlar. Məşhur psixoloq Xanım Tribo Dalson deyir: Mənim ən böyük istək və arzum kişilərin ruhiyyələrini araşdırmaqdır. Bu cəhətdən bir müddət bundan qabaq mənə məmuriyyət verdilər ki, kişi və qadının ruhiyyəsi barəsində tədqiqat aparam. Mən bu nəticəyə çatdım ki, bütün qadınlar istəyirlər ki, başqa bir şəxsin nəzarəti altında işləsinlər. Ümumiyyətlə rəisin nəzarəti altında işləməkdən xoşları gəlir. Bütün qadınlar onların təsirli olmasını bilmək istəyirlər. O belə nəticə alır ki, qadının bu iki ruhiyyəsi bəyan edir ki, qadınlar emosional xüsusiyyətlərə, kişilər isə əqlə tabedirlər. Tupinard aldlı məşhur alim müxtəlif tədqiqatlar apararaq belə nəticəyə çatıb ki, on beş min qadın və kişinin beyni içərisində qadınların beyninin orta çəkisi 1200 qram, kişləriniki isə 1361 qramdır. Başqa bir alimin nəzəri budur ki, bəşəriyyətdə elm, bilik, müdiriyyət nə qədər çox olsa, kişilərin kəllə beyninin böyüməsinə səbəb olur, amma qadınlarda bu iş əksinədir. İnsanlardan əlavə, heyvanların araşdırılması göstərir ki, dişi heyvanlar öz erkəklərinə ehtiram qoyur, onlarda qüdrə və qüvvət hiss edərək ləzzət alırlar. Nərlərin rəqabət mərkəzində olan dişi heyvanlar o erkək heyvana təslim olur ki, daha çox qüdrəti olsun. Əgər bir dişi heyvan öz balasını böyüdərkən (onun rabitəsi ər-arvadın rabitəsi kimidir) bu işdən boyun qaçırıb başqa bir erkək heyvanla yaxınlıq etsə, əvvəlkinin ciddi təbehinə məruz qalır. Üçüncü fərz budur ki, ailənin başçılığını kişilər öhdəsinə alsınlar və ailə qanunlarına müvafiq tərzdə ədalətə riayət etsinlər. İndi bu barədə olan ayə və hədisləri nəzərinizə çatdırırıq. Allah taala buyurur: "Kişilər qadınların başçısı və qəyyumudurlar–Allah taalanın etdiyi üstünlüklər səbəbi ilə. İkincisi, kişilər bu cəhətdən üstündürlər ki, onlar qadınların həyat xərclərini təmin edirlər.” Mərhum Əllamə Təbatəbai bu ayənin təfsirinin sonunda yazır: "Bu ayə ərin arvaddan üstün olmasını bəyan etməkdən əlavə, onda ümumi və külli bir qanunu anlamaq olar. Yəni ictimai məsələlərdə də kişilər qadınların idarə olunması məsuliyyətini daşıyır və məhz bu cəhətdən onlardan üstün sayılırlar. Mühüm ictimai işlərin, o cümlədən, hakimiyyət, məhkəmə, müharibə, müdafiə və s. kimi məslələrin məsuliyyəti kişilərin öhdəsinədər, bu kimi hallarda işlərə rəhbərlik etmək onların əlindədir. "Mümtəhinə” surəsinin 12-ci ayəsində arvadların Rəsuli Əkrəm ilə Məkkədə beyət etmələrini göstərir və onların vəzifələrini xatırladır, heç birinə ictimai məsuliyyəti qadınlara həvalə etmir. Bundan əlavə, tarix boyu, habelə imamların, peyğəmbərlərin sünnəti belə olmuşdur ki, qadınlar heç vaxt ailənin idarə olunması məsuliyyətini öhdələrinə almamışdır. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur: "Öz ümumi işlərini arvadların ixtiyarına qoyanlar heç vaxt səadətə və xoşbəxtliyə çatmazlar.” Yenə buyurur: "Qadınlara tabe olub onlara itaət etmək peşmançılığa səbəb olar.” Əli (əleyhissalam) qadınların hökumət və rəisliyi barəsində buyurur: "Hər kişinin hakimi və tədbir tökəni qadın olsa, o kişi lənətlənmişdir.” Həzrət bir hədisdə xatırladır ki, "Əgər sizin rəhbərləriniz, əmirləriniz şər, sərvətliləriniz paxıl olsalar və qadınlarınız işlərin idarə olunmasını öhdələrinə alsalar, bu vaxt ölüm sizin üçün yaşamaqdan daha yaxşıdır.” Əli (əleyhissalam) bu hədisdə öz əziz övladına qadınlarla hətta məşvərət etməyi belə qadağan edir və buyurur: "Məbada onlarla məşvərət edəsən! Çünki onlar uzaqgörənlikdə zəif, qərarları, yol göstərmələri süst və dəyərsizdir.” Cabir Cufi imam Baqir (əleyhissalam)-dan müfəssəl bir hədisdə belə nəql edir: "Qadınlar üçün ictimai mənsəblər, o cümlədən, qəzavət, mühakimə, hakimlik və sair siyasi işlər, məşvərət və s. layiqli deyildir.” Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: "Kişi ailə üzvlərinin bütün məsuliyyətini və rəyasətini öhdəsinə alır. Qadın isə evin daxili işlərində əsaslı rol oynayır və evin işləri evin xanımının nəzarəti altında baş verir.” Deməli, bu ayə və rəvayətlər, habelə mütəxəssislərin etiraf etdiklərindən nəticə alırıq ki, qadınlar ailəyə başçılıq etməkdə öz ərləri sağ ikən onlardan sonrakı mərhələdə yer tuturlar. Həqiqətdə isə onun müavini hökmündədir. Amma bəzi hallarda elə qadınlara rast gəlinir ki, öz ərlərindən daha agah olur. Bilirik ki, islami qanunlar ictimaiyyətin, ümumxalqın məsləhətləri əsasında qurulmuşdur və heç vaxt bu cür məsələlər nəzərə alınmır. Bu fəsildə qeyd olunan dəlillər qadınların ictimai məsələlərdəki sərpərəstliyini, başçılıq etməsini nəhy edir. Bu barədə gələcək fəsillərdə çoxlu rəvayətləri görəcəksiniz. İslam dini xüsusi məsələlər üçün daha çox dəyər verir, bu cəhətdən də qadınlar övladların tərbiyə olunması, böyüdülməsi, evdarlıq, övladlarının təmizliyi və s. kimi işlərdə mütəxəssis olduqlarına görə, kişilərdən irəlidədir, kişilər onların istədikləri məsələ barəsində onlarla məşvərət edə bilər.
    Bu fəslin axırında qeyd etmək istəyirik ki, bu fəsildə qeyd olunan məsələlər qadının ailəyə başçılıq etməsini qadağan olunduğunu xatırladır. Bu danılmaz bir fikri məsələdir ki, bizim böyük fəqihlərimiz onun barəsində fətva vermişlər. Həzrət İmam Xomeyni də "Təhrirül-vəsilə”nin 2-ci cildinin 407-ci səhifəsində onların bəzilərinə işarə etmişdir. (58-ci fəsildə qadının işləməsi barəsində bəzi şeyləri qeyd edəcəyik.)

     

    Ailə başçısı


    Bəşər cəmiyyətlərində olan nəzm və inzibat insanların tərəqqisində və inkişafında mühüm və təsirli amillərdən biri sayılır. Bu qanuna tabe olan hər cəmiyyət, şübhəsiz, mütərəqqi və inkişaf etmiş olmuşlar. Bu məsələni nəzərə almamaq hərc-mərcliyə, narazılığa, əmin-amanlığın təhlükəyə düşməsinə, ədalətsizliyə səbəb olur və yüzlərlə ictimai problemlərin yaranmasına gətirib çıxardır. Əli (əleyhissalam) öz mübarək ömrünün axır saatlarında (bu anlar hamı üçün həssas və həyəcanlıdır) övladlarına və dostlarına xitabən cəmiyyətdə və bütün işlərdə nəzm-inzibatçılıq məsələsini irəli çəkərək buyurur: "Ey oğlanlarım Həsən və Hüseyn, sizə və sair əhli-beytimə, habelə mənim bu yazılarım çatan hər bir şəxsə Allah qarşısında təqvalı olmağı, işlərinizdə inzibatçı, qanunçu olmağı tövsiyə edirəm. Hər kəsin ömrünün son anlarındakı tövsiyəsi onun bir ömürlük təcrübələrinin nişanəsidir. Xüsuilə camaat özlərinin milli sərkərdələrinin, böyük şəxsiyyətlərinin vəsiyyətlərindən ibrət götürürlər. Əli (əleyhissalam) da ibadət mehrabında zərbətləndikdən sonra keçirdiyi çoxlu narahatlıqlara, camaatın və övladlarının suallarına çox qısa şəkildə cavab verməsinə baxmayaraq axır sözünü son dərəcədə dolğun, mənalı vəsiyyətnaməsində buyurdu, onda inzibata, nəzmə, ictimai qanunçuluğa, ailədəki inzibata riayət etməyi ictimaiyyətin inkişafı üçün zəruri bir amil kimi təqdim etdi. Əgər bu məsələyə dərindən nəzər salsaq, görərik ki, nəzm və nizam dəyər cəhətindən sair ictimai məsələlərin başında dayanır. Hətta iki nəfərdən ibarət olan bir ailə belə nəzmə və inzibata riayət etmədən müvəffəqiyyət qazana bilməz, ona riayət etmədikdə hərc-mərclik və sair xoşagəlməz hadisələr ailənin məhvə sürüklənməsinə səbəb olar. Ailə, çox kiçik və məhdud bir cəmiyyət olmasına baxmayaraq ictimaiyyətdə əsas rolu öhdəsinə alıb. Çünki cəmiyyətin bütün ürəyiyanar, bacarıqlı və istedadlı insanları ailə mühitində doğulurlar. Buna əsasən, ailələrin dəyərli bünövrəsini qanun, nəzm və inzibat əsasında qurmaq lazımdır. Onun başçısı və qayda qanunları tamamilə aydınlaşmalıdır. Onun üzvlərinin qarşılıqlı rabitələri, habelə ictimai qanunlar aydın olmalıdır. Bütün milli-dövlət təşkilatlarının, müəssisələrin, zavod və fabriklərin, şirkətlərin və s. hamısının başçısı və məxsus məramnaməsi vardır. İşin gedişatı, qayda-qanunlar onda təyin edilmişdir. Bunların hamısından da daha həssas və daha dəyərli olan ailə qanun və başçısı olmadan öz yolunu davam etdirə bilməz. Buna əsasən, ailə həyatında hər kəs əqli müdiriyyət, ictimai məsələlərə agahlıq cəhətindən daha layiqli olsa, bu məsuliyyəti öhdəsinə almalıdır.
     
    Kitabın adı: İslamda evlənmə və ailə hüququ - 2

     

     
     
    Bölmə: Suallar
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: nastya | Status: İstifadəçi Offline | 26 Ocak 2015 15:08 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.