» » Nə üçün övladlar öz valideynləri ilə müxalifət edirlər?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Nə üçün övladlar öz valideynləri ilə müxalifət edirlər?
+5
Müəllif: Yusifi Zehra | 4-01-2015, 13:00 | Baxılıb: 1 401
 
 
Nə üçün övladlar öz valideynləri ilə müxalifət edirlər?

Ailə–məhəbbət səfa-səmimiyyət ocağıdır. Elə bir ocaq ki, ailə üzvləri evdən xaricdə olan fəaliyyət, iş-güc, təhsil, tədris və s. kimi işlərdə yaranan narahatlıqları, yorğunluqları bu ailədə insani və islami rəftarlar ilə aradan qaldırır, yenidən lazımi qüvvə və ruh yüksəkliyi ilə müxtəlif fərdi və ictimai fəaliyyətlərə başlayaraq təkamül və inkişaf yolunda öz vəzifələrini yerinə yetirirlər. Əgər ailələrin talelərindən, onların yaşayış tərzindən az-çox soraqlaşsaq və lazımi məlumatlar əldə etsək, görəcəyik ki, hər bir ailə özünəməxsus ixtilaf odunda yanır və özlərinin nəzərində lazımi, ideal həyat tərzinə malik deyillər. Çox ailələr vardır ki, küskünlüklə, ədavətlə yaşayaraq həyatı cəhənnəm həyatına çevirirlər. Elə övladlar vardır ki, ailə ocağında daim öz valideynləri ilə müxalifət edirlər, uzun-uzadı çarpışmalardan, mübahisələrdən sonra ailəni tərk edir və başqa şəhərlərə, ölkələrə köçüb gedir, beləliklə də əcnəbilərin yanında yaşamağı öz valideynlərinin yanında yaşamaqdan üstün bilirlər. Bu cür övladlardan ibarət bir qrup öz ailə və valideynlərindən bezərək sanki heyvani yaşayışı səadətli yaşayışdan, vəhşilik və mübahisəni aram həyatdan, səfa-səmimiyyətdən üstün hesab edərək ata-ananın qəlblərini narahat edir, incidirlər. Bu fəsildə lazım görürük ki, övladlarla ata-analar arasında yaranan ixtilafları qısa şəkildə araşdırıb onların köklərini tapaq, daha sonra bu amillərlə mübarizə yollarını, ideal, səfa-səmimiyyətlə dolu olan həyata, kamala çatmaq yollarını əziz oxuculara təqdim edək. Çünki fəsad və ixtilafın amilləri ilə mübarizə aparmaq onun nəticələri ilə mübarizə aparmaqdan qat-qat asandır.
1. Ata-anaların övladlar ilə nadürüst davranışları.
Ata-anaların öz övladları ilə doğru-düzgün rəftarları onların təlim-tərbiyə və təkamülündə əsaslı rol oynayır. Övladların təbii istəklərinə diqqət yetirilməsi, atanın övladına qarşı mehr-məhəbbəti, övladlara verilən əhd-peyman, əmanətdarlıq və düzgünlük, bütün bunlar övladların ruhi yönlərində daha çox təsirlidir. Müqəddəs islam dini övladların hüquqları və onalarla rəftar tərzi haqqında çoxlu şeylər tövsiyə etmişdir ki, onlara əməl edilməsi hər bir ailənin səadətinə zəmanət verir. Din göstəriş verir ki, valideyn də öz övladına ehtiram qoysun, övladların uşaqlıq dövründə onlarla oynasın, pis və nalayiq sözlər danışmaqdan çəkinsin. Öz uşaqları ilə elə sıx ünsiyyətdə ünsiyyətdə olmalıdır ki, onların özləri ata-anaya aşiq olsun; valideynlər öz övladları ilə o qədər mehr-məhəbbətlə rəftar etməlidirlər ki, saleh insanlar kimi böyüsünlər.
İmam Sadiq (əleyhissalam) cəddi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən belə nəql etmişdir: "Allahın rəhməti o övladlara olsun ki, yaxşılıq etməkdə ataları onlara kömək etsin. Allahın rəhməti o valideynlərə olsun ki, övladları onlara qarşı yaxşı işlər görməyə kömək etsinlər.” Yəni ata və oğul bir-biri ilə o qədər mehriban və səmimi olmalıdırlar ki, heç vaxt bir-birinin barəsində rəva görülməyən, İslamın ziddinə olan rəftara və əmələ yol verməsinlər. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-a, ata-anaların öz övladları ilə müxtəlif rəftarları barəsində buyurur: "Ya Əli, Allah lənət etsin o valideynlərə ki, (öz övladlarını elə tərbiyə edir, onlarla elə rəftar edirlər ki,) övladlarını ağ olmağa vadar edirlər, onların övladları naxələf və bədəməl olurlar; Allahın rəhməti o valideynlərə olsun ki, öz övladları ilə gözəl rəftar edir, onları saleh insanlar kimi yetişdirirlər.” Övladların hüquqları adlı müxtəlif fəsillərdə çoxlu rəvayət və hədis qeyd olunmuşdur ki, gələcəkdə nəzərində çatdırılacaqdır.
2. Valideynlərin bir-biri ilə ixtilafı.
Ər-arvadın bir-biri ilə qarşılıqlı rəftarı övladların təfəkkürünün formalaşmasında çox təsir qoyur, onların hərəkət tərzini təyin edir. Çünki ailə mühiti ilk və ən təsirli mühitdir ki, övladlar orada göz açır, ata-ananın adətini, rəftarını götürür, həyatda, öz davranışlarında onlara təqlid edirlər. Adətən, uşaqlar uşaqlığın ilk çağlarında öyrəndikləri, ələ gətirdikləri şeylər mehvərində hərəkət edirlər. Bu cəhətdən İslam dini ailə ocağında müxtəlif şərtlər qoymuşdur ki, bu şərtlərin pozulması övladların inhirafa yuvarlanmalarına səbəb olacaqdır. Ata və ananın bir-biri ilə müxalifət etməsi övladın pak ruhunu incidərək onları ailə mühitinə etinasız, rəğbətsiz edir, onların isti ailə ocağından qaçmasına səbəb olur, ata-anaya qarşı bədbin olmalarına gətirib çıxarır. Ata-ana bir-biri ilə nə qədər çox müxalifətdə, dava-dalaşda olub, Allah eləlməmiş nalayiq sözlər danışsalar, bəzən kötəkləyib, söyüş söysələr, həmin qədər də uşaqları üsyankar olmağa, bəd əməllər görməyə cürətli edəcək, övladların valideynə qarşı hörmətsiz yanaşıb kobud rəftar etməsinə səbəb olacaq və onların üsyankar olmalarını aşkar edəcəkdir. Övlad öz valideyninə qarşı kobud rəftar etməyə cürət taparsa, onun naxələf bir övlad olması qəti bir məsələdir. İmam Həsən Əskəri (əleyhissalam) buyurur: "Övladın uşaqlıqda ataya qarşı etdiyi kobudluq və hörmətsizlik böyüyəndə onun üzünə durmasına səbəb olur.” Ümumiyyətlə əgər uşaqlar ata-ananın düzgün olmayan rəftarları səbəbi ilə hörmətsizlik etməyə cürət tapırlarsa, ata-ananın ehtiram dairəsi və müqəddəsliyi pozulur. Bu cəhətdən məlum olur ki, evdə ailə hüquqlarının icra olunması, qanunların qorunması, ailə üzvlərinin hətta qadınların ailə başçısına (ataya) qarşı son dərəcə ehtiramı müəyyən qədər də olsa, ailədəki nizam-intizamı qoruyacaq. Çünki əgər qadınlar öz ərlərinə ehtiram qoyub şəxsiyyətlərini təhqir etməsələr, ərin himayə və məhəbbətindən faydalanmaqdan əlavə, əməldə də öz uşaqlarını ataya qarşı ehtiram qoymağa, onun şəxsiyyətini qorumağa sövq edəcək. Belə olan halda çox az ailələrdə narazılıq yarana bilər. İmam Sadiq (əleyhissalam)-dan nəql olunub ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) belə buyurmuşdur: "Əgər hər hansı bir insanın (Allahdan) başqası qarşısında səcdə etmək caiz olsaydı, əmr edərdim ki, qadınlar ərlərinin müqabilində səcdə etsinlər.” Bu hədis qadının öz ərinə itaət etməsinin nə dərəcədə vacib olmasını çatdırır və göstərir ki, gərək o, ərinin müqabilində hər cür inadkarlıqdan və uzundillilikdən çəkinsin, ailədə ərinin ehtiramını və əzəmətini pozmasın. Həmçinin İslam dini övladlara əmr edib buyurur ki, öz ata-ananızın müqabilində təvazökarlıq edin, onlara qarşı heç bir ehtiramı əsirgəməyin. Həzrət Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) bu barədə buyurur: Əvvəldə izah etdiyimiz kimi, bu hədis bizə anladır ki, atanın bir yerə daxil olduğu zaman ona ehtiram əlaməti olaraq həmişə ayağa qalxaq. Başqa şəxslərə ehtiram əlaməti olaraq onların ayağına durmaq haqqında çoxlu rəvayətlərdə nəql olunmasına baxmayaraq, atalıq məqamına hörmətlə yanaşmaq, onun şəxsiyyətinə təzim etmək üçün Mövla Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-ın nəzərində bu iş lazımdır. Onu görməməzliyə vurmaq, ataya ehtiram göstərməmək Allah taala tərəfindən layiqli cəzaya səbəb olar. Burada bir hekayəni diqqətinizə çatdırırıq. Həzrət Yusif (əleyhissalam) böyük ilahi peyğəmbərlərdəndir ki, onun adına Quranda bir surə nazil olmuşdur. O Həzrət Allahın dərgahına o qədər yaxındır ki, müxtəlif yerlərdə ilahi lütfə layiq görülmüşdür. O, qüdrətə, səltənət məqamına çatdıqda, Misrin qıtlıq baş vermiş əhalisinə və ətraf məntəqələrdə olan insanları həlak olmaqdan qurtardı. Atası Həzrət Yəqub (əleyhissalam) yola düşdü ki, itmiş və müsibətlər görmüş oğlu ilə görüşsün. Yusif (əleyhissalam) bu xəbəri eşidəndə atasına ehtiram əlaməti olaraq şəhərdən kənara çıxdı, atasının görüşünə tələsdi. Bir-birinə çatanda Yusif (əleyhissalam) ata minmişdi, amma özünün malik olduğu siyasi mövqeyi əldən verməmək üçün atdan yerə enmədi ataya qarşı ehtiramı kamal həddinə çatdırmadı. Bu zaman Cəbrəil nazil olub bu tərki-övlanı məzəmmət etdi. Yusifə dedi: "Allah buyurur ki, nə üçün Bizim saleh bəndəmiz–atan Yəqubun müqabilində atdan yerə enmədin? Öz əlini aç! Həzrət Yusif əlini açanda barmaqlarının arasından bir nur xaric oldu. Yusif onun nə olduğunu soruşduqda, Cəbrəil dedi ki, bu peyğəmbərlik nurudur ki, sənin nəslindən xaric oldu. Sənin övladlarından heç biri peyğəmbər olmayacaqdır, çünki atan qarşısında atdan yerə enmədin. Mərhum Kuleyni də həmin məzmunda bir hədisi İmam Sadiq (əleyhissalam)-dan nəql etmişdir. Şübhəsiz, ilahi peyğəmbərlər məsum olmuş, heç bir günaha bulaşmamışlar, yalnız bəzi hallarda onların bəzilərindən tərki-övla müşahidə edilmişdir. Bu tarixi hədisdən aydın olur ki, valideynin xüsusilə atanın hüquqları qarşısında azacıq belə etinasızlıq və hörmətsizlik öz ardınca uyğun cəzanı gətirir. Agah və dindar cavanlardan xahiş edirik ki, ailələrdə hər hansı narazılıq və qarışıqlıq yaratmaqdan çəkinməklə valideynin ehtiramını qorusunlar və onlara xidmət və hörmət etməkdə heç nəyi əsirgəməsinlər.
3. Valideynin öz valideyni ilə rəftarı.
Övladlar ailədə öz valideynlərinin sanki güzgüdəki inikasıdır. Onların rəftar və danışıqlarına, əməllərinə daim diqqət yetirirlər. Övladın valideyninin öz ata-anası (övladın baba və nənəsi) ilə etdiyi yaramaz, nalayiq və xoşagəlməz rəftarı övladlarda mənfi təsir qoyacaq, övladların da onların özlərinə qarşı xoşagəlməz reaksiya vermələrinə şərait yaradacaqdır. Əksinə, əgər ata-ana öz valideynlərinin hüquqlarına riayət edərək onlara ehtiram qoysalar, onlara xidmət etməkdə səhlənkarlıq və etinasızlıq etməsələr, övladlarının həssas nəzərləri müqabilində öz valideynləri ilə yaxşı və gözəl tərzdə rəftar etsələr, şübhəsiz ki, onların övladları da bu gözəl yolu özlərinə nümunə götürüb öz ata-analarının hüquqlarına ehtiram qoyacaqlar.
İmam Sadiq (əleyhissalam) buyurur: "Öz ata və babalarınıza yaxşılıq edin və onlara qarşı xoş rəftar olun ki, sizin övladlarınız da sizə qarşı yaxşı rəftar etsinlər.” Mövla Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam) buyurur: "Hər kəs öz ata-anasına yaxşılıq etsə, övladı da ona yaxşılıq edər.” Belə bir sual yarana bilər ki, hamının valideyni hali-həyatda deyil ki, nəvələrin diqqət-mərkəzində olsunlar, öz valideynlərinin babalarına qarşı rəftarlarını görüb ibrət götürsünlər. Bu sualın cavabı aydındır: Məgər ata-anaya yaxşılıq və ehsan onların həyatda olduqları vaxtlara aiddirmi? Əksinə, ata-ananın vəfatından sonra da onların barəsində ehsan işləri davam etməlidir. Bu iş Müqəddəs İslam şəriətində çoxlu tövsiyə edilərək ən yaxşı əməllərdən sayılır.
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur:  "Qiyamət günü yaxşı şəxslərin ağası, sərvəri o kəsdir ki, öz valideynlərinə, onların vəfatından sonra da ehsan etmiş olsun və onları unutmasın.”
İmam Baqir (əleyhissalam) buyurur:  "Camaatdan bəziləri valideynlərinin həyatda olduğu zaman onlara yaxşılıq edir, amma ata-anaları vəfat etdikdən sonra onları unudurlar: onların borclarını vermir, onların barəsində istiğfar etmirlər. Allah bu cür övladları aq-valideyn hesab edir.” Deməli bu hədislər ata-ananın vəfatından sonra onların barəsində edilən ehsan və yaxşılığı daha çox tövsiyə edir, övladların onların qarşısında, hətta onlar vəfat etdikdən sonra belə, vəzifələrini daha məsuliyyətli edir. Övlad valideynlərini yad edərək onların barəsində ehsan və yaxşılıq etməklə öz övladını özünə qarşı daha mehriban edə bilər. Hətta İmam Baqir (əleyhissalam)-dan nəql olunan başqa bir hədisdə atanın zəhmətlərinin əvəzi onun vəfatından sonra borclarını qaytarmaq kimi bəyan olunmuşdur. İmam (əleyhissalam)-dan soruşurlar ki: "Övlad atanın zəhmət və xidmətləri qarşısında öz borcunu yerinə yetirə bilərmi? Həzrət buyurur ki, yalnız iki əməllə bu borcu ödəyə bilər: 1-Əgər ata kiminə qulu olmuş olarsa, övlad onu alıb azad etsin; 2-Atanın borclarını ödəsin. Qeyd olunmalıdır ki, atanın borclarının ödənilməsi təkcə onun hali-həyatda olduğu dövrlər ilə məhdudlaşmır, əksinə əvvəldəki hədisin göstərdiyi kimi ilahi rəhmətə qovuşduqdan–vəfat etdikdən sonra da mümkündür. Nəticə alırıq ki, ailədə valideynin öz valideyninə yaxşılıq etməsi (həm həyatda olduğu vaxtlarda, həm də vəfat etdikdən sonra) övladlar üçün son dərəcədə təsirli olub atifələri, ülvi duyğuları cəlb etməkdə, onlarda ehsan etmə xüsusiyyətini oyatmaqda daha təsirlidir.
4. Mühitə hakim olan mədəniyyət.
Ailəyə hakim olan mədəniyyəti, dini məsələlərə etiqadı və dostların övladlar üzərində qoyduğu təsiri unutmamalıyıq. Dindar ailədə doğulan, islami qanunlar əsasında böyüyüb boya-başa çatan, valideynin hüququna riayət edən, onlara qarşı yaxşılıq etmək adət-ənənələri, ehsan və ədəb qaydaları vəhy mənbəyindən təlqin edilən ailələrdə doğulan övladlar şəkksiz, heç bir problem, çətinlik olmadan öz valideynlərinə canla-başla xidmət edir. O, bu cür fədakarlıqları dini göstərişlərdən ilham alır, həm də bunu kamalın, tərəqqinin amili kimi bilir, ata-ananın asayişini, səadətini, razılığını özündən irəli bilirlər. Bunun müqabilində dindar olmayan, dini əsaslara etiqad bəsləməyən şəxslər tamamilə mühitin təsiri altına düşərək öz pak fitrətlərini insan sifətində olan şeytanların mənfur niyyətlərinə hədəf edirlər, valideynlərin üzücü, ağır fədakarlıqları qarşısında təşəkkür ruhiyyəsi onların təfəkküründə heç bir məna və məfhum daşımır. Bu cür insanlar əsl insaniyyətdən uzaqlaşmışlar, öz ata-anaları ilə anormal tərzdə rəftar edib onlara əzab-əziyyət verirlər, tam daşürəkliliklə onların zəifliyinə və qocalığına rəhm etmirlər, ev mühitini, ailəni ata-anaları üçün ürəksıxıcı və dar bir zindana çevirir, dözülməz bir şəraitə gətirib çıxarırlar.
Din rəhbərlərimiz bizi sağlam olmayan mədəniyyətlərə uymaqdan, insaniyyətdən uzaq olan insanlarla dostluq etməkdən çəkindirmiş, onlarla ünsiyyətdə olmağı ziyanlı hesab etmişlər. Əli (əleyhissalam) bu qəbildən olan insanların vurduğu ziyan və zərərləri belə bəyan edir: "Nasaleh və nalayiq adamlarla yoldaşlıqdan çəkinin, çünki onlarla yoldaşlıq fəsada səbəb olar, onlarla eyni xasiyyətdə olmağa gətirib çıxarar.” Rəsuli Əkrəm(səlləllahu əleyhi və alih) buyurur: "(Mühitin və dostların təsiri o qədər çoxdur ki,) adətən insanlar dost və yoldaşlarının dininə tərəf cəzb olunurlar.” Bu hədisdən məlum olur ki, əgər bizim övladlarımız, misal üçün, şərabxor, narkoman, əyyaş, inhirafa yuvarlanmış, terrorist, qatil və s. kimi rəzil sifətlərdə olan şəxslərlə yoldaşlıq edərlərsə, şübhəsiz, onların fikirlərinin təsiri altına düşəcək. Buna görə də islami hədislərdə qeyd olunur ki, bir şəxsi tanımaq üçün onun ən yaxın dostlarını tanımaq və o şəxsin hansı adamlarla ünsiyyətdə olduğunu, kimlərlə oturub-durduğunu bilmək kifayətdir. Ola bilsin ki, bir övlad dindar bir ailədə böyüsün, amma ata-ananın azacıq qəfləti üzündən başqa şəxslər onların dini rolunu zərərsizləşdirsin. Çünki müəllim, tərbiyəçi, ictimai mühit, oynamaq, müxtəlif yoldaşlar, televiziya kino filmləri, ölkə səviyyəsində aparılan təbliğatlar... bütün bunlar övladların tərbiyəsində əsaslı rol oynayır, bəzən bu amillər o qədər güclü olur ki, hətta irsiyyət qanunu, ailə mühiti və valideynin düzgün tərbiyə metodlarının da təsirini aradan aparır. Həzrət Əmirəl-möminin Əli (əleyhissalam) buyurur:  "Camaat (təqlid etməkdə, itaətdə, xasiyyət götürməkdə) öz ata-babalarından daha çox öz padşahlarına oxşayırlar.” Bildiyimiz kimi, uşaqlar mahnıya, şüara, teatra, filmə, dastana uşaq veriliş və proqramlarına daha çox həvəs göstərirlər və elə bu proqramların möhtəvası və quruluşu bir ölkənin mədəniyyətinin göstəricisidir. Uşaqlar və yeniyetmələr cəmiyyəti fikir, düşüncə, adət-ənənə nəzərindən qururlar. Bu proqramlar nə qədər qurucu olsalar, bir o qədər övladlarda, yeniyetmələrdə müsbət təsirə malik olacaqdır. Habelə, bu proqramların qeyri-münasib olması narkotik maddələrə adət etməkdən daha zərərlidir. Buna görə də arzu edirik ki, inhirafçılıq, üsyançılıq, hicabsızlıq, iffətsizlik, şeytani sifətlər və sair rəzil xüsusiyyətlər cəmiyyətimizdən tamamilə yığışdırılıb yeni islami proqramlarının icrasına versin. Bu fəslin axırında təbərrük kimi Qurani məciddən bir ayəni sözümüzə şahid gətiririk: "Ey iman gətirənlər, öz nəfsinizdən muğayat olun (onu nəzarət altında saxlayın), o qədər müqavimətli və pak olun ki, başqalarının şər və inhirafları sizdə təsir qoymasın–siz hidayət olduğunuz zaman.” Bu ayə təqlidçiliyin, kiminsə mədəniyyətini qəbul etməyin və hər növ yanlış təsirləri məhkum edərək buyurur ki, müsəlman milləti o qədər ayıq və sağlam olmalıdır ki, İslamın əleyhinə yönəldilən xain və zəhərli təbliğatlar və hiylələr azacıq da belə onların ruhiyyəsində təsir qoymasın.
 
Kitabın adı: İslamda evlənmə və ailə hüququ
 
 
Bölmə: Suallar
Şərhlər: 2
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 4 Ocak 2015 17:57 | Redaktor | Şərh yazdı
VALIDEYNLERIMIZ BIZLER UCUN NE EZIYYETLER CEKIBLER. ANAMIN AGARAN SACINA QURBAN OLUM. ATAMIN MENDEN OTERI SACI-SAQQALI AGARIB. MEN NECE INCIDE BILERIMKI ONLAR. MENI BOYUDUBLER YEDIRIBLER ICIRIBLER NE ISTEMISEM EDIBLER. OVLAD BOYUDMEK HECDE ASAN  IS DEYIL.  ONUN TELIM-TERBIYESI SAGLIGI BASQA NE QEDER PRABLEMLERI VAR. MENIM BARMAGIMA TIKAN BATSA QACRAM ANAMIN YANINA. BAXIRSANKI HECNE YOXDUYE  AMA ANA O YARANIN USTUNDEN OPENDE NE AGRIN ACIN VAR IDISE  HAMSI CEKILIR GEDIR. MEN OZ ADIMDAN DANSIM ANAMADA ATAMADA  CEKDIRMISEM. BELE DEYIMDE MENIM XESTE OLAN MUDDETDE NE YEYIRDILER NE ICIRDILER ISLERI GUCLERI ANCAQ MEN IDIM.   SUKUR ALLAHIMA MIN SUKUR. INDI HER SEY YAXSIDI. ANAMIN BIR SOZU VAR. DEYIR SIZ NE QEDER BOYUSEZDE MENIM GOZUMDE HELE BALACA USAQSIZ.  YENI MEN BOYUYUREM AMMA ANAMLA ATAMIN GOZUNDE HELE BALACA QIZAM. ( tost qurban olum size  men sizi cox amma cox sevirem cuppulu decel qiziniz tost )
 
DUNYADA OLMAYAN  VALIDEYNLERIMIZIN RUHUNA BIR YASIN SURESI HEDIYYEM OLSUN MEKANLARI CENNET OLSUN. 

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 4 Ocak 2015 14:39 | İstifadəçi | Şərh yazdı
Allahin salami və salavati üzərinizə olsun inşAllah.Allah razi olsun bacim!Çox maraqli bir mövzu seçibsiz!Ata ve anaya qarşi hörmetsizlik eden bir kimse çətin ki, xoşbəxt olsun!Allah əcir versin inşAllah.
Allah valideyinlərimizi qorusun inşAllah!
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.