350. Kamal
1607. Kamal
5624. İmam Əli (ə): «İnsanın kamalının və ağlının çoxluğunun nişanəsi, öz nöqsanından xəbərdar olmasıdır.»
5625. İmam Əli (ə): «Kamal dünyada tapılan deyil.»
5626. İmam Əli (ə): «Kişinin kamalı altı xislətdədir: Onun iki kiçik üzvü, iki böyük üzvü və iki hey‘əti. İki kiçik üzvü ürəyi və dilidir. Döyüşsə ürəyi ilə döyüşər, danışsa dili ilə danışar. İki böyük üzvü ağıl və sə‘ylərdir. Onun iki hey‘əti isə malı və camalıdır.»
5627. İmam Əli (ə): «İnsanın kamalı onun ağlıdır.»
5628. İmam Əli (ə): «Ona yaraşmayanı kənara qoymaq, insanın kamalındandır.»
5629. İmam Əli (ə): «Həya libasını gey və vəfadarlıq zirehini əyninə keçir. Qardaşlığı saxla və qadınlarla az söhbət et ki, yüksək məqamın kamilləşsin.»
5630. İmam Baqir (ə): «Həqiqi kamal dini başa düşmək, ağır bəla müqabilində dözüm və məişətində əndazəni saxlamaqdan ibarətdir.»
5631. İmam Sadiq (ə): «Üç xislət var ki, hər kimə ruzi olunsa kamilləşər: ağıllılıq, gözəllik və gözəl danışıq.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild