Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6722

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6706

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Ocak 2025    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Ağıl
    +5
    Müəllif: Elya | 20-11-2014, 12:00 | Baxılıb: 1 428
     
     
    1316. Ağıl.

    Qur‘an: «Allah istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər.»
    «Onlar «əgər biz qulaq asıb ağlımızı başımıza yığsaydıq, cəhənnəm əhli içində olmazdıq» deyəcəklər.»
    Hədis: 4363. Allahın Peyğəmbəri (s): «İnsanın mayası ağıldır və ağlı olmayanın dini də yoxdur.»
    4364. İmam Əli (ə): «Allah-taala bir gün onun vasitəsilə xilas etdiklərindən qeyri heç kimə ağıl vermədi.»
    4365. İmam Əli (ə): «Ağıl ən möhkəm dayaqdır.»
    4366. İmam Əli (ə): «Ağıl çirkin işlərdən uzaqlaşdırar və yaxşı işlərə əmr edər.»
    4367. İmam Əli (ə): «Ağıl hər işi sahmana salandır.»
    4368. İmam Əli (ə): «Ağıl insanı «İlliyun»a doğru yüksəldər.»
    4369. İmam Əli (ə): «Ağıl haqqın carçısıdır.»
    4370. İmam Əli (ə): «Ən yaxşı qüdrət ağıllı olmaqdır.»
    4371. İmam Əli (ə): «Ağıl möminin səmimi dostudur.»
    4372. İmam Baqir (ə): «Ağılsızlıq kimi müsibət yoxdur.»
    4373. İmam Sadiq (ə): «Böyük Allah ağılı yaratdı. Ağıl, Allahın ərşinin sağ tərəfindən öz nurundan yaratdığı ilk mənəvi varlıqdır.»
    4374. İmam Sadiq (ə): «Allah-taala ağlı dörd şeydən: bilik, bacarıq, nur və işə istək və iradədən yaratmışdır. Sonra onu biliklə möhkəmləndirib göylərdə əbədi etmişdir.»
    4375. İmam Sadiq (ə): «Heç bir sərvət ağıllı olmaq qədər bərəkətli deyil və heç bir yoxsulluq ağılsızlıq qədər alçaq deyil.»
    4376. İmam Sadiq (ə): «Heç bir mal ağıldan daha faydalı deyil.»
    4377.İmam Sadiq (ə): «Ağıl möminin yol göstərənidir.»
    4378.İmam Kazim (ə) (Heşam ibn Həkəmə tövsiyəsindən): «Ey Heşam! Bəndələr arasında ağıldan üstün heç nə bölünməmişdir. Ağıl sahibinin yuxusu nadanın gecə sübhədək ibadətindən yaxşıdır. Allah yalnız ağıl sahiblərini peyğəmbər seçmişdir ki, ağılı bütün sə‘y göstərənlərin sə‘yindən daha yüksək olsun. Bəndə də Allahdan öyrəndiyi (onu başa düşdüyü və itaətinin zəruriliyini anladığı) Allahın vacibatlarından heç birini kənara qoymaz.»
    4379. İmam Rza (ə): «Hər insanın dostu onun ağlı, düşməni isə nadanlığıdır.»

     
    1317. Cəza və mükafat verilməsində ağılın rolu.


    4380. Allahın Peyğəmbəri (s) (Bir kişidən danışan dəstəyə xitabən):– «Həmin kişinin ağlı nə yerdədir?» Ərz etdilər: «Ey Allahın Peyğəmbəri. Biz onun ibadətdə və yaxşı işlərdə çalışqanlığı barədə danışırıq, sənsə bizdən onun ağlı barədə soruşursan?» Həzrət buyurdu: «Doğrudan da ağılsız insan öz ağılsızlığı ilə pis adamın çirkin əməllərindən də pis iş görər. Sabah, qiyamət günündə bəndələr öz ağıllarının səviyyəsinə görə dərəcələrə nail olub Allahlarına yaxın məqama çatarlar.
    4381. Allahın Peyğəmbəri (s): «Xeyir və yaxşılıq tamamilə ağılla qazanılır və ağlı olmayanın dini də olmaz.»
    4382. İmam Həsən (ə): «Hər iki sarayı qazandıran ağıldır. Hər kim ağıldan məhrum olsa, hər iki saraydan məhrum qalar.»
    4383. İmam Baqir (ə): «Allah-taala ağlı yaratdıqda ona buyurdu: «Üzünü tut» və o üzünü tutdu. Sonra buyurdu: «Geri dön» və o da geri döndü. Onda buyurdu: «İzzət və cəlalıma and olsun ki, mən səndən yaxşı məxluq yaratmamışam». Sənə əmr edirəm və sənə qadağan edirəm. (əmr və qadağa subyektim məhz sənsən). Səni mükafatlandırıram və sənə cəza verirəm.»
    4384. İmam Baqir (ə): «Musaya (ə) vəhy edilənlərdən biri də bu idi: Mən bəndələrimi, onlara verdiyim ağlın dərəcəsinə uyğun olaraq sorğu-sual edəcəyəm.»
    4385. İmam Baqir (ə): «Kitabda (İmam Əlinin (ə) kitabı nəzərdə tutu­lur) oxudum ki, hər kimsənin dəyəri onun biliyi qədərdir. Həqiqətən, Allah-taala camaatı, dünyada onlara verdiyi ağıl və dərrakəyə uyğun olaraq sorğu-sual edəcəkdir.»
    4386. İmam Kazim (ə): «Hər kim malı sərvəti olmadan qüdrət sahibi olmaq, ürəyinin paxıllıqdan rahatlığını və sağlam dinə sahib olmaq istəyirsə, yalvararaq Allahdan ağlının kamilləşdirməsini diləməlidir.»

     
    1318. Ağlın hüccəti.

    4387. İmam Kazim (ə): «Allahın insanlar üçün iki hüccəti var: xarici və daxili hüccət. Xarici hüccət elçilər, peyğəmbərlər və imamlar (ə), daxili hüccət isə ağıldır.»
    4388. İmam Kazim (ə) (Heşam ibn Həkəmə tövsiyyəsindən):–«Allah-taala öz peyğəmbərləri və rəsullarını yalnız ona görə bəndələrinə doğru göndərdi ki, onlar Allahdan öyrənsinlər. Deməli, onlardan biliyi daha yaxşı olan də‘vəti daha tez qəbul edər. Allahın işlərində ən bilikliləri ağlı daha yaxşı olanlardır. Ağlı daha kamil olan, dünya və axirətdə daha yüksək məqamda olar.»

     
    1319. Ağlın təfsiri.


    4389. Allahın Peyğəmbəri (s): «Həqiqətən də, ağıl nadanlığın dizlərinin buxovudur. Nəfs isə ən şər-xəta heyvandır ki, ayağı bağlanmasa azğınlaşar.»
    4390. Allahın Peyğəmbəri (s): «Ağıl, Allahın insan üçün yaratdığı bir nurdur. Onu qəlbin işıqlandırıcısı etdi ki, insan onun vasitəsilə görünənlərlə görünməyənlərin fərqini ayırd etsin.»
    4391. İmam Əli (ə): «Ağıl odur ki, sözünü bilib danışasan və dediyinə əməl edəsən.»
    4392. İmam Əli (ə): «Ağıl təcrübələri qoruyub saxlamaqdır. Sənin ən yaxşı təcrübən isə ondan öyüd götürdüyündür.»
    4393. İmam Əli (ə): «Ağıl iki növdür: təbii (və zati) ağıl və təcrübi ağıl. Onların hər ikisi xeyirlidir.»
    4394. İmam Həsən (ə) («Ağıl nədir?» sualına verdiyi cavabdan):–«Fürsət qazanana qədər qəm-qüssə camını qurtum-qurtum içmək.»
    4395. İmam Həsən (ə)–(əziz atasının «Ağıl nədir?» sualına cavabından):– «Ürəyinin ona tapşırdığını saxlamasıdır.»

     
    1320. Ağıllı insanın xüsusiyyətləri.

    4396. Allahın Peyğəmbəri (s): «Ağıllı insanın xüsusiyyəti budur ki, nadanın ona qarşı cahilyana rəftarına səbr etsin, ona zülm edəni bağışlasın, kasıbların müqabilində təvazökar olsun, özündən yuxarı olanı yaxşılıqda ötüb keçsin, söz demək istədikdə düşünsün, demək istədiyi yaxşı olarsa desin və faydalansın. Əgər pis olsa, sussun və salamat qalsın. Fitnə ilə qarşılaşdıqda Allaha sığınsın və əlini, dilini saxlasın. Fəzilət gördükdə onu qənimət sansın, abır-həya ondan ayrılmasın, tamahkarlıq ona yaxın düşməsin. Bunlar ağıllı insanları tanıtdıran on xüsusiyyətdir.»
    4397. Allahın Peyğəmbəri (s): «İnsanların ən ağıllısı, onların camaatla ən mülayim olanıdır.»
    4398. İmam Əli (ə): «Ağıllı insanın sinəsi, sirr xəzinəsidir.»
    4399. İmam Əli (ə) («Ağıllı insan kimdir?» sualına cavabından):–«Ağıllı odur ki, hər şeyi öz yerində işlətsin.» Ərz olundu: «Nadanı bizə təsvir et» Buyurdu: «Təsvir etdim.»
    4400. İmam Sadiq (ə): «Ağıllı bir deşikdən iki dəfə sancılmaz.»
    4401. İmam Sadiq (ə) («Ağıl nədir?» sualına cavabından):–«Ağıl odur ki, onun vasitəsilə rəhimli Allaha ibadət olunsun və cənnət qazanılsın.» Rəvayətçi deyir: «Soruşdum ki, bəs Müaviyədə olan nə idi?»
    Həzrət buyurdu: «O hiylə idi, şeytanlıq idi. O ağla oxşayır, ancaq ağıl deyil.»
    4402. İmam Sadiq (ə): «Zəmanəsini tanımaq, öz işi ilə məşğul olmaq və dilini saxlamaq ağıllı insanın işidir.»
    4403. İmam Kazim (ə): «Ağıllı insan yalanını çıxarmağa qorxduğu insanla kəlmə kəsməz, əsirgəməyə qorxduğu kimsədən heç nə istəməz və öhdəsindən gələ bilməyəcəyi vədi verməz. Ümid etdiyinə görə danlanacağına ümid bağlamaz və onda aciz qalacağı işə girişməz.»
    4404. İmam Kazim (ə): «Ağıllı insan dünyanın əyər-əksiyinə, hikmət ilə qarışmış olsa,–şad olar. Ancaq dünyanı qazanmış olsa da hikmətdən az faydalanarsa sevinməz. Buna görə də ticarətlərində qazanarlar.»

     
    1321. Ağlı artıran şeylər.

    4405. İmam Əli (ə): «Ağıl elə bir hissdir ki, bilik və təcrübə ilə çoxalar.»
    4406. İmam Əli (ə): «Boş işlərdən əl çəkməklə ağlın artar.»
    4407. İmam Hüseyn (ə) (Müaviyənin yanında söz ağıldan düşdükdə):– «Ağıl haqqa tabe olmasa, kamala yetişməz.» Müaviyə dedi: «Sizin sinələrinizdə yalnız bir şey vardır.»
    4408. İmam Sadiq (ə): «Biliklərə çox nəzər salmaq (və düşünmək) ağlı açar və çiçəkləndirər.»
    4409. İmam Sadiq (ə): «Hikmət barədə çox düşünmək ağlı bərəkətləndirər.»
    4410. İmam Sadiq (ə): «Ağlın kamilləşməsi üç şeydədir: Allah müqabilində əyilib yerlə yeksan olmaq, gözəl şəkildə yəqinliyə malik olmaq və yaxşı sözlər deməkdən qeyri hallarda susmaq.»

     
    1322. İnsan ağlının ölçü me‘yarları.


    4411. Allahın Peyğəmbəri (s): «Bunlar ağlın nişanələrindəndir: yalan saraydan uzaqlaşıb həqiqi saraya üz tutmaq, gor evi üçün azuqə toplamaq və qiyamət gününə hazırlaşmaq.»
    4412. İmam Əli (ə): «Hər insanın sözlərindən onun ağlının səviyyəsini bilmək olar.» 
    4413. İmam Əli (ə): «Sənin elçin sənin ağlının göstəricisi və məktubun ən aydın danışan carçındır.»
    4414. İmam Əli (ə): «İnsanların ağılları altı şeylə ölçülür: qəzəbli olan vaxt səbr, qorxan zaman dözümlü olmaq, istək və meyl olduqda mö‘tədil hərəkət etmək, bütün hallarda Allahdan qorxmaq, xoş davranmaq və söz-söhbətin azlığı.»
    4415. İmam Əli (ə): «İnsanların ağılları altı şeylə ölçülər: yoldaşlıq, alış-veriş, hökmranlıq etmək, kənara çəkilmək (hakimiyyətdən), imkanlı və yoxsul olmaq.»
    4416. İmam Əli (ə): «İnsanların ağlı bədahətən danışıqda sınanar.»
    4417. İmam Əli (ə): «İnsanın fikri onun ağlının ölçüsüdür.»
    4418. İmam Əli (ə): «Düzgün işlərin çoxluğu ağlın çoxluğundan xəbər verir.»
    4420. İmam Əli (ə): «Kimin ağlı kamilləşərsə, şəhvətə dəyər verməz.»

     
    1323. Ağlı gücdən salan amillər.


    4421. İmam Əli (ə): «Şəhvət və istəklərin təsirindən ağıl aradan gedər.»
    4422. İmam Əli (ə): «Ağılların puç olmasının səbəbi üstünlük axtarmaq-dadır.»
    4423. İmam Əli (ə): «İnsanın xüdpəsəndliyi, onun ağlının süstlüyünü göstərir.»
    4424. İmam Əli (ə): «Kim nadanlarla oturub dursa ağlı azalar.»
    4425. İmam Əli (ə): «Yalnız ağlı azca azalanlardan başqa, kimsə zarafat etmədi.»
    4426. İmam Əli (ə): «Ağıl sahiblərinə qulaq asmayanın ağlı ölər.»
    4427. İmam Baqir (ə): «Yalnız ağlı azalanların qəlbinə təkəbbür yol tapar.»
    1324. Ağlın süstlüyünün nişanələri.
    4428. İmam Əli (ə): «Ağıllar azalanda, (özünü) üstün bilməklər artar.»
    4429. İmam Əli (ə): «Kim ağlı azalarsa, pis söz danışar.»
    4430. İmam Əli (ə): «Nadanlarla oturub durmaq ağılsızlıqdandır.»
    4431. İmam Əli (ə): «Arzuların çoxluğu, ağlın puçluğundandır.»

     
    1325. Ağlın meyvəsi.


    4432. İmam Əli (ə): «Ağlın meyvəsi dözümlülükdür. (Allah yolunda mətanətli olmaqdır).»
    4433. İmam Əli (ə): «Ağlın meyvəsi haqqa sadiq qalmaqdır.»
    4434. İmam Əli (ə): «Ağlın meyvəsi dünyanı düşmən bilmək və həvəsləri öldürməkdir.»
    4435. İmam Əli (ə): «Ağıl, meyvəsi bağışlamaq və həya olan bir ağacdır.»

     
    1326. Ağlın düşməni.
     

    4436. İmam Əli (ə): «Ağlın düşməni nəfsani istəklərdir.»
    4437. İmam Əli (ə): «Qalib həvəslərə əsir olan nə qədər ağıl var.»
    4438. İmam Əli (ə): «Allah ağlı qorumaq üçün... şərabdan uzaqlaşmağı vacib buyurmuşdur.»
    4439. İmam Əli (ə): «Bilin ki, arzu ağlı qəflətə salır və Allahı xatırlamağı ona unutdurur.»
    4440. İmam Əli (ə): «Nəfsani istəklər ayıq, ağıl isə yatmışdır.»


    Mənbə: "Mizanul – hikmət (xülasəsi) 2-ci cild" kitabı

     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 21 Kasım 2014 12:09 | Redaktor | Şərh yazdı
    ALLAH RAZI OLSUN EZIZ BACIM. ALLAH ELMINI BILIYINI KAMIL ETSIN INSALLAH.SEFERIN KERBELA OLSUN BACICAN.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Mahnur | Status: İstifadəçi Offline | 20 Kasım 2014 23:28 | İstifadəçi | Şərh yazdı
    Ellerin var olsun bacim menim.Allah razi olsun senden insallah

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ewqi_Kerbela | Status: İstifadəçi Offline | 20 Kasım 2014 22:18 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razi olsun bacim, cox gozeldi. Allah ko
    meyin olsun bacim. 

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.