Həzrət Əbülfəzlin ələmi evlərin üstündə
Mən Pakistanda xüsusilə «Pəncah» şəhərində Əhli-Beyt (əleyhimussalam)-ı sevənlərin evlərinin üstündə Həzrət Abbasın (əleyhissalam)-ın ələminin dalğalandığını müşahidə edirdim. Lakin, mənim ürəyim hələ də arxayın olmadığına görə özüm bu cür şeydən istifadə etmirdim. Amma bu mö`cüzəni müşahidə etdikdən sonra qəlbimin pərdəsi açıldı. Ona görə də Nəcəf-Əşrəfə qayıdanda öz evimin yuxarısından Həzrət Əbülfəzl Abbasın (əleyhissalam)-ın ələmini asdım və möhkəm e`tiqad bəslədim. O ildən bu vaxta qədər təxminən otuz beş il keçir və mən də Qum şəhərində həzrət Mə`sum (s.ə) hərəminin yanında yaşayıram. Mən bu bayraqdan bu vaxta qədər çoxlu mö`cüzələr görmüşəm.
İmdadə yet, Əbülfəzlim amandı!
Hüseynimin Kərbəlası burdadı
Zeynəbimin ney-nəvası burdadı
Hər bir zülmün ibtidası burdadı
Əldən gedən həm vətənim həm imandı
İmdadə yet, Əbülfəzlim amandı!
Gülüstanda gəşt eyləyir uşaqlar
Güllə səsi tutubdu çox qulaqlar
Bu günümüzə dərə ağlar, dağ ağlar
Dağlarımın başı çəndi, dumandı
İmdadə yet, Əbülfəzlim amandı!
Axı atan olub, Əli şahi din
Qalxıb göyə fəqani din, ahi din
Cəbhələrdə ölən min-min şəhidin
Qan çuxuru dəniz deyil, ümmandı
İmdadə yet, Əbülfəzlim amandı!
Əsir olub şəhidlərin balası
Qızarıbdır gözlərinin alası
Bax gör kimdir bu günlərə qalası
Şücaətin doğru, yoxsa yalandı
İmdadə yet, Əbülfəzlim amandı!
Neçə gəlin başsız qalıb ocaqda
Neçə körpə başsız qalıb bucaqda
Kimsəsizik neyləyək biz bu çağda
Ümidimiz bir sənsən, bir Qur`andı
İmdadə yet, Əbülfəzlim amandı!
Çoxları var hərbi paltar geyərlər
Dillərində vətən, vətən deyərlər
Amma yetim əmlakını yeyərlər
Bu haqsızlıq sənə yaxşı bəyandı
İmdadə yet, Əbülfəzlim amandı!
Dəstəli şəb həmdəki ruz ağlar
Dərdlərini ürəyində saxlayar
Ürək odun qələmimi dağlayar
Haqsızlıqlar məmləkəti dağladı
İmdadə yet, Əbülfəzlim amandı!
Kitabın adı: Qəməri Bəni Haşim
Müəllif: Əli Rəbbani Xalxali