Ya Əbul-Fəzl Abbas (ə)! Sənin ələmini apardılar
+5
Müəllif:
Ewqi_Kerbela | 27-05-2015, 14:00 | Baxılıb: 1 192
Ya Əbul-Fəzl Abbas (ə)! Sənin ələmini apardılar
1922-ci il idi. Müttəfiq hökumətlər İranı əllərinə almışdılar. Rza şahın getməsindən sonra tutulmuş əzadarlar zindandan buraxılmış, küçələrdə rövzəxanlıq və sinə vuranlar çoxalmışdı. Günlərin birində xırda uşaqlardan biri həzrət Əbul Fəzl Abbasın (əleyhissalam) adına qara ələmi əlində aparırdı. Polis qarşıya gəlib ələmi onun əlindən alır. Uşaq ağlar halda fəryad çəkir:
Ya Əbul Fəzl Abbas (əleyhissalam)! Ələmini apardılar!
Polis bədbəxt cavabında deyir: Bu parça həzrət Əbul Fəzl Abbasa (əleyhissalam) deyil, mənim balışmın üzünə lazımdır.
Bu halda polis Allahın qəzəbinə gəlir və yerə yıxılıb həlak olur.
O vaxt bu hadisəni müsəlmanlar məktub vasitəsi ilə bütün ölkədə yaymış, rövzəxanlar mənbərlərdə söyləmişdir.
Kitabın adı: Qəməri Bəni Haşim Əbülfəzl Abbasın (əleyhissalamın) nurlu çöhrəsi
Müəllif: Əli Rəbbani Xalxali
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.