Övladıma Həzrət Əbul-Fəzl Abbas (ə) şəfa verdi!
Ayətullah hacı seyyid Hüseyn Musəvi Kermani yazır:
Uşağım xəstlənmişdi. Hansı həkimə aparırdımsa kor bağırsağının kəsiləcəyini tə`yin edirdilər. Doğrusu həkimlərin analizinə arxayın olmadım. Uşağı Tehrana həkimə apardım. Həkim analiz verilməsini tə`kid etdi. Üç gündən sonra analizin cavabı veriləcəkdi.
Analizin cavabını səhəri gün alacağdım. Gecə gözümə yuxu getmədi. Fikirləşirdim ki, əgər uşaq cərrahiyyə olunsa nə edəcəm? Çox həyacanlı idim. Gecə yarıdan sonra yerimdən qalxıb dəstəmaz aldım. Namaz qılmağa başladım. Sübh namazına yaxın qəlbimdə dedim:
Nəyə görə Həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) nəzr etməyim? Ağlamağa başladım. Dedim:
İlahi! On dörd Mə`sum (əleyhimussalam)-a, həzrət Əbul Fəzl Abbasa (əleyhissalam) xatir bu uşağa şəfa ver!
Bundan əlavə həzrət Əbul Fəzl Abbasa(əleyhissalam) bir qoyun qurban nəzir etdim. Səhəri analizin cavabı dalınca getdim. Cavabı alıb həkimə apardım. Həkim baxdıqdan sonra buyurdu: Analizdə kor bağırsaqdan əsər-əlamət görünmür. Uşağınız tamamilə sağlamdır. Az yediyinə görə zəifləmişdir. Öz-özümə dedim: Budur həzrət Əbul Fəzl Abbasın(əleyhissalam) Allah dərgahında hörməti. Allahummə səlli əla Mühəmmədin və ali Mühəmməd!
Kitabın adı: Qəməri Bəni Haşim Əbülfəzl Abbasın (əleyhissalamın) nurlu çöhrəsi
Müəllif: Əli Rəbbani Xalxali