Kəramət Həzrət Əbülfəzl Abbasın (ə) ələminin bərəkətindən
bombalar neft anbarlarına tə`sir etmədi!
Günəş ili ilə 1352-ci ildə Pakistanla Hindistanın ikinci müharibəsi dövrü idi. Pakistanın Kəraçi şəhəri yaxınlığında müxtəlif şirkətlərə aid çoxlu neft anbarları yerləşirdi. Hindistan təyyarələri bu neft mənbələrini bombardman edirdilər. Nəticədə, anbarlara elə od düşmüşdü ki, heç bir vasitə ilə söndürmək mümkün deyildi. Təxminən, bir həftə bu anbarlar və ətrafda olanlar yandı. O vaxta qədər ki, İranın yanğınsöndürən təyyarələri kimyəvi maddələr vasitəsilə bu atəşi söndürdülər.
Neft mə`dəni bonbardımandan od tutmuşdur!
Bir müddətdən sonra təbliğdən ötrü Kəraçi şəhərinə getdim. Bir nəfər mənə dedi ki, bütün bu neft anbarlarının arasında bir neçə neft anbarı «Hacı dusa» adlı mö`min bir şəxsindir. O, özünün anbarlarının üstünə «Həzrət Əbülfəzlin» ələmini asmışdı. Bu ələmlərin bərəkətindən onun anbarlarına atəş düşməmişdi.
Mən dedim: Eşitmək görməyə çata bilməz. Gəlin bu neft anbarlarını mənə nişan verin. Tez maşınlara minib Hind dənizinin sahilinə yetişdik. Həzrət Əbülfəzl Abbasın(əleyhissalam) kəramətindən belə bir mənzərəni müşahidə etdim. Böyük bir meydanda neft anbarlarından ibarət meşə var idi. Sayını Allah bilirdi. Bütün anbarlar yanmışdı. Onların bə`ziləri yarı əyilmiş, bə`ziləri isə tam çökmüşdülər. Hətta, oranın torpağı da daş kimi yanmışdı. Lakin onların arasında bir neçə neft anbarı var idi. Əbülfəzl Abbasın (əleyhissalam)-ın bərəkətindən onlar atəş tutmamışdı. Həzrət Əbülfəzl Abbasın (əleyhissalam)adına olan bayraq da bu neft anbarlarının birinin üstündə dalğalanırdı. Onun üstünə bu söz yazılmışdı: «Ya Abbas!».
Təəccüblü burasıdır ki, salamat qalan bu dörd-beş neft anbarında hələ də neft ağzına kimi dolu idi. Bunların hamısı bütün bu yanğınların içində tamamilə zərərsiz qalmışdılar. İndi özünüz təsəvvürünüzə gətirin, iki yüz ədədə yaxın neft anbarına ot düşə, orda hansı cəhənnəm əmələ gələr. Elə bir vaziyyət ki, hətta quş da onların üstündən uça bilmirdi, heç bir canlı yüz metrdən artıq o məntəqəyə yaxınlaşa bilməzdi. Lakin, onların ortasında bir neçə neft anbarı salamat qalsın. Görəsən bu mö`cüzə deyilmi? Elə bir mö`cüzə ki, Qur`ani-Kərimin «Ənbiya» surəsinin 69-cu ayəsində olan bu mö`cüzəni «Ey atəş! İbrahimə qarşı soyuq və sağlam ol»‒ təsdiq edir.
Kitabın adı: Qəməri Bəni Haşim
Müəllif: Əli Rəbbani Xalxali