336. Təqlid
1547. Pislənilən təqlid.
Qur‘an:
«Onlara «Allahın yerə endirdiyinə və Peyğəmbərə tərəf gəlin» dedikdə «Atalarımızda gördüklərimiz bizə bəs edər» deyərlər. Bəs ataları heç nə bilməyib doğru yola yönəldilməmişlərsə necə?»
Hədis:
5358. İmam Sadiq (ə) (öz səhabələrindən birinə xitabən): «Heç vaxt camaatla eyni cür olub demə ki, mən camaata tabeyəm və mən də camaatın biriyəm.»
5359. İmam Sadiq (ə) (Onlar alim və rahiblərini Allahın yerinə özlərinə Allah etdilər» ayəsi haqda):–«Allaha and olsun, onlarçün namaz qılıb oruc tutmurdular. Camaat üçün haramı halal, halalı da haram edirdilər, camaat da onların ardınca gedirdi.»
1548. Təqlidi rəva olanlar.
5360. İmam Əskəri (ə) (Yəhudi camaatının öz fasiq alimlərinə təqlidini pislədikdən sonra): «Əgər (müsəlmanlar) belə fəqihlərə təqlid etsələr, Allahın onları pozğun və fitnəkar fəqihlərə tabe olduqlarına görə pislədikləri yəhudilər kimi olarlar.
Ancaq özünü saxlayan, dininin mühafizəçisi olan, nəfsani istəklərlə çarpışan və mövlasının əmrinə tabe olan hər bir fəqihə təqlid etmək ümumi camaatın işidir. Əlbəttə, bu xüsusiyyətlərə şiə fəqihlərinin hamısı deyil, yalnız bəziləri sahibdir.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild