İmam Əlinin (ə) hikmətli kəlamları 3
Əməlinin süstləşdirdiyi kəsi (ibadət və itaət etməyən, yaxşı işlər görməyən tənbəli), məqam (vəzifə) və dərəcəsi qoç Günah və itaətsizlik etməyinə baxmayaraq, hər ir nöqsandan pak və uzaq olan Rəbbinin davamlı olaraq sənə nemətlər əta etməsini gördüyü zaman Ondan (əzabından) çəkin. (Qorx ki, Allahın qəzəbinə tuş gələsən).
Kim qəlbində biaqlaşdırmaz. Zülmə məruz qalanın dadına çatmaq və qəmgini şad etmək günahların kəffarələrindəndir.
Ey Adəm övladı!r şey gizlətsə, bu məxfilik özünü mütləq onun düşünülməmiş sözlərində və sifətinin rəngində biruzə verəcəkdir.
Nə qədər ki, xəstəliyin səni taqətdən salmayıb, gəz. (Yəni, yüngül xəstəliyə görə yatağa düşmə və xəstəliyi ayaqüstə keçir.)
Ən gözəl zahidlik onu gizlətməkdir.
Sən dünyaya arxa çevirəndə və ölüm sənə üz tutanda, görüş və qovuşma necə də tez baş verəcək.
Əl-həzər, əl-həzər (itaətsizlik etmədən çəkinin)! Allaha and olsun,O,günahları elə gizlədib ki, sanki onları bağışlayıb.
İman dörd dirək üzərində möhkəmlənib; səbr, yəqinlik, ədalət və cihad. Səbir dörd növdür; arzu, qorxu,zahidlik və intizar çəkmə. Buna görə də Cənnət arzusunda olan kəs nəfsi istəklərini unudar və onlara göz yumar. Oddan qorxan kəs haram və xoşagəlməz işlərdən uzaqlaşar.Dünyaya zahid olan kəs qəm-qüssəni yüngül sayar. Ölüm intizarında olan kəs isə yaxşı və xeyirxah işlərə tələsər.
Yəqin də dörd növdür; zirəklik və gözüaçıqlıq, hikmətə(həqiqətlərə) çatmaq, başqalarından ibrət götürmək və keçmişdəkilərin yolu. Zirək və gözüaçıq olana hikmət (həqiqi və düz yol) aşkar olar. Hər kim hikmət və düz yol aşkar olarsa, müxtəlif hadisələrdən ibrət götürməyə öyrənər.İbrət götürməyi öyrənən kəs isə keçmiş insanların arasında olan şəxsə bənzəyər.
Ədalət də dörd növdür: düzgün anlamaq üçün diqqətlilik, həqiqəti elmə çatmaq, yaxşı hökm çıxarmaq və həlimliyi (dözümlüyü) möhkəm saxlamaq.
Buna görə də əgər şəxs diqqət edərək düzgün başa düşsə, həqiqəti elmi əldə edər. Həqiqi elm əldə edən kəs din qaydaları əsasında hökm çıxarar. Həlim və mülayim olan kəs isə öz işindı səhlənkarlıq etməz və xalq arasında yaxşı adla yaşayar.
Kitabın adı: İmam Əlinin (ə) xatirələri