» » » Xədicənin övladları


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6728

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6712

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 4
Ay ərzində: 5

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Xədicənin övladları
    +10
    Müəllif: Fatimə Nuri Xuda | 3-01-2015, 16:00 | Baxılıb: 962
     
     
     Xədicənin övladları

    Həzrət Xədicədən dörd övlad dünyaya gəldi. Qasim adlı bir oğlu dünyaya gəldi. Onun ləqəbi "Tahir” və "Təyyib” idi. İslam peyğəmbərinin (s) künyəsi – Əbül-qasim də həmin əziz övladının adından götürülmüşdü. Qasim körpəlik və südəmərlik dövrünü keçirdi, hətta ayaq açmaq və yerimək mərhələsinə qədər sağ idi. Amma hələ süddən kəsilməmişdi ki, İlahi yazısı ilə bu dünyaya gözünü yumdu və aqibət sarayına tələsdi. 
    Bu oğlan övladından başqa Xədicənin üç qızı oldu. Onların adları Zeynəb, Ümm Gülsüm və Fatimə (ə) idi. Bəli, Xədicə kimi bir qadının ali şəxsiyyətidir ki, pak ətəyində varlıq dünyasının ən təmiz, ən pakizə gövhər qadını həzrət Fatimeyi-Zəhra (ə) tərbiyə olunur. İlahinin iradəsinə görə Peyğəmbərin (s) bütün övladları içərisində böyük atası üçün bu parlaq günəş sağ qalır ki, İlahi nurların – dünyanın seyyidlərinin anası seçilsin və gövhər ətəyində məsum imamlar kimi övladlar – bəşəriyyətə rəhbərlik məşəlini alovlandıran övladları tərbiyə etsin. Bəli, Fatimənin "Xədicə” adı ilə məşhur olan belə bir anası var idi. 

    Fatimeyi-Zəhranın (ə) səadətli təvəllüdü

    Bəli, Fatimeyi-Zəhranın (ə) anası belə bir xanım idi. Doğrudan da, demək olar ki, Fatimənin anası olmağın özü Xədicənin fövqəladə üstünlüklərindən hesab olunur. Çünki bu, elə bir böyük iftixardır ki, varlıq dünyasında heç bir anaya nəsib olmamışdır. Böyük iftixardır ki, bir ana, Fatimə kimi bir övladı dünyaya gətirsin və öz qoynunda tərbiyə etsin. Elə bir övladı ki, pak nəsli məsum imamlar kimi ulduzlar olsun, qiyamət qopana kimi işıq saçsın. Elə imamlar ki, əsl insanlıq beşiyinin başında durmuş və bəşər nəslinin rəhbərlik məşəlini alovlandırmış olsun. Elə bir övladı ki, Allah-təala onun varlığını Peyğəmbər (s) üçün coşan bir kövsər kimi bəyan etmişdir. Elə bir kövsər ki, onun dalğalarının coşmasından imamlıq gövhərləri üzə çıxır və Peyğəmbərin (s) nəslini qiyamət gününə qədər davam etdirir. 
    Bəli, Fatimə belə bir övladın anası və belə bir ananın övladı idi. Fatimənin (ə) səadətli doğumu – onu bəşəriyyət tarixində bir dönüş nöqtəsi hesab etmək olar – elə bir kiçicik hücrədə baş verdi ki, kiçikliyinə baxmayaraq, mənəviyyatı bütün dünyanın genişliyindən daha böyük idi. Onun uzunluğu beş dirsək boyundan bir az çox idi. Hücrə gildən və bir neçə dənə də xurma budağından tikilmişdi. Gillə budağları tük nazikliyində olan kəndirlə bir-birinə birləşdirmişdilər. hücrənin hündürlüyü elə qısa idi ki, ayaq üstündə duranda adamın əli onun tavanına dəyirdi. 
    Həmin o kiçik, eyni zamanda əzəmət və şərəf baxımından padşah və imperatorların ən ali saraylarından üstün olan hücrə İslam peyğəmbəri (s) kimi böyük bir atanın və elə bir ananındır ki, onun fəzilət dəryasından kiçicik bir hissəni qeyd etdik. Bu ana dünyaya elə bir qız gətirdi ki, pak adı, məqamının əzəməti və parlaqlığı misilsizdir, mənəviyyatı, əsl insanlığı nəinki dünya qadınlarını əbədi olaraq öz şüalarının təsiri altında saxlayır, eyni zamanda ümumiyyətlə, bəşəriyyət aləmində paklıq və namusun, şərəf və böyüklüyün, iman və fəzilətin, əyriliklərə və pisliklərə qarşı, düzlük və təmizlik uğrunda dönməz mübarizənin parlaq nümunəsi kimi qalır... Bu mənəvi böyüklük və əzəmət elə yüksək idi ki, dünya tarixinin bütün sahələrinə - hökumət və siyasətdən tutmuş mədəniyyət və mənəviyyatına kimi hər yerə işıq saçdı, "Fatimilər” adlı qüdrətli dövlət yarandı, institutlar və "Əl-Əzhər əz-Zəhra” kimi böyük elm mərkəzi onun gözəl və parlaq adıyla zinət və etibar qazandı.12
    Fatimənin təvəllüdü: Fatimənin təvəllüd tarixi haqqında tarixçilərin arasında fikir müxtəlifliyi var. Belə ki, sünnə əhli ilə şiə əhlinin dediklərinə əsasən həzrət Fatimənin yaşı arasındakı fərq on ildən də çoxdur. 
    Ən mühüm tarixi mənbələrdən biri hesab olunan mötəbər Kafi kitabının müəllifi Kuleyninin fikrincə, Fatimeyi-Zəhranın (ə) təvəllüdü peyğəmbərliyin başlanmasından beş il sonra olmuşdur. "Şeyx ət-Taif” adlı ilə şöhrət qazanmış böyük alim, üləma və alimlərin şeyxi Şeyx Tusi bu fikirdədir ki, o həzrətin doğumu peyğəmbərliyin başlanmasından iki il sonra olmuşdur. 
    Əhli sünnə müəlliflərinin əksəriyyəti isə o həzrətin təvəllüd tarixini peyğəmbərlikdən beş il sonra hesab etmişlər. Beləliklə, mülahizə olunur ki, o həzrət vəfat edərkən (bu, hicrətin onuncu ilində baş verdi) əksər şiə alimlərinin fikrinə görə Fatimənin (ə) şərif ömründən on səkkiz il keçməmişdi. Halbuki sünnə əhlinin fikrinə görə Fatimənin (ə) bu zaman yaşı iyirmi səkkiz olardı. Bəziləri də onun bu zaman on səkkiz – iyirmi səkkiz yaşları arasında olduğunu hesab edirlər. Hər halda Fatimənin (ə) təvəllüd ili və günü haqqında fikir ixtilafı çoxdur ki, bunun da nəticəsində bütün bu rəqəm və ədədlər oxucuya heç bir fayda vermir. Amma şiə tarixçilərinin çoxu bu fikirdədirlər ki, o həzrətin təvəllüdü peyğəmbərlikdən sonra olmuşdur. Əksər alimlər peyğəmbərlikdən beş il sonranı düzgün hesab edirlər. beləliklə, bu gün şiə aləmində bu rəqəm daha çox qəbul edilmişdir. 
    Bütün bunlara baxmayaraq, İslam tarixçiləri və tədqiqatçıları o həzrətin doğum gününü hansı gün sayırlarsa saysınlar, bir məsələni etiraf ediblər. O günü – hansı gün olur-olsun, böyük və əzəmətli bir tarixi gün hesab edirlər. Həmin gün Fatimeyi-Zəhranın (ə) dünyaya gəlişi ilə İslam tarixində böyük bir hadisə baş vermişdir. 
    Bu barədə müasir yazıçılardan biri – xanım doktor Bint əş-Şati yazır: " Uca Tanrının iradəsi belə idi ki, onun doğumu Qüreyş tarixində böyük bir hadisəyə yaxın zamanda olsun. Həmin hadisədə qüreyşilər Məhəmməd Əmindən – o həzrətin böyük atasından xahis etdilər ki, Kəbə evindəki Qara daşın yerləşdirilməsi haqqında ədalətli və münasib qərar versin. Həmin gün o həzrətin doğulması müjdəsi verildi. Belə olduqda yeni doğulmuş uşağın xatirinə indiyədək görünməmiş bir şənlik və bayram keçirildi. Hələ heç vaxt yeni doğulmuş qız uşağı xatirinə (özü də ondan əvvəl üç bacısı olmuşdu və onların arasında heç bir oğlan uşağı doğulmamışdı) belə bir təntənəli şənlik və şadyanalıq olmamışdı.”
    Fatimeyi-Zəhranın (ə) təvəllüd iftixarının nəsibi olduğu həmin o xoşbəxt gündə, o həzrətin mübarək doğumundan bir saat qabaq Xədiceyi-Kübra bir nəfəri Qüreyş qadınlarının və keçmiş dostlarının yanına göndərdi ki, sifarişini onlara çatdırsın. Sifariş belə idi: "Ey Qüreyş qadınları, bu gün Xədicə sizdən xahiş edir ki, keçmiş kin və küdurəti unudasınız və onun bu həssas vaxtında – dünyaya yeni bir övlad gətirəcəyi anında köməyinə tələsəsiniz və bu vəziyyətində ona şəfqətli əllərinizi uzadasınız.”
    Xədicənin göndərdiyi qadın tələsik evdən çıxdı. Amma çox keçmədi ki, qəmli və gözüyaşlı halda evə qayıtdı. Ağlaya-ağlaya, qəhər boğa-boğa dedi: "Heyf Xədicədən, heyf onun sülh və dostluq, mehribanlıq və barışıq sifarişindən... Əfsus ki, hara getdimsə, kimin qapısını döydümsə, sifarişinizi hara çatdırdımsa, kimsə mənə yol vermədi, qapını üzümə açmadı və sözlərimə qulaq asmadı... Onlardan heç biri  sizin xahişinizi qəbul etmədi. Əvəzində isə sizə bir sifariş göndərdilər. dedilər: "Xədicəyə de ki, sənə nəsihət verdiyimiz gün sözlərimizi eşitmədin. Səninlə aramızda olan danışığımıza baxmayaraq, öz istədiyinin ardınca yola düzəldin: əliboş, yetim bir kəsə ərə getdin, dostlarının şan-şöhrətini, əyan ailəsindən olmalarını nəzərə almadın... Ona görə də sənin bu hərəkətin bizə bərk təsir etdi, qəzəbləndirdi. Bu səbəbdən biz də bu gün sənin evinə gəlmək, sənə kömək etmək istəmirik.”
    Xədicə bu rədd cavabını – tənəli və zəhərli sifarişi eşidərkən anladı ki, keçmiş dostlarından əlini üzməli, onlara bel bağlamamalıdır. Beləliklə, qəmli halda o kin-küdurətli, bu dünyanın var-dövlətinə aludə olmuş qadınlardan ümidini üzdü və bütün ruhu, qəlbi ilə mənəviyyat aləminə üz tutdu. Dünyanı yaradan Tanrının sorağınca gedib ürəyində bəslədiyi mənəvi duyğularla məna aləminin qapısını döydü və oradan yardım dilədi...
    Uca Tanrı ən yüksək, ən ali köməklərini Özünün ən ali məxluqlarından birinin ixtiyarında qoydu. Artıq o kin bəsləyən qadınların köməyinə ehtiyac yox idi, çünki mehriban Allah Özünün sonsuz mərhəmətini göstərərək gözəgörünməyən yardım damcılarını Xədicənin üzünə çilədi, pak mələklərini ona köməyə göndərdi. 
    Bəli, Tanrı Xədicəyə kömək etdi ki, əziz Fatimə - peyğəmbərlik səmasının o parlaq ulduzu, vilayət mülkünün həmişəyanar günəşi tam rahatlıqla, sağ-salamat halda dünyaya qədəm bassın və müqəddəs vücudundan parlayan əbədi vilayət və imamlıq nurları ilə dünyanın Şərqini və Qərbini işıqlandırsın.”
    O anlarda Tanrının Elçisi (s) dua əlini göyə qaldıraraq intizar çəkirdi. Elə həmin anlarda birdən müjdə gəldi ki, ey Tanrının Elçisi (s), indicə Allah-təala tərəfindən Xədicəyə elə bir yeni doğulmuş qız uşağı bəxş edildi ki, gözlərində səma işığı və sifətində İlahi nuru parlayır...
    Allahın Elçisi (s) bu müjdəni alçaq misilsiz bir şadlıq və sevinc dəryasına qərq oldu, pak qəlbi rahatlıqla döyünməyə başladı. 
    İlahinin köməkçiləri isə öz işlərində idi. Onlar gül yarpağından daha zərif, gecə şehindən daha pak olan yeni doğulmuş uşağı pak və müqəddəs su ilə yuyub tərtəmiz etdilər. Sanki ulduzların nuru və behişt ətirləri ilə toxunmuş qundağını bağlayıb Xədicənin qucağına qoydular. Mehriban ana da səma köməyinin sayəsində hamiləlik qayğısından rahatlıqla qurtardığı üçün asudə nəfəs ala-ala, belə bir uşağın dünyaya gəlməsindən sevinə-sevinə döşünü əziz və müqəddəs övladının ağzına qoydu və ana ilə bala üçün İlahi hədiyyəsi olan xalis südlə onu doydurdu. Həmin o ilahi lütf sayəsində o misilsiz körpə sağ-salamat böyüdü ki, peyğəmbərlik bağının bərəkətli ağacı özünün tam səmərə həddinə çatsın və bu bağın gülləri – Peyğəmbərin (s) nəsli Qiyamət gününə kimi təravət və ətir içində yaşasın, davam etsin...

    Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 1-ci cild
    Müəllif: Əqiqi Bəxşayişi

     
     
    Bölmə: Əhli Beyt / Fatimeyi Zəhra (s.ə)
    Şərhlər: 5
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 3 Ocak 2015 23:14 | Redaktor | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACIM DEYERLİ XEBERDİ ELLERİN DERD GÖRMESİN İNŞALLAH
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 3 Ocak 2015 22:15 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun bacı çox maraqlı melumatlardır

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 3 Ocak 2015 20:18 | İstifadəçi | Şərh yazdı
    CANIM QURBAN XEDICE EVLADLARINA ELHEMDULILLAHKI BIZIM BELE BIR NUMUNEVI XANIMIMIZ OLUB ,ALLAH BIZLERI BU GOZEL NUMUNEVI XANIMLARIMIZA XATIR GUNAHLARIMIZI BAGISLASIN IN SE ALLAH , draznilka
     
     ALLAHUMME SELLI ELA MUHEMMEDIN VE ALI MUHEMMED 
      tost 
     
    ALLAH RAZI OLSUN BACIM COX DEYERLI MELUMATDIR ELLERIN DERD GORMESIN IN SE ALLAH AMIN ALLAH draznilka

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 3 Ocak 2015 19:16 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun bacim.
    Allahumme selli ela Muhammedun ve Ali Muhammed!
    Allahumme selli ela Muhammedun ve Ali Muhammed!
    Allahumme selli ela Muhammedun ve Ali Muhammed!
    Allahumme selli ela Muhammedun ve Ali Muhammed!
    Allahumme selli ela Muhammedun ve Ali Muhammed!
    Allahumme selli ela Muhammedun ve Ali Muhammed!
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 3 Ocak 2015 16:25 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACI
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.