Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Qur‘an
    +6
    Müəllif: Elya | 31-12-2014, 12:00 | Baxılıb: 2 139
     

     328. Qur‘an

    1497. Qur‘an.
    «Həqiqətən, biz sənə təkrarlanan yeddi ayəni («Fatihə» surəsini) və böyük Qur‘anı əta etdik.»
    «Qur‘anı öyüd-nəsihət almaq üçün asanlaşdırdıq. Amma bir öyüd-nəsihət qəbul edən varmı?»
    Hədis:
    5155. Allahın Peyğəmbəri (s): «İşlərin sizlər üçün zülmət gecələr tək qaranlıq və şübhəli olduğu hər vaxt Qur‘ana üz tutun. Çünki şəfaəti qəbul olunan bir şəfaətci, şikayəti qəbul edilən bir şikayətçidir. Kim Qur‘ana üz tutsa, onu cənnətə çəkib gətirər, ona arxa çevirəni isə cəhənnəmə qovar.»
    5156. Allahın Peyğəmbəri (s) (Allah tərəfindən) Ona«Tezliklə sənin ümmətin fitnələrə giriftar olacaq» deyilərkən «ondan xilas yolu nədir?» deyə soruşanlara): «Allahın əziz kitabı!. Batilin nə öndən, nə də arxadan ona yol tapa bilmədiyi, öyülən Alim tərəfindən nazil edilmiş bir Kitab. Elmi Qur‘andan qeyri yerdə axtaran hər kimsəni Allah azdırar.»
    5157. Allahın Peyğəmbəri (s): «Qur‘an sizinlə olsun. Onu özünüzə rəhbər edin.»
    5158. Allahın Peyğəmbəri (s): «Qur‘anın digər sözlərdən üstünlüyü, Allahın öz yaratdıqlarından üstünlüyü qədərdir.»
    5159. İmam Əli (ə): «Pak olan Allah öz qüdrətini kitabında göstərmişdir. Bununla da görsənmədən Özünü bəndələrinə göstərmişdir.»
    5160. İmam Əli (ə): «Sizi and verirəm Allaha! Sizi and verirəm Allaha! Məbada, başqaları Qur‘ana əməl etməkdə sizdən önə keçsinlər.»
    5161. İmam Əli (ə): «Allah-taalanın kitabını öyrənin. Çünki o sözlərin ən yaxşısı, öyüdlərin ən aydınıdır. Qur‘anı başa düşün. Çünki o, qəlblərin baharıdır və onun nurunda şəfa axtarın. Çünki o, sinələrdəki xəstəliklərə şəfa verəndir. Onu yaxşı oxuyun, Çünki o ən yaxşı əhvalatdır.»
    5162. İmam Səccad (ə): «Şərqdən Qərbədək bütün insanlar ölsə belə, təkcə Qur‘an mənimlə olsa, heç vaxt qorxu və kimsəsizlik hiss etmərəm.»
    1498. Qur‘an həmişə təzədir.
    5163. Allahın Peyğəmbəri (s): «Qur‘an elə bir sənətdir ki, onsuz imkanlı olmaq, onunla yoxsul olmaq olmaz.»
    5164. Allahın Peyğəmbəri (s): «Kimə Qur‘an (onu bilməyin neməti) verilibsə və o, bununla belə başqasına bundan daha çox nemət verildiyini güman etsə, şübhəsiz ki, kiçiyi böyük, böyüyü isə kiçik sanmışdır.»
    5165. Allahın Peyğəmbəri (s): «Hər kim əcdadlarının və gələcəkdəkilərin, dünyanın əvvəlindən sonuna qədər olan elmi öyrənmək istəyirsə, Qur‘anı tədqiq edib dərindən düşünsün.»
    5166. İmam Əli (ə): «Qur‘an nə qədər təkrarlansa və qulaqlara çatsa da, yenə köhnəlməz.»
    5167. İmam Əli (ə): «Ən böyük dərdlərin dərmanı Qur‘andadır: küfrün, nifaqın, puçluğun və azğınlığın dərdi»
    5168. «Biharul Ənvar»: İmam Sadiqdən (ə) soruşdular: «Bu nə sirdir ki, Qur‘an nə qədər çox oxunub bəhs edildikdə onun təzəliyi və təravəti bir o qədər artır?» Həzrət buyurdu: «Çünki Allah-taala onu yalnız xüsusi bir zaman və xüsusi insanlar üçün yaratmamışdır. Buna görə də hər bir zamanda, hər bir insan üçün qiyamət gününə qədər təzə və təravətlidir.»
    1499. Qur‘anı öyrənmək və onu öyrətmək.
    5169. Allahın Peyğəmbəri (s): «Sizlərin ən yaxşısı Qur‘anı öyrənən və onu başqalarına öyrədəndir.»
    5170. Allahın Peyğəmbəri (s): «Qur‘anı bilən kimsəyə deyiləcək: «Oxu və yuxarı yüksəl. Dünyada oxuduğun kimi tərtillə oxu. Çünki sənin məqamın oxuduğun son bir ayədədir.»
    5171. Allahın Peyğəmbəri (s): «Qur‘anı öyrənmək və onu oxumaq sizinlə olsun.»
    5172. Allahın Peyğəmbəri (s): «Kim bir nəfərə Qur‘an öyrədirsə, onun mövlasıdır. Həmin şəxs onu kimsəsiz, köməksiz qoymamalı və özünü ondan üstün tutmamalıdır.»
    5173. İmam Əli (ə): «Övladın ata üzərindəki hüquqlarından biri də ona yaxşı ad qoyulması, gözəl tərbiyə olunması və Qur‘an
    öyrədilməsidir.»
    5174. İmam Sadiq (ə): «Layiq olanı budur ki, mömin dünyadan köçməmiş Qur‘anı öyrənsin və ya öyrənərkən vəfat etsin.»
    1500. Qur‘anı əzbərləməyə həvəsləndirmək.
    5175. Allahın Peyğəmbəri (s): «Allah-taalanın öz kitabını əzbərləmək nemətini ona bəxş etdiyi kimsə, başqalarına ondakı nemətdən böyük nemət verildiyini güman etsə, şübhəsiz ki, ən böyük nemətə qarşı hörmətsizlik və naşükrlük etmişdir.»
    5176. Allahın Peyğəmbəri (s): «Daxilində Qur‘andan bir şey olmayan kimsə xaraba ev kimidir.»
    5177. Allahın Peyğəmbəri (s): «Sizlərdən kimsənin «filan ayəni unutmuşam» deməsi yaxşı deyil. (Belə deyil) Yadından çıxarılmışdır. Qur‘anı (yaddaşınızda vərəqləyin və) yadınıza salın. Çünki canım əlində olana and olsun ki, Qur‘an insanların sinəsindən, dəvə bəndindən qopandan daha tez qopar.»
    5178. Allahın Peyğəmbəri (s): «Qur‘anı içlərində daşıyanlar (və əzbər bilənlər) Allahın rəhməti arasında olar və Allahın nuruna bürünərlər.»
    5179. Allahın Peyğəmbəri (s): «Mənim ümmətimin böyükləri və kübarları Qur‘an daşıyanlar və gecəni ibadətdə dirigözlü açanlardır.»
    5180. Allahın Peyğəmbəri (s): «Allah qarşısında tam və aşkar təvazökarlığa ən layiq olanlar Qur‘anı əzbər bilənlərdir. Namaz qılmağa, aşkarda və gizlində oruc tutmağa layiq olan da, Qur‘anı əzbər biləndir.»
    5181. Allahın Peyğəmbəri (s): «Qur‘anı qoruyan kimsəyə, ona qarşı sərt rəftar edənə sərt olmaq yaraşmaz. Daxilində Allahın kəlamı olan (ona qarşı) cahilcəsinə rəftar edənlə ağılsız davranmaz.»
    5182. İmam Sadiq (ə): «Qur‘ana əməl edən hafiz, mətləb gətirən mələklər qədər hörmətli və yaxşı əməl sahibi olar.»
    5183. İmam Sadiq (ə): «Kim Qur‘anın bir surəsini unudarsa, həmin surə (cənnətdə) gözəl bir surət və yüksək məqam timsalında qarşısında canlanar. Həmin şəxs onu gördükdə soruşar: «Sən kimsən? Nə qədər gözəlsən! Ey kaş mənim olaydın.» Cavab verilər: «Məni tanımırsan? Mən filan surəyəm. Məni yadından çıxarmasaydın, səni yüksək məkana aparardım.»
    1501. Qur‘anı avazla oxumağa həvəsləndirmək.
    Qur‘an:
    «Allahın kitabını oxuyan, namaz qılan, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyənlər heç vaxt kasad olmayan ticarətə ümid bəsləmişlər.
    Hədis:
    5184. Allahın Peyğəmbəri (s): «Sizlərdən kimsə Allahı ilə söhbət etmək istəyəndə Qur‘an oxusun.»
    5185. Allahın Peyğəmbəri (s): «Ürəklər də dəmir kimi pas bağlayar.» Ərz olundu: «Ey Allahın Peyğəmbəri! Ürəkləri cilalayan nədir?.» Buyurdu: «Qur‘an oxumaq.»
    5186. Allahın Peyğəmbəri (s): «Qur‘an oxumaq sənin işin olsun! Çünki Onu oxumaq günahların kəffarəsidir və alovun qarşısında pərdə, əzabdan qorunmağın səbəbidir.»
    5187. Allahın Peyğəmbəri (s): «Övladım! Qur‘an oxumaqdan qəflətdə qalma. Çünki Qur‘an qəlbi dirildər və pozğunluq, pis əməl, zülm və günahdan saxlayar.»
    1502. Gözəl səslə oxumaq.
    5188. Allahın Peyğəmbəri (s): «Hər şeyin bir zivəri var və Qur‘anın zivəri də gözəl səsdir.»
    5189. Allahın Peyğəmbəri (s): «Qur‘anı (xoş) səslərinizlə zinətləndirin.»
    5190. Allahın Peyğəmbəri (s) («Kim Qur‘anı hamıdan daha gözəl oxuyur?» sualına verdiyi cavabdan):–«Onun Qur‘an oxumağını eşidəndə, səsində Allahdan qorxu və qəzəbi görəsən.»
    5191. Allahın Peyğəmbəri (s): «Qur‘anı həzin avazla oxuyun. Çünki o həzin nazil olmuşdur.»
    1503. Tilavətin haqqı.
    5192. İmam Sadiq (ə)(«Onlara kitab verdiklərimiz, Kitabı layiq olan şə­kil­də oxuyarlar» ayəsi haqda buyurduqlarından): «Ayələrini aydın və qısa-qı­sa oxuyarlar. Mə‘nalarını anlamağa çalışarlar. Hökm və fərmanlarını tət­biq edər, və’dlərinə ümid bəsləyər, əzabından qorxarlar. Əhvalatlarından ör­nək götürər, misallardan öyüd alar, əməllərini yerinə yetirər, qada­ğa­larından uzaq durarlar. Allaha and olsun ki, Qur‘anı tilavət haqqı, ayələri əzbərləmək, hərfləri və sözlərini ardıcıl oxumaq, surələrini tilavət etmək, onun beş-on cüzvünü təkrarlamaqla deyil. (bəziləri) Hərf və sözlərini əzbərlədilər, hədd və mə‘naları tərk etdilər. Tilavətin haqqı isə onun ayələri haqda dərin düşünməkdir. Allah-taala buyurur: Sənə göndərdiyimiz mübarək bir kitabdır ki, onun ayələrini dərindən düşünəsən.»
    1504. Qur‘an oxumağın qaydaları.
    1. Ağzı təmizləmək.
    5193. Allahın Peyğəmbəri (s): «Qur‘anın keçdiyi yerləri təmizləyin.» Ərz olundu: «Ey Allahın Peyğəmbəri! Qur‘anın keçdiyi yer haradır.» Buyurdu: «Ağızlarınız.» Ərz olundu: «Nə ilə təmizləyək?» Buyurdu: «Misvakla.»
    2. Allaha pənah aparmaq.
    Qur‘an:
    «Qur‘an oxuyanda, qovulmuş şeytandan Allaha pənah apar.»
    Hədis:
    5194. İmam Sadiq (ə) (Hər surəni oxumağa başlayanda, «əuzu billahi minəş şeytanir rəcim» demək barədə suala cavabından): «Bəli, şeytanların ən alçağı olan qovulmuş şeytandan Allaha pənah apar.»
    3. Tərtil (aydın və qısa-qısa oxumaq)
    Qur‘an:
    «Ona bir qədər (yarısı) artır və Qur‘anı ağır-ağır oxu.»
    Hədis:
    5195. Allahın Peyğəmbəri (s) (Qur‘anı ağır-ağır oxu» ayəsi barədə): «Qur‘anı aydın və ağır-ağır oxu. Onu ot şitili kimi səpmə və şer kimi tələsik, qırıq-qırıq oxuma. Heyrətamiz yerlərində ləngiyin, qəlbləri onunla doyündürüb hərəkətə gətirin. Bütün sə‘yləriniz surəni başa çatdırmaq olmasın."
    4. Dərindən düşünmək
    Qur‘an:
    «Sənə göndərdiyimiz mübarək bir kitabdır ki, ayələrini dərindən düşünsünlər və ağıl sahibləri ondan ibrət alsınlar.»
    Hədis:
    5196. İmam Əli (ə): «Bilin ki, Qur‘anı düşünmədən oxumağın bir xeyri yoxdur. Bilin ki, fəhmsiz və düşüncəsiz ibadətin də bir xeyri olmaz.»
    5197. İmam Sadiq (ə) (Qur‘anı bir gecədə xətm etmək barədə suala cavabından): «Onu bir aydan az müddətə oxumağını istəmirəm.»
    5.Qəlbin yumşaqlığı.
    Qur‘an:
    «İman gətirənlərin qəlblərinin Allahı xatırlamaq və haqdan nazil olan üçün yumşalma vaxtı gəlib çatmamışdırmı? Bundan əvvəl (səmavi) kitab verilənlər kimi olmasınlar ki, onların gözləmə müddəti uzun müddət çəkdi, qəlbləri sərtləşdi. Onların çoxu fasiq idilər.»
    Hədis:
    5198. Allahın Peyğəmbəri (s) («İnsanlardan ən gözəl Qur‘an oxuyan kimdir?» sualına cavabından): «Qur‘an oxumağını eşidəndə, Allahdan qorxduğunu hiss etdiyin.»
    5199. «Əyunul-Əxbaril-Rza» (ə): «İmam Rza (ə) Xorasana səfərə çıxarkən gecələr yatağında çox Qur‘an oxuyardı. Cənnət və oddan bəhs edən ayəyə çatdıqda ağlayar, Allahdan cənnət diləyər, oddan Ona pənah aparardı.»
    1505. Qur‘anın lənətlədiyi kimsələr.
    5200. Allahın Peyğəmbəri (s): «Qur‘anın lənətlədiyi Qur‘an oxuyanlar nə qədər də çoxdur.»
    5201. Allahın Peyğəmbəri (s): «Səni (günahlardan) saxlayana qədər Qur‘an oxumusan. Yox əgər saxlamayıbsa, Qur‘an oxumamısan.»
    5202. Allahın Peyğəmbəri (s): «Cəhənnəmdə dəmirdən bir dəyirman var və onun başında günahkar qarilər, alimlər üyüdüləcək.»
    1506. Qur‘ana qulaq asmaq.
    Qur‘an:
    «Qur‘an oxunanda ona qulaq asın və susun ki, bəlkə rəhm olunasınız.»
    Hədis:
    5203. Allahın Peyğəmbəri (s): «Ehey! Kim Allaha müstaqdırsa, Onun sözünə qulaq assın.»
    5204. Allahın Peyğəmbəri (s): «Kim Allahın kitabının bir ayəsinə qulaq asarsa, ona ikiqat savab yazılar. Kim Qur‘andan bir ayə oxusa qiyamət günündə həmin ayə onunçün nura çevrilər.»
    5205. İmam Sadiq (ə) (Zurarənin Qur‘an eşidən kimsənin susmasının və qulaq asmağının zərurəti haqda sualına cavabından):–«Bəli, sənin yanında Qur‘an oxunanda, qulaq asıb sakit dayanmağın vacibdir.»
    1507. Öz nəzərinə uyğun təfsirdən çəkinmək.
    5206. Allahın Peyğəmbəri (s): «Allah-taala buyurmuşdur: Sözümü öz nəzərinə uyğun təfsir edən alim Mənə iman gətirməmişdir.»
    5207. Allahın Peyğəmbəri (s): «Dünyadan köçəndən sonra ümmətim üçün ən çox qorxduğum şey, Qur‘anı yanlış yozandır.»
    5208. İmam Sadiq (ə): «Kim Qur‘anı nəzərinə uyğun təhlil etsə və təfsiri doğru olsa, ona heç bir əcr çatmaz və əgər səhv olsa, günahı onun boynundadır.»
     
    Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild

     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.