224. Şahidlik
Məhkəmə məsələlərində
1050. Ədalətli şahidlik
Qur’an:
«Ey möminlər! Allahın razılığı naminə qalxın və ədalətlə şahidlik edin. Bəzi insanlarla düşmənçiliyiniz sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun ki, bu təqvaya daha yaxındır və Allahdan qorxun ki, Allah etdiklərinizdən xəbərdardır.»
Hədis:
3363. Allahın Peyğəmbəri (s): «Mən ədalətliyəm və ədalətdən qeyri bir şeyə şahidlik etmərəm.»
3364. İmam Əli (ə): «Ədalət, şahidliyin ruhudur.»
1051. Şahidlik etməyə həvəsləndirmək
Qur’an:
«Allaha xatir doğru şahidlik edin»
«Şahidlər, şəşadət vermək üçün çağırılanda, ondan boyun qaçırmamalıdırlar.»
Hədis:
3365. Allahın Peyğəmbəri (s): «Kim bir nəfər müsəlmanın haqqını bərpa etmək üçün haqqına şahidlik edərsə, Qiyamət günü üzünün nuru göz işləyən məsafədə görünən halda gətirilər və məxluqlar onu adı, əsl-nəcabəti ilə tanıyar.»
3366. İmam Sadiq (ə): -»Şahidlər, şahidlik etmək üçün...» ayəsi barədə- «Bir şəxs şahidlik etmək üçün də‘vət olunduqda «Mən sizin üçün şəhadət vermirəm» deməməlidir.»
3367. İmam Sadiq (ə):«Şahidlik etmək üçün də‘vət olunanda, də‘vəti qəbul et.»
1052. Şəhadəti gizlətmək
Qur’an:
«Allah tərəfindən gələn şəhadəti özündə gizlədən şəxsdən daha zalım kim ola bilər?.»
«Şəhadəti gizlətməyin. Kim onu gizlədərsə, qəlbi günahkar olar. Allah etdiklərinizi bilir.»
Hədis:
3368. Allahın Peyğəmbəri (s):«Kim şahidlik etmək üçün çağırılan zaman, öz şəhadətini gizlədərsə, yalan şəhadət verən şəxs kimidir.»
3369. Allahın Peyğəmbəri (s):«Kim öz şəhadətindən dönüb onu gizlətsə, Allah-taala (Qiyamət günü) məxluqların yanında onun ətini özünə yedizdirər və o, öz dilini çeynəyə-çeynəyə Cəhənnəmə gedər.»
1053. Şahidliyi qəbul olunan şəxslər
3370. İmam Əli (ə): -Şureyhə xitabən- «Bil ki, öz günahının cəzasına görə şallaq vurulmuş və tövbə etməmiş, ya yalan şəhadət verməsilə məşhurlaşan, ya barəsində bədgüman olunmuş (şübhəli) şəxsdən başqa müsəlmanlar bir-birilə münasibətdə ədalətli sayılırlar.»
3371. İmam Sadiq (ə):«Fasiqin şahidliyini, yalnız özünə zidd olacaq halda qəbul edərəm.»
3372. İmam Sadiq (ə):«Əmirəl-möminin (ə) nə söyüş söyən və acı dili olanın, nə də keçmişdə dinsizliyi ilə məşhur olan şəxsin şahidliyini qəbul etməzdi.»
1054. Şəhadət verməyin ədəbi
3373. Allahın Peyğəmbəri (s)-şəhadət vermək barədə sualın cavabında-»Günəşi görürsənmi? Mövzu sənin üçün həmin günəş kimi aydın, işıqlı olanda şahidlik et və əks halda şəhadət verməkdən çəkin.»
3374. İmam Sadiq (ə):«Şəhadətini ovcunun içi kimi tanımasan şahidlik etməməlisən.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild