» » Kəramətli Peyğəmbərlə (s) evlənmə


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Kəramətli Peyğəmbərlə (s) evlənmə
+5
Müəllif: Fatimə Nuri Xuda | 25-12-2014, 16:00 | Baxılıb: 1 368
 
 
Kəramətli Peyğəmbərlə (s) evlənmə

Xədicənin ticarət sahəsində ilk qadın kimi şöhrət tapdığı zaman İslam peyğəmbəri (s) cavanlıq dövrünü yaşayırdı. O vaxtlar camaat İslam peyğəmbərinə (s) hədsiz təmizliyi və düzlüyünə, əmanətə qarşı misilsiz sədaqətinə görə "Məhəmməd Əmin” ləqəbini vermişdilər. Hər yerdə onun adını  bu sifətlərlə çəkir, dillərinə gətirirdilər. həmin əlamətlər o həzrətin səciyyəvi xüsusiyyətlərindən idi. Məkkədə Məhəmməd Əminə sonsuz ehtiram əlaməti olaraq yayılan bu düzlük və sədaqətin səsi-sədası Xədicənin də işində düz olan, əmanətə sadiq qalan bu cavana tərəf elə çəkdi ki, o, Əbu Talibin hüzurunda Məhəmməd Əmini özünün ticarət karvanının başçısı və alış-veriş işləri üzrə vəkili seçdi. Beləliklə, böyük İslam peyğəmbəri (s) cavanlıq illərində Xədicənin karvanı ilə dəfələrlə ticarət səfərlərinə getdi və iti ağlı, məntiqli düşüncəsi, ağıllı və düzgün alış-verişi sayəsində çoxlu qazanc əldə edib Məkkəyə qayıtdı. Xədicənin indiyə qədər görmədiyi bu gözlənilməz ticarət uğuru Hicazın ən ağıllı qadınının Məhəmməd Əminin düzlüyünə, əmanətə sadiqliyinə olan etimad və inamını əvvəlkindən də çox artırdı. Xədicənin bu yolla bu təmiz, saf əxlaqlı cavanın varlığında tapdığı yüksək keyfiyyətlər onun fikir və düşüncələrinə elə bərk təsir etdi ki, onun həyata baxışı, təfəkkür tərzi tamam başqalaşdı. O, qabaqlar iki dəfə ərə getmişdi və hər iki həyat yoldaşını – Ətiq ibn Aidi və Hind ibn Bənası ölümlərinə görə itirmişdi. İkinci ərini itirərkən həyata baxışı tamam dəyişmiş və qərara gəlmişdi ki, bundan sonra bütün ömrünü təkcə, ayrıca yaşasın və sərvətini heç kəsə tapşırmasın. Xədicənin bu qərarı bəlkə də onunla bağlı idi ki, bu cür dünyagörüşü, həyata baxışı, yüksək duyğuları, təmiz əxlaqı və başqa dəyərli keyfiyyətləri ilə heç kəsi özünə ömür-gün yoldaşlığına layiq bilmirdi. Bir sözlə, o, müstəqil yaşamağı üstün tutur və ömrünün qalan illərini heç kimlə bağlamaq istəmirdi. 
Amma Məhəmmədin (s) bənzərsiz əxlaqı onu bu fikrindən daşındırdı. Məhəmmədin (s) ruhunun əzəməti, fikrinin aliliyi, misilsiz həyat tərzi onu özünə elə cəlb etdi ki, özünün əvvəlki fikrindən birdəfəlik əl çəkdi. Əvvəlki müstəqil yaşamaq fikrini bir kənara qoyaraq qərara aldı ki, bundan sonra həyatını belə bir bənzərsiz kişi ilə bağlasın, onunla qovuşsun. 
Məhəmməd Əminin sədaqət və düzlük, təmizlik və paklıq cazibəsi elə güclü idi ki, hətta Xədicənin qüruruna da üstün gəldi. Belə ki, özü birinci olaraq könüllü surətdə qabağa gəldi və o pak, bənzərsiz cavana evlənmək təklifini etdi. Xədicə bir gün Məhəmmədi (s) özü ilə görüşə dəvət etdi və bu görüşdə ürəyindəki sirri açaraq düşündüyünü aşkar etdi: 
- "Ey Məhəmməd (s), mən səni bir şərif və əmanətə sadiq, pak və təmiz bir insan kimi tapdım. Sən özünü pak və təmiz saxladın. Sənin ətəyinə kiçicik bir toz belə bulaşmayıbdır. Sən xoş əxlaqlı, etibarlı və düzdanışansan. Düz danışmaqdan əsla qorxun yoxdur və insanlıq keyfiyyətlərini heç nəyə görə əldən vermirsən. Sənin bu insanlıq xüsusiyyətlərin və layiqli keyfiyyətlərin məni özünə cəlb və cəzb etmişdir. İndi səninlə evlənməyi, səninlə birgə yaşamağı təklif etmək istəyirəm. Əgər mənim təklifimə razısansa, mən özüm münasib vaxtda evlənmə mərasimini yerinə yetirməyə hazıram.”5
Beləliklə, Xədicə Hicazda o zaman mövcud olan adət-ənənənin əksinə olaraq bəlkə də ilkin qadın idi ki, kişi tərəfdən elçi gözləmək əvəzinə, özü gələcək əri ilə evlənmək xahişini irəli sürdü. 

Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 1-ci cild
Müəllif: Əqiqi Bəxşayişi

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 3
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 27 Aralık 2014 13:30 | Redaktor | Şərh yazdı
Ər: Əsr namazını qılmısan7
Zövcə: Xeyr...
Ər: Nə üçün?
Zövcə: İşdən yorğun gəldim, bir az dincəldim.
Ər: Yaxşı get indi İşa namazının vaxtı girməmiş Əsr
və Məğribi qıl.
Növbəti gün... Ər ezamiyyətə yola düşür. Adəti
üzrə bir-neçə saat sonra o zövcəsinə ya telefonla,
ya da mesajla çatması barədə xəbər verməli idi.
Lakin zövcəyə zəng gəlmir. Zövcə narahat olur,
özü zəng edir. Ancaq əri telefonu götürmür. Bir az
keçir yenə zəng edir, yenə də cavab vermir. Axı
belə olmamalı idi. Narahat olmağa başlayır. Bir-
neçə dəfə zəng edir, cavab verilmir. Bir neçə saat
sonra ər özü zəng vurur. Zövcə telefonu götürür.
Zövcə: Sən çatmısan? Hər şey qaydasındadır!!?
Ər: Hə, çatmışam, əlhəmdulilləh,hər şey yaxşıdır.
Zövcə: Nə vaxt çatmısan?
Ər: 4 saat əvvəl.
Zövcə (əsəbi halda): 4 saat əvvəl !!? Və mənə
zəng etməmisən !!?
Ər: Çatdım, yoruşmuşdum. Dedim bir az dincəlim.
Zövcə: 2 dəqiqə vaxt tapa bilmədin, mənimlə
danışmağa !!?... Mənim zənglərimi də eşitmirdin?
Ər: Yox, niyə ki? Eşidirdim.
Zövcə: Eşidirdin !!! Amma cavab vermirdin...
mənim çağırışım səni narahat etmirdi!!?
Ər: Sən də dünən azanı - Allahın çağırışını
eşidəndə narahat deyildin...
Zövcə (bir qədər susduqdan sonra göz yaşları ilə):
Hə. sən düz deyirsən. Məni bağışla.
Ər: Bağışlanma diləməli olduğun mən deyiləm.
Allahdan bağışlanma dilə və sonra elə et ki, bir də
buna görə bağışlanma diləməyəsən. Axı mənim hər
şeydən çox istədiyim odur ki, Allah bizi əbədi
Cənnət bağlarında birgə məskun etsin.
Əslində həqiqət odur ki, kim sizi çox sevirsə, o sizi
daima Allahın doğru yoluna sövq edir.

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Elya | Status: İstifadəçi Offline | 26 Aralık 2014 18:58 | Redaktor | Şərh yazdı
ALLAH RAZI OLSUN BACI ÇOX MARAQLIDI ELLERİN VAR OLSUN
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Ewqi_Kerbela | Status: İstifadəçi Offline | 25 Aralık 2014 17:16 | Sayt nəzarətçisi | Şərh yazdı
Allah razı olsun bacım. 

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.