Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Fəzilət
+5
Müəllif: Elya | 26-12-2014, 12:00 | Baxılıb: 749
 

 322. Fəzilət

1469. Fəzilətlər.
5026. İmam Əli (ə): «Üstünlük mal-dövlətin çoxluğu, işlərin (və əsil-nəcabətlərin) böyüklüyü ilə deyil, gözəl kamal və yüksək əxlaqla ölçülür.»
5027. İmam Əli (ə): «Rəhbərlərin üstünlük dərəcələri, onların ibadətinin gözəlliyi ilə ölçülər.»
5028. İmam Əli (ə): «Təqvalılar dünyada fəzilət sahibləridir. Onların danışıqları doğru, geyimləri orta səviyyəlidir.» 
5029. İmam Əli (ə): «Özünü pisliklə cəzalandırmaqdan üstün bilən kəs bütün fəzilətləri kəsb etmişdir.»
5030. İmam Əli (ə): «Pislik edənə yaxşılıq edən kəs, şübhəsiz ki, bütün fəzilətləri öz ixtiyarına almışdır.»
5031. İmam Əli (ə): «Qüdrətli olduqda güzəşt edən, çətinlik və kasıblıq vaxtı əliaçıq, yoxsulluq vaxtı fədakar ol ki, fəzilət və üstünlüyün kamil həddə yetişsin.»
5032. İmam Səccad (ə): «Qiyamət günü Allah-taala əvvəldən axıradək bütün insanları bir səhraya yığdıqda, carçı car çəkər: «Haradadır fəzilət əhli?» Bundan sonra bir dəstə adam ayağa qalxar. Mələklər onları qarşılamağa gedər və soruşarlar: «Sizin fəzilətiniz nə idi?» Deyərlər: «Bizimlə əlaqələrini kəsən şəxslə əlaqə yaradardıq, bizi məhrum edən şəxsə bəxşiş edərdik, bizə zülm edən kəsə güzəşt edərdik.» Onlara deyilər: «Doğru deyirsiniz. Cənnətə daxil olun.»
5033. İmam Cavad (ə): «Fəzilətlər dörd cürdür. Birincisi hikmətdir, hikmətin də canı düşünməkdir. İkincisi iffətdir, iffətin də canı şəhvətdir. Üçüncüsü qüdrətdir, onun da canı qəzəbdir. Dördüncüsü ədalətdir. Onun möhkəmliyi nəfsanı qüvvələri tənzimləməkdədir.»
1470. Ən üsün fəzilətlər
5034. İmam Əli (ə): «İnsaflı olmaq fəzilətlərin ən üstünüdür.
5035. İmam Əli (ə): «Dili qorumaq və bəxşişlə yaxşılıq etmək insanın ən üstün fəzilətlərindəndir.»
5036. İmam Əli (ə): «Heç bir fəzilət yaxşılıq etməkdən daha üstün de-yildir.»
5037. İmam Əli (ə): «Qəzəbə hakim olmaq və şəhvəti öldürmək fəzilətlərin başında gəlir.»
5038. İmam Əli (ə): «Fəzilətlərin zirvəsi elmdir.»
1471. Ən üstün insanlar.
5039. Allahın Peyğəmbəri (s): «Sizin Allah yanında ən yüksək məqam sahibi olanınız, daha uzun müddət aclıq çəkən və düşüncələrə dalanınızdır. Allah yanında ən mənfurunuzsa, çox yatağan, qarınqulu və çox içəninizdir.»
5040. Allahın Peyğəmbəri (s): «Ey camaat! Həqiqətən, insanların ən üstünü odur ki, yüksək məqamına baxmayaraq təvazökarlıq etsin, qüdrətinə rəğmən dünyaya zahid olsun, dövlətli olsa da xərclərində insaflı olsun, güclü olduğu qədər də insaflı olsun. Bilin ki, ən üstün insanlar, dünyadan ona kifayət edən qədər götürən, onda iffətli və izzətli ömür sürən, səfərə (axirətə) azuqə yığan və getməyə hazırlaşan bəndələrdir.»
5041. İmam Əli (ə): «Allahın yanında Onun ən üstün bəndələri yol gös-tərən və yol tapmış ədalətli rəhbərdir. Beləsi tanınan sünnəni dirçəldər, tanınmamış bid‘əti öldürər.»
5042. İmam Əli (ə): «Həqiqətən, Allah yanında ən üstün insan, haqq ona kədər və çatışmazlıq, batil isə xeyir və artım gətirsə də, haqqa əməl etməyi batilə əməl etməkdən çox istəyəndir.»
 
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild

 
 
Bölmə: Hədislər / Hədislər-yazılı
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.