Ölü də danışarmı?
Bə᾽zi nadanların "ölü də danışarmı?” deməklə şübhə toxumu səpməsi tamamilə əsassızdır. Məsələn, onlar deyirlər: "İnsan öldüyü zaman onun bədəni quru budaq kimi adi cansız materiya hökmündədir, qəbirdə sual-cavab nədir?! Əgər ölünün ağzını bir şeylə doldurub, səhəri gün qəbrini qazıb ağzına baxsaq, görərik ki, ağzından bir zərrə belə çölə çıxmayıb.” (Bu şübhələrə tezliklə cavab veriləcək).
Nitq, danışıq dilə məxsus deyil
Sadalanan şübhələr axirətdən, yaranış dəsgahından xəbərsizlik, qeybə imanın olmaması nəticəsindədir. Bu təəccüblər mə”lumatın, düşüncənin azlığına bir sübutdur. Bu cür düşünənlər güman edirlər ki, nitq yalnız dilə məxsusdur, ruhların isə nitqi yoxdur. Guya hərəkət təkcə cismə aiddir, ruhlar isə hərəkətdən məhrumdurlar. Halbuki, bu sözü deyənlərin özlərinin hər gecə yatdıqları, yuxuda olduqları zaman nitqləri, danışıqları var; dodaqları tərpənmədiyi halda danışırlar, yanlarında dayanmış adam isə onların səsini eşitmir. Eləcə də, bədənləri yataqda hərəkətsiz olduğu halda, yuxuda hərəkət edir, gəzirlər.
Kitabın adı: Məad