» » Dil günahları


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+1  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Dil günahları
    +5
    Müəllif: Allahıma aşiqəm | 20-04-2015, 20:00 | Baxılıb: 1 973

    Dil günahları 
    Ən mühüm və əsas bəhslərdən biri də dil günahları, ondan törəyən bəlalardır. Dil ünsiyyət vasitəsi kimi faydalı və dəyərli olsa da, ondan baş verən günahlar da ziyanverici və xoşagəlməzdir. Allah dərgahında haqq sözü deməkdən yaxşı ibadət olmadığı kimi, batil sözü də söyləməkdən də pis günah yoxdur. Dil bəlaları haqqında səmavi təlimlərdə və hikmət sahiblərinin kəlamlarında o qədər faydalı, maraqlı mətləblər vardır ki, onların hamısını burada araşdırmağa bizim vaxtımız çatmaz. Lakin bacardıqca deyilənlərdən bir neçəsinə işarə edəcəyik. Əsl mövzu barədə söhbətə başlamazdan öncə nitqin əhəmiyyəti barədə qısaca da olsa danışsaq, məqsədəuyğun olardı.
    Nitq-Tanrı neməti, lütf kimi
    Allah insanları nitq qabiliyyətinə malik olmaqla şərəfləndirdi. Hikmət sahibləri, filosoflar nitqi təfəkkür və əqlin ifadəçisi bilib, buna görə də onu insanı başqa canlılardan ayıran xüsusiyyət hesab edirlər. Heyvanların əksəriyyəti onlar üçün təyin olunmuş müəyyən həddə qədər xüsusi səslərlə aralarında ünsiyyət yaradırlar. «Quran»da da quşlar və heyvanlardan bəzisinin danışdığı etiraf edilir: 
    "Süleyman Davuda (peyğəmbərlikdə , elmdə və mülkdə) varis oldu və dedi:" Ey insanlar! Bizə quş dili öyrədildi və (peyğəmbərlərə, padşahlara nəsib olan) hər şey verildi. Bu, həqiqətən, açıq-aşkar bir lütfdür!" («Nəml»-16) 
    Həzrəti-Əli(ə) ibn Abbasa belə buyurmuşdur: "Allah-təala quşların dilini Davud oğlu Süleymana öyrətdiyi kimi, bizə də öyrətdi. Həmçinin quruda və suda yaşayan bütün canlıların da"129
    «Quran»da deyildiyi kimi, qarışqalar da danışmağa qadirdirlər: "Nəhayət, onlar (Taifdəki, yaxud Şamdakı) qarışqa vadisinə çatdıqda bir qarışqa (Qarışqaların padşahı) dedi: "Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!" («Nəml»-18) 
    Xülasə, hər bir canlının özünəməxsus dili və danışığı vardır. Müqəddəs Kitabda bütün məxluqların danışığına iqrar edilib buyurulur ki, Qiyamət günü hətta bədən üzvləri də onların (insanların) əməllərinə şahid durarkən sahibləri buna qarşı etiraz edəndə onlar belə cavab verərlər: 
    "Hər şeyi dilə gətirən Allah bizi danışdırdı". («Fussilət»-21) 

    Dilçilik baxımından nitq

    Danışıq və nitq təkcə insana məxsus deyildir. İbn Mənzur deyir: "Nitq danışmaqdır. Hər bir danışıq nitqdir.” (Sonra öz sözünü təsdiq etmək üçün "bizə quş dili öyrədildi" ayəsini misal çəkir.) Ardınca isə yazır: "Ədəbiyyatçılardan ibn Seyyidə adlı birisi belə yazmışdır: ««Quran»ın Davudun dilindən söylədiyi kimi, insandan başqa digər məxluqlar da nitq qabiliyyətinə malikdirlər: "Bizə quş dili öyrədildi" 130
    Xülasə, heyvanlar barədə aparılan təhqiqatlardan, ayə və rəvayətlərdən istifadə edərkən nitq və danışığın təkcə insanlara məxsus olmamasına heç bir şübhə qalmır. Quşlar, qarışqalar və bəzi heyvanlar da özlərinə məxsus səs və sözlərlə ünsiyyət yaradırlar. Bir sıra dilçilərinə nəzərləri yuxarıdakı fikirlə üst-üstə düşür. 
    QEYD: Fəlsəfənin nitqi insanda təfəkkür və ağlın ifadəçisi hesab edib onu insanla heyvanlar arasında əsas fərqləndirici cəhət kimi hesab etməsinə baxmayaraq, bu məsləni vəhy məktəbindən öyrənib «bəyan»ı nitqin yerində işlətmək daha məqsədəuyğun olardı. «Bəyan» sözü leksik baxımdan «nitq» kəlməsinə nisbətən daha geniş ifadə imkanlarına, zəngin məna tutumuna malikdir. «Bəyan» aşkar etmək deməkdir. İnsanın danışığına ona görə bəyan deyilir ki, onun fikirləri söz vasitəsilə aşkar olur. Əgər təfəkkür və 
    əql qüvvəsi olmasaydı, insan öz istək və ehtiyaclarını bilməyib əldə etdiyi təcrübə və duyğularını yekunlaşdıraraq başqalarının başa düşəcəyi səviyyədə cümləbəcümlə düzüb izhar etməyə qadir olmazdı. Deməli, insanda nitq və bəyanın bünövrəsi onun mərkəzi sinir sistemi ilə birbaşa bağlıdır. Bu bağlılıq və əlaqə o qədər möhkəmdir ki, insan beynində azca boşluq yaranarsa, nitq fəaliyyətinə güclü təsir edər. Təfəkkür qüvvəsi nə qədər ardıcıl olarsa, onun bəyan qüdrəti çox, keyfiyyəti daha artıq olar. Deməli, bəyan iki cəhətdən əhəmiyyətlidir:
    1. Bəyan insanın daxili hisslərini açıqlayan qüvvədir. Bəyan və dilin vasitəsilə insanın batinindəki fikirlər aşkarlanır. Heyvanlar isə bu qabiliyyətdən məhrumdurlar. 
    2. Bəyan insanda təfəkkür və düşüncənin ifadəsidir. Əbəs yerə deyildir ki, Allah-təala «Quran» və insan yaradılışını öyrənəndən sonra bəyanı öyrənməyi vurğulayaraq buyurur: 
    "Rəhman! (Mərhəmətli olan Allah!) (Öz peyğəmbərinə) «Quran»ı öyrətdi. İnsanı yaratdı. Ona danışmağı (fikrini və duyğularını ifadə etməyi) öyrətdi. («Ər-Rəhman»-1,2) 
    Həzrəti-Əli(ə) buyurur: "Bilin ki, dil insan bədəninin bir parçasıdır. Əgər bir şəxs danışmaqdan boyun qaçırsa, dil söz deməyə qadir deyildir. Yox əgər insanın söz bazası olarsa, dil ona möhlət verməz. Doğrusu, biz (Peyğəmbər(s)-in Əhli-Beyti) söz sultanıyıq. Sözün cilovu əlimizdədir. Kəlam ağacı bizdə kök atıb, yarpaqları üstümüzə tökülmüşdür. Bilin və agah olun ki, (Allah sizə rəhm etsin) siz elə bir zamanda yaşayırsınız ki, haqq söz deyən az, dil həqiqəti deməkdən aciz, haqq axtaran və haqq istəyən insan isə xar və zəlildir".131
    Beləliklə, məlum olur ki, bəyan «Quran» və yaradılış təlimindən sonra nemətlərin ən üstünüdür. Buna görə də insan bu nemətlərin qədrini bilib Allaha şükr etməlidir. Əlbəttə, söylədiklərimizin hamısının şükrünü yerinə yetirmək olmaz, çünki Allah-təala öz bəndələrinə o qədər nemət əta etmişdir ki, insanlar onları saymaqda acizdir. "Qurani-Kərim”də bu barədə belə buyurulur: 
    "Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz". («İbrahim»-34) 

    Dilin müsbət və mənfi cəhətləri
     
    Keçən bəhsdə dediyimiz kimi, dil xüsusi keyfiyyətə malikdir, lakin bu məsələni də yaddan çıxarmamalıyıq ki, onun müsbət və mənfi cəhətləri də var. Demək olmaz ki, dil Allahın ən üstün nemətlərindən olduğuna görə onu çox işlətmək və hesaba almadan hər sözü danışmaq olar. Əksinə, ondan zəruri və lazımi yerlərdə istifadə edilməlidir.

    Kitabın adı: İslamda əxlaq
    Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kani
     

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: firengiz | Status: İstifadəçi Offline | 21 Nisan 2015 13:13 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN.ƏCRİNİZİ VERSİN.AMİN.ALLAH CƏLLƏ-CƏLALUH BİZLƏRİ DİLİMİZİN BƏLASINDAN QORUUN.BİZLƏRİ HİMAYƏ ET YA RƏBBİM.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 21 Nisan 2015 09:35 | Redaktor | Şərh yazdı
    Sitat:Senem

    Bacimin sozlerine mende qatiliram Amin Ya Rebbel Amin. 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ewqi_Kerbela | Status: İstifadəçi Offline | 20 Nisan 2015 22:21 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razı olsun! Əlhəmdulillah Rəbbim bize  nitq qabliyyeti verib.Biz düşünce ve hislerimizi ifade ede bilirik..Bu nemetden  düzgün yararlanaq IInşallah. Allah dilimiz qeybet,böhtan,bihude danışmaqdan qorusun Amin Amin. Əllahummə Səlli Əla Muhammedin Və 
    Ali Muhammed Və  Əccil Fərəcəhum. 

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.