» » » İmam (ə)-ın şəhadəti


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6736

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6720

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2025    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam (ə)-ın şəhadəti
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 9-12-2014, 16:00 | Baxılıb: 1 542
     

     İmam (ə)-ın şəhadəti

    Kərbəla çölü, tarixin ən böyük hadisələr yatağı, Aşura isə bəşəriyyət və varlıq aləminin ən acı və qəhrəman günüdür. Yer və göyü, aləmin mələk və mövcudlarını ağladan bir hadisə sona çatır. Qan göydən yağıb, yerdən qaynayır. Səma qaralır, qırmızı küləklər əsir və üfüq qan içində batır. İnsanlar əzab gözləyirlər. Peyğəmbərin vəfatından sonra ən böyük müsibətlərdən biri Əhli-beytə üz tutur. İmam Həsən (ə)-ın sözü ilə desək: Aləmdə onun kimi bir gün yoxdur.
    İmam Hüseyn (ə) qaynar Kərbəla səhrasında susuz dodaqla və iman dolu qəlblə qaniçən düşmən ordusunun qarşısında dayanır.
    Əbdullah ibni Əmmar ibni Həcus deyir: Mən çoxlu düşmən hücumuna məruz qalan heç bir məğlubu, Hüseyn ibni Əlidən daha möhkəm qəlbli, arxayın və aram ürəkli, sabitqədəm görməmişəm. Onun bütün övladları, qohum və dostları qətlə yetirildiyi halda belə! Belə vəziyyətdə o, düşmənə hücum edəndə döyüşçülər onun qabağından qaçır, pərən-pərən düşürdülər.
    ömər ibni Səd qoşun üzvlərinə qışqırırdı: Bu Ənzəi Bətin (Əli ibni Əbi Talib) oğludur! Bu, ərəbləri öldürənin oğludur! Onu mühasirə edib hər tərəfdən ona hücum edin!
    4000 nəfər ox atan onu əhatə edirlər. Və onunla xeymələrin arasını bağladılar.
    Həzrət Seyyüdüş-şühəda fəryad etdi.
    «Ya şiətə ali əbi Süfyanə! İnləm yəkun ləkum dinun və kuntum la təğamunəl məadə fəkunu əhrarən fi dunyakum! Vərciu ila əhsabikum in kuntum urbən kəma təzumun».
    «Ey Əbu Süfyan davamçıları! Əgər sizin üçün bir din yoxdursa və məaddan da qorxmursunuzsa, heç olmasa dünya həyatınızda azad olun. Və əgər düşündüyünüz kimi, ərəb tayfasındansınızsa öz əcdadınıza qayıdın (və namərd işlərdən uzaq olun!»)
    Şimr, Həzrəti səslədi ki, ey Fatimə oğlu nə deyirsən?
    Həzrət buyurdu: "Mən sizinlə vuruşuram! Qadınlar üçün cəza yoxdur və nə qədər ki, mən diriyəm öz təcavüzkar və yağı əsgərlərinizi hərəmə əl uzatmaqdan saxlayın!” Şimr dedi: İstəyini qəbul edirəm!
    Düşmən hamılıqla Həzrətə tərəf üz tutdu. Vuruş şiddətləndi və həzrətin susuzluğu çoxaldı.
    İmam ikinci dəfə vidalaşmaq üçün xeyməyə gəldi və hərəm əhli ilə vidalaşdı. Sonra isə mübarizə mərkəzinə qayıtdı. O, çox-çox deyirdi:
    «La hövla və la qüvvətə illa billah».
    "Allah-təalasız heç bir hərəkət və dəyişiklik, qüvvə və qüdrət yoxdur.”
    Əbul Hətuf Cofi mübarək alnına bir ox vurdu. Həzrət onu çıxartdı, qan üzünə axdı və dedi: "Pərvərdigara! Sənin sözə baxmaz bəndələrin tərəfindən mənə yetişən bu halıma agahsan.
    İlahi, bir-bir onları say! Onları ayrı-ayrılıqda həlak elə! Onlardan birini də yer üzündə qoyma! Və heç vaxt onları bağışlama!
    Bu halda, dəymiş yaraların çoxluğundan, Həzrət o qədər zəifləmişdi ki, aram olmaq üçün dayandı. Amma bir kişi alnına daş vurdu, qan üzünə axdı. öz paltarı ilə qanı gözlərindən silmək istəyəndə başqa bir kişi üç guşəli oxla mübarək qəlbini hədəf seçdi.
    Peyğəmbər övladı Allaha ərz etdi:
    «Bismillahi və billah və əla milləti Rəsulillah. Və rəfəə rəsəhu iləs-səmai və qalə: İlahi innəkə tələmu ənnəhum yəqtülunə rəcülən leysə əla vəchil ərzi ibni nəbiyyin ğeyruhu».
    !Allahın adı və özüylə, Allah Rəsulunun milləti və dini xatirinə (bu şəhadət mənə nəsib olur).” Başını göyə tərəf qaldırıb, dedi: "Mənim Allahım! Sən bilirsən ki, bu insanlar bir kişini öldürürlər ki, geniş yer üzündə ondan başqa Peyğəmbər övladı yoxdur!”
    Əl atıb belindən oxu çıxartdı. Qan havadan axan su kimi axırdı.
    Həzrət, əlini qanın altına tutdu. Dolandan sonra isə, göyə səpib buyurdu: "Bu hadisə Allahın gözləri qarşısında olduğu üçün, mənə olduqca asan və qorxusuzdur”. 
    O qandan bir damcı da yerə tökülmədi.
    Sonra ikinci dəfə əlini qanın altına tutub, doldurdu. Onunla baş, üz və mübarək saqqalını qana boyayıb dedi: "Allahla və cəddim Peyğəmbərlə görüşənədək elə bu halda qalacağam”. 
    Onun mübarək bədənindən o qədər qan axmışdı ki, daha qüvvəsi qalmamışdı. Yerin üstündə oturub, çətinliklə başını yuxarıda saxlayırdı. Bu vaxt Malik ibni Bosr gəlib Həzrətə söyüş verdi və qılıncla başına zərbə endirdi.
    Dəbilqə – yəni Həzrətin başında olan hündür papaq qanla doldu. Həzrət dəbilqəsini atdı və adi baş örtüyünün üstündən əmmamə, bəzilərinə görə isə dəsmal bağladı.
    Zürət ibni Şərik o Həzrətin sol çiyninə zərbə endirdi. Həsin Həzrətin boğazını oxladı. Bir başqası mübarək boynuna zərbə vurdu. Sinan ibni Ənəs nizə ilə əvvəlcə sinəsinin üstünə, sonra isə boğazına bir ox batırdı. Saleh ibni Vəhəb də böyründən oxladı.
    Hilal ibni nafe deyir: Hüseyn can verəndə mən onun yaxınlığında durmuşdum. And olsun Allaha, ömründə bütün bədəni qana boyandığı halda, Hüseyn kimi gözəl üzlü və nurani sifətli qətlə yetən görmədim. And olsun Allaha onun, üzünün nuru məni onu öldürmək fikrindən daşındırdı.
    O cür ağır və çətin halda gözlərini göyə tutub, Həzrət Rəbbi-Zülcəlalın dərgahına duada ərz edirdi:
    «Səbrən əla qəzaikə ya Rəbbi, la ilahə sivakə ya ğiyasəl mustəğisin».
    "Sənin təqdiratın və fərmanın qarşısında səbr edib dözürəm, İlahi! Səndən başqa Allah yoxdur, ey ona sığınanların pənahı!
    Həzrət Məhəmməd Baqir (ə)-dan rəvayət olunmuşdur ki, həzrətin atı uca səslə kişnəyir, alnını həzrətin qanına bulaşdıraraq qoxulayır və dilə gəlirdi: "Fəryada yetiş! Fəryada yetiş bir ümmətdən ki, öz Peyğəmbərlərinin qızını və oğlunu öldürürlər.” 
    Sonra hərəm xeymələrinə fikir verdi:
    Ummu Gülsüm fəryad edirdi:
    «Va Muhəmməda, və Əbəta, və Əliyya, va Cəfəra, va Həmzəta».
    "Bu Hüseyndir ki, Kərbəlanın quru biyabanında yerə düşüb.”

    Mənbə: "Həzrət Zeynəbin (s.ə) həyatı" kitabı

     
     
    Bölmə: Əhli Beyt / İmam Huseyn (ə)
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: ZEHRA ASHİQİ | Status: İstifadəçi Offline | 9 Aralık 2014 22:52 | İstifadəçi | Şərh yazdı
    Çox sağ olun ki,bizimle bele bir melumat paylaşırsınız. Her gun,her an İmam Huseyni qetle yetirenlere lenet edirik!

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 9 Aralık 2014 19:24 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun bacım deyerli melumata göre
     
     Səni görən aşigigülzar olaydı
    kərbəla gəlbimə saldı bir yara
    dilindən tökülən bu kəlmələr
    gəlbimin fəryadına bir məlhəm,
    gıyamət günündə aşikar olaydı!


    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 9 Aralık 2014 17:02 | Redaktor | Şərh yazdı
    Kövrelerek, muma dönüb üreyim,
    Matemdedi, bütün arzu dileyim,
    Bağbanı yox ,solub gülüm , çiçeyim
    Senden ötrü, sene xatir Ya Huseyn.
    --------------------------------------------
    Seni vesv eyleyir, kelmem, sözlerim,
    Senin adındır, dilimde ezberim,
    Taqeti yox, bükülübdü dizlerim,
    Senden ötrü, sene xatir Ya Huseyn.
    --------------------------------------------
    Seni qanan kese ,sen oldun melhem,
    Seni danan kesin yeri cehennem,
    Yeride,göyüde ram edib matem,
    Senden ötrü, sene xatir Ya Huseyn.
    --------------------------------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.