İmam (ə)-ın son istəyi
Kərbəla və Aşuranın iki cəhəti vardır. İnsaniyyət, kamal və fəzilət zirvələrini göstərən cəhət Seyyüdüş-şühəda cəbhəsində yaranmışdır. Bu qanlı çöhrədə iman, cihad, eşq, isar və bütün yaxşılıqlar görünür. Digər üzündə isə rəzalət və alçaqlığın son həddi vardır.
Düşmən cəbhəsinin rəzalət və əyriliyini sübut edən səhnələrdən biri, imam Hüseyn (ə)-ın köhnə paltar istədiyi səhnədir. İmam onu altdan geymək istəyirdi ki, şəhid olandan sonra, daha düşmən onları da qarət etmək fikrinə düşməsin. O həzrət üçün dar paltar gətirdilər. Həzrət buyurdu: Bu zillət libasıdır. Başqa bir paltar gətirdilər.
İmam fəzilət nümunəsidir. O, izzətlidir və heç vaxt zillətə boyun əyməz. Onun şüarı:
«Heyhat minnəz-zillət».
"Heyhat, alçaqlıq bizdən uzaqdır” sözləri.
İmamın istədiyi son paltarı kimin gətirdiyi tarixdə qeyd olunmamışdır. Amma, güman etmək olar ki, o, Zeynəb olmuşdur. çünki, İmama ən yaxın adam o idi.
O, İmamın sözlərini xeymələrə çatdıran və onunla Əhli-beyt arasındakı rabitəçi idi. Onun bir qulağı hərəm əhlinin "Əl-ətəş” nalələrində, o biri qulağı isə döyüş meydanında, Hüseyn (ə) səsindədir. Bir gözünü xeymələrə, o biri gözünü isə Hüseyn (ə) tərəf dikmişdir. O, Zeynəbdir, Hüseyn bacısı və onun istəyəni. Onun cismi xeymələrdə, qəlbi isə Hüseynlədir. Hüseyn (ə)-ı xatırlamaqla ürəyi sakitləşir. çünki, Hüseyn varlıq dünyasının aramlığı, Allahın höccətidir və yer-göy hamısı onun vücudu ilə aramdırlar.
İmam, düşmənin pisliyinə agahdır. Köhnə paltar istəyir və bundan əlavə onun neçə yerini cırır ki, tamamilə dəyərsiz olsun. Sonra onu paltarlarının altından geyir. Amma, düşmən o qədər alçaqdır ki, bu tədbirlər onu fikrindən daşındırmaz.
«Fələmma qətələ cərrəduhu minhu».
"İmam şəhadətə yetişən kimi həmən köhnə paltarı da mübarək bədənindən çıxartdılar.