» » » İmam Hüseyn (əleyhis-salam)-ın şəhadəti


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam Hüseyn (əleyhis-salam)-ın şəhadəti
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 27-11-2014, 16:00 | Baxılıb: 2 312
     

    İmam Hüseyn (əleyhis-salam)-ın şəhadəti

    Nəhayət Şimrin əmri ilə qoşun kütləvi şəkildə İmam Hüseynə (əleyhis-salam) hücum edib onu mühasirəyə saldılar, oxçular hər tərəfdən o həzrətə ox yağdırmağa başladılar. O qədər ox vurdular ki, İmamın müqəddəs cismi oxların çoxluğundan görünmürdü. Şimr öz qoşunu ilə İmamı (əleyhis-salam) xeymələrdən ayırdı, amma o həzrətin azadlıqsevər ruhu heç də icazə vermirdi ki, öz sağlığında övladlarına, xanımlara və xeymədəkilərə bir zərər yetişsin. Buna görə də uca səslə fəryad etdi: "Vay olsun sizə, ey Əbu Süfyan övladlarına tabe olanlar! Əgər dininiz yoxdursa və qiyamat günündən qoxmursunuzsa, heç olmasa bu dünyada azad insan olun, öz milli keçmişinizə hörmət qoyun necə ki özünüzü ərəb tayfasından hesab edirsiniz."

    Bu kəskin fəryad çəkic kimi düşmənlərin başına oturdu, Şimr əmr etdi ki, geri qayıtsınlar. Yaralar bir-birinin ardınca İmamın mübarək cisminə endirilirdi, qan o həzrətin bədənindən fəvvarə kimi axırdı, həzrətin son nəfəsləri idi. Bu dəmdə Saleh ibni Vəhəb nizə ilə İmam (əleyhis-salam)-a həmlə etdi, o həzrətin bel sümüyünü sındırdı. İmam (əleyhis-salam) atdan yerə yıxıldı. Bu hadisəni görən Həzrət Zeynəb (əleyha-salam) özünü Ömər Sədə yetirib dedi: –Ey Ömər, sənə yaraşarmı ki, Əbu Əbdillahı öldürsünlər, sən də durub baxasan?

    Ömər Səd heç nə demədi. Bu halda Həzrət Zeynəb fəryad edib dedi: –Sizin aranızda bir müsəlman tapılmazmı?

    İmam Hüseyn (əleyhis-salam) piyada döyüşü davam etdirir, özünü nizələrdən, oxlardan kənara çəkir yenidən düşmənə həmlə edirdi. Sonra Kufə qoşununa xitab edərək son sözlərini buyurdu: –Məni öldürmək üçün yığışmısınızmı? Allaha and olsun, məndən sonra Allah bəndələrindən heç birini öldürməyəcəksiniz. Allah məni öldürdüyünüzə görə sizə qzəblənəcəkdir. Aləmlərin Allahına and olsun, mən ümidvaram ki sizin namərdliklərinizin qarşısında Allah məni əziz edəcək, mənim intiqamımı sizdən elə alacaqdır ki, heç özünüz də dərk etməyəcəksiniz. Agah olun, mənim öldürülməyim səbəbi ilə içərinizdə qan axıdılması çoxalacaq, mütəal Allah Öz qəzəbini sizə artıracaq, nəhayət dərdli axirət əzabına düçar olcaqsınız.

    Yazırlar ki, İmam (əleyhis-salam)-ın bədəninə 72 yara vurmuşdular. Zəiflik o həzrətə qələbə çalırdı. O, bir anlığa dincini almaq üçün dayandı. Bu anda uzaqdan ona tərəf bir daş atdılar. Daş mübarək alnını yardı, qan üzünə axdı, İmam (əleyhis-salam) köynəyini qaldırıb alnının qanını silmək istədi, Bu vaxt üç şö"bəli bir ox o həzrətin qəlbinə sancıldı. Həzrət üzünü göyə qaldırıb dedi: "İlahi, Sən bilirsən ki, bunlar elə bir şəxsi öldürürlər ki, yer üzündə ondan başqa Peyğəmbərin heç bir oğlu yoxdur."

    İmam (əleyhis-salam) oxu qəlbindən çıxartdı, qan fəvvarə kimi axmağa başladı. Heç kim o həzrətə yaxınlaşmağa cürət etmirdi. Çünki "İmam Hüseyn (əleyhis-salam)-ın qatili" kimi Allah dərgahında sorğu-suala tutulmaqdan qaorxurdu. Şimr nə"rə çəkdi: –Vay olsun sizə, nə üçün durmusunuz? Analarınız matəminizdə otursun. İrəli gedin işi birdəfəlik qurtarın!

    Atlılar, piyadalar hər tərəfdən o həzrətə hücüm etdi. İrəli gələn ilk şəxs İmam (əleyhis-salam)-ın zərbəsi ilə həlak oldu. İkinci şəxs İmam (əleyhis-salam)-ın çənəsini yaraladı. Sinan ibni Ənəs həyasızcasına irəli gəldi, nizəsi ilə İmam (əleyhis-salam)-ın sinəsini yardı, sonra bir ox atıb o həzrətin mübarək boğazını yaraladı. İmam Hüseyn (əleyhis-salam) yerə oturdu, ölləri ilə qanını üzünə yaxdı, buyurdu: "Bu halda Pərvərdigarımın körüşünə gedəcəyəm, halbuki, bunlar mənim haqqımı qəsb etmişlər!"

    Hilal ibni Nafe deyir: "Mən Ömər Sədin ləşkərində idim ki, birdən belə bir səs eşitdim: "Ey əmir, muştuluğumu ver, Şimr Hüseyni qətlə yetirdi!"

    O əzizlər qan içində çabalayırdılar, Kufə yırtıcıları onların bədənlərinnin bəndlərini bir-birindən ayırırdılar Seyyidüş-şühədanın vücud günəşini (kainatın yaranış səbəbini, mövcudatın hərəkət mərkəzini) görərdin ki, ox qılınc zərbəsindən bədəndə sağ yeri qalmamışdı, qanlı Kərbəla elə bir şəhidlər oylağı idi ki, heç bir peyğəmbərə, heç bir peyğəmər canişininə nəsib olmadı və ilahi təqdirdə (qəzadü-qədərdə) yalnız şəhidlər sərvəri (İmam Hüseyn (əleyhis-salam) bu şəhidlər oylağında olan ləyaqətinə nail oldu. Bu Kərbəla elə bir yer idi ki, yer sakinləri ki heç, üstəlik səma əhlini, mələkləri də heyrətdə qoymuşdu. İmam Riza (əleyhis-salam)-ın buyurduğu kimi, bu gün (Aşura) elə bir gün idi ki, İmam əbədi olaraq gözləri yaralı, ağlar qəlbləri qanlı etmişdir"

    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) də bu barədə buyurmuşdur: "Həqiqətən İmam Hüseyn (əleyhis-salam)-ın qətlindən möminlərin qəlbində hərarət (iman odu) vardır ki, heç vaxt sönməyəcəkdir."

    İmam Hüseyn (əleyhis-salam)-ın qızı Səkinə deyir: Elə ki düşmən şəhidlərin arvad-uşaqlarını cənnazələrin arasından çəkirdi, özümü atamın cənazəsinin üstünə atdım, onu bağrıma basdım. Bu vaxt müqəddəs hülqumundan bu səsi eşitdim: "Şiələrim! Hər vaxt sərin su içsəniz, məni yad edin: bir qərib, yaxud şəhid barəsində eşitsəniz mənə ağlayın."

    İmam Hüseyn (əleyhis-salam)-ın müqəddəs qiyamının hədəflərindən biri də bu idi ki, əməvilərin İslam Peyğəmbərinin adı altında camaata hökmranlıq edən rüsvayçı işgəncələrə son qoysun, onların müsəlmanlara rəhbərlik üçün ləyaqətsz olduqlarını, bu iş üçün azacıq da olsun insani və ürfi nişanələrə malik olmadıqlarını isbat etsin. Bu hədəflər onların son dərəcədə daşürəkli, qəsavətli olmalarını, onların törətdikləri cinayətləri, faciələrini açıb göstərməklə mümkün olacaqdı. Heç kim hətta adi bir şəxsə belə bu cür faciələri, cinayətləri rəva görməzdi, o ki qala Peyğəmbər camalının aynası, böyük Əhmədi xülqünün nişanəsi! İmam Hüseyn (əleyhis-salam) isbat etdi ki, belə bir faciələrə o əl atmaq ilahi namus məcralarından inhirafa yuvarlanmaqdır, fəzilət mələkələri dairəsindən uzaqdır. Onların hətta heyvanlarda da müşahidə olunmayan bu əməlləri göstərir ki, heç bir dəlillə İslam ümmətinə hakim olmaq ləyaqətləri yoxdur. Həzrəti Zeynəb əleyha-salam İmam Hüseyn əleyhis-salama matəm saxlayanda deyirdi:

    "ey bazar ertəsi günü qətlə yetirilən!" İmam Hüseyn (əleyhis-salam) cümə günü qətlə yetirilib, amma Həzrət Zeynəb (əleyha-salam) bu sözlə demək istəyir ki, bu faciənin əsl səbəbkarı Peyğəmbərin vəfatından sonra, bazar ertəsi günü Əbubəkrin xilafəti qəsb etməsi olmuşdur. Əbubəkr Öməri, Ömər də Osmanı xilafətə təyin etdi. Osman da Quranın "xəbis şəcərə" adlandırdığı sülalədən olmaqla, öz nümayəndəsi olan Müaviyənin Şamdakı hökmranlığını möhkəmlətdi, o da Həzrət Əli (əleyhis-salam)-ın əleyhinə qiyam etdi, beyət etmədi, İmam Həsəni hiyə ilə qətlə yetiridi, sonra oğlu Yezidi xəlifə təyin etdi, o məlun da Peyğəmbər övladını məzlumcasına qətlə yetirdi.

    Olmadı cavab istədi gedə, Gəldi guşinə nagəhan səda:

    Mən Hüseynivəm qardaşı ölən, Oğlu doğranan getmə Zeynəba


    ***

    Ləşgəri ədüv payimal edər, Yerdə cismimi bir dayan bacı

    Sinəm üstə gör at dolandıran, Qövmi kinəni bir dayan bacı

    Gərçi xeymələr od tutub yanar, Suzi ahilən bir dayan bacı

    Atların ayağında peykərim, Səslə: va Hüseyn, va Mühəmməda!


    ***

    Xeymələr yanar qoyma Abidi, Xeymədə qala odlara yana

    Vur özün oda sinən üstə al, Çək bacı o bimarı bir yana

    Xırda qızlarım odda yanmasın, Başda məcəri damən odlana

    Su kimi qanım çöllərə axar, Başımın olar məskəni cida


    ***

    Şimri dün vuran vəqtə qızları, Ver qabağa sən əllərin bacı

    Qoyma çox sala sərsəri xəzan, Dadü-naliyə gəlmiyə sənin

    Dad edən şirin dillərin bacı, Səbr elə müsibətlərə necə

    Səbr edib anan Xeyrətünnisa


    ***

    Gün batar gələr bəcdəli cəfa, Kari fitnəcu peykərim tapar

    İncidər mənim yara cismimi, Ol şəqiyyü-qəddarü-nabekar

    Fikri vardı yığmağa qarətə, Barmağımda  əngüştərim tapar

    Xaric eyliyə bilməz axırı, Barmağım kəsər ol duni dəğa

     

    ***

    Daşları kənar eylə birbəbir, Peykərimin üstündə ağlama

    Nizə ox qılıc parəsinə çox, Baxma əşgivi ruyə bağlama

    Öz sefid olan ruyivə bacı, Qanımı yaxıb sinə dağlama

    Ta yaran batar qanimə olar, Çarəsiz olan dərdlərə dəva


    ***

    İsti qumların üstə bi kəfən, Rəsi nizədə rəsi ənvərin

    Bir tərəfdə Əbbasü, Əkbərin, Fəzlü-Qasimin, Ovnü, Cəfərin

    Açdı başını va əxa deyən, Va əba deyən Ali Müstəfa

    Dəftərü-qələm əldə sailəm, Dərgəhizdə hər sübhü-hər məsa

    Dolanır Əli qızı məqtəli (2), Qan içində bir bədən axtarır

    Yolun üstə qafilə ləng olur (2), Bacı qardaşa kəfən axtarır (2)


    ***

    Əli başda dörd tərəfə qaçır, Dayanır çuxur yerə baş vurur

    Gör nə yerdi duxti Əbu Turab, Qədəmin turabə yavaş vurur

    Yadına o səhnə düşübdü ki, Hamı bir yaralıya daş vurur

    Pozulubdu gülşəni arizu, Gülü-bülbülü-çəmən axtarır


    ***

    Deyir Allahım bu əzizlərin, Nədən aşiyanəsi qalmayıb

    Qolu bağlı quşlarımın evi, Talanıbdı lanəs  qalmayıb

    Soyulub vücudi Hüseynimin, Başı yox nişanəsi qalmayıb

    Görürəm hərayə anam gəlib, O da qanlı pirəhən axtarır.


    ***

    Yorulub oturdu yerə bibi, Alıb ətrin odlanıram Hüseyn

    Bu qədər ki daş tökülüb yerə, Keçə bilmirəm yanıram Hüseyn

    Bədənin nüması pozulsa da, Yenə mən səni tanıram Hüseyn

    Məni sən çağır yerivi bacın, İtirir dübarədən axtarır


    ***

    Hərəkət zamanı qəm əhlinə, Yaranıbdı bu qüssəli mənzərə

    Özünü çəməndə hər əndəlib, Yetiribdi bir gülü-pər-pərə

    Analar sürudi vida  oxur, Biri Qasimə, biri Əkbərə

    Elə bir Rübab itirib özün, Əli başda süd əmən axtarır


    ***

    Üsərayi xəsteyi Neynəva , Hamı dildə ahü-nəva gedir

    Anadır başında qara gedir, Bacıdır ürəkdə yara gedir

    Düzülüb nizamə kəcavələr, Şühəda qalır, üsəra gedir

    Doludur ürəkləri dərdilən, Vəli xəlvət əncümən axtarır


    ***

    Gediri Səkinə yavaş-yavaş, Üzünün tozun yuya Əlqəmə

    Deyə şərhi halını mubəm, Su yanında sahibi pərçəmə

    Əmu can dur əllərüvə fəda, Kömək eylə carəsiz əmməmə

    Çağırır hərəmdə bibi səni, Gözü yoldadı gələn axtarır


    ***

    Olub Əhli-beytə zəmanə tay, Kərəmin sönübdü çıraqları

    Bala qızlar istiri naqəyə, Minə leyk, titrir ayaqları

    Kimə mehman gedir ey Xuda, Gözü yaşlı Kufə qonaqları?

    Görəsən Mədinə hayandadır?, Gözü Zeynəbin vətən axtarır

     
     
    Mənbə: "Mərsiyyələr, şeirlər, xütbələr" kitabı 

     
     
    Bölmə: Əhli Beyt / İmam Huseyn (ə)
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Ewqi_Kerbela | Status: İstifadəçi Offline | 28 Kasım 2014 01:01 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razı olsun bacım səndən..Çox təsirlidi.....Allah
    Lənət etsin Əbu Süfyan tərəfdarlarına. 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 27 Kasım 2014 23:08 | Redaktor | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACIM ÇOX TESİRLİDİ ALLAH İMAM HÜSEYN(e) QATİLLERİNE LENET ELESİN
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: imam zaman nokeri | Status: İstifadəçi Offline | 27 Kasım 2014 17:08 | İstifadəçi | Şərh yazdı
    Allah senden razi olsun bacim cox tesirli xeberdir.Allah agam Huseynin qatillerine lenet etsin.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.