İmam Hüseyn (əleyhis-salam)-ın vidalaşması
İmam Hüseyn (əleyhis-salam) axırıncı vidalaşmada hərəmdəki xanımlara buyurdu: –Qəm paltarı geyib bəlalara hazırlaşın. Bilin ki Allah sizin hamınızın mühafizəçinizdir. O, sizə düşmənlərin şərrindən nicat verəcək, işlərinizin aqibətini xeyir, gözəl edəcək, düşmənlərinizi cürbəcür əzablara mübtəla edəcək. Bunların müqabilində sizə cürbəcür nemətlər, kəramətlər əta edəcəkdir. Belə isə şikayətlənməyib qədir-qiymətinizi azaldacaq sözləri dilinizə gətirməyin.
Yaralandım bacı Zeynəb
Ələ dəsmal alıb ağla, Yaralandım bacı Zeynəb
Özün gəl yaramı bağla, Yaralandım bacı Zeynəb
***
Keçər ahum oxu daşdan, Üzüldüm qohum-qardaşdan
Atam Heydər kimi başdan, Yaralandım bacı Zeynəb
***
Əgər ki sinə dağlarsan, Yaralı görsən ağlarsan
Gəlib sən yaxşı bağlarsan, Yaralandım bacı Zeynəb
***
Peyğəmbərin gülü soldu, Əmmaəməm qan ilə doldu
Mənə ölmək yəqin oldu, Yaralandım bacı Zeynəb
***
Oğul yox səsləyəm dadə, Bu gündə yetsin imdadə
Xəbər tutub gələ dadə, Yaralandım bacı Zeynəb
***
Ölüb ənsar, ələmdarım, Düşüb qolsuz ələmdarım
Sən ol mənim pənahdarım, Yaralandım bacı Zeynəb
***
Fələk aramımı aldı, Məni dərdə. qəmə saldı
Səkinə atasız qaldı, Yaralandım bacı Zeynəb
Mənbə: "Mərsiyyələr, şeirlər, xütbələr" kitabı