Müslimin qızının dilindən
Ey vəfa keşvərinin təxtinə sultan Əbbas!
Duri dəryayi şücaət şəhi dövran Əbbas!
Səfdərü səfşekənü Mədəni ehsan Əbbas!
Yadigarü şahidin sərvəri Mərdan Əbbas!
* * * * * * * * * * *
Lütv qıl bircə pərişan olan əhvalimə bax
Ciyəri qanə dönübdür, di yetim halimə bax
Kəhrəba tək saralan rəngi-ruxi halimə bax
Göz yaşım aləmə salmış necə tufan Əbbas!
* * * * * * * * * * *
Sərsəri zülm ilə soldurdu fələk güllərimi
Salmışam nalə konan başə qara məcərimi
Gəlmişəm ya ətəyün kəs dayı, ya əllərimi
Ya budur eylə mənim dərdimə dərman Əbbas!
* * * * * * * * * * *
Bixəbərsən məgər ey kani vəfa zübdeyi nas
Sərbəsər ali Əli şivən ilə qurmuş yas
Bax oğulsuz anama gör geyinib qarə libas
Eyləyib zülfünü ah ilə pərişan Əbbas!
* * * * * * * * * * *
Öldürüblər babami Kufədə, yox dəfn edənin
Olmayıb nəyşinə tabutu hənutu kəfənin
Qüsli qan qənarədə qalıb üryan bədəni
Olma razı qalya yerdə bu belə qan Əbbas!
* * * * * * * * * * *
Mən yetiməm bu sınıq könlümü bir şad eylə!
Qurtarıb qüsseyyi-qəmdən məni azad eylə!
Atamın qanını al Kufəni bərbad eylə!
Bu uzun qollara canım ola qurban Əbbas!
* * * * * * * * * * *
Lalə tək batsa əgər gül bədənin al qanə
Qıla gəl zülm əli sinəvi nişan peykanə
Mən də gəlləm qabağunca dayıcan meydanə
Açaram başımı, allam ələ Quran Əbbas!
* * * * * * * * * * *
Məni qaytarma qapından sən ayə kani kərəm
Canımı aldı müsibət-qəmi ənduhi ələm
Yerdə qoysan atamın qanına razi deyiləm
Bu dilafkarı dəxi qılma peşiman Əbbas!
* * * * * * * * * * *
Can verəndə babamın olmadı bir ağlıyanı
Baş açıb nəyşinin üstündə cigər dağlayanı
Vardı Qumri kimi aləmdə əza saxlayanı
Göz yaşıyla salacaq aləmə tufan Əbbas!