Allah firqəsinin son qələbəsi
Allah firqəsinin xüsusiyyətlərindən biri də budur ki, həmişə şeytan firqəsinə qalibgəlmiş, axırda iş və mübarizə onun xeyrinə tamam olmuş, döyüş meydanından, bu yolda itkilər versə və xəsarətlər alsa da, başı uca çıxmışdır.
Qurani kərim "Maidə” surəsində buyurmuşdur:
"Allah yazmışdır ki, Mən və Mənim elçilərim qalib gələcəyik.”("Maidə” surəsi, 56)
Və buyurmuşdur:
"Bizim Öz mürsəl bəndələrimiz üçün əvvəldə bəyan edilmişdir ki, həqiqətən onlara (Allah tərəfindən) kömək olunacaqdır və həqiqətən Bizim qoşunumuz hökmən qalib gələcəklər.”("Saffat” surəsi, 173)
Başqa bir ayədə buyurmuşdur:
"Hər kəs Allahı, Onun Peyğəmbərini dost tutsa, (bilməlidir ki,) həqiqətən yalnız Allah firqəsi qələbə çalanlardır.”("Maidə” surəsi, 56)
Kitabın adı: İmam Hüseynin (ə) əxlaqi görüşləri
Müəllif: Ayətullah Əhməd Sabiri Həmədani