Allah yolunu gedənlər və onun əsasnaməsi
Bu firqənin təsis olunma tarixini müəyyən etmək mümkün deyildir, lakin onu təsis edən kainatın Pərvərdigarı və Onun tərəfdarları sayılan kəramətli peyğəmbərlər olmuşlar və o, bu günə qədər öz işini, fəaliyyətini davam etdirir. Onun indi də çoxlu tərəfdarları vardır ki, peyğəmbərlərin yolunu davam etdirməkdə, onun əsasnaməsinə əməl etməkdə fədakarlıqlar göstərirlər və heç bir qüvvə onları Allaha olan məhəbbətdən döndərə bilmir.
Qısa şəkildə desək, Allah firqəsi və onun fəaliyyət proqramı xeyrə, ədalətə, tərəqqiyə, yaxşı əməllərə, yaxın adamların və zəiflərin qayğısına qalmağa, hər cür zülmdən, sitəmdən və natəmizliklərdən uzaq olmağa dəvətdən ibarətdir və bu aşağıdakı kəramətli ayədə xülasə olunmuşdur:
"Həqiqətən Allah (insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara qayğı göstərməyi, onlara əl tutmağı əmr edir, alçaqlığı, çirkin əməlləri və başqalarına zülm etməyi qadağan edir. Allahın sizə öyüd-nəsihəti budur, bəlkə özünüzə gələsiniz və ibrət götürəsiniz.”("Nəhl” surəsi, 90)
Bu kəramətli ayədən bu firqənin davamçılarının vəzifələri, onların böyük məsuliyyətləri aydın və fəaliyyət proqramları müəyyən olur: bütün işlərin başında hər əməldə və hərəkətdə ədalətə, yaxşılığa, yaxşı əmllər etməyə və doğruluğa riayət etmək durur.
Kitabın adı: İmam Hüseynin (ə) əxlaqi görüşləri
Müəllif: Ayətullah Əhməd Sabiri Həmədani