» » Məhərrəm - Səfər əyyamının Aşura zirvəsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Məhərrəm - Səfər əyyamının Aşura zirvəsi
+5
Müəllif: Fatimə Nuri Xuda | 13-11-2014, 16:00 | Baxılıb: 1 711

 

Məhərrəm - Səfər əyyamının Aşura zirvəsi 

Məhərrəm ayına daxil olmuşuq. Bu ayın zirvəsi - Aşura günüdür. Nədir Aşura?

Bu, bir əbədi, bir susmaz həyəcan təbilidir.  Qiyamət gününədək insan vicdanına yönələn bir həyəcan təbili. Bu təbil insana onun yüksək və şərəfli bir vəzifəsini xatırladır. AZAD İNSAN OLMAQ vəzifəsini.

Gerçəkdə Aşura bir tam, harmonik vəhdətdir…

Burada Xeyir və Şərin əbədi vücudi qarşıdurması, bəzən Xeyirlə Şəri ayıran tük qədər nazik sərhəd tam surətdə təzahürünü tapmışdır. Bir sərhəd ki, yalnız ixlas, Allaha həqiqi bəndəlik sayəsində qorunur…

Kərbəla… 

Bir məkan ki, bəşər mövcudiyyatının ən alçaq və ən yüksək xislətləri burada kəsişmişlər. Və bu mübarizənin ən böyük qiyməti - Allah yolunda şəhadətdir…

Bir tərəfdə cahillik, xəyanət, riyakarlıq, hərislik, qəlbi qaralıq, rəzalət - əlqərəz, insana xas olması mümkün olan və olmayan bütün mənfiliklər cəm olmuşdur. Digər tərəfdə isə məhəbbət, quruculuq, həqiqətpərəstlik, şücaət, mərdlik, şəfqət, şəxsiyyət və ləyaqət, yüksək əxlaq və mənəviyyat, həqiqi dəyərlərə sadiqlik, ruhun ən yüksək pərvazını görürük.


Xeyirlə Şərin qarşıdurmasının kulminasiyası


Vəcdə gəlmiş sanki bütün varlıq aləmi bü gün…

Aşura günündə, Kərbəla çölündə  İmam Hüseyn (ə) və 72 əziz silahdaşı İlahi Həqiqətin əsl daşıyıcıları kimi çıxış edirdilər. Lənətlik Yezidin 30 minlik ordusu isə - məlun iblisin mənfur xidmətçiləri vəzifəsini üzərlərinə götürmüşdür. Və Aşura günü baş verən bu qeyri-bərabər döyüş, əslində Xeyirlə Şərin sadəcə növbəti toqquşması deyildi. Həqiqətdə burada ziddiyyətlərin qarşıdurmasının bir kulminasiyası, zirvə nöqtəsi sezilir. Qəsbkar, zülmkar, müstəbid lənətlik Yezid hər bir mənfilik və geriliyi özündə cəm edirsə, İmam Hüseyn (ə) bütün kamalların, Allah tərəfindən bəndə üçün müəyyən edilmiş ən gözəl keyfiyyətlərin ən nəcib bir rəmzi kimi çıxış edir.

Mədinədən Məkkəyə, oradan Kərbəlaya qədər uzanan bu 6 aylıq eşq karvanının hər bir mərhələsində İmam Hüseyn (ə) bir əsas nöqtəni vurğulayır: zülm qəbuledilməzdir, İlahi dəyərlər ölməzdir…

Qəsbkar lənətlik Yezid Mədinədəki valisi vasitəsilə İmam Hüseyndən (ə) beyət - hakimiyyəti tanımağı tələb etdikdə və əks təqdirdə ölümlə hədələdikdə, İmamın (ə) cavabı bir olur: «Mən heç zaman zilləti, alçaqlığı qəbul etmərəm! Yezidin hakimiyyətini tanımaq - İslamın sonudur!».

İnsanlara öz mövqeyini çatdırmaq üçün Məkkəyə gedərkən, Mədinədə qalan qardaşı Məhəmməd Hənəfiyyəyə bir məktub qoyur İmam (ə). Bu, bütün nəsillərə ünvanlanmış bir İlahi vəsiyyətdir, insanlığın cövhəridir, yaşam fəlsəfəsidir. İmam Hüseyn (ə) buyurur ki, «Mən nə hakimiyyət, nə də var-dövlət üçün qiyam etmədim. Fəqət insanları yaxşılıqlara dəvət etmək və pisliklərdən çəkindirmək, Allahın Elçisi Həzrət Muhəmmədin (s) pak və xalis dinini yaşatmaq üçün hərəkata başladım».

Nə qədər ibrət var bu hərəkatda! Qeyri-zorakı müqavimətin ölməz dərsi burada verilir.

Və yol boyu İmam (ə) insanlara hərakatının qayəsini çatdırır: «Mən hakimiyyət üçün hərəkata başlamamışam. Mənim istəyim yalnız İlahi həqiqətləri ölməyə qoymamaqdır».

Düşmən dəfələrlə beyət təklif edir. İstənilən qiyməti ödəməyə hazırdır bu beyət üçün lənətlik Yezid… Amma, İmam Hüseyn - babası Həzrət Mühəmmədin (s), valideynləri Həzrət Fatimə (s.ə) və Həzrət Əlinin (ə) tərbiyəsini, qardaşı İmam Həsənin (ə) son nəfəsədək fədakarlıq və həqiqətpərəstlik yolundan dönməyən və şəhadətlə sonuclanan həyat yolunu görən İmam Hüseyn (ə), məsləkindən dönə bilməz…


Şəhid oldular ki, insanlar xeyirlə  şəri ayırsın


Kərbəla səhnəsi… Nə qədər qəhrəmanlıqlar olubdur burada. Neçə-neçə salnamələr yazılmış burada… Necə insanlar qurban getdi ki, bəşəriyyət xeyrin nə, şərin nə olduğunu bilsin.

Əbülfəzl Abbas (ə)… İmam Hüseynin (ə) ələmdarı - bayraqdarı. Minlərlə yazılı və şifahi əsərlərin qəhrəmanı. «Babül-həvaic» - «Hacətlər qapısı»dır Həzrət Əbəlfəzl (ə). Bəs nə etmiş Həzrət Abbas (ə) ki, Allah Təala bu böyüklükdə məqamı bəxş etmiş ona? Bəs nə etmiş nurlu çöhrəsinə düşmənlərin baxmağa belə cürətləri çatmadığı bu misilsiz cəngavər? Hər an İlahi vəzifəsini yerinə yetirdi. Hər zaman İNSAN olaraq yüksəldi, Allah bəndəsi olaraq yüksəldi… Qızmar səhrada susuz qalan körpələrə su gətirmək üçün düşmən cərgələrini yara-yara Fərata çatdı Həzrət Abbas. Amma sudan içmədi. İçə bilmədi. «Körpələr susuz olduğu halda, mən necə bu sudan içə bilərəm?!» deyərək, ciyəri qovrula-qovrula dolabı su ilə doldurub geri döndü. Düşmən ona yanaşmağa cürət etmədi. Uzaqdan ox atdı, nizə atdı. Yalnız «Əhli-beytin (ə) cəngavəri» qan itirməkdən zəiflədikdə, yezidin tör-töküntüləri ona yaxınlaşmağa ürək etdilər. Təslim olmaq təklifinə lənət və rədd eşitdi düşmən. Dolabı tutan mübarək qolunu kəsdilər Həzrət Abbasın (ə). O biri əli ilə götürdü dolabı - onu da kəsdilər. İmam Hüseynin (ə) bu əziz ələmdarını şəhid etdilər, amma təslim edə bilmədilər. Sonadək İlahi vəzifəsini yerinə yetirdi, yolundan dönmədi. Gerçəkdə qanı ilə əsrlərə yönəlik fədakarlıq salnaməsini yazdı Həzrət Abbas (ə)…


Peyğəmbərin (ə) əmmaməsi ilə getdi düşmən ordusuna qarşı...


Həzrət Əli Əkbər (ə)… İlk olaraq düşmənin üzərinə gedən, ömrünün baharı Allah düşmənləri tərəfindən xəzanlığa çevrilən Əli Əkbər… Para-para olmuş vücudu əbasına qoyulub atasının yanına göndərilən Əli Əkbər (ə)… Həzrət Peyğəmbərə (ə) çox oxşayırdı nəticəsi Əli Əkbər…  Peyğəmbərin (ə) əmmaməsi ilə getdi düşmən ordusuna qarşı ki, bəlkə ayılsınlar, tutduqları iblis yolundan dönsünlər. Amma heyhat! Susamışdı Peyğəmbər (s) övladlarının qanına düşmən… Şəhid etdi Əli Əkbəri (ə) düşmən… Övlad dağı vermək istədi İmam Hüseynə (ə)… Amma Allah bəndəsi nədi, imtahan nə?! Əli Əkbər kimi balasını itirən Hüseyn (ə) sarsıldımı, zəiflədimi? Əsla! Əsl məhəbbət kitabəsi yazılır burada…

Həbib ibn Məzahir, Müslüm ibn Övsəcə və Kərbəlanın digər ağsaqqalları. Zəmanələrinin arifləri, elm və təqva təcəssümləri. Düşmənin təslim olmaq təklifinə hiddətlə reaksiya verən ağsaqqallar. Rəzil düşmən rəhm etmədi nə onların yaşına, nə də məqamına. Boyadı ağ saqqallarını qanlarına, amma döndərə bilmədi məsləklərindən…

Hürr… Adı «azadlıq» mənasını verən sərkərdə. Öncə Yezid (lən) ordusunun minbaşısı idi bu Kərbəla qəhrəmanı. Həqiqət Günəşi onun üçün parlayan kimi, qəti qərarını verdi, keçdi İmam Hüseynin (ə) düşərgəsinə. Təsəvvür edək: 30 minlik qoşunun komandirlərindən biri, həqiqətin nə olduğunu anlayan kimi seçimini edir - keçir bir ovuc azadxahın tərəfinə və qanına qəltan edilənədək bir an da olsun tərəddüd etmir…

İmam Həsənin (ə) oğlu Qasim, Abdullah ibn Ümeyr və Kərbəlanın onlarla digər cavanları. Həyatlarının ən şirin çağlarını yaşayan, bütün ömürləri hələ irəlidə olan insanlar. Allah məhəbbəti gənc qəlblərini dolduran bir durumda onları üzük qaşı kimi əhatə edən düşmənin üzərinə getdilər və bir an da olsun seçimlərində tərəddüd etmədilər. Qorxunu, acizliyi, zülmə baş əyməni qəbul etmədi onların dəmir iradəsi… Sonadək İlahi vəzifələrində dönməz oldular və çöhrələrində təbəssümlə əbədiyyətə qovuşdular…


Heç kəsə rəhm edilmədi


Onları şəhid etdilər… Heç kimə rəhm etmədilər… İmamın (ə) 6 aylıq balası Əli Əsğərin də başını bədənindən ayırdılar, körpə uşaqlardan, müdafiəsiz xanımlardan ibarət əsir karvanını - Peyğəmbərin (s) nəvə-nəticəsindən ibarət bu əsir karvanını şəhər-şəhər gəzdirib, olmazın məşəqqətlərə məruz qoydular…

Amma, hürlük və azadlıq bayrağını  endirə bilmədilər! İmam Hüseyn (ə) və məsləkdaşları ləyaqət və izzət yolunda, İlahi dəyərləri yaşatmaq yolunda ən qiymətlilərini qurban verdilər, amma məsləklərindən dönmədilər. Onlar Kərbəla çölündə bir yenilməz fədakarlıq abidəsi ucaltdılar. Və İmamın «Şərəfli ölüm, zillətli həyatdan yaxşıdır!» çağırışı əsrlərdən bəri bütün azadxah insanları yüksək amallar yolunda fədakarlığa ruhlandıran  bir mübarək dəvət olaraq qalır.

İlahi dəyərlərin, haqqın, ədalətin, doğruluğun, mərdliyin - hər bir kamalın ölməzliyini təmin edən bir dəvət…

Nə qədər nümunələr var burada! Düşmən sarsılmışdı bu qəhrəmanlıqdan! Bu yenilməzlik və qəhrəmanlıqlar sanki daha da azğınlaşdırmışdı düşməni. Çünki daha da güclü hiss edirdi, daha da çox duyurdu öz rəzilliyini, acizliyini, gücsüzlüyünü bu qurbanlar, fədakarlıqlar fonunda, bu eşq, bu məhəbbət fonunda zəlil olmuş düşmən…

Necə yazıldı bu qəhrəmanlıq eposu və kimlər yazdılar onu? Şəhidlər yazdı, sonra əsirlər yazdı bu məktəbin şanlı səhifələrini.


Azadəlik mayakı


Həzrət Zeynəb (s.ə)… Kərbəla müsibətini dünyaya aşkar edən, zalım saraylarını sarsıdan Zeynəb (s.ə)! Lənətliklərin acıq vermək, şəmatət etmək cəhdlərinə «Mən (Kərbəlada) gözəllikdən başqa bir şey görmədim» - deyən Zeynəb… Yezid lənətliyi susduran, onu öz əlaltılarının yanında rüsvay edən Zeynəb (s.ə)! İlahi məhəbbətinin gücü, əzmi, fədakarlığı, nəcabəti, izzəti ilə yezidləri xar edən, aşağılayan Zeynəb (s.ə)… O dərəcədə xanım Zeynəb (s.ə) rəzil etdi Yezid lənətliyi ki, əvvəldə «yaxşı aldım ata-babamının qisasını Peyğəmbərdən» deyən bu məlun, sonda «mən bunu istəmirdim, xəbərim olmayıb» kimi qorxaq mövqeyə də əl atmağa cəhd etdi, özünü təmizə çıxarmağa səy etdi. Və çox çəkmədi ki, etdiyi cinayətlərin hələ bu dünyadaca əvəzini almağa başladı…

Bəs kiçik balalar! Allah, Allah! Onların gözü qarşısına gətirirdi kəsilmiş başları Allah düşmənləri ki, itkinin acısını artırsın… Bəşər görməyib belə zülmü!

Amma nə edə bildi düşmən?!

Zərrədək təslim etdirə bilmədi bu kiçik balaları belə… 

Kimdir bu cəhənnəm əhlini xatırlayan?!

Kimdir bu lənətlik yezidlərin, şümrlərin, ömər sədlərin, ibn ziyadların, hərmələlərin, özünə əbədi atəşi vacib etmiş minlərlə digər bəşəri canilərin adını lənətsiz çəkən?!

Amma Ruqəyyələri, Səkinələri, onlarla digər qəhrəman balaları hamı necə məhəbbətlə yad edir, onları öz İlahi məhəbbətinə vəsilə qərar verir…

Dövr edəcək çərxi-fələk, dəyişəcək dünyanın gərdişi. Amma hicrətin 61-ci ilində susuz səhrada yazılmış bu müqqədəs vücüdi əsər heç zaman unudulmayacaq… Allaha məhəbbətdən, insana məhəbbətdən, bəşəriyyətə məhəbbətdən, kamal adına nə varsa, ona məhəbbətdən yoğrulan bir ixlaslı salnəmə hər zaman dünyanın hər bir yerində yaşayan azadxah insanlar üçün sönməz bir hürrlük rəmzi, azadlıq mayakı, azadəlik mayakı olacaqdır…


Aşura – qanın qılınca qalib gəldiyi gündür


Aşuraya aid hadisələrə diqqət etdikdə, görürük ki, bir qisim hadisələr Aşura gününədək baş verənlərdir, bir qisim bilavasitə Aşura gününün hadisələridir, digər hissəsi isə Aşuradan sonrakı dövrə aiddir.

Aşura günündən əvvəlki period – İmam Hüseyn (ə) Mədinədən çıxmağa hazırlaşandan, Mədinədən çıxıb Məkkəyə gələndən, Məkkədən çıxıb Kufəyə doğru hərəkət edəndən, gəlib Kərbəlaya çatanadək, burada dayanacaq quranadək olan bir zaman kəsimidir. Eyni zamanda, bu period İmamın (ə) ümumi mesajlar göndərməsi ilə səciyyəlidir. Hər an Yezid lənətliyin istibdadından və ümmətə, İlahi dəyərlərə olan təhlükədən insanları agah edir. Kərbəla səhnəsində də, ilk gündən Aşura gününədək insanlara həqiqətlər çatdırır. Hər nə lazımdırsa, edir ki, insanların seçimləri iradəvi olsun. Bütün vasitələrlə İmam Hüseyn (ə) bir işlər görür ki, insanların seçimi şüurlu olsun. Sonra heç kəs deməsin ki, "mən anlamadım nə baş verirdi”. Eyni zamanda, İmam (ə) onunla qayğılanırdı ki, yanındakı insanlar etdiklərinin nə üçünlüyünü, niyəliyini dərk etsinlər, əhəmiyyətini anlasınlar. Seçimlərini şüurlu etsinlər, İmamın (ə) yanında şüurlu olaraq qalsınlar, niyə qaldıqlarını bilsinlər, özləri üçün bunu müəyyən etsinlər. Kor-koranəlik olmasın, vərdiş olmasın, növbətçi xarakter daşımasın.


Kərbəla vaqiəsinin müqəddiməsi


Hicrətin 60-cı ilində rəcəb ayının 15-də dövrün və ümumiliklə İslam tarixinin ən böyük zalımlarından olan lənətlik Müaviyyə ölür və onun nadanlıq və əxlaqsızlıqda ad çıxarmış oğlu lənətlik Yezid xilafəti qəsb edərək, atasının yerində oturur. Ölümündən bir az əvvəl Müaviyyə Yezidin hakimiyyətə gəlişini təmin etmək üçün ümmətin sözükeçən insanlarından öncədən beyət - tanıma almağa çalışırdı. Bir neçə nəfər bu mövzuda prinsipiallıq göstərdi ki, bunların arasında ümmətin İmamı, müsəlmanların rəhbəri Həzrət Hüseyn (ə) öncüllük təşkil edirdi. İmam Hüseynin (ə) beyət etmədyini nəzərə alan ağılsız və inadkar Yezid (lən), Mədinə valisinə İmamdan (ə) bu beyəti almağa nail olmaq tələbi ilə bağlı bir məktub göndərir. Rəcəb ayının 28-də həmin məktub Mədinənin valisinə çatır. Məktubda Yezid lənətlik validən tələb edir ki, İmam Hüseyn (ə) onun hakimiyyətini tanımayacağı təqdirdə, o Həzrəti (ə) qətlə yetirsin.

Tarixlərə diqqət yetirək. Hicrətin 60-cı ili. Həzrət Peyğəmbərin (s) dünyasını dəyişməsindən çox az bir müddət - cəmi 49 il keçir. Ümumən İslamın gəlişindən də tarix baxımından az bir müddət keçir - 70 ilə yaxın. Amma proseslərə bax ki, Peyğəmbər dininin daşıyıcısından, ümmətin İmamından (ə) tələb edilir ki, bu dinin əsaslarını sarsıdan, ümmətin idarəolunmasını qəsb edən bir zalıma beyət etsin, onun hakimiyyətini tanısın! Ümmətin süstlüyü, Peyğəmbər (s) prinsiplərindən çəkilməsi bu qədər böyük əyintilərə və sarsıntılara gətirib çıxardı…

Belələiklə, lənətlik Yezidin beyət tələbi ilə bağlı məktubunu alan vali, ertəsi gün - rəcəb ayının 29-da İmam Hüseynin (ə) yanına gələrək, bu tələbi Həzrətə (ə) çatdırır. İmam Hüseyn (ə) valiyə rədd cavabı verir və ölüm təhdidi qarşısında da geri çəkilməyəcəyini bəyan edir. Artıq bir vəziyyət yaranıb ki, Əba Əbdillah (ə) Mədinədə qala bilmir. O Mədinə ki, 60 il öncə Peyğəmbərin (s) buraya hicrəti ilə nurlanmışdı, o Mədinə ki, buradan İslamın bütün Ərəbistana yayılması baş vermişdir, 60 il sonra Peyğəmbər (ə) yadigarını müdafiə etmək iqtidarını itirib. Əba Əbdillahın (ə) mövcudiyyətini təmin edə bilmir Mədinə…

Yezid lənətliyin İslama olan böyük təhlükəsini nəzərə alan və müsəlmanları bu təhlükədən xəbərdar etmək missiyasını daşıyan İmam Hüseyn (ə), Mədinəni tərk etmək qərarına gəlir.


Mədinədən başlayan azadlıq yürüşü


Həmin gün - hicri 60-cı il rəcəb ayının 29-da İmam Hüseyn (ə) Mədinədə Həzrət Peyğəmbərin (s) mütəhhər məzarını ziyarət edərək, babası ilə vidalaşır. Son ziyarətini edən İmam (ə), öz məram və niyyətlərini izah edən vəsiyyətini qoyur. Vəsiyyətində İmam Hüseyn (ə) bəşəriyyətə izah edir ki, hərəkata başlayır və hərəkatının məramı mənsəb və məqam deyil, fəqət Allah dinini yaşatmaq, yaxşılıqlara dəvət ebib, pislikərdən çəkindirməkdir.

Vəsiyyəti yazdıqdan sonra, İmam Hüseyn (ə) ümməti Yezid lənətliyin istibdadının və hakimiyyət qəsbinin təhlükələri barədə agah etmək üçün Məkkəyə doğru hərəkət edir. Öz yaxınları və məsləkdaşları ilə birlikdə Mədinədən Məkkəyə doğru hərəkət edən İmam Hüseyn (ə), hər an ölüm təhlükəsi qarşısında olur.

Şəban ayının 3-də - təqribən 4 gün sonra İmam Hüseyn (ə) öz əhli-beytilə Məkkəyə daxil olur. Burada İmam (ə) camaatla görüşür və onlara yaranmış vəziyyəti çatdırır. Təqribən 1 ay bu proses davam edir və İmam Hüseyn (ə) Məkkədə - İslam dininin ən müqəddəs məkanında öz İlahi missiyasını yerinə yetirərək, müsəlmanları mövcud durumdan və baş verə biləcək təhlükələrdən agah edir.

Hicri 60-cı il ramazan ayının 10-da İraqın Kufə şəhərindən olan 2 nəfər nümayəndə kufəlilərin məktubunu İmama (ə) çatdırır. Məktubda kufəlilər elan edirlər ki, Yezid lənətliyin qəsbini qəbul etmirlər və bu barədə İmamı (ə) məlumatlandırırlar.

Ramazan ayının 15-də artıq minlərlə - əksər tarixi mənbələrə görə 48 min - məktub gəlir İmama (ə) Kufə əhlindən. Məktublarda kufəlilər İmama (ə) beyət etdiklərini, Yezid lənətliyin hakimiyyətini tanımadıqlarını bəyan edirlər.

İmam Hüseyn (ə) vəziyyəti öyrənmək üçün öz nümayəndəsi Müslüm ibn Əqili Kufəyə göndərir.


İmamın (ə) elçisi


Müslüm ibn Əqil təqribən 20 gün sonra - şəvval ayının 5-də Kufəyə daxil olur. Burada camaat kütləvi surətdə İmam Hüseynin (ə) nümayəndəsi olaraq ona beyət edir. Bu, özlüyündə böyük bir proses idi, bu prosesin nəhəng bir tarixi müqəddiməsi var idi və bu barədə ayrıca çoxlu danışmaq olar. Lakin, biz bu gün sadəcə hadisələrin xronoloji ardıcıllığını izləmək istəyirik. Beləliklə, Yezidin (lən) hakimiyyəti qəsb etməsindən 2 ay 20 gün sonra İmamın (ə) elçisi artıq Kufədə camatdan beyət qəbul edirdi.

Kufədə gedən proseslərin nəticəsi olaraq, buraya gəlişindən 1 aydan bir az keçmiş - ziqədənin 11-də Müslüm ibni Əqil Kufəyə dəvət etmək məzmununda İmam Hüseynə  (ə) məktub yazır.

Zilhiccənin 8-də İmam Hüseyn (ə) Məkkədən çıxır. Bu ərəfədə İmama (ə) xəbər çatır ki, Yezid (lən) onu gizli surətdə qətlə yetirmək üçün xüsusi qatilləri Şamdan Məkkəyə göndərmişdir. Burada lənətlik Yezid bir neçə niyyət güdürdü. Əgər o, İmamı (ə) aşkar qətlə yetirsəydi, müsəlmanların böyük hiddətini qazanacaq və hakimiyyətinə təhlükə yaradacaqdı. Gizli qətlə yetirməklə isə insanların baş verə biləcək narazılıqlarını qarşılamaq və İmamın (ə) qanını batırmaq imkanı əldə edirdi; qətlin gizli olması səbəbindən Yezidin bu qətldə əlinin olması çətin sübut oluna bilərdi. Eyni zamanda, İslamın düşməni olan Yezid, Kəbə evində Peyğəmbər (ə) nəvəsinin qanını tökməklə Məkkə kimi əzəmətli və əmin yerin ehtiramını aşağılamaq istəyirdi. Bunları nəzərə alan İmam Hüseyn (ə), Məkkəni tərk edib Kufəyə doğru irəliləmək qərarını verir.

Yol boyu ona qoşulmaq istəyən minlərlə insana İmam Hüseyn (ə) çatdırır ki, bu hakimiyyət üçün, məqam və mənsəb ardınca olan bir səfər deyil, yalnız Allah dinini yaşatmaq, yaxşılıqlara dəvət edib, pisliklərdən çəkindirmək niyyəti güdən bir hərəkatdır. Və İmam (ə) onu da bildirir ki, bu hərəkat, şəhadət şərbətini içməklə sonuclanacaq. Beləliklə, İmamın (ə) yanında yalnız canını Allah yolunda, Peyğəmbər (s) dəyərlərinin yaşaması yolunda qurban verməyə hazır olan 100-dək adam qalır…


Həyatı xilas etmək təklifi


Həmin gün - zilhiccənin 8-də Müslüm ibn Əqilin ətrafında olan 4 min kufəli Yezidin valisi olan Übeydulla ibn Ziyadın hədələri qarşısında geri çəkilir və İmamın (ə) elçisini tək qoyurlar. Ertəsi gün, zilhiccənin 9-da tənha qalmış cənab Müslüm şəhid edilir…

Kufəlilərin xəyanəti və Müslümün şəhadəti xəbəri İmama (ə) yolda olanda çatdırılır. İmam (ə) yolunu dəyişmir və vücudi missiyasını yerinə yetirərək, irəliyə hərəkətini davam etdirir.

Məhərrəm ayının başlaması ilə hicrətin 61-cı ili yetişir. Məhərrəm ayının 2-də, Məkkədən çıxdıqdan təqribən 24 gün sonra İmam Hüseyn (ə) öz əhli-beyti və məsləkdaşları ilə Kərbəlaya daxil olur. Burada İmam (ə) düşərgə salır. Yezidin 30 minlik ordusu İmamı (ə) mühasirəyə götürür. Qoşunun başçısı Ömər ibn Səd dəfələrlə İmama (ə) yezid hakimiyyətini qəbul etmək, lənətlik Yezidə beyət edərək həyatını xilas etmək təklifini verir. Lakin, İmam Hüseyn (ə) Yezid hakimiyyətini qəbul etməyin İslamın din olaraq məhv olmasına gətirib çıxaracağını bəyan edərək, beyətdən imtina edir. «Heyhat minnəz-zilləh!» - «Zillət bizdən uzaqdır!» deyir İmam (ə)…

Mühasirə daha da azğınlaşır, İmamın (ə) düşərgəsini sudan məhrum edirlər. İmam Hüseyn (ə) və məsləkdaşları bütün məhrumiyyətlərə baxmayaraq, təslim olmayırlar.

Azğınlaşmış düşmən ümmətin İmamının (ə) qanına susayır… Hicri 61-ci ilin məhərrəm ayının 10-da Kərbəla səhrasında İmam Hüseyn (ə) və 72 məsləkdaşı öz mübarək şəhid qanları ilə ölməz bir qəhrəmanlıq salnaməsi yazırlar…

İmam Hüseyn (ə) bütün mümkün olan vasitələrlə düşmən tərəfə də ayıldıcı mesajlar verirdi. Xəbərlər göndərirdi ki, onlar səhv yolda olduqlarını, özlərini hansı həlakətə düçar etdiklərini, aqibətlərinin zəlillik olmasını anlasınlar. Ümmətin İmamı (ə) bir xüsusi məhəbbətlə ümməti ayıltmağa çalışırdı. Diqqət edək: burada söz işləyir, məntiq işləyir. Bunlar düşüncəyə yönəlik məsələlərdir, ağıla, rasionalizmə yönəlik məsələlərdir. Bunların bazisində ayıldıcılıq yükü durur, bunlar insanın təfəkkür qabiliyyətini hədəfləyir. İnsanların yadına salınır, onlara məlum olan mətləblər xatırladılır, onlardan bircə-bircə soruşulur və s. Hədəf də odur ki, insanlar dərklə bu mövzulara diqqət etsinlər. 

Əsri-Aşurayədək olan dövran


Aşura günü isə söz müstəvisindən əməl müstəvisinə keçid edilir. İmamın (ə) buyurduğu sözləri hər kəs əməli formada, praktik formada həyata keçirir. Bir Aşura qəhrəmanlıq və izzətlilik məktəbinin əsası qoyulur burada. Bu mərhələ o vaxta qədər davam edir ki, Aşuranın əsr vaxtı yetişir, Əba Əbdillah (ə) öz Rəbbinə qovuşur. Bir bəşəri faciə yaşanır burada. Amma, eyni zamanda, əsrlərə yönəlik bir dönməzlik və şücaət abidəsi qoyulur burada. Haqqın nahaqqa qarşı duruşu var burada. Və bu duruşun bütün qeyri-bərabərliyinə baxmayaraq, Haqq təmsilçisinin zahirdə həlak edilməsinə, üzərindən atların çapılmasına, hər cür vəhşiliklərə məruz qalmasına baxmayaraq, nahaqq üzərində sarsıdıcı və birmənalı qələbə çalması var burada. Kəmiyyətin böyük əhəmiyyət daşımamasına, həlledici amil olmamasına sübut var burada. Sayı 100-dən çox olmayan, amma 30 minlik azğın qoşunun qarşısında öz qanları ilə yenilməzlik, sədaqət, əhdə vəfa, şəfqət, fədakarlıq, qeyrət salnaməsi yazan İNSANların qəhrəmanlıq eposu var burada. Sonadək əyilməyən, ağlagəlməz imtahanlardan ən şərəfli durumda çıxan sadə insanların bir İlahi əhvalatı var burada...

Nə qədər nümunələr var Aşurada! Düşmən sarsılmışdı bu qəhrəmanlıqdan! Bu yenilməzlik və qəhrəmanlıqlar sanki daha da azğınlaşdırmışdı düşməni. Çünki daha da güclü hiss edirdi, daha da çox duyurdu öz rəzilliyini, acizliyini, gücsüzlüyünü bu qurbanlar, fədakarlıqlar fonunda, bu eşq, bu məhəbbət fonunda zəlil olmuş düşmən…


Kitabın adı: Eşq qibləsi Kərbəla  

Müəllif: Hacı İlqar İbrahimoğlu


 

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 6 Ağustos 2015 23:21 | Sayt nəzarətçisi | Şərh yazdı
ELLERIN VAR OLSUN BACI COX MARAQLI GOZEL VE BILMEYIMIZ LAZIM OLAN EN ONEMLI MOVZU SECMISEN EHSEN SENE 

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.