Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Ocak 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
Axır vaxtlar sosial şəbəkələrdə müzakirə olunan mövzulardan biri də son əsrlərin xurafatı olan başyarmanın şəriət nöqteyi-nəzərindən düzgün olub-olmamasıdır. Kimisi bu bidəti icazəli bilənlərin, kimisi də haram bilənlərin fətvaları ilə fikrini isbatlamağa çalışır. Gəlin görək Aşurada başyarma həqiqətən İslam ənənəsi və əzadarlıqdır, yoxsa bidətdir?
Başyarmanın tarixçəsi
Bu mövzu ilə əlaqəraq tarixçilər arasında fikir ayrılığı mövcuddur. Bəzi tarixçilər bu bidətin Qacarlar zamanında meydana gəldiyini yazıblar. Diqqətlə araşdırdıqda isə onun Səfəvilər dövründə yarandığının şahidi oluruq. Hər halda, nəinki məsumların dövründə, ümumiyyətlə, Səfəvilərdən öncə belə bir əzadarlıq mövcud olmayıb.
Başyarmanın düzgünlüyünə dair bəhanələrə cavab
İlk olaraq qeyd edim ki, göstərilən şablon söz oyunlarına "dəlil” adı vermək olmaz. Sadəcə olaraq, tarix boyu bu biabırçı əməli insanların gözündə "müqəddəsləşdirmək” üçün ona din donu geyindirməyə çalışmışlar.
1- Xanım Zeynəbin (ə) başını yəhərə vurması
Başyarmanın düzgünlüyünə gətirilən ilk dəlil budur ki, guya xanım Zeynəb (ə) Aşura günü müsibətin böyüklüyündən başını at, qatır və ya dəvənin yəhərinə vurub və ehtimal olunur ki, bunu İmam Zeynəlabidin (ə) də görüb. Məsum imamların əməli höccət və sükut razılıq əlaməti olduğundan, belə nəticəyə gəlirlər ki, biz də başımızı qılıncla yara bilərik.
Cavab: İslam tarixindən, fiqh metodikasından və xanım Zeynəbin (ə) mənəvi məqamından azacıq məlumatı olan hər kəs, təbii olaraq, bu rəvayəti və alınan gülməli nəticəni rədd edər.
Əvvəla, Aşuradan sonra xanım Zeynəbin (ə) başını yəhərə vurması tarixi baxımdan olduqca etibarsiz və zəifdir. Bu hadisə ilk dəfə müəllifi naməlum olan "Nur əl-eyn fi məşhəd əl-Hüseyn” kitabında yazılıb və ondan sonra el arasında yayılmağa başlayıb. Bəziləri bu kitabın İbrahim ibn Məhəmməd Nişaburiyə aid olduğunu söyləyirlər ki, bu şəxs də Bəni-Üməyyə tərəfdarlarından və Şafei məzhəbindən olub.
Hər iki halda rəvayət Bəni-Üməyyənin qələmindən çıxıb. Buna səbəb xanım Zeynəbi (ə) Kərbəlada baş verənlər qarşısında xar və zəbun kimi tanıtdırmaq olub. Təsadüfi deyil ki, rəvayətdə keçən "نطحت” (vurdu, çırpdı) feli heyvanlar üçün işlənir. Bu da sözügedən rəvayətin xanım Zeynəbə (ə) qarşı təhqir olduğunu bir daha sübut edir.
Halbuki həzrət Zeynəb (ə) "Başucalığı və səbir” məktəbinin banisi kimi məhşurdur. Biz Kərbəlada hətta bir uşağın da öz qürurunu sındırdığının şahidi olmamışıq.
İkincisi, tarixi əsərlərdə və Kərbəla müsibəti haqda yazılmış mötəbər kitablarda məlumat verilir ki, əsirlər nəinki yəhər üzərində, əksinə, piyada və qamçılarla döyülən halda Şama aparılmışlar. Belə olan halda xanım Zeynəb (ə) başını hansı miniyinin yəhərinə vura bilərdi?!
Bu absurd rəvayəti qəbul etsək belə, yenə də Aşura günü baş yarmağa dəlil ola bilməz! Bu rəvayət üsul elminin hansı qaydasına əsasən, başyarmaya dəlil sayıla bilər?! Xanım Zeynəb (ə) başını yəhərə vurmuş olsaydı belə, biz hansı əsasla Aşura günü başımızı qılıncla yarıb qan çıxara bilərdik?!
2- İmam Mehdinin (ə) qan ağlaması (!)
Baş yarmaqda israrlı olanlar yuxarıdakı bəhanələrinin puç olduğunu biləndə "Nahiyə əl-muqəddəsə” ziyarətnaməsinə keçirlər. Bu ziyarətnamədə İmam Mehdinin (ə) İmam Hüseynə (ə) belə bir söz dediyi qeyd olunur:
"Səhərdən axşama qədər sənin üçün nalə çəkərəm, səndən ötrü göz yaşı yerinə qan ağlayaram”.
Cavab: Bu rəvayətdə "qan” sözü işləndiyindən bəzi alimnümalar belə nəticəyə gəlirlər ki, İmam Hüseyndən (ə) ötrü baş yarmaq lazımdır. Sanki imam burada başyarmanı nəzərdə tutmuşdur. Amma necə oldu ki, bunu əsrlər boyu heç kim, hətta İmam Mehdinin (ə) xüsusi naibləri belə anlamadılar, amma Səfəvilər dövründə kimlərsə deşifrə etməyi bacardılar?! Yəni insan bu qədərmi məntiqsiz olarmış?!
3- Başyarmanın ziyansız olması (!)
Təəssüflər olsun ki, bəziləri hansısa bir küncdə qalan və təxminən cəmiyyətdən təcrid olunmuş birinə "dahi” adı verib və ondan sitat gətirirlər ki, guya başyarmanın heç bir tibbi və ictimai ziyanı yoxdur. Buna dəlil olaraq isə qanalmanı göstərirlər.
Cavab: Zənnimcə, bu iddianı etmək üçün, tibdən, psixologiyadan, hətta cəmiyyətdən xəbərsiz olmaq lazımdır.
Əvvəla, qayda, üsul və nəticə baxımından qanalma ilə qılıncla başyarma arasında yerlə-göy qədər fərq var.
Qanalma hədislərdə belə tövsiyə olunmuş xırda tibbi əməliyyatdır və sağlamlıq üçün çox faydalıdır. Baş və ya bədənin digər hissələrinin dərisi isə qılıncla deyil kiçik kəsici alətlə çərtilir və xüsusi alətlərlə həmin yerdən qan sorulur. Xəncərlə baş yarmaq isə dini ayin kimi qələmə verilir. Bu isə dinə ləkə və bidət olmasından əlavə, tibbi baxımdan da kifayət qədər zərərlidir.
Qanalma
Başyarma görüntülərini psixoloq, nevroloq, travmatoloq və digər tibb mütəxəssislərinə təkcə göstərməniz kifayətdir ki, bunun onlarla ciddi ziyanları barədə məlumat alasınız. Bu ziyanlara nümunə kimi iltihab, travma, psixi pozuntular, qanaxma və digər fəsadları göstərmək olar.
Bundan əlavə, başyarma zamanı dəfələrə ölüm halları baş verib.
Aşağıdakı fotoşəkil başyarmanın nəinki zərərli olduğuna, hətta ölümə gətirib çıxardığına dair inkaredilməz fakt ortaya qoyur. Bu ölüm hadisəsi ötən il Aşura günü Kərbəlada baş vermişdi.
Kərbəla, 2013
Siz hansı məntiqlə bu işə savab deyirsiniz?!
Bəzilərinin "başyarmanın zərəri yoxdur” cümləsini hansı məntiqlə dediklərini anlamıram. Bundan böyük zərərmi var?!
Bundan əlavə, başyarmanın insan bədəninə zərəri olmasa belə, bu vəhşiliyi dini ayin kimi qələmə vermək dinə ən böyük xəyanətdir. Belə olduqda isə nəinki savab deyil, hətta böyük günah sayılır!
Bu bidətin dinə və Əhli-beyt məzhəbinə vurduğu ləkə kifayət qədərdir. Buna misal olaraq, başyaranlarla zombilərin şəkillərinə diqqət etsəniz, nə qədər oxşarlığın olduğuna şahid olarsınız. Yeganə fərq budur ki, başyaranlar cəmiyyət üçün daha qorxuncdur. Çünki zombilərdən fəqli olaraq, onların özünə ciddi xəsarət yetirməsi realdır.
Yuxarıdakı şəkillər zombilərin, aşağıdakılar isə başyaranlarındır:
Daha geniş və praktik izahı aşağıdakı 4 videoçarxımızdan ala bilərsiniz.
(Qəmə - Sünnət, ya bidət?)
http://www.youtube.com/watch?v=BIfV3UAmxLg
(Ayətullah Məkarim Şirazi - Qəmə düşmən qılıncı)
http://www.youtube.com/watch?v=DOhzvTGJ8i8
(Qəmə vurmaq və İslamın təhrifi)
http://www.youtube.com/watch?v=e_VxAPOTTT0
(Qəmənin ictimai zərərləri)
http://www.youtube.com/watch?v=ZOwG79UlcyY
4- "Əsalə əl-İbahə” qaydası
Son zamanlar dəbə düşən bəhanələrdən biri də, üsul elminin "əsalə əl-İbahə” qaydasıdır. Bu qaydaya əsasən, haramlığına dəlil olmayan hər bir əməl icazəlidir.
Bu qaydanı irəli sürənlərin gülməli iddası budur ki, məsumlar tərəfindən başyarmaya heç bir qadağa qoyulmadığından, bu əməl icazəlidir. Yəni bu iş məsumlar dövründə olmayan maşın, işıqfor və digər yeniliklərlə eyni hökmdədir.
Cavab: Fiqhdən, başyarmanın olduqca mənfi təsirlərində azca xəbəri və azacıq məntiqi olan heç kəs belə nəticə çıxarmaz. Üsul elmində bu qaydadan o zaman istifadə olunur ki, hər hansı iş barədə hədislərdə göstəriş gəlməməsindən əlavə, həmin iş ağla zidd və fəsadlı da olmamalıdır. Göstərilən nümunələr (maşın, işıqfor) nəinki fəsad mənbəyi deyil, düzgün istifadə olunarsa, hətta insanların yaşamının rahatlaşması üçün gözəl vasitələrdir. Yuxarıda göstərilən faktlar isə, başyarmanın bunun tam əksinə olduğunu göstərir.
Bundan əlavə, üsul elminin "La zirar” (ciddi zərərin haramlığa bais olması) qaydası və dini insanların gözündə pis cilvələndirməsi də bu işin qətiyyətlə haram olduğuna dəlalət edir.
5- Qədim alimlərin başyarma barədə rəyi
Söz bitəndə və dəlilsiz qalanda sofistlik edərək belə bir sual verirlər: Başyarma haram idisə, qədim alimlər nə üçün buna icazə vermişlər? Əgər qədimdə müstəhəb olubsa, indi də ən azı icazəli olduğu şübhəsizdir.
Cavab: Bu sualın qarşısında bir neçə maraqlı sual yaranır. Biri budur ki, siz məsumlardan daha ağıllı və uzaqgörənsinizmi?! Başyarma onların ağlına gəlmirdi və onu siz kəşf etdiniz, yoxsa onların zamanında qəmə və qılınc olmayıb?! Hətta bu barədə bir hədis belə tapılmadığı halda hansı ağıl, məntiq və qaydaya əsasən bunu icazəli bilirsiz?! Əgər qədimdə bir şeyin icazəli olub-olmadığını arqument götürsək, məsumlar yüzillər öncə yaşayıb və onların zamanında belə bir əzadarlıq tipi olmayıb.
Bundan əlavə, qədimdə belə bu bidətə qarşı çıxan kifayət qədər fəqih mövcud olub. Bəzən buna qarşı çıxan müctəhidləri cəmiyyətdə kafir kimi qələmə veriblər. Buna misal olaraq, Şeyx Əbülhəsən İsfahanini göstərmək olar.
Bu əmələ Aşura günü icazə verən qədim alimlər isə iki dəlilə əsaslanırdılar.
1-Başyarmanın zərərsiz olduğunu düşünürdülər;
2-Bu əmələ qarşı çıxmağı İmam Huseynə (ə) hörmətsizlik kimi başa düşürdülər.
Yuxarıdakı faktlar hər iki təfəkkürün yanlış olduğunu isbat edir.
Bu vaxtacan isə heç bir fəqih başyarmanı vacib bilməyib. Bunun vacib sayılmadığı və İslam düşmənlərinin bundan sui-istifadə edərək şiəliyə nifrət yaratdığı bir halda bu işdən çəkinmək yaxşı olmazmı?!
Hətta fərz edək ki, baş yarmaq Peyğəmbər sünnəsidir. Məgər sünnəni yerinə yetirmək vacibdirmi? O zaman qəmə vuran şəxs, niyə gözünə sürmə çəkmir? Axı Peyğəmbər sünnəsidir. Səbəb budur ki, bizim cəmiyyətdə bu əməli yerinə yetirsə abrı gedəcək. Çünki cəmiyyətimizdə bir kişinin bu əməli yerinə yetirməsinə pis baxırlar. Bunun üçün də öz abrının getmə qorxusu bu sünnənin yerinə yetirməsinə mane olur. Bəs necə olur ki, İslamın abrı həmin şəxsi düşündürmür.
Və sonda
Tarix boyu Aşura günü baş yarmağa qarşı çıxan alimlər bu bidəti təbliğ edənlər tərəfindən daim təhqir və təkfir olunublar. Günümüzdə də bunun şahidi oluruq. O qılıncı düşmən başına vurmalı olan halda öz başına vuranlar, başda Ayətullah Xamenei olmaqla başyarmanı haram bilən bütün müctəhidləri İmam Hüseyn (ə) düşməni adlandırırlar.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |