Ərfad
Görən kimi babasının başın sevindi,
Qaçdı,qucaqladı, ah-naləylə dindi.
Aldı başı sinəsinə nalə etdi,
Bir müddət tifilin ürəyi getdi.
Yıxıldı yerə, amma başı buraxmadı,
Qanlı başla danışdı, yerdən qalxmadı.
Söylədi-Baba, bizi tək qoydun, getdin hara?
Düşmən zalım bizi incitdi, çəkdi dara.
Ətrafdakılar bu mənzərədən pərişan oldu,
Düşmən öz səhvini bilib peşman oldu.
Həzrət dil açdı dedi; Ağlama bala,
Mənə görə kədər, qəm saxlama bala.
Rüqəyyə bala, babasının səsin eşitcək,
Balaca ürəyi partladı, yerində sevincək.
Sevgin yanar ürəkdə, ətir saçar çiçəkdə.
Ruzi məhşər günündə, şəfasan gələcəkdə.
Rüqəyya! Rüqəyya! Rüqəyya! Rüqəyya!