Qəmli Səqqaya yanıb dərdinə Zəhra gəldi,
Yaralar çıxdı yadından ürəyi dincəldi.
Dedi: ya Fatimə candan keçən Əbbasəm mən,
Oğluvun gündə əlindən öpən Əbbasəm mən!
Ey humayun mələkə al qanadun altda məni,
Kəsilib əllər, ayaqdan düşən Əbbasəm mən.
Baxma indi nə əlim var, nə əlimdən tutanım,
Qızlarun naqələrə mindirən Əbbasəm mən!
Saqiye Kosərə tapşır su gətirmə bu çölə,
Qan olan yerdə suya naz edən Əbbasəm mən.
Qoy başımın qanı axıb ləblərimi islatsın,
İçmərəm, Əsgəri etşan görən Əbbasəm mən!
Sən ki, bir kəlmə dedün, sən də mənim oğlumsan,
Soqidən ağlayan halda, gülen Əbbasəm mən.
İndi ki, əmr edirsən oğluva qardaş deyərəm,
Otuz üç il ona Mövla deyən Əbbasəm mən!
Ya Hüseyn səslədi atdan yerə düşdü Səqqa,
Yəni qardaş yoluvi gözləyən Əbbasəm mən.
Gəl qardaş Fatimə pərvəndəmi imza elədi,
Gözlərimdən səni çox istəyən Əbbasəm mən!
Axtaran rəsmidi hər yerdə tapar istədiyin,
Tap məni, oxların altda itən Əbbasəm mən.
Oxlar altında əgər itsəm, itirməm yolumu,
Cəlvəyə həsənün uzaqdan görən Əbbasəm mən!
Gözümü silmə mənə bəsdi fəqət ətrün alım,
Gündə Zəhra gülünü iyləyən Əbbasəm mən.
Gəl, kiçik qardaşuvun qaməti qardaş, kiçilib,
Uca hikmət, uca boy, səfsəgən Əbbasəm mən!
Su yaninda ele yandim suya dondum eridim,
Yoxsa seme herem-o-encomen Ebbasem men.
Bilirem qebrede getsem,su dalimca gelecek,
Uzune baxmaram,ondan kusen Ebbasem men!
Qan olaydi bu su,Esgerden utandirdi meni,
Susuz etfale su qoli veren Ebbasem men.
Meqtele gelse Ruqeyye,yerimi verme nisan,
Fatimenin kolgesinde gizlenen Ebbasem men!
Evi abad ola Zehranin elimde tutdu,
Gordu meydanda enise mohen Ebbasem men.
Gel Huseyn gozden axan yasimi tut meskime tok,
Su kenarinda xecalet olan Ebbasem men!
Eli sinsin o ki,yazdirdi emanname mene,
Fikr edirdiler qapundan geden Ebbasem men.
Elhemdulillah ki,ne getdim,nede icdim sularin,
Anadan vilayet sudu emen Ebbasem men!
Fatime verdi mene Babel-Hevaic leqebi,
Caresiz muskulu hell eleyen Ebbasem men!
Mənbə: Kəlamınin naləsi