Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Əli Əsğərin (ə) şəhadəti
Əli Əsğər (Əbdüllah) südəmər çağında Kərbəlada şəhid oldu. İmam Hüseyn (əleyhis-salam)-ın dostları, köməkçiləri şəhid oldu, İmam (əleyhis-salam) tək qalıb ilahi təqdirə (qəzavü-qədərə) razı oldu və özünün məzlumcasına, susuz öləcəyini bildi, Əhli-hərəmin yanına gəlib onlara vidalaşdı, buyurdu ki: –Bəla və müsibət paltarını geyin, səbir paltarını yırtmayın. Allah sizin aqibətinizi xeyir, gözəl edəcək, düşmənlərinizi (dünya və axirətdə) cürbəcür əzablara düçar edəcik.
Sonra Əli Əsğərlə vidalaşmaq istədi, Həzrəti Zeynəb (əleyha-salam) onu gətirdi, İmam (əleyhis-salam) onu qucağına alıb üzündən öpdü, buyurdu: "Cəddin Mustəfaınn düşməni olan bu qövm Allah rəhmətindən uzaq olsun!
Sonra onu qoşununun qarşısına gətirdi, onun üçün su istədi. Amma Hərmələ boğazının altını nişan aldı, oxu atdı, ox boğazına sancıldı. İmam (əleyhis-salam) əlini onun boğazından axan qanın altına tutdu, ovcunu qanla doldurub göyə atdı, bir qətrə də olsun, o qandan yerə qayıtmadı. Bu halda İmam (əleyhis-salam) buyurdu: "Bu müsibəti mənə asan edən şey budur ki, (bu iş) Allahın gözü qarşısında olmuşdur.” İlahi, bu sənin yanında anasından ayrılan bala dəvədən heç də oz olmasın. İlahi, əgər (Öz) köməyini bizdən kəsmisənsə, onda onu, ondan da yaxşı olan bir şeyin əvəzi et və bizim intiqamımızı zalımlardan al. Bu fani dünyada bizə nazil etdiklərini axirət zəxirəmiz et.
İlahi, camaat içində sənin Rəsuluna ən çox oxşayan bir şəxsi öldürən tayfaya özün şahidsən. Qəlbimin parəsi olan bu uşağın qəmi qəlbimə od salmışdır.
Bu anda qeybdən səs gəldi: "Hüseyn! Onu yerə qoy, behiştdə onun üçün bir dayə hazırdır.”
Mənbə: "Mərsiyyələr, şeirlər, xütbələr" kitabı
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |