Vürudə - Kərbəla
Qəm qafiləsi gəldi o gün dəşti-bəlaya,
Allah nə gözəl rütbə verib Kərbü-bəlaya.
Zəhra balası Kəbəni tərk etdi pərişan,
Üz qoydu bu səhraya tərəf gəldi şitaban,
Zəmzəm özü qan ağladı Kəbə edib əfğan,
Allah evi öz eşq Minasın yola saldı,
Həm Məhşər və həm Səy və Səfasın yola saldı.
Tərk elədi mövla hərəmi-əmni-Xudanı,
Çöllərdə dolandırdı Hüseyn Ali-əbanı,
Yollarda nə qədər soruşub Kərbü-bəlanı,
Öz etdiyi peymanına yaxşı əməl etdi,
Gəzdi neçə gün Kəbəyi-məqsuduna yetdi.
Əmr elədi Əbbasa gedən qafilə dursun,
Həsrətlə çuxur yerdə haman xeyməni qursun,
Nəhr üstə ələmdarı gedib pərçəmi vursun,