Ədalət
+5
Müəllif:
Elya | 1-11-2014, 12:00 | Baxılıb: 729
267 Ədalət
1216. Ədalətin dəyər-qiyməti.
4008. İmam Əli (ə): «Ədalət bütün varlığın onun üzərində qurulduğu bir bünövrədir.»
4009. İmam Əli (ə): «Pak olan Allah, ədaləti camaatın (həyatına) güc-qüvvə verəninə, haqqı tapdalamaqdan və günahlardan uzaq durmaq, İslamda asanlıq və açılış üçün bir vasitəyə çevirmişdir.»
4010. İmam Əli (ə): «Ədalət camaatı ayaq üstə saxlayan və hökmranların zivəridir.»
4011. İmam Əli (ə): «Ədalət dövlətlərin sipəridir.»
4012. İmam Əli (ə): «İnsanların işi ədalətlə islah olar.»
4013. İmam Əli (ə): «Ədalətin səbəbinə bərəkət ikiqat artar».
4014. İmam Əli (ə): «Ədalət idarəçiliyin nizam-intizamıdır.»
4015. İmam Əli (ə): «Heç bir şey, şəhərləri ədalət qədər abad etməz.»
Kitabın adı: Mizanul – Hikmət (xülasəsi) 2-ci cild
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.