376 İnsaf
1713.İnsaf
6107.İmam Əli (ə): «İnsaf xislətlərin ən üstünüdür.»
6108.İmam Əli (ə): «İnsaf qəlbləri bir-birinə bağlayır.»
6109.İmam Əli (ə): «Əlaqə telləri insafın olması nəticəsində davam edir.»
6110.İmam Əli (ə): «İnsaflı olmaq dostların artmasına səbəb olur.»
6111.İmam Əli (ə): «Qüdrətin zəkatı insafdır.»
6112.İmam Əli (ə) («Həqiqətən, Allah ədalətli olmağı və yaxşılıq etməyi əmr edir.» «Ədalətlilik insaflı olmaqdır, yaxşılıq isə səxavət əlinin açılması.»
6113.İmam Baqir (ə): «İnsaf kimi ədalət yoxdur.»
1714.İnsafsızla insaflı davranmağa təşviq.
6114.İmam Əli (ə): «Mömin, (hətta) ona qarşı insaflı olmayanla da, insaflı davranar.»
6115.İmam Əli (ə): «İnsanların ən ədalətlisi, ona zülm edənlə insafla davranandır.»
6116.İmam Sadiq (ə): «Qardaşları insafa də‘vət etmək, insafdan uzaqdır.»
1715.Özündən insaflılığı tələb etmək.
6117.Allahın Peyğəmbəri (s): «Yoxsula maddi kömək edən və camaata qarşı insafla davranan şəxs, elə həqiqi mömindir.»
6118.İmam Əli (ə): «İnsanların ən insaflısı, hakimin hökmü olmadan özündən insaf tələb edəndir.»
6119.İmam Əli (ə): «Bilin! Hər kim camaata qarşı insaflı olsa, Allah mütləq onun izzətini artırar.»
6120.İmam Əli (ə): «İnsanın ağıllı olmasına bu kifayətdir ki, o, özündən insaflı olmağı tələb etsin və insaflı olsun……Onun insaflı olmasına (da) bu kifayətdir ki, həqiqət ona məlum olanda, onu qəbul etsin.»
6121.İmam Əli (ə) (Malik Əştərə məktubundan):–«Özündən, qohumlarından, yaxınlarından və rəiyyətin sənin meyl və diqqətində olanlarından Allahın və camaatın haqqını tələb et. Çünki belə etməsən zülm etmisən.»
6122.İmam Baqir (ə): «Allahın bir Cənnəti var ki, ora yalnız üç dəstə daxil olar. Onlardan biri, özü barədə haqla qəzavət edəndir.»
1716.Özlərindən insaflı olmağı tələb etməyənlər.
6123.İmam Əli (ə): «Üç dəstə heç vaxt (digər) üç dəstədən onlara qarşı insaflı olmağı tələb etməz: ağıllı ağılsızdan, yaxşı əməl sahibi pis əməl sahibindən, alicənab alçaqdan.»
6124.İmam Əli (ə): «Yaxşı əməl sahibi pis əməl sahibindən öz haqqını tələb etməz. Heç bir alim nadandan haqqını tələb etməz.»
Kitabın Adı Mizanul-Hikmet 2-cild (xülasesi)